Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-323/2022 14.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Həmidov Həmid Üzeyir oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Həsənov Orxan Qəhraman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X5, Cavabdeh iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-2094/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh, birləşdirilmiş iş üzrə Yasamal Rayon Məhkəməsinin 2(004)- 4440/2021 saylı, 24 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı Mənzil İnşaat Kooperativi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Mənzil İnşaat Kooperativi iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ailə üzvləri xx.xx.2001-ci il təvəllüdlü X1 və xx.xx.2005-ci il təvəllüdlü X2 ilə birlikdə İddiaçı Mənzil İstehlak Kooperativinin balansında olan Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal 2, Dairəvi küçə, 11 saylı evin 204 saylı mənzilindən çıxarılması xahiş edilmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir). Yasamal Rayon Məhkəməsinin 2(004)-2094/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6981/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı Mənzil İnşaat Kooperativinə qarşı “Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal 2, Dairəvi küçə, 11 saylı evin 204 saylı mənzilinə dair kooperativ mənzil istehlak haqqında müqavilənin bağlanmış hesab edilməsi” tələbinə dair iş üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər mülki iş üzrə icraat dayandırılmışdır. İddiaçı Cavabdeh İddiaçı Mənzil İnşaat Kooperativinə qarşı “Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal 2, Dairəvi küçə, 11 saylı evin 204 saylı mənzilinə dair kooperativ mənzil istehlak haqqında müqavilənin bağlanmış hesab edilməsi” tələbinə dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 2(004)-4440/2021 saylı, 24 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdeh İddiaçı Mənzil İnşaat Kooperativi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3588/2022 saylı, 12 may 2022-ci il tarixli qərardadı ilə həmin mülki işin hazırkı 2(103)-323/2022 saylı mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır Daha sonra Bakı Apellyasiya Məhkəməsinin 2(103)-323/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Mənzil İnşaat Kooperativinin Cavabdeh qarşı "xxxx" tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə kollegiyasının iclasında tərəflər barışıq sazişi verərək, mübahisəni barışıq yolu ilə həll etdiklərini və barışıq sazişindən irəli gələn hüquqi nəticələrin onlara aydın olduğunu, buna görə də barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Barışıq sazişinin məzmununa görə;
1. İddiaçı Mənzil İnşaat Kooperativi Cavabdeh 10.000 (on min) manat ödəməsi müqabilində ona qarşı olan "xxxx" tələbindən imtina etməyi, Cavabdeh həmin məbləğdən ilkin olaraq 5000 (beş min) manat ödəməsi müqabilində İddiaçı Mənzil İstehlak Kooperativinin balansında olan Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal 2, Dairəvi küçə, 11 saylı evin 204 saylı mənzilin özəlləşdirilməsi üçün zəruri olan sənədlərin (müqavilə, maliyyə arayışı, protokoldan çıxarışı və s.) Cavabdeh təqdim etməyi öhdəsinə götürür.
2. Cavabdeh İddiaçı Mənzil İnşaat Kooperativinin ona qarşı olan "xxxx" tələbindən imtina etməsi müqabilində, MTK-ya qarşı “müqavilənin bağlanmış hesab edilməsi” tələbindən imtina etməyi və İddiaçı Mənzil İstehlak Kooperativinin balansında olan Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal 2, Dairəvi küçə, 11 saylı evin 204 saylı mənzilin özəlləşdirilməsi üçün zəruri olan sənədlərin (müqavilə, maliyyə arayışı, protokoldan çıxarışı və s.) ona təqdim etməsi müqabilində MTK-ya ilkin mərhələdə 5000 (beş min) manat, mənzilinə dair müvafiq çıxarışın alınmasından sonrakı bir il ərzində isə qalan 5000 (beş min) manat olmaqla, cəmi 10000 (on min) manat məbləğində pul ödəməyi öhdəsinə götürür.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hazırkı halda, Məhkəmə kollegiyası barışıq sazişini müzakirə edərək hesab edir ki, barışıq sazişi tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, qanuna zidd deyildir, ona görə də barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, barışıq sazişinin təsdiq olunması barədə ərizə qəbul olunmalı, barışıq sazişi təsdiq edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin normada (402-ci maddə) icraata xitam verilməsi barədə qərardadlar ümumi şəkildə əks olunmasına baxmayaraq, sözügedən normanın MPM-in digər müvafiq normaları ilə sistematik təhlilindən belə qənaət hasil olur ki, qanunverici heç də bütün icraata xitam verilmə hallarını, o cümlədən, iddiaçının iddiadan imtina etməsi (261.0.4), eləcə də tərəflərin barışıq sazişi bağlaması (261.0.5) əsasları ilə icraata xitam verilməsi hallarını nəzərdə tutmur. Belə ki, həmin hallar məhkəmənin gəldiyi qənaət olmayıb, icraatı başlamış tərəflərin bilavasitə iradə ifadəsi ilə bağlıdır. Bu baxımdan da müəyyən olunur ki, tərəflərin barışıq sazişi bağlaması əsası ilə icraata xitam verilməsinə dair hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 262, 263-264, 391, 397, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı Mənzil İnşaat Kooperativinin Cavabdeh və qeyrilərinə qarşı "xxxx" tələbinə dair və iddiaçı Cavabdeh İddiaçı Mənzil İnşaat Kooperativinə qarşı Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal 2, Dairəvi küçə, 11 saylı evin 204 saylı mənzilinə dair kooperativ mənzil istehlak haqqında “müqavilənin bağlanmış hesab edilməsi” tələbinə dair mülki işlərlə bağlı tərəflərin aşağıdakı şərtlərlə bağladıqları barışıq sazişi təsdiq edilsin. 1.İddiaçı Mənzil İnşaat Kooperativi Cavabdeh 10.000 (on min) manat ödəməsi müqabilində ona qarşı olan "xxxx" tələbindən imtina etməyi, Cavabdeh həmin məbləğdən ilkin olaraq 5000 (beş min) manat ödəməsi müqabilində İddiaçı Mənzil İstehlak Kooperativinin balansında olan Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal 2, Dairəvi küçə, 11 saylı evin 204 saylı mənzilin özəlləşdirilməsi üçün zəruri olan sənədlərin (müqavilə, maliyyə arayışı, protokoldan çıxarışı və s.) Cavabdeh təqdim etməyi öhdəsinə götürür. 2.Cavabdeh İddiaçı Mənzil İnşaat Kooperativinin ona qarşı olan "xxxx" tələbindən imtina etməsi müqabilində, MTK-ya qarşı “müqavilənin bağlanmış hesab edilməsi” tələbindən imtina etməyi və İddiaçı Mənzil İstehlak Kooperativinin balansında olan Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal 2, Dairəvi küçə, 11 saylı evin 204 saylı mənzilin özəlləşdirilməsi üçün zəruri olan sənədlərin (müqavilə, maliyyə arayışı, protokoldan çıxarışı və s.) ona təqdim etməsi müqabilində MTK-ya ilkin mərhələdə 5000 (beş min) manat, mənzilinə dair müvafiq çıxarışın alınmasından sonrakı bir il ərzində isə qalan 5000 (beş min) manat olmaqla, cəmi 10000 (on min) manat məbləğində pul ödəməyi öhdəsinə götürür. Yasamal Rayon Məhkəməsinin 2(004)-2094/2021 saylı, 29 aprel 2021-ci il tarixli və 2(004)-4440/2021 saylı, 24 sentyabr 2021-ci il tarixli qətnamləri ləğv edilsin və həmin (birləşmiş) mülki iş üzrə icraata xitam verilsin. Məhkəmə xərcləri tərəflərə aid edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Xəyalə Cəmilova Həmid Həmidov