Məhkəmə qərarları › İş №2(103)-3241/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3241/2023

16.05.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3241/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh2 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı “mənzilin təhvil verilməsi və əqdin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli 2(007)-61/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən aldığı ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 3-cü girişinin, 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 101.84 kv.m olan, 2 otaqlı 204 nömrəli mənzilin İddiaçı sahiblik və istifadəsinə verilməsi, həmin mənzilə dair sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması, həmin mənzildə təmir işlərinin başlanılmasına şərait yaradılması vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması və "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 234002 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində 24 noyabr 2021-ci il tarixdə işə baxılan zaman iddiaçının vəsatəti əsasında Cavabdeh2 işə cavabdeh qismində cəlb edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli 2(007)-61/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən aldığı ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 3-cü girişinin, 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 101.84 kv.m olan, 2 otaqlı, 204 nömrəli mənzilin İddiaçı sahiblik və istifadəsinə verilməsi, həmin mənzilə dair sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması və bu mənzildə təmir işlərinin başlanılmasına şərait yaradılması vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 234002 saylı müqavilənin etibarsız hesab edilməsi, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun ona aid edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh2 tərəfindən apelyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər: Qürbət Əsgərov sədrlik edən və məruzəçi, Azad İmanov, Fuad Talışinski) 2(103)-5829/2022 nömrəli 18 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-61/2022 saylı, 28 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-833/2023 saylı 15 fevral 2023-cü il tarixli qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5829/2022 nömrəli iş üzrə 18 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Təkrar apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili ərizə ünvanlayaraq, göstərmişdir ki, İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 MMC ilə bağlanmış xx.xx.2019-cu il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən aldığı ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 3-cü girişinin, 16-cı mərtəbəsində yerləşən ü/s 101.84 kv.m olan, 2 otaqlı, 204 nömrəli mənzilin İddiaçı sahiblik və istifadəsinə verilməsi, həmin mənzilə dair sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması, həmin mənzildə təmir işlərinin başlanılmasına şəraitin yaradılması vəzifəsinin Cavabdeh1 MMC-nin üzərinə qoyulması və Cavabdeh1 MMC ilə X3 arasında bağlanmış 08 may 2019-cu il tarixli 234002 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-61/2022 saylı 28 mart 2022-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir. Cavabdehlər tərəfindən apellyasiya şikayəti verilsədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5829/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bildirmişdir ki, İddiaçı cavabdehlərlə barışıb və heç bir şikayət və tələbi yoxdur, verilmiş iddia tələbindən imtina edir, nəzərə alınmasını xahiş edir. Kollegiya iclasında Cavabdeh2 nümayəndəsi iddiadan imtinanın qəbul edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, digər tərəflər (nümayəndə) məhkəməyə gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya iddiaçının iddiadan imtina barədə ərizəsini və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə qəbul edilərək birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apelyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, iddiadan imtina qəbul olunmalı, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iddia üzrə işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 384, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş iddiadan imtina qəbul edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli 2(007)-61/2022 saylı qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar