Məhkəmə qərarları › İş №2(103)-3236/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3236/2021

11.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3236/2021 11.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məhəmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçı Qəyyar qızının iştirakı ilə, Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-1729/2020 saylı qətnaməsindən İddiaçı Qəyyar qızı tərəfindən verilmiş “buraxılmış prosessual müddətin bərpa edilməsi” barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(010)-1729/2020 saylı qərardadından İddiaçı Qəyyar qızı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Qəyyar qızı cavabdeh X2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 ona məxsus Suraxanı rayonu, Zülal Tağıyev küçəsi 11, mənzil 34 ünvanənda yerləşən mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və pasport qeydiyyatından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-1729/2020 saylı qətnaməsi ilə iddiaçının iddia tələbi rədd edilmişdir. xx.xx.2020-ci il tarixdə məhkəməyə poçt vasitəsi ilə İddiaçı Qəyyar qızının “buraxılmış prosessual müddətin bərpa edilməsi” barədə ərizəsi və apellyasiya şikayəti ilə daxil olmuş və iddiaçı Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-1729/2020 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi ilə bağlı prosessual müddətin ötürülməsini üzrlü hesab edərək, apellyasiya şikayətini mahiyyəti üzrə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(010)-1729/2020 saylı qərardadı ilə Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)- 1729/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi ilə əlaqədar İddiaçı Qəyyar qızı tərəfindən verilmiş “buraxılmış prosessual müddətin bərpa edilməsi” barədə ərizə təmin edilməmişdir. İddiaçı Qəyyar qızı Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(010)-1729/2020 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini, ərizənin təmin olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-1729/2020 saylı qətnaməsi ilə onun cavabdeh X2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və qeydiyyatdan çıxarılma” tələbinə dair iddia tələbi rədd edilmişdir. O, məhkəmənin xx.xx.2020-ci il tarixli 2(010)-1729/2020 saylı qətnaməsindən Respublikada yaranmış pandemiya dövrü ilə və eyni zamanda uşağının xəstəliyi ilə əlaqədar olaraq prosessual müddət çərçivəsində apellyasiya şikayəti verə bilməmişdir. Bu səbəbdən prosessual müddət onun tərəfindən ötürülmüşdür. Odur ki, apellyasiya şikayətinin verilmə müdddətinin bərpa olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. İddiaçı Qəyyar qızı məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçınıdinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). İş materialları ilə müəyyən olunur ki, 2(010)-1729/2020 saylı mülki iş üzrə çıxarılmış xx.xx.2020-ci il tarixli qətnamə həmin tarixli məktubla poçt vasitəsi ilə İddiaçı Qəyyar qızına göndərilsə də, İddiaçı Qəyyar qızı xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, qətnamənin onun ünvanına gəlmədiyini bildirərək ona rəsmi təqdim edilməsini xahiş etmiş və xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixli 2(010)-1729/2020 saylı qətnaməsi rəsmi qaydada İddiaçı Qəyyar qızına təqdim olunmuşdur. Bundan başqa iddiaçı Respublikada yaranmış pandemiya dövrü ilə və eyni zamanda uşağının xəstəliyi ilə əlaqədar olaraq prosessual müddət çərçivəsində apellyasiya şikayəti verə bilmədiyini, həmçinin, övladı ibrahim Yusifovun epilepsiya xəstəsi oilmasını (Sənədlər təqdim edilmişdir) və xəstə uşağının bir müddət qızdırma vəziyyətində olması ilə bağlı vaxtında apellyasiya verə bilmədiyinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd olunanları, İddiaçı Qəyyar qızı Respublikada yaranmış pandemiya dövrü ilə və eyni zamanda uşağının xəstəliyi səbəbindən şikayətin gec verdiyini və işin digər hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, müddət üzrlü səbəbdən buraxılmış hesab edilməli və bərpa edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Qəyyar qızının şikayəti təmin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1729/2020 saylı iş üzrə xx xxxxxx 2021-cı il tarixli qərardadı ləğv edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-1729/2020 saylı qətnaməsindən İddiaçı Qəyyar qızının apellyasiya şikayəti verməsi müddətinin bərpa edilməsi barədə ərizə təmin edilsin. Apellyasiya şikayəti verməsi üçün prosessual müddət bərpa edilsin. Qərardad dərhal qanun qüvvəsini alır. Sədrlik edən hakim Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar