Məhkəmə qərarları › İş №2(103)-3233/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3233/2021

24.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3233/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Qaradağ Rayon Məhkəməsinin 2(002)-2685/20 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pasport qeydiyyatından çıxarılma tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim K.Əsədov, iş № 2(002)-2685/20) iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmuşdur. Hazırda iddiaçı Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından şikayət verərək onun ləğv edilməsini və mülki işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Şikayət məhkəmənin gəldiyi nəticənin qanunsuz və əsassız olması ilə əsaslandırılmışdır. Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyərək və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət edənədək Azərbaycan Respublikası DİN Baş Pasport Qeydiyyat və Miqrasiya idarəsinə və Qaradağ Rayon Polis İdarəsinə müraciət etmiş, həmin İdarə tərəfindən ərizənin təmin edilməsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur, məhkəmə iddianın yolverilməzliyi əsası ilə iddia ərizəsinin icraata qəbulundan imtina etmişdir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası MPM-nin 153.2.1, 153.3 və s. maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehin posport qeydiyyatından çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, cavabdeh fiziki şəxs – Cavabdeh üzərinə pasport qeydiyyatından çıxarılma öhdəliyinin qoyulması mümkün deyildir. Pasport qeydiyyatından çıxarılma müvafiq polis orqanlarının səlahiyyətində olan məsələdir. İş materiallarından da məlum olur ki, iddiaçı düzgün olaraq hazırkı məsələ ilə bağlı ilk öncə Azərbaycan Respublikası DİN Baş Pasport Qeydiyyat və Miqrasiya idarəsinə və Qaradağ Rayon Polis İdarəsinə müraciət etmişdir. Həmin orqanların üzərinə cavabdehin pasport qeydiyyatından çıxarılmasına dair öhdəlik qoyulması ilə bağlı iddia (məcburetmə haqqında iddia) artıq inzibati məhkəmələrin yuridiksiyasına aid mübahisə hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuş, qərardad qəbul edilərkən qanunvericiliyin tələblərinə riayət edilmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfə izah edir ki, hazırkı iddia tələbi ilə aidiyyəti üzrə (cavabdeh müvafiq polis orqanı olmaqla) inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar