Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3228/2025 19.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1665/2023 saylı, 24 yanvar 2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus olmuş 2015-ci il buraxılışlı “Mercedes Bens G350 Bluetec” markalı, **-RL-*** dövlət qeydiyat nömrəli nəqliyyat vasitəsinin satılmasına görə qətnamə icra olunan günə valyutaya olan məzənnə ilə 75000 ABŞ dollarının manatla və məhkəməyə ödənilmiş 418 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 1665/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı məxsus olmuş 2015-ci il buraxılışlı “Mercedes Bens G350 Bluetec” markalı, **-RL-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin satışından əldə edilmiş 75000 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) və məhkəməyə ödənilmiş 418 manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cu il tarixli, 2(004)-1665/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Ərizədə göstərilib ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cu il tarixli, 2(004)-1665/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona məxsus “Mersedes Benz G350 Bluetec” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satılmasına görə qətnamə icra olunan günə valyutaya olan məzənnə ilə 7500 ABŞ dollarının manatla və məhkəməyə ödənilmiş 418 manat dövlət rüsümunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, 2022-ci ilin mart ayında istintaqı aparılan cinayət işi ilə bağlı barəsində həbs qətimkan tədbiri seçildiyinə görə bu proseslər ilə maraqlana bilməmişdir. Məhkəmə cavabdeh kimi tanıdığı onun barəsində prosessual məcburiyyət tədbiri kimi həbsin seçildiyini və həbsdə olmaqla Bakı İstintaq Təcridxanasında saxlanıldığını bildiyi halda onun məhkəmə prosesində iştirakını təmin etmədən işə xx.xx.2023-cu il tarixdə baxaraq qətnamə çıxarmışdır. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cu il tarixıi 2(004)-1665/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. O, həmin vaxtı barəsində xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən prosessual məcburiyyət tədbiri həbs qətimkan tədbiri seçilməklə həbsdə olduğundan həmin məhkəmə iclasının keçirilməsi barəsində və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsindən xəbərsiz olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun məhkəmə iclasına gəlməməsi real həqiqətləri əks etdirmir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1665/2023 saylı, 24 yanvar 2025-ci il tarixli qərardadı ilə ərizənin təmin edilərək Cavabdeh1 tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(004)-1665/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan İddiaçı şikayət verərək ləğv edilməsini və müddətin bərpa olunması barədə ərizənin təmin edilməməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1665/2023 saylı, 19 mart 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 elektron kabinet vasitəsilə təqdim etdiyi etirazında iddiaçının qərardaddan verdiyi şikayətin əsassız olduğunu bildirmiş və məhkəmədən təmin edilməməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2tərəfindən isə sübut, etiraz və ya izahat məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə tərkibi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi və ərizənin rədd edilməsi üçün kifayət etmir. Çünki işdən bəlli olur ki, cavabdehin barəsində həbs qətimkan tədbiri seçildiyindən o, iradəsindən asılı olmayaraq məhkəmə iclaslarında iştirak edə bilməyib, qətnamənin də ona rəsmi qaydada təqdim edilməsinə dair işdə sübut yoxdur. Deməli, Cavabdeh1 qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verməsi üçün qətnamənin ona təqdim edilməsi yaxud məlum olması mübahisəsiz olmalıdır. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1665/2023 saylı, 24 yanvar 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1665/2023 saylı, 24 yanvar 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3228/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3228/2025
19.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver