Məhkəmə qərarları › İş №2(103)-3225/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3225/2025

19.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3225/2025 19.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Səlimova Səadət Rəşid qızı və X2 ibarət tərkibdə, Ərizəçi (maraqlı şəxs: Maraqlı şəxs) “miras əmlaka pay hüququnun müəyyən edilməsi” barədə ərizəsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-1426/2025 saylı qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1996-cı il tarixli vəsiyyətnamə əsasında Yasamal rayonu, Parlament prospekti, ev 1, mənzil 35 ünvanda yerləşən daşınmaz miras əmlakından ona, yəni Ərizəçi ½ pay (mülkiyyət) hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 aprel 2005-ci il tarixli 2(004)- 1426/2025 saylı qərardadı ilə ərizə baxılmamış saxlanılmışdır. Ərizəçi qərardaddan şikayət verərək ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, X4 tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli vəsiyyətnamə ilə 027030 nömrəli qeydiyyat vəsiqəsi ilə X1 adına olan Yasamal rayonu, Parlament prospekti, ev 1, mənzil 35 ünvanda yerləşən daşınmaz əmlak X5 və Ərizəçi miras qoyulmuşdur. Dövlət Notariat Arxivinin 3-16-5/6-14-1148/24 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan da göründüyü kimi, vəsiyyətnamə qüvvədədir və vəsiyyətnamənin dəyişdirilməsi və ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. Vəsiyyətnaməyə əsasən Bakı şəhəri 12 saylı notariat ofisinə müraciət edilmiş, xx.xx.2003- cü il tarixində vəfat etmiş X1 xx.xx.1996-cı il tarixində 2V-1-336 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnaməsinə əsasən miras qalmış əmlakdan olan paya dair vərəsəlik hüququ haqqında şəhadətnamənin Ərizəçi verilməsi xahiş edilmişdir. Bakı şəhəri 12 saylı notariat ofisinin xüsusi notariusunun xx.xx.2024-cü il tarixli qərarı ilə notariat hərəkətlərinin aparılmasından imtina edilməklə, qərardan məhkəməyə şikayət verilməsi izah edilmişdir. Bakı şəhəri 12 saylı notariat ofisinin xüsusi notariusu qərarını onunla əsaslandırmışdır ki, X4 vəfat etdikdən sonra X5 xx.xx.2003-cü il tarixində notariat ofisinə vərəsəliyin qəbul ərizəsi ilə müraciət etmiş və X1 tək vərəsəsi kimi tanınmışdır. Bununla yanaşı miras qoyanın əmlakının qəbulu ilə əlaqədar qanunla müəyyənləşdirilmiş müddət buraxılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1426/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Ərizəçi X3 maraqlı şəxs qismində cəlb edilməklə miras əmlaka pay hüququnun müəyyən edilməsi tələbinə dair ərizəsi mübahisənin olması əsası ilə baxılmamış saxlanılmışdır. Vurğulamaq lazımdır ki, 29 iyun 1996-cı il tarixli vəsiyyətnaməyə əsasən X6 ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakı X5 və Ərizəçi vəsiyyət etmişdir. Ərizəçi məhkəməyə müraciət edərək qüvvədə olan vəsiyyətnamə üzrə payının mövcudluğu faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəməyə maraqlı şəxs qismində cəlb edilən Maraqlı şəxs məhkəmə iclaslarına gəlməmiş, faktın tanınması ilə bağlı hər hansı iddia tələbi irəli sürməmiş və ya etirazını bildirməmişdir. Buna baxmayaraq məhkəmə əsassız şəkildə mübahisənin olması səbəbilə ərizəni baxılmamış saxlamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 aprel 2025-ci il tarixli 2(004)- 1426/2025 saylı qərardadı ilə şikayət baxılmamış, iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, mübahisəli mənzil - ünvan 2 ünvanda yerləşən mənzil Maraqlı şəxs bağışlanılmış və onun adına xx.xx.2017-ci il tarixdə qeydiyyatdan keçmişdir. Belə olan halda miras əmlak bağışlanmış əmlak statusuna keçmiş və artıq hüquq haqqında mübahisə yaranır ki, sözügedən ərizəyə də xüsusi icraat qaydasında baxılması mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 305.1, 305.1.1-ci maddələrinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-39-cu fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası qeyd edir ki, xüsusi icraat iddia icraatından fərqlənir və burada mübahisə üzrə tərəflər olmur. Deməli, xüsusi icraat elə bir əlamətlərə malikdir ki, onu iddia icraatından fərqləndirməyi mümkün edir. Xüsusi icraatda elə hüquqi məsələlər tənzimlənir ki, orada hüquq mübahisəsi olmur. Baxılan iş üzrə tərəflər arasında hüquqi mübahisə yaranırsa, işin baxılması iddia icraatına keçirilir. Bu hal Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikası MPM-in 306.4-cü maddəsinə əsasən, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikasının MPM-in 259.0 və 259.0.10-cü maddələrinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Məhkəmə kollegiyası qeyd olunanlarla yanaşı onu da izah edir ki, ərizənin baxılmamış saxlanması ümumi əsaslarla iddia icraatı qaydasında məhkəmədə iddia qaldırılmasına maneə olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10, 306.4, 398.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçi şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci i il tarixli, 2(004)-1426/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar