Məhkəmə qərarları › İş №2(103)-3228/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3228/2024

06.05.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3228/2024 06.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iş üzrə (Açar sözlər: aidiyyat qaydalarına riayət edilmədiyi üçün iddia ərizəsi geri qaytarılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2381/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin e-2(004)-2381/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

3. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən, cavabdeh "X5 and Foundry Company" MMC-nin hüquqi ünvanı ünvan 1siya hüquqi şəxslərin dövlət reyestri məlumatları üzrə axtarış zamanı cavabdeh "X5 and Foundry Company" MMC-nin hüquqi ünvanının ünvan 2lmişdir. Cavabdeh "X5 and Foundry Company" MMC-nin qeydiyyat ünvanı Sumqayıt şəhəri ərazisində yerləşdiyindən, hazırki iddia ərizəsinə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Sumqayıt Şəhər Məhkəməsində baxılmalıdır.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

4. İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə həmin qərardadın ləğv edilməsi və iddia ərizəsinin icraata qəbul edilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, həmin qərar qanunsuz və əsassız hesab olunmaqla ləğv edilməlidir. Belə ki, məhkəmə qərardadı çıxararkən ona əsaslanmışdır ki, cavabdeh "X5 and Foundry Company" MMC-nin qeydiyyat ünvanı Sumqayıt şəhəri ərazisində yerləşdiyindən və iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalı, hazırki iddia ərizəsinə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Sumqayıt Şəhər Məhkəməsində baxılmalıdır. Halbuki, Sumqayıt şəhər məhkəməsinin 2(060)- 2781/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə onun Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cavabdeh MMC-nin hüquqi ünvanı Elektron Məhkəmə Sistemi vasitəsi ilə əldə edilmiş məlumata əsasən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 58, mənzil 35 olduğundan geri qaytarılmışdır. Beləliklə də, məhkəmə aidiyyatı üzrə ziddiyyət yarandığı üçün hesab edir ki, bu iş üzrə yekdil məhkəmə qərarının qəbul edilməsinə ehtiyac vardır. İddia ərizəsinin geri qaytarılması barədə qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş edir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2381/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin e-2(004)-2381/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsində qeyd edilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir.

10. Məcəllənin 35.1-ci maddəsində qeyd edilir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.

11. Mülki Prosessual Məcəllənin 152.1.3-ci maddəsində qeyd edilir ki, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. (Maddə 152.2) İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. (Maddə 152.4.)

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

13. İş materialları ilə müəyyən olunur ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək hər ay ödənilməli olan müavinət borcunun, kompensasiyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.

14. Birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi geri qaytarılmış və ona istinad edilmişdir ki, cavabdeh "X5 and Foundry Company" MMC-nin qeydiyyat ünvanı Sumqayıt şəhəri ərazisində yerləşdiyindən, hazırki iddia ərizəsinə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Sumqayıt Şəhər Məhkəməsində baxılmalıdır.

15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, elektron informasiya sistemində axtarış zamanı cavabdehin hüquqi ünvanının ünvan 6lir.

16. İddiaçı şikayətinin dəlili olaraq qeyd edir ki, Sumqayıt şəhər məhkəməsinin 2(060)- 2781/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə onun Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cavabdeh MMC-nin hüquqi ünvanı Elektron Məhkəmə Sistemi vasitəsi ilə əldə edilmiş məlumata əsasən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 58, mənzil 35 olduğundan geri qaytarılmışdır.

17. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan da görünür ki, Cavabdeh hüquqi ünvanı AZ5002, ünvan 7

18. Göründüyü kimi, Cavabdeh hüquqi ünvanı AZ5002, ünvan 7

19. Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsində qeyd edilir ki, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir.

20. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etməkdə haqlı olmuşdur.

21. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

22. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2381/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar