Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3233/2022 27.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə İddiaçı nümayəndəsi Nümayəndə və vəkili Vəkil2, Cavabdeh, onun vəkili Vəkil1 iştirakları ilə, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(009)-1565/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Xudayar qızına qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi, əmlakın boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə Cavabdeh, övladı yetkinlik yaşına çatmamış X1, övladı yetkinlik yaşına çatmamış X2 istifadə hüquqlarının itirilmiş hesab olunması, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdehlər Cavabdeh, övladı yetkinlik yaşına çatmamış X5, övladı yetkinlik yaşına çatmamış X6 tərəfindən boşaldılmasına, bütün əşyaları çıxarılmaqla boşaldılmış vəziyyətdə ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, ünvan 1 ünvanında fərdi yaşayış evi 1993-cü il tarixdən tam mülkiyyət hüququ ilə ona məxsusdur. Mülkiyyətində olan fərdi yaşayış evində o və ailə üzvləri qeydiyyatdadırlar. Bundan əlavə bacısı Cavabdeh övladı yektinlik yaşına çatmamış X5, övladı yetkinlik yaşına çatmamış X6 qeydiyyatdadırlar. Cavabdeh ailə həyatı qurduqdan sonra qeydiyyat olduğu evdən köçmüş, cavabdehə məxsus olan E.Əzizov küçəsində yerləşən fərdi yaşayış evində yaşamağa başlamışdır. Həmin evdə ailəsi ilə bərabər yaşayaraq təsərrüfat aparmışdır. Təxminən 2 il əvvəl həyat yoldaşının vəfat etməsi səbəbi ilə onun mülkiyyətində olan fərdi yaşayış evinə gələrək evdə tək uşaqlarla yaşaya bilmədiyi müvəqqəti olaraq onun evində yaşamağa xahiş etmişdir. O, isə bu vəziyyətin müvəqqəti olduğunu nəzərə alaraq evində yaşamağa icazə vermişdir. Hətta onun evində yaşadığı dövrdə o, özü ona ərzaq və kommunal şəraitinin yaxşılaşdırılması üçün köməklik göstərmişdir. Cavabdehə məxsus fərdi yaşayış evinin olmasına baxmayaraq, müvəqqəti şəkildə yaşamağa razılaşmış olan cavabdeh və övladları artıq 2 ildir ki, onun evindən çıxmaq istəmirlər. Hətta özünə məxsus evi hal-hazırda təmir etdirib kirayə vermək istəyir. Cavabdeh yaşadıqları evin əşyalarına (onun evinin əşyalarına) zərər verir, hər gün söz-söhbət salır. Lakin öz evini isə təmir etdirir. Ona məxsus evdə vicdanlı şəkildə, düzgün qaydada istifadə hüququ həyata keçirmir. Bundan əlavə cavabdeh onun evinə zərər verdiyi üçün hüquq mühafizə orqanlarına cavabdehdən şikayətçi olmuşdur. Dəfələrlə cavabdehə danışıqlar aparsa da, evi tərk etməsi barədə buna məhəl qoymamışdır. Hətta artıq söz-söhbət yaratmış, onu hədələmişdir. Bu da onun mülkiyyətçi kimi mülkiyyət hüququnu həyata keçirməyə imkan vermir. İş materiallarında əlavə edilmiş arayışdan da görünür ki, Cavabdeh övladı yetkinlik yaşına çatmamış X5, övladı yetkinlik yaşına çatmamış X6 ona məxsus Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsində yerləşəni fərdi yaşayış evində qeydiyyatdadırlar. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi o, yuxarıda göstərilmiş fərdi yaşayış evinin qanuni mülkiyyətçisidir, lakin cavabdehlərin qanunsuz hərəkətlərinə görə mülkiyyət hüququnun bütün elementlərinə sahib olmadığından faktiki mülkiyyət hüququnu həyata keçirə bilmir. Hal-hazırda cavabdehlərin onun mülkiyyətində olan fərdi yaşayış evində məskunlaşaraq, qanuni tələblərinə məhəl qoymaması və evi tərk etməmələrindən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə ehtiyac duyulur. Belə ki, cavabdehlərin qanunsuz əməlləri, qanuni mülkiyyətçi mülkiyyət hüququnu tam realizə etməyə imkan vermir, habelə əmlak üzərində sərəncam hüququnu həyata keçirə bilmir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(009)-1565/2021 saylı saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsində yerləşən 70 saylı evin Cavabdeh tərəfindən yetkinlik yaşına çatmayan uşaqları – X5 və X6 ilə birlikdə boşaldılması, onların bütün əşyalarının evdən çıxarılması və evin boşaldılmış vəziyyətdə İddiaçı təhvil verilməsi, İddiaçı Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları – X5 və X6 ilə birlikdə Bakı şəhəri, Səbail rayon, Ö.F.Nemanzadə küçəsində yerləşən 70 saylı evə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə tələbi cavabdehin yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə evə istifadə hüquqlarının olmaması müəyyən edildiyindən təmin edilməməsi, qətnamənin bu hissədə Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları – X5 və X6 ilə birlikdə Bakı şəhəri, Səbail rayon, Ö.F.Nemanzadə küçəsində yerləşən 70 saylı evə iddiaçının inzibati orqana müraciəti əsasında qeydiyyatlarının ləğv edilməsi üçün əsas olması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözü gedən mənzili cavabdehin atası onun qardaşının adına rəsmiləşdirdikdən bir müddət sonra elə mərhum atası tərəfindən də mənzilin sahəsi dəyişdirilmiş, mənzilin yuxarı tərəfində daha 2 otaq artırılmışdır, yəni mənzil faktiki olaraq fiziki cəhətdən çıxarışda göstərilən ölçüdə deyildir. Cavabdehin mərhum atası bunu ona görə etmişdir ki, həmin mənzildə cavabdehin də yaşaması mümkün olsun. Bunu cavabdehin digər bacıqardaşları da təsdiq edə bilərlər. Bundan əlavə cavabdehin mərhum valideyinlərinə - atasına və anasına o, qulluq etmişdir, onların qoca və xəstə vaxtlarında daima yanlarında olmuşdur. Bunu digər bacı və qardaşları, qohumları təsdiq edə bilərlər. Cavabdeh qeyd edir ki, hələ atası sağlığında sözü gedən mənzili qardaşının adına özgəninkiləşdirəndə qardaş-bacıların həmin mənzilə pasport qeydiyyatına alınmasını təmin etmişdir. Burada notarial razılıq ərizəsi də mövcud idi ki, bu da hazırkı işin inzibati mühakimə icraatı qaydasında baxılması üçün əsasdır. Yəni bu işə heç də mülki mühakimə icraatı qaydasında baxılmalı deyildir. Bu iş Bakı İnzibati Məhkəməsinin icraatına aid olan məsələ idi. Göründüyü kimi hakim hazırkı işə maddi hüquq normaları ilə yanaşı prosessual hüquq normalarının pozulması ilə baxmışdır. Belə ki, 05.01.2021-ci ildə atası X4 vəfat etməmişdən əvvəl ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini cavabdehin qardaşı İddiaçı adına sənədləşdirsə də, nəticədə həmin ev övladlar arasında bölünməsi olan mirasdır və iddiaçı da varis sayılır. Cavabdeh, yetkinlik yaşına çatmayan övladları X5 və X6 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Məhkəmə onu məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar etmədən işə baxmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və qətnamənin ləğv edilməsini xahiş etdi, ona verilən suallara cavab olaraq bildirdi ki, o, 2003-cü ildə hazırkı mübahisəli evdən gəlin gedib. O, həyat yoldaşı ilə kirayədə yaşayıb. Hazırki evdən qeydiyyatdan çıxıb, Günəşlidə olan evə qeydiyyata düşüb. Sonra Günəşlidə olan ev satıldığı üçün, o, qardaşının hazırkı evinə 2005-ci ildə qeydiyyata düşmüşdür. O, 2018-ci ildə hazırkı evdə yenidən yaşamağa başlamış, atasına-anasına baxmışdır. Həyat yoldaşı içki aludəçisi olduğu üçün, 2020-ci ildə vəfat etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili izahatında qeyd etdi ki, Cavabdeh başqa bir işlə bağlı notariusa gedəndə şəxsiyyət vəsiqəsinin etibarsız olduğunu görüb. Araşdırmadan sonra məlum olub ki, qardaşı məhkəməyə müraciət edib, yaşayış sahəsindən istifadəsinə xitam verilib. Buna görə də, şəxsiyyət vəsiqəsi etibarsız olub. X16 adına olub, ona görə oğlunun adına keçirdib ki, oğlu müharibə veteranı olub, buna görə də kommunal xərclərdən azad olmaq istəyib. Evi oğlunun adına keçirdəndən sonra evdə təmir işləri aparılıb ki, hansı ki, halhazırda mənzil çox böyükdür. Mənzildə iddiaçı, onun qardaş bacıları yaşayırlar. Xanım qısa müddət ailəli olub, rəsmi nigahı olmayıb. Cavabdeh həmin evdə qeydiyyatda olduğu üçün, Mülki Məcəllənin 228-ci maddəsinə əsasən hüququ vardır. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, iddia tələbində göstərilənlərə uğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər, izahatlarında əlavə olaraq qeyd etdilər ki, mübahisəli ev iddiaçının mülkiyyəti olmaqla, miras əmlak deyildir. Bundan əlavə cavabdeh ailə quraraq mənzildən gedəndən sonra, mənzilə hüquqlarını itirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh ünvanlanmış məhkəmə bildirişlərinin qanunvericiliklə müəyyən olunmuş qaydada ona göndərildiyi və çatdırıldığı barədə iş materiallarında hər hansı bir sübut olmamasına baxmayaraq birinci instansiya məhkəməsi, onun iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsi ilə əsaslandırmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin istinad olunan həmin maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Göründüyü kimi qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir. İş materiallarından isə cavabdehin birinci instansiya məhkəməsində keçirilən iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış olduğu müəyyən edilmir. Beləliklə də, məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumatlandırılmadan işə baxılmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası bu kontekstdə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlili olmaqla yanaşı, şikayətin digər dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. İş üzrə Tİ və MHQİ (indiki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) tərəfindən verilmiş 24.02.1993-cü il tarixli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş kserosurətinə əsasən Bakı şəhəri, Ekspertimentalnaya (indiki Ö.F.Nemanzadə) küçəsində yerləşən 70 saylı evi tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. İş üzrə Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li, 07.05.2021-ci il tarixli və 149 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 04.06.2021-ci il tarixli arayışlara əsasən Cavabdeh 13.07.2005-ci ildən, X5 13.07.2005-ci ildən, X6 04.08.2006-cı ildən Bakı şəhəri, Səbail rayonu, Xanlar Ö.F.Nemanzadə küçəsində yerləşən 70 saylı evində yaşayış yeri üzrə qeydiyyatdadırlar. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək göstərdi ki, cavabdeh onun bacısı, iddiaçı qardaşıdır. Ev 1993-cü ildən qardaşı Adilin mülkiyyətindədir. Bacısı Səadət 2003-cü ildə ailə qurmuş, mübahisəli evdən gəlin köçmüşdür. Səadət 2003-cü ilə qədər mübahisəli mənzildə yaşayırdı. 2003-cü ilə qədər Səadətin qeydiyyatının harada olmasını bilmir. Səadət 2015-2016-cı ildə mübahisəli evə qeydiyyata düşüb. Səadətin həyat yoldaşı 2018 ya da 2019-cu illərdə vəfat edib. Onun həyat yoldaşı vəfat edəndən sonra 2015-2016-cı illərdə mübahisəli evə yaşamağa gəlmişdir. Səadət evin ikinci mərtəbəsində yaşamağa başladı. Onun özünün ailəsi Xalqlar Dostluğunda yaşasa da, o, mübahisəli evdə yaşayır. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək göstərdi ki, cavabdeh onun bacısı, iddiaçı qardaşıdır. Bacısı Səadət Bakıda atasının evində anadan olub, hamısı orada anadan olmuşlar. Bacısı Səadət həmişə o evdə qeydiyyatda olub, atası onu qeydiyyatda saxlayıb. Valideynləri xəstə olanda Səadət onlara baxıb. Bacısının nə vaxt ailə qurması yadında deyil. Bacısı Səadət mübahisəli evdən gəlin gedib. Bu evdə də qeydiyyatı qalıb. Bacısı mübahisəli evdən qeydiyyatdan heç bir vaxt çıxmayıb. Bacısı Səadət ailə qurandan sonra kirayədə yaşayıb. Səadətin həyat yoldaşı 3-4 il olar ki vəfat edib. Səadət həyat yoldaşı vəfat edəndən sonra hazırkı evə gəlib, ata-anasına baxıb. Səadət artıq 4 ildir ki, mübahisəli evdə yaşayır. Beləliklə, tədqiq edilmiş sübutlar əsasında müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsində yerləşən 70 saylı ev 1993-cü ildən iddiaçının xüsusi mülkiyyətindədir və iş üzrə Cavabdeh iddiaçının bacısıdır. Məhkəmə iclasında həmçinin müəyyən olundu ki, cavabdeh 2003-cü ildə ailə quraraq, mübahisəli evdən köçmüş, həyat yoldaşı ilə birlikdə yaşamışdır. Qeydiyyata düşdüyü Günəşlidə yerləşən mənzil satıldığı üçün 2005-ci ildə yenidən 2 övladları ilə 13.07.2005-ci ildən mübahisəli evdə yaşayış yeri üzrə qeydiyyatda olsa da, orada yaşamamış, qeydiyyatı formal xarakter daşımışdır. 2018-ci ildə cavabdeh iddiaçının razılığı ilə müvəqqəti mübahisəli evə köçərək orada yaşamağa başlamışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, cavabdehin və 2 övladlarının mülkiyyətində olan mübahisəli evə istifadə hüquqlarının itirilməsini, cavabdeh tərəfindən evin boşaldılmasını və bütün əşyaları çıxarılmaqla boşaldılmış vəziyyətdə ona təhvil verilməsini xahiş etmişdir. Kollegiya irəli sürülmüş tələbə hüquqi qiymət verməmişdən əvvəl cavabdehin mübahisəli evə istifadə hüquqlarının olub-olmamasına hüquqi qiymət verilməsini zəruri hesab edir. İş materiallarında olan 2 saylı forma üzrə arayışdan görünür ki, cavabdeh 2005-ci ildən mübahisəli evdə yaşayış yeri üzrə qeydiyyatdadır. Mübahisəli ev isə 1993-cü ildən iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Həmin Qərarda eyni zamanda göstərilmişdir ki, 228.5-ci maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Göründüyü kimi, cavabdehin 2003-cü ildə mübahisəli evdən ailə quraraq köçməsi halında onun mübahisəli evə olan istifadə hüquqlarının xitamı ilə nəticələnmişdir. Kollegiya qeyd edir ki, iddiaçı 2005-ci ildən mübahisəli evə yaşayış yeri üzrə qeydiyyata alınsa da, həmin evdə yaşamamış, qeydiyyatı formal xarakter daşımış, bununla da həmin evə həmin vaxt istifadə hüququ əldə etməmişdir. AR Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Qeyd edilən Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Kollegiya hesab edir ki, cavabdeh 2005-ci ildən mübahisəli evə qeydiyyata düşsə də, o, mülkiyyətçinin ailə üzvü olmadığı və yaşamadığı üçün mübahisəli evə istifadə hüququ əldə etməmişdir. Cavabdehin həmin vaxt evə istifadə hüququnun yaranması üçün o həmin mənzildə yaşamalı, mülkiyyətçi ilə notariat qaydada razılaşmanın bağlanması və həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması zəruri idi. Lakin belə hallar olmadığı üçün cavabdehin həmin vaxt mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır. Kollegiya digər tərəfdən qeyd edir ki, cavabdeh 2018-ci ildən mübahisəli evə mülkiyyətçinin razılığı ilə köçüb yaşadığı üçün, onunla mülkiyyətçi arasında yeni hüquq münasibətləri yaranmışdır. Kollegiya qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında 2018-ci ildə yeni hüquq münasibətləri yarandığı üçün, cavabdehin mübahisəli evə istifadə hüququnun yaranıb-yaranmamasına qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından göründüyü kimi mülkiyyətçinin digər qohumları, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16.12.2014-cü il tarixli qərarına əsasən:
1. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
2. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında göstərilmişdir ki: “Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz”. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 88-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan və yardıma ehtiyacı olub, valideynlərindən saxlanılması üçün yardım ala bilməyən qardaş və bacılar buna zəruri vəsaitə malik yetkinlik yaşına çatmış qardaş və bacılardan məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Qanunvericliyin bu tələbindən göründüyü kimi yetkinlik yaşına çatmayan və yardıma ehtiyacı olan şəxslər bacı və ya qardaşından özünün saxlanılması üçün aliment tələb edə bilər. Yetkinlik yaşına çatmış şəxsin yetkinlik yaşına çatan bacı və qardaşdan özünün saxlanılması üçün aliment tələb etmək hüququ yoxdur. Belə olan halda qüvvədə olan Mənzil Məcəlləsinin tələbləri baxımından da cavabdeh mülkiyyətçinin digər ailə üzvü kimi mənzilə istifadə hüququ (haqqı) əldə etməmişdir. Beləliklə cavabdeh mübahisəli mənzilə 2018-ci ildən mülkiyyətçinin razılığı ilə köçüb orada hazıradək yaşasa da, onun həmin mənzilə hər hansı istifadə hüququ (haqqı) yaranmamışdır və bu səbəbdən iddia tələbi cavabdehin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi hissəsində təmin edilməməlidir. Kollegiya qeyd edir ki, o şəxsin mənzilə istifadə hüquqları itirilə bilər ki, həmin hüquqlar yaranmış və ya mövcud olmuş olsun. Lakin göründüyü kimi cavabdehin mənzilə istifadə hüquqlarının olması müəyyən olunmamışdır. Bu səbəbdən kollegiya hesab edir ki, iddia tələbi cavabdehin yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mübahisəli evə istifadə hüquqlarının itirilmiş hesab olunması barədə tələbi onların həmin mənzilə istifadə hüquqlarının olması müəyyən edilmədiyi üçün təmin edilməməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, cavabdehin uşaqları ilə birlikdə mübahisəli evə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi onların mülkiyyətçinin ərizəsi əsasında yaşayış yeri üzrə qeydiyyatlarının ləğv edilməsi üçün əsasdır. AR Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24.09.2020-ci il tarixli Qərarının 2-ci hissəsinə əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Kollegiya iddia tələbinin cavabdehin və yetkinlik yaşına çatmayan uşaqların mübahisəli evdən çıxarılması, evin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməlidir. Belə ki, yuxarıda qeyd olunduğu kimi cavabdehin uşaqları ilə birlikdə mübahisəli mənzilə istifadə hüquqlarının olmaması müəyyən edilmişdir. Belə olan cavabdehin uşaqları ilə birlikdə mülkiyyətçinin iradəsinə zidd olaraq mübahisəli evdə yaşamaları iddiaçının mülkiyyətçi kimi hüquqlarına qəsd hesab edilir və bu səbəbdən iddiaçı bu hərəkətlərə son qoyulmasını tələb etməkdə tam haqlıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 1 saylı protoklunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, səmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətindən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Məcəllənin mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, kollegiya hesab edir ki, cavabdehin yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mülkiyyətçinin iradəsinə zidd mübahisəli mənzildə yaşaması iddiaçının mülkiyyətçi kimi Azərbaycan Respublikasının qanunvericilik aktları ilə qorunan hüquqlarını həyata keçirilməsini məhdudlaşdırdığından, iddia tələbi cavabdehin uşaqları ilə birlikdə həmin mənzildən çıxarılması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbləri qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Kollegiya apellyatorun evin qardaşı İddiaçı adına sənədləşdirsə də, nəticədə həmin ev övladlar arasında bölünməsi olan miras əmlak olmaqla onun varis sayılması, vərəsə olması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, mübahisəli ev 1993-cü ildən iddiaçının mülkiyyəti olmaqla, cavabdehə münasibətdə miras əmlak hesab edilə bilməz. Kollegiya apellyatorun iddiaçının notarial razılıq ərizəsi olduğu üçün, işə inzibati məhkəmədə baxılması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, hazırkı tələblərə yuxarıda qeyd olunan əsaslandırma qaydasında mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhər Səbail Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(009)- 1565/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsində yerləşən 70 saylı ev Cavabdeh tərəfindən yetkinlik yaşına çatmayan uşaqları – X5 və X6 ilə birlikdə boşaldılsın, onların bütün əşyaları evdən çıxarılsın və ev boşaldılmış vəziyyətdə İddiaçı təhvil verilsin. İddiaçı Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları – X5 və X6 ilə birlikdə Bakı şəhəri, Səbail rayon, Ö.F.Nemanzadə küçəsində yerləşən 70 saylı evə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə tələbi cavabdehin yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə evə istifadə hüquqlarının olmaması müəyyən edildiyindən təmin edilməsin. Qətnamə bu hissədə Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları- X5 və X6 ilə birlikdə Bakı şəhəri, Səbail rayon, Ö.F.Nemanzadə küçəsində yerləşən 70 saylı evə iddiaçının inzibati orqana müraciəti əsasında qeydiyyatlarının ləğv edilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində, ondan Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Namiq Cəfərov
Emin Mehdiyev