Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3243/2023 25.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehə qarşı mülki iş üzrə Açar sözlər:(işə bərpa, işburaxmaya görə əmək haqqının, vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi və pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X19 və X4 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 Soltan oğlunun, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs (bundan sonra-üçüncü şəxs) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Maraqlı şəxs iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(005)-1198/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Bakı şəhəri 193 nömrəli tam orta məktəbin direktoru Nihal Hacıyevaya ünvanlanmış xx.xx.2021-ci il tarixli cavab məktubundan müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli, F-346 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”nın 2.7-ci bəndini və zəruri ehtiyacı nəzərə alaraq, rəhbərlik etdiyi məktəbin xəstəliyə görə əmək qabiliyyəti olmayan ibtidai sinif müəllimi X8 2a sinfindəki vakant olan ana dili, riyaziyyat fənləri üzrə 14 saat dərs yükünün X9 tərəfindən, həyat bilgisi, fiziki tərbiyə, texnologiya, təsviri incəsənət fənləri üzrə 5 saat dərs yükünün X25 tərəfindən iki sinif komplektində ümumi dərs yükü 36 saatı aşmamaq şərtilə xx.xx.2021-ci il tarixdən X18 cari tədris ili ərzində işə qayıdanadək tədris edilməsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi etiraz etməmişdir. 2.Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi M.Şəhriyar adına 193 saylı tam orta məktəbi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, 481 nömrəli əmək müqaviləsinin ləğv edilməsi barədə xəbərdarlıq bildirişi ilə Bakı şəhəri 193 nömrəli tam orta məktəbdə 2021/2022-ci dərs ilinin 1-ci yarımilində məktəbdə Azərbaycan bölməsi üzrə 1 “c” sinfinə şagird yığımı olmadığı üçün məktəbin ştat cədvəlində 1 ştat ibtidai sinif müəllimi vəzifəsi ixtisara düşmüşdür. Bununla əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq onun ştatının ixtisara düşməsi ilə bağlı xəbərdarlıq edilir. Bu xəbərdarlıq əmək qanunvericiliyinin bütün tələbləri gözlənilməklə, işçilərin ixtisası, peşəkarlıq səviyyəsi nəzərə alınmaqla edilmişdir. Onunla bağlanmış əmək müqaviləsi (9 həftə qabaq) xx.xx.2021-ci il tarixdə ləğv ediləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqısaxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədilə bir iş günü əmək funksiyasının icrasından azad olunmuşdur. 3.Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Vəkil1 ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2018-ci ü tarixli, F-348 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalarının 2.7-ci bəndinə uyğun olaraq zəruri ehtiyac olduqda təhsil müəssisələrinin təqdimatına əsasən ibtidai siniflərdə müəllimlərin iki sinif komplektində dərs aparmasına tabelik üzrə təhsili idarəetmə orqanı tərəfindən razılıq verilir. 4.Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubundan müəyyən olunur ki, 2021-2022-ci tədris ili üzrə İdarənin tabeliyində olan ümumi təhsil müəssisələrindən, o cümlədən 193 nömrəli tam orta məktəbdən İ siniflərə qəbul aparılan hər bir sinif üzrə müəllimin adı, soyadı və ata adı göstərilməklə, həmin siniflərə yerləşdirilə biləcək maksimum şagird sayına dair məlumatlar toplanılmışdır. Toplanılan məlumatlar mektebeqebul.edu.az elektron sistemində yerləşdirilmişdir. Cari tədris ili üzrə 193 nömrəli tam orta məktəbdə Azərbaycan bölməsi üzrə 3 birinci sinif açılmışdır. Həmin siniflərdə dərs demək üçün 193 nömrəli tam orta məktəbin rəhbərliyi tərəfindən 3 müəllim təyin olunmuş, təyin olunmuş müəllimlər arasında iddiaçının da adı qeyd olunmuşdur. Azərbaycan Respublikası təhsil nazirinin xx.xx.2021-ci il tarixli, F-162 nömrəli “2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun aparılması barədə” əmrinə əsasən ümumi təhsil müəssisələrinin İ siniflərinə şagird qəbulu valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatı aparılmaqla mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir. Qeydiyyat müddəti ərzində 193 nömrəli tam orta məktəbdə adınıza açılmış 1c sinfinə valideynlər (qanuni nümayəndələr) tərəfindən 9 sorğu yerləşdirilmişdir. Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2020-ci il tarixli 212 nömrəli Qərarına əsasən dövlət ümumi təhsil müəssisəsində ibtidai (l-İV siniflər), ümumi orta (V-İX siniflər) və tam orta (X-Xİ siniflər) təhsil səviyyələri üzrə siniflər (təmayül siniflər istisna olmaqla) şagirdlərin sayı 20 nəfərdən az olmamaqla təşkil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 2021-2022-ci tədris ili üzrə 193 nömrəli tam orta məktəbdə iddiaçının adına sinif açılması mümkün olmamışdır. 5.Bakı şəhəri, M.Şəhriyar adına 193 saylı tam orta məktəb üzrə 231 saylı əmrdən çıxarışdan və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən edilir ki, 2021/2022-ci tədris ilinin 1-ci yarımilində Bakı şəhəri 193 saylı tam orta məktəbdə sinif komplektinin sayının azaldılması nəticəsində ibtidai sinif müəllimi vəzifəsinin ixtisarı zərurəti ilə əlaqədar olaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq xx.xx.2021-ci il tarixdən ləğv edilmişdir. 6.Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi 3 saylı Xidmət və Əməliyyat Mərkəzi tərəfindən verilmiş 266 saylı, xx.xx.2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Bakı şəhəri 193 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi işləmiş İddiaçı məktəbin 231 saylı, xx.xx.2021-ci il tarixli əmrinə əsasən işdən azad edilmişdir. İddiaçı 2021-ci ilin noyabr ayında hesablanmış ixtisar pulu, (orta aylıq əmək haqqının iki misli) 1468,48 manat və yekun haqq-hesaba görə hesablanmış 235,84 manat olmaqla cəmi 1704,32 manat hesablanmış əmək haqqı ödənilmişdir. 7.Bakı şəhəri, M.Şəhriyar adına 193 saylı tam orta məktəb üzrə 136 saylı Əmrdən çıxarışdan müəyyən olunur ki, əmək müqaviləsi ilə müəyyən edilmiş funksiyaları keyfiyyətsiz yerinə yetirdiyinə görə məktəbin azərbaycan bölməsinin ibtidai sinif müəllimi İddiaçı Azərbaycan respublikası Əmək Məcəlləsinin 186-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. a)Birinci instansiya məhkəməsində icraat 8.İddiaçı Cavabdehə qarşı işə bərpa, işburaxmaya görə əmək haqqının, vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, M.Şəhriyar adına 193 saylı tam orta məktəbin direktoru X6 imzaladığı 24 noyabr 2021-ci il tarixli, 231 nömrəli əmrinin ləğv edilib, işinə bərpa edilməklə qətnamə qanuni qüvvəsini alan günə kimi işburaxmaya görə əmək haqqının ödənilməsi, qanunsuz olaraq işdən çıxarılmaqla ötən dövr ərzində keçirdiyi əzab, iztirab və sarsıntı nəticəsində cavabdeh tərəfindən iddiaçıya vurulmuş mənəvi ziyana görə 20000 manat mənəvi təzminatın alınaraq iddiaçıya ödənilməsi, ilkin mediasiya sessiyası üçün ödədiyi 55 manat və dövlət rüsumu kimi ödədiyi 150 manat, ümumilikdə isə 205 manat pul vəsaitinin cavabdehin hesabından tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 9.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1980-ci ildə keçmiş Əli Bayramlı şəhər Pedaqoji Texnikumunu qırmızı diplomla bitirərək bir ildən sonra Əli Bayramlı şəhərində pedaqoji fəaliyyətə başlamışdır. 1988-ci ildə keçmiş Azərbaycan Dövlət Pedoqoji İnstitutunun “İbtidai təlimin pedaqoqikası və metodikası” ixtisasını bitirib, ali təhsil almışdır. 1995-ci ildən Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən M.Şəhriyar adına 193 saylı tam orta məktəbində sinif müəllimi işləyirdi. Son illərdə məktəbin təlim-tərbiyyə işləri üzrə direktor müavini işləyən Kəmalə Süleymanova iddiaçı ilə qərəzli olmağa başladı. Direktor müavini ona açıq şəkildə bildirdi ki, məktəbdə işləməyinə imkan verməyəcəkdir. 2021-ci ilin sentyabr ayında X14 məktəbə yeni direktor təyin olundu. Bundan sonra direktor müavini Kəmalə Süleymanovanın sifarişinə əsasən yeni X27 iddiaçını məktəbdən və işdən uzaqlaşdırmaq məqsədilə iddiaçıya qarşı qərəzli hərəkətlər etməyə başladı. X27 və müavini Kəmalə Süleymanova ali təhsilli olduğunu, çoxillik səmərəli pedaqoji fəaliyyətini, əvvəllər keçirilmiş diaqnostik qiymətləndirmədə məktəbin sinif müəllimləri arasında hamıdan yüksək nəticə göstərdiyini (52 bal) və pensiya yaşına az bir müddət qaldığını nəzərə almadan 2021-ci ilin sentyabr ayında iddiaçı üçün sinif təşkil olunmasına süni maneələr yaratdılar. 2021/2022-ci tədris ili üçün məktəbin İ sinfində təhsil almaqdan ötrü valideynlər tərəfindən 68 müraciət daxil olmasına, eləcə də 68 şagird kontingentindən 3 sinfin yaradılmasının mümkün olmasına baxmayaraq onlar qəsdən bir sinfi 29 uşaqdan, digər sinfi isə 30 uşaqdan təşkil edib, üçüncü sinif üçün cəmi 9 uşaq saxlamaqla bu sinfin təşkil olunmasına bilərəkdən imkan vermədilər. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 saylı Qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 2.6-cı maddəsinə əsasən ümumtəhsil məktəblərində siniflər şagirdlərin sayı ən azı 20 nəfər olmaqla müəyyən edilir. Həmçinin “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli, 103 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 29 sentyabr 2020-ci iltarixli, 361 nömrəli Qərarının 12.1 -ci maddəsində qeyd olunmuşdur ki, ümumi təhsil müəssisələrində siniflər şagirdlərin sayı 20 nəfərdən az olmamaqla təşkil edilir. Təmayül sinifləri şagirdlərin sayı 15 nəfərdən az və 20 nəfərdən cox olmamaqla komplektləsdirilir. Lakin məktəbin direktoru ilə onun müavini iddiaçıya qarşı qərəzli hərəkətlər edərək hətta uşaqlarının dərs deyəcəyi sinifdə təhsil almasını istəyən bir neçə valideynə təsirlər etməklə bu valideynlərin uşaqlarını digər siniflərə yazıb, iddiaçını işsiz saxlamışlar. Hansı ki, digər iki sinfin müəllimləri iddiaçıdan fərqli olaraq orta-ixtisas təhsilli olmaqla əvvəllər keçirilmiş diaqnostik qiymətləndirmədə iddiaçının topladığı 52 baldan xeyli aşağı bal toplamışlar. Direktorla müavini iddiaçıya bildirdi ki, məktəbə müraciət edən valideynlər sinif müəllimini seçərkən müraciətlərində guya iddiaçını deyil, digər iki müəllimin adlarını qeyd etmişlər. Lakin təhsil haqqında mövcud olan bütün qanunvericilik aktlarında valideynin 1-ci sinifə qəbulla bağlı onlayn müraciətində yalnız məktəbi seçmək hüququ vardır. Təhsil haqqında mövcud qanunvericilikdə valideynin müəllimi seçmək kimi imkanı yoxdur. Bundan başqa məktəbin direktoru ilə müavini iddiaçıya qarşı qərəzli hərəkətlərini davam etdirərək xəstəliklə bağlı işə çıxa bilməyən ibtidai sinif müəllimi Nəcibə Vəliyevanın dərs dediyi İ “a” sinfindəki dərs saatlarını əvəzçiliklə iddiaçıya deyil, əvvəlcə məktəbdə laborant işləyən Günay adlı texniki işçiyə həvalə etdilər. Buna etiraz etdikdə direktor Nihal Hacıyevə dərhal həmin laborantı sinifdən çıxarıb, İ “a” sinfinin dərs saatlarını digər sinif müəllimləri Şəhrizad müəllimə və Arzu müəllimə arasında böldü. Bu barədə bir neçə dəfə Bakı şəhəri üzrə Təhsil İdarəsinə, xüsusən də Azərbaycan Respublikasının Təhsil Naziri cənab Emin Əmrullayevə rəsmi müraciətlər etsə də, heç bir nəticəsi olmadı. Çünki məktəbin direktoru Nihal Hacıyevanın deməsinə görə anası Yaqut xanım əvvəllər Bakı şəhəri üzrə Təhsil İdarəsində işləmiş, hazırda isə 26 saylı tam orta məktəbin direktorudur. Nihal Hacıyevanın təbirincə desək, hara şikayət etsə də, xeyri olmayacaqdır. Məktəbin direktoru Nihal Hacıyeva artıq 22 sentyabr 2021-ci il tarixdə iddiaçıya “əmək müqaviləsinin ləğv edilməsi barədə xəbərdarlıq bildirişi” göndərdi. Həmin bildirişdə qeyd olunur ki, Bakı şəhəri, 193 nömrəli tam orta məktəbdə 2021/2022ci dərs ilinin İ yarımilində məktəbdə Azərbaycan bölməsi üzrə 1 “c” sinfinə şagird yığımı olmadığı üçün məktəbin ştat cədvəlində 1 ştat ibtidai sinif müəllimi vəzifəsi ixtisara düşmüşdür. Bununla əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq iddiaçıya ştatının ixtisara düşməsi ilə bağlı xəbərdarlıq edilir. Bu xəbərdarlıq əmək qanunvericiliyinin bütün tələbləri gözlənilməklə, işçilərin ixtisası, peşəkarlıq səviyyəsi nəzərə alınmaqla edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsi (9 həftə qabaq) 24 noyabr 2021-ci il tarixdə ləğv ediləcəkdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77- ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədilə o, bir iş günü əmək funksiyasının icrasından azad olunur. Tamamilə qanunsuz olan bu xəbərdarlıq bildirişini aldıqdan sonra, eləcə də məktəbin direktoru Nihal Hacıyeva ilə onun müavini Kəmalə Süleymanovanın iddiaçıya qarşı qanunsuz və qərəzli hərəkətləri davam etdiyindən səhhətində ciddi problemlər yaranmağa başlandı. Demək olar ki, mütəmadi olaraq arterial qan təzyiqi yüksəldiyindən tez-tez təcili tibbi yardım maşını çağırmaq məcburiyyətində qalmışdır. Bütün bunlara baxmayaraq məktəbin direktoru Nihal Hacıyevə iddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi haqqında 24 noyabr 2021-ci il tarixli, 231 saylı əsassız və qanunsuz əmr imzaladı. Bundan bir gün əvvəl isə məktəbin həmkarlar təşkilatı onlayn formada iclas keçirib iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məsələyə razılıq verdi. 10.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim- Kəmalə Əmirxanova) iddianın qismən təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, M.Şəhriyar adına 193 saylı tam orta məktəbin 24 noyabr 2021-ci il tarixli, 231 nömrəli əmrin ləğv edilməsi, İddiaçı əvvəlki işinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün orta əmək haqqı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 11.Məhkəmə hesab etmişdir ki, dövlət ümumtəhsil məktəbləri, liseylər və gimnaziyalarda müəllim vəzifəsi ştat vahidi kimi nəzərə alına bilməz. “Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli, 59 nömrəli Qərarında müəllim vəzifəsi həmin Qərarın 1 və 2 nömrəli əlavələrində qeyd edilən cədvəllərdə nümunəvi ştat vahidi kimi göstərilməmişdir. Odur ki, 22 sentyabr 2021-ci il tarixli bildirişlə İddiaçı göndərilmiş xəbərdarlıqda qeyd edilən “Bakı şəhəri, 193 nömrəli tam orta məktəbdə 2021/2022-ci dərs ilinin İ yarımilində məktəbdə Azərbaycan bölməsi üzrə 1 “c” sinfinə şagird yığımı olmadığı üçün məktəbin ştat cədvəlində 1 ştat ibtidai sinif müəllimi vəzifəsi ixtisara düşmüşdür” cümləsi qanunsuzdur. İddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi qanunauyğun olmadığından iddia tələbi iddiaçının işə bərpa olunması hissəsində təmin edilməlidir. 12.Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsi ilə aşağıdakıları qeyd etmişdir ki, iddiaçı cavabdehin qanunazidd hərəkətləri nəticəsində ona mənəvi ziyanın vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. 13.Məhkəmə qətnaməsini Əmək Məcəlləsinin 12 “c” bəndi, 68.1, 68.2 “a” bəndi, 70 “b”, 71.3, 80, “X17” Azərbaycan Respublikası Qanununun 11, 19, Mülki Prosessual Məcəllənin 14.2, 77.1. 112.1.3, 124.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat 14.Cavabddeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1198/2022 saylı, 27 aprel 2022-ci il tarixli qətnaməsinin qismən - Bakı şəhəri, Nərimanov rayonu, M.Şəhriyar adına 193 saylı tam orta məktəbin 24 noyabr 2021-ci il tarixli, 231 nömrəli əmrinin ləğv edilməsini, İddiaçı əvvəlki işinə bərpa edilməsi; ona məcburi işburaxma müddəti üçün orta əmək haqqının ödənilməsinə dair hissəsinin ləğv edilərək, iddianın həmin hissəsinin də rədd edilməsi, qətnamənin iddianın rədd edilməsinə dair hissəsinin dəyişdirilmədən saxlanmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 15.Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 N-li qərarı ilə Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları (əlavə N.1) təsdiq edilmişdir. Göstərilən Qərarla təsdiq edilmiş 1 nömrəli əlavədə sinif-komplektlərin miqdarından asılı olaraq ştat vahidlərinin sayı təsdiq edilmişdir. Həmin Qərarla siniflərin sayı 4-dək, 5-6, 7-9, 1013.... 30 və daha çox olduqda siniflərin sayına müvafiq olaraq rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin (direktor, direktorun tədris (təlim-tərbiyə) işi üzrə müavini, direktorun litsey (gimnaziya) v s. profil üzrə müavini, direktorun təsərrüfat işi üzrə müavini, təsərrüfat müdiri, mühasib, katibəmakinaçı, uşaqlar birliyi rəhbəri, kitabxana müdiri, kitabxanaçı, lobarant, kiçik xidmətedici işçi (xadimə, paltar saxlayan, çilingər, santexnik, elektromantyor, dülgər və s.) ştat vahidlərinin sayı təsdiq edilmişdir. Göstərilən Qərarla təsdiq edilmiş 2 nömrəli əlavədə isə Günüuzadılmış ümumtəhsil məktəblərinin təsərrüfat və xidmət işçiləri heyəti üzrə tibb bacısı, anbardar, aşbaz, köməkçi fəhlə ştat vahidlərinin sayı təsdiq edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 N-li qərarıilə təsdiq edilmiş 1 və 2 nömrəli siyahılarda müvafiq olaraq rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin; və Günüuzadılmış ümumtəhsil məktəblərinin təsərrüfat və xidmət işçiləri həyəti üzrə ştat vahidləri təsdiq edilmişdir. Tam orta məktəbdə müəllim vəzifəsi göstərilən siyahılarla təsdiq edilmiş ştatlara aid deyildir. Odur ki, birinci instansiya məhkəməsinin “Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli, 59 nömrəli Qərarında müəllim vəzifəsinin həmin Qərarın 1 və 2 nömrəli əlavələrində qeyd edilən cədvəllərdə nümunəvi ştat vahidi kimi göstərilməməsinə; 22 sentyabr 2021-ci il tarixli bildirişlə İddiaçı göndərilmiş xəbərdarlıqda qeyd edilən “Bakı şəhəri 193 saylı tam orta məktəbdə 2021/2022-ci dərs ilinin birinci yarımilində məktəbdə Azərbaycan bölməsi üzrə 1 ”c” sinfinə şagird yığımı olmadığı üçün məktəbin ştat cədvəlində 1 ştat ibtidai sinif müəllimi vəzifəsi ixtisara düşmüşdür” cümləsinin qanunsuz olmasına və buna görə də iddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinin qanuna uyğun olmamasına əsaslanmaqla iddianın qismən təmin edilməsinə dair hissədə gəldiyi nəticə əsassızdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tam orta məktəblərdə rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin; və günüuzadılmış ümumtəhsil məktəblərinin təsərrüfat və xidmət işçiləri həyəti ilə; müəllim (ibtidai sinif müəllimi) vəzifələrinin fəaliyyət əsaslarını düzgün müəyyən edə bilməmiş, nəticədə tətbiq edilməli olmayan (aid olmayan) normativ hüquqi aktı tətbiq etməklə mübahisənin mahiyyəti düzgün həll edilməməsinə dair əsassız nəticəyə gəlmişdir. Belə ki, Ümumi Təhsil haqqında Azərbaycan Respublikası Qanununun 12.8-ci maddəsinə əsasən, dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 2021/2022-ci tədris ilində mövcud normativ hüquqi aktlara əsasən Bakı şəhəri, Nərimanov rayonu, M.Şəhriyar adına 193 saylı tam orta məktəbin İ sinfinə uşaqların qəbulu elektron sistem vasitəsilə tam şəffaf və obyektiv keçirilmişdir. Mövcud qanunvericiliyə əsasən tədris prosesində ibtidai sinif müəllimlərinin seçimi bilavasitə valideynlərin arzu və istəyi ilə həyata keçirilir və bu prosesə ümum təhsil müəssisəsinin müdaxilə etmək səlahiyyəti yoxdur. 2021/2022-ci tədris ilində Bakı şəhəri, Nərimanov rayonu, M.Şəhriyar adına 193 saylı tam orta məktəbinə müraciət edən valideynlərdən heç biri obyektiv səbəblərdən övladlarının təlim-tərbiyə prosesində məktəbin ibtidai sinif müəllimi İddiaçı hər-hansı formada iştirakını arzu etməmişlər. Nəticədə İddiaçı tərəfindən sinfin formalaşdırılması mümkün olmamış və tamamilə obyektiv səbəblərdən qanunamüvafiq olaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməlidir. İşin hallarından göründüyü kimi, 2021/2022-ci tədris ilində Bakı şəhəri, Nərimanov rayonu, M.Şəhriyar adına 193 saylı tam orta məktəbinə müraciət edən valideynlərdən heç biri obyektiv səbəblərdən övladlarının təlim-tərbiyə prosesində məktəbin ibtidai sinif müəllimi İddiaçı hər-hansı formada iştirakını arzu etmədiklərindən; İddiaçı 22 sentyabr 2021-ci il tarixli bildirişlə İddiaçı Bakı şəhəri 193 saylı tam orta məktəbdə 2021/2022-ci dərs ilinin birinci yarımilində məktəbdə Azərbaycan bölməsi üzrə 1 ”c” sinfinə şagird yığımı olmadığı üçün məktəbin ştat cədvəlində 1 ştat ibtidai sinif müəllimi vəzifəsinin ixtisara düşməsi barədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq on ildən çox əmək stajı olan şəxs olması əsasına görə əmək müqaviləsi ləğv edilməzdən doqquz həftə əvvəl işəgötürən tərəfindən xəbərdarlıq edilmiş; 77-ci maddənin 2-ci hissəsinə riayət edilərək xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə İddiaçı azı bir iş günü əmək funksiyasının icrasından azad edilmişdir. İş mateiallarindan göründüyü kimi, işəgötürən tərəfindən digər siniflərin şagirdləri hesabına, yəni digər siniflərdə olan şagirdlərin sayının azaldılaraq yeni bir sinifin yaradılaraq İddiaçı ştatının ixtisar olunmaması üçün maksimum tədbirlər görülmüş, lakin İddiaçı ştatının ixtisarının aradan qaldırılması mümkün olmamışdır. Belə ki, iş materiallarıda olan Bakı şəhəri, Nərimanov rayonu, M.Şəhriyar adına 193 saylı tam orta məktəbin ibtidai sinif şagirdlərinin valideynləri - Samirə İsmayılovanın, Mərziyə Pişnamazovanın, Könül Nadirovanın, Quba Vəliyevanın, Leyla Fərzəliyevanın, Günay Əliyevanın, Rumiyə Əhmədovanın, Gülşən Quliyevanın, Ülkər Cəfərovanın, Nihal Həsənovanın, Mətanət Abdullayevanın, Könül Hənifəyevanın, Günel Qədimovanın, Arifə Məhərrəmovanın, Məhərrəm İsmayılovun, F.Sardarovun və Nahidə Məmmədovanın Bakı şəhəri, Nərimanov rayonu, M.Şəhriyar adına 193 saylı tam orta məktəbin direktoru X10 ünvanlanmış birgə ərizələrindən görünür ki, İddiaçı müəllimin dərs keçmə metodikasını bəyənmədikləri üçün onların övladlarına dərsləri tədris etmələrinə etiraz edirlər. Həmçinin iş materiallarında olan Bakı şəhəri, Nərimanov rayonu, M.Şəhriyar adına 193 saylı tam orta məktəbin ibtidai sinif müəllimləri - X25 evin tək işləyəni olduğuna görə (yoldaşı İ qurp əlildir); X12 yoldaşı rəhmətə getdiyinə və evin tək işləyəni olduğuna görə; X13 maddi vəziyyəti ilə əlaqədar; X21 maddi vəziyyəti ilə əlaqədar; Məleykə Bağırova ailə vəziyyəti ilə əlaqədar və Sona Rüstəmova dərs saatlarının İddiaçı ilə bölüşdürülməsinə (İddiaçı verilməsinə) etiraz etmişlər. İş materiallarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Şəhriyar adına 193 saylı tam orta məktəb tərəfindən 12 noyabr 2021-ci il tarixdə həmin məktəbin Həmkarlar İttifaqı Komitəsinə müraciət edilərək, 1-ci sinifə qəbul zamanı sinif komplektinin yaranması üçün məktəbəqəbul.edu.az saytında kifayət qədər şagirdin qeydiyyatdan keçməməsi səbəbindən, məktəbdə 1 ibtidai sinif müəlliminin ixtisara düşməsi bildirilmiş; həmçinin 2 “a” sinif rəhbəri N.Vəliyeva əmək qabiliyyətini müvəqqəti itirməsi ilə əlaqədar məzuniyyətə çıxması ilə əlaqədar həmin sinifdəki dərslərin müvəqqəti olaraq İddiaçı verilməsinə valideynlərin yazılı və şifahi etiraz etmələri; habelə ibtidai sinif müəllimlərinin ona yığma saatlarla dərs verilməsinə etiraz etmələri bildirilərək, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirilməsi xahiş olunmuşdur. İş materiallarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Şəhriyar adına 193 saylı tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinin 23 noyabr 2021-ci il tarixli qərarı ilə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır. Odur ki, işin bu cür hallarında İddiaçı əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən ləğv edilməsi üçün faktiki və hüquqi əsasların olub-olmamasına dair sübutların təqdim edilməsi ilə işin təsdiq edilməli olan halları; “Almas İbtidai 193” adı ilə qeydiyyatdan keçmiş saytdan çıxarılan və özündə hər hansı məna kəsb etməyən və beləliklə də sübut əhəmiyyəti kəsb etməyən foto şəkillərlə təsdiq edilə bilməz. İddiaçı əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən ləğv edilməsinin qanunsuz və əsassızlığına dair digər sübut təqdim etməmişdir. Həmçinin belə hallar məhkəmədə işin hər hansı halı və materialı ilə sübuta yetirilməmişdir. İşin hallarından göründüyü kimi, İddiaçı əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən ləğv edilmişdir. Odur ki, işin bu cür hallarında İddiaçı əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən ləğv edilməsi üçün faktiki və hüquqi əsasların olması üçün 1-ci sinifə qəbul zamanı sinif komplektinin yaranması üçün məktəbəqəbul.edu.az saytında kifayət qədər şagirdin qeydiyyatdan keçməməsi səbəbindən, məktəbdə 1 ibtidai sinif müəlliminin ixtisara düşməsinə; habelə ixtisar zamanı işəgötürən tərəfindən digər siniflərin şagirdləri hesabına, yəni digər siniflərdə olan şagirdlərin sayının azaldılaraq yeni bir sinifin yaradılaraq İddiaçı ştatının ixtisar olunmaması üçün maksimum tədbirlər görülməsinə, lakin İddiaçı ştatının ixtisarının aradan qaldırılması mümkün olmamasına; həmçinin ƏM-nin 77-ci maddənin 2-ci hissəsinə riayət edilərək xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə İddiaçı azı bir iş günü əmək funksiyasının icrasından azad olunması; habelə iddiaçı A.Nuriyeavanın əmək müqaviləsinin ləğv edilməsinə Həmkarlar İttifaqı Komitəsinin razılıq verməsi; habelə əmək müqaviləsinin ləğv edilməsi zamanı Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunub-olunmaması ilə işin müəyyən edilməli olan halları aydınlaşdırılmamışdır. Birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli hesab etdiyi dövlət ümumtəhsil məktəbləri, liseylər və gimnaziyalarda müəllim vəzifəsi ştat vahidi kimi nəzərə alınmalı olmamasına dair xüsusatlar sübut olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 Nli qərarı ilə Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları (əlavə N1 və əlavəN2) təsdiq edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tam orta məktəblərdə rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin; və günüuzadılmış ümumtəhsil məktəblərinin təsərrüfat və xidmət işçiləri həyəti ilə; müəllim (ibtidai sinif müəllimi) vəzifələrinin fəaliyyət əsaslarını düzgün müəyyən edə bilməmiş, nəticədə tətbiq edilməli olmayan (aid olmayan) normativ hüquqi aktı tətbiq etməklə mübahisənin mahiyyəti düzgün həll edilməməsinə dair əsassız nəticəyə gəlmişdir.Birinci instansiya məhkəməsinin qətnaməsində şərh olunan dövlət ümumtəhsil məktəbləri, liseylər və gimnaziyalarda müəllim vəzifəsinin ştat vahidi kimi nəzərə alınmalı olmamasına və 22 sentyabr 2021-ci il tarixli bildirişlə İddiaçı göndərilmiş xəbərdarlıqda qeyd edilən “Bakı şəhəri 193 saylı tam orta məktəbdə 2021/2022-ci dərs ilinin birinci yarımilində məktəbdə Azərbaycan bölməsi üzrə 1 ”c” sinfinə şagird yığımı olmadığı üçün məktəbin ştat cədvəlində 1 ştat ibtidai sinif müəllimi vəzifəsi ixtisara düşməsi” cümləsinin qanunsuz olmasına dair dəlilləri sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbərdir, ziddiyyətlidir, aid olmayan akta və ştat vahidlərina aiddir. Həmçinin birinci instansiya məhkəməsinin qətnamədə dövlət ümumtəhsil məktəbləri, liseylər və gimnaziyalarda müəllim vəzifəsinin ştat vahidi kimi nəzərə alınmalı olmamasına və 22 sentyabr 2021-ci il tarixli bildirişlə İddiaçı göndərilmiş xəbərdarlıqda qeyd edilən “Bakı şəhəri 193 saylı tam orta məktəbdə 2021/2022-ci dərs ilinin birinci yarımilində məktəbdə Azərbaycan bölməsi üzrə 1 ”c” sinfinə şagird yığımı olmadığı üçün məktəbin ştat cədvəlində 1 ştat ibtidai sinif müəllimi vəzifəsi ixtisara düşməsi” cümləsinin qanunsuz olmasına dair dəlilləri işin hallarına uyğun gəlmir. 16.Bakı Apellyasiya Məhkəməsi (bundan sonra apellyasiya instasiya məhkəməsi) Mülki kollegiyasının 24 oktyabr 2022-ci il tarixli, 2(103)-5059/2022 saylı qətnaməsi ilə (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov və Azad İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 17.Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri M.Şəhriyar adına 193 saylı tam orta məktəb üzrə 231 saylı əmrdə məktəbdə sinif komplektinin sayının azaldılması nəticəsində ibtidai sinif müəllimi vəzifəsinin ixtisarı zərurəti ilə əlaqədar olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə uyğun olaraq xx.xx.2021-ci il tarixdən ləğv edilmiş, əsas kimi Bakı şəhəri 193 nömrəli orta məktəbin xx.xx.2021-ci il tarixli 150 nömrəli əmri, Həmkarlar İttifaqı Komitəsinin 23 noyabr 2021-ci il tarixli 09 saylı protokolu göstərilsə də işçilərin sayı və ya ştatların ixtisar edilməsi barədə hüquqi sənəd (əmr və s) əsas kimi göstərilməmiş, protokol birinci instansiya məhkəməsində icraat zamanı təqdim edilməmiş, apellyasiya icraatı zamanı təqdim edilmiş xx.xx.2021-ci il tarixli 566 saylı təqdimat və M.Şəhriyar adına 193 saylı tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2021-ci il tarixli 09 saylı protokolda isə iddiaçının ixtisarı bağlı hüquqi istinadlar göstərilməmişdir. 18.Apellyasiya instansiyası məhkəməsi Bakı şəhər üzrə Təhsil İdarəsininin məktubuna istinadən qeyd etmişdir ki, İddiaçı sinifinə lazımi qaydada şagird sayı toplanmadığından yeni sinif təşkil edilmədiyi təqdirdə məktəb üzrə ümumi dərs yükündən İddiaçı dərs saatları verməli idi. Bakı şəhər üzrə Təhsil idarəsinin tabeliyində olan ümumi təshsil müəssisələrində dərs yükündən, şagird sayından və digər hallardan asılı olaraq müəllim ştatlarının Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhər üzrə Təhsil İdarəsi tərəfindən təsdiq edilməsi və həmin şatatların ixtisarı Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq qaydada həyata keçirildiyi qeyd edilsə də, ştatların ixtisarı barədə rəsmi sənəd təqdim edilməmişdir. 19.Apellyasiya instansiyası məhkəməsi müəyyən etdiyi halların məcmusu olaraq belə qənaətə gəlmişdir ki, işçilərin sayı və ya ştatların ixtisar edilməsi barədə sənəd (əmr və s) olmadan işəgötürən tərəfindən sinif komlektinin sayının azaldılması nəticəsində ibtidai sinif müəllimi vəzifəsinin ixtisarı zərurəti ilə əlaqədar olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə uyğun ləğv edilməsi barədə əsassız əmr verilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 20.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b) Kassasiya instansiyası məhkəməsindəki icraat 21.Cavabdeh (vəkil) Vəkil2 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. 22.Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-949/2023 saylı, 28 fevral 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2022-ci il tarixli, 2(103)-5059/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. 23.Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi nəticəyə gələrkən işin hallarını tam nəzərə almamış, maddi hüquq normasını düzgün tətbiq etməmiş, apellyasiya instansiyası məhkəməsi isə mülki prosessual qanunvericiliyin tələblərini pozaraq apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməyərək yol verilmiş nöqsanları aradan qaldırmamışdır. 24.Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqavilələrini ləğv etmək hüququ işəgötürənin hüququ kimi müəyyən olunmuşdur. 25.Bakı şəhəri, M.Şəhriyar adına 193 saylı tam orta məktəb üzrə 231 saylı əmrdən çıxarışdan və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən edilir ki, 2021/2022-ci tədris ilinin 1-ci yarımilində Bakı şəhəri 193 saylı tam orta məktəbdə sinif komplektinin sayının azaldılması nəticəsində ibtidai sinif müəllimi vəzifəsinin ixtisarı zərurəti ilə əlaqədar olaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq xx.xx.2021-ci il tarixdən ləğv edilmişdir. 26.İddiaçı ixtisarın qanunauyğun olaraq keçirilmədiyini və əsassız olaraq işdən azad olunmasına istinad edir. 27.Cavabdeh tərəf isə iddiaçının işdən azad olunması zamanı qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl edildiyni göstərir.
28. Cavabdeh tərəf iddia tələbinə etirazında və apellyasiya şikayətində İddiaçı əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən ləğv edilməsi üçün faktiki və hüquqi əsasların olması üçün 1-ci sinifə qəbul zamanı sinif komplektinin yaranması üçün məktəbəqəbul.edu.az saytında kifayət qədər şagirdin qeydiyyatdan keçməməsinə, məktəbdə 1 ibtidai sinif müəlliminin ixtisara düşməsinə; habelə ixtisar zamanı işəgötürən tərəfindən digər siniflərin şagirdləri hesabına, yəni digər siniflərdə olan şagirdlərin sayının azaldılaraq yeni bir sinifin yaradılaraq İddiaçı ştatının ixtisar olunmaması üçün maksimum tədbirlər görülməsinə baxmayaraq ştatının ixtisarının aradan qaldırılmasının mümkün olmamasına; həmçinin ƏM-nin 77-ci maddənin 2-ci hissəsinə riayət edilərək xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə İddiaçı azı bir iş günü əmək funksiyasının icrasından azad olunmasına; habelə İddiaçı əmək müqaviləsinin ləğv edilməsinə Həmkarlar İttifaqı Komitəsinin razılıq verməsinə; habelə əmək müqaviləsinin ləğv edilməsi zamanı Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmasına əsaslanmışdır. 29.Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, 481 nömrəli əmək müqaviləsinin ləğv edilməsi barədə xəbərdarlıq bildirişi ilə Bakı şəhəri 193 nömrəli tam orta məktəbdə 2021/2022-ci dərs ilinin 1-ci yarımilində məktəbdə Azərbaycan bölməsi üzrə 1 “c” sinfinə şagird yığımı olmadığı üçün məktəbin ştat cədvəlində 1 ştat ibtidai sinif müəllimi vəzifəsi ixtisara düşmüşdür. Bununla əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq onun ştatının ixtisara düşməsi ilə bağlı xəbərdarlıq edilir. Bu xəbərdarlıq əmək qanunvericiliyinin bütün tələbləri gözlənilməklə, işçilərin ixtisası, peşəkarlıq səviyyəsi nəzərə alınmaqla edilmişdir. Onunla bağlanmış əmək müqaviləsi (9 həftə qabaq) xx.xx.2021-ci il tarixdə ləğvediləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77- ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədilə bir iş günü əmək funksiyasının icrasından azad olunmuşdur. 30.Göründüyü kimi, iddiaçının tutduğu ştatın ixtisarı ilə bağlı bildiriş işəgötürən olan cavabdeh tərəfindən deyil, məhz təhsil müəssisəsində ştatları, onların sayını müəyyən edən təhsil idarəsi tərəfindən göndərilmişdir. 31.Belə olan halda Bakı şəhər Təhsil İdarəsi baxılan işin icraatında cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilməsi zərurəti yaranmışdır. Belə ki, aşkar olan haldır ki, təhsil müəssisəsinə ştatların sayını, siniflərin sayını, təhsil müəssələrində təhsilverənlərinin sayını müəyyən etmək səlahiyyəti verilməmişdir. Bu səlahiyyət müvafiq olaraq Təhsil İdarələrinin səlahiyyətindədir. 32.Göründüyü kimi Bakı şəhər Təhsil İdarəsinin işə cəlb olunması zəruri olmuş (47-48- ci bəndlərdə göstərilən halların aydınlaşdırılması zərurəti ilə bağlı olaraq) olsa da, lakin işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr belə cəlbetməni təmin etməmişlər.
33. “Ümum Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 12.8-ci maddəsinə əsasən, dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları müvafiq icra hakimiyyəti orqanının müəyyən ediyi orqan (qurum) tərəfindən müəyyən edilir. 34.Nəzərə alınmalıdır ki, “Dövlət ümum təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları” təsdiq edilməsi haqqında Azərbaycan Respulikası Nazilər Kabinetinin 22 iyun 2020-ci il tarixli 212 nömrəli qərarın əsasən dövlət ümumi təhsil müəssisəsində ibtidai (İ-İV siniflər), ümumi orta (V-İX siniflər) və tam orta (X-Xİ siniflər) təhsil səviyyələri üzrə sinflər (təmayül siniflər istisna olmaqla) şagirdlərin sayı 20 nəfərdən az olmamaqla təşkil edilir.
35. Birinci instansiya məhkəməsinin mövqeyinə görə dövlət ümumtəhsil məktəbləri, liseylər və gimnaziyalarda müəllim vəzifəsi ştat vahidi kimi nəzərə alına bilməz. “Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli, 59 nömrəli Qərarında müəllim vəzifəsi həmin Qərarın 1 və 2 nömrəli əlavələrində qeyd edilən cədvəllərdə nümunəvi ştat vahidi kimi göstərilməmişdir. Odur ki, 22 sentyabr 2021-ci il tarixli bildirişlə İddiaçı göndərilmiş xəbərdarlıqda qeyd edilən “Bakı şəhəri, 193 nömrəli tam orta məktəbdə 2021/2022-ci dərs ilinin İ yarımilində məktəbdə Azərbaycan bölməsi üzrə 1 “c” sinfinə şagird yığımı olmadığı üçün məktəbin ştat cədvəlində 1 ştat ibtidai sinif müəllimi vəzifəsi ixtisara düşmüşdür” cümləsi qanunsuzdur.
36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 N-li qərarı ilə Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları (əlavə N.1) təsdiq edilmişdir.
37. Göstərilən Qərarla təsdiq edilmiş 1 nömrəli əlavədə sinif-komplektlərin miqdarından asılı olaraq ştat vahidlərinin sayı təsdiq edilmişdir. Həmin Qərarla siniflərin sayı nəzərdə tutulan sayda və ya daha çox olduqda siniflərin sayına müvafiq olaraq rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin (direktor, direktorun tədris (təlim-tərbiyə) işi üzrə müavini, direktorun litsey (gimnaziya) v s. profil üzrə müavini, direktorun təsərrüfat işi üzrə müavini, təsərrüfat müdiri, mühasib, katibə-makinaçı, uşaqlar birliyi rəhbəri, kitabxana müdiri, kitabxanaçı, lobarant, kiçik xidmətedici işçi (xadimə, paltar saxlayan, çilingər, santexnik, elektromantyor, dülgər və s.) ştat vahidlərinin sayı təsdiq edilmişdir. 38.Göstərilən Qərarla təsdiq edilmiş 2 nömrəli əlavədə isə Günüuzadılmış ümumtəhsil məktəblərinin təsərrüfat və xidmət işçiləri heyəti üzrə tibb bacısı, anbardar, aşbaz, köməkçi fəhlə ştat vahidlərinin sayı təsdiq edilmişdir. 39.Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 N-li qərarı ilə təsdiq edilmiş 1 və 2 nömrəli siyahılarda müvafiq olaraq rəhbər işçilərinin, inzibatitəsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin; və Günüuzadılmış ümumtəhsil məktəblərinin təsərrüfat və xidmət işçiləri həyəti üzrə ştat vahidləri təsdiq edilmişdir. Tam orta məktəbdə müəllim vəzifəsi göstətərilən siyahılarla təsdiq edilmiş ştatlara aid deyildir.
40. Odur ki, birinci instansiya məhkəməsinin “Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli, 59 nömrəli Qərarında müəllim vəzifəsinin həmin Qərarın 1 və 2 nömrəli əlavələrində qeyd edilən cədvəllərdə nümunəvi ştat vahidi kimi göstərilməməsinə; 22 sentyabr 2021-ci il tarixli bildirişlə İddiaçı göndərilmiş xəbərdarlıqda qeyd edilən “Bakı şəhəri 193 saylı tam orta məktəbdə 2021/2022-ci dərs ilinin birinci yarımilində məktəbdə Azərbaycan bölməsi üzrə 1 ”c” sinfinə şagird yığımı olmadığı üçün məktəbin ştat cədvəlində 1 ştat ibtidai sinif müəllimi vəzifəsi ixtisara düşmüşdür” cümləsinin qanunsuz olmasına və buna görə də iddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinin qanuna uyğun olmamasına dair gəldiyi nəticəsi əsaslı hesab edilə bilməz. 41.Birinci instansiya məhkəməsi tam orta məktəblərdə rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin; və günüuzadılmış ümumtəhsil məktəblərinin təsərrüfat və xidmət işçiləri həyəti ilə; müəllim (ibtidai sinif müəllimi) vəzifələrinin fəaliyyət əsaslarını düzgün müəyyən edə bilməmiş, nəticədə tətbiq edilməli olmayan (aid olmayan) normativ hüquqi aktı tətbiq etməklə mübahisənin mahiyyəti düzgün həll edilməməsinə dair əsassız nəticəyə gəlmişdir. 42.Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin əsaslanmasına istinad etmədən digər əsaslarla qətnamənin dəyişdirilmədən saxlanması nəticəsinə gəlmişdir. Lakin bu nəticəyə hansı halların araşdırılması nəticəsi olaraq gəlməsi müəyyən edilmir. 43.Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya məhkəməsi tərəfindən iddia ərizəsinə etirazın və verilmiş apellyasiya şikayətinin dəlillərinə (15-ci bənd) tam hüquqi qiymət verilməməklə, Mülki Prosessual Məcəllənin 392.1.5, 392.2-ci maddələrinin tələbləri pozulmuşdur. 44.Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
c)Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat
d)Məhkəmə icraatı iştirakçılarının izahatları
45.Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 Cəmaləddin oğlu apellyasiya şikayəti müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. 46.Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətini qəbul etmədilər, iddia ərizəsi və etirazlarında göstərilənlərə uyğun məzmunda izahat verərək, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. 47.Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Maraqlı şəxs izahatında qeyd etdi ki, Təhsil İdarəsinin müvafiq sektorları ilə dəqiqləşdirmələr aparıldı və müəyyən olundu ki, Cavabdehdə ümumi təhsil informasiya sisteminin proqram təminatında 2021-2022-ci il tədris ili üzrə üç müəllimin adı yerləşdirlərək sinif açılması ilə bağlı proqnoz verilmişdir. Yalnız iki müəllimin sinifinə valideyinlər tərəfindən seçim edilmiş, 1 ç sinfi üzrə isə 9 şagird qeydiyyatdan keçmiş və sinif komplektləşdirilməmişdir. Bu səbəbdən məktəb direktoru tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən ştat ixtisar olunmuşdur. Müəllimlərin işdən azad olunması işəgötürənin səlahiyyətidir. Sədrlik edənin suallarına cavab olaraq bildirdi ki, məktəbərdə müəlllim ştatı uşaq sayından asılı olaraq müəyyən olunur, real vaxt rejimində its proqramı vasitəsilə sinif komplekləşdirilmədikdə məlumaltar idarə tərəfindən görülür, əlavə məlumat verilməsinə ehtiyac yoxdur. Ştat ixtisarı ilə bağlı onlara məlumat verilməyib. Ştat ixtisarı ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən cavabdehə bildiriş göndərilməyib, hər hansı əmr verilməyib.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Əmək Məcəlləsi: 48.Maddə 12. c bəndi. Əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. 49.Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 50.Maddə 68.2. a bəndi. Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsasıdır. 51.Maddə 70. b bəndi. Əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər. 52.Maddə 71. 1-ci və 3-cü hissələri. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür; İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 53.Maddə 77. 1-ci hissə.İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 54.Maddə 78. 1-ci hissə. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. 55.Maddə 80. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 56.Maddə 300. 1-ci hiissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 57.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 58.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 59.Maddələr 385.1.1, 385.1.2.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.
Apellyasiya baxışının hədləri
60.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 61.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı qətnaməni iddianın təmin olunmayan hissəsində mübahisələndirməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
62.Məhkəmə kollegiyası tərəflərin və üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia mübahisələndirilən hissədə təmin edilməlidir. 63.Belə ki, Bakı şəhəri, M.Şəhriyar adına 193 saylı tam orta məktəb üzrə 231 saylı əmrdən çıxarışdan və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən edilir ki, 2021/2022-ci tədris ilinin 1-ci yarımilində Bakı şəhəri 193 saylı tam orta məktəbdə sinif komplektinin sayının azaldılması nəticəsində ibtidai sinif müəllimi vəzifəsinin ixtisarı zərurəti ilə əlaqədar olaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2021-ci il tarixdən ləğv edilmişdir. 64.İddiaçı ixtisarın qanunauyğun olaraq keçirilmədiyini və əsassız olaraq işdən azad olumasına istinad edərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 65.Cavabdeh tərəf iddia tələbinə etirazında və apellyasiya şikayətində İddiaçı əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən ləğv edilməsi üçün faktiki və hüquqi əsasların olması üçün 1-ci sinifə qəbul zamanı sinif komplektinin yaranması üçün məktəbəqəbul.edu.az saytında kifayət qədər şagirdin qeydiyyatdan keçməməsinə, məktəbdə 1 ibtidai sinif müəlliminin ixtisara düşməsinə; habelə ixtisar zamanı işəgötürən tərəfindən digər siniflərin şagirdləri hesabına, yəni digər siniflərdə olan şagirdlərin sayının azaldılaraq yeni bir sinifin yaradılaraq İddiaçı ştatının ixtisar olunmaması üçün maksimum tədbirlər görülməsinə baxmayaraq ştatının ixtisarının aradan qaldırılmasının mümkün olmamasına; həmçinin ƏM-nin 77-ci maddənin 2-ci hissəsinə riayət edilərək xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə İddiaçı azı bir iş günü əmək funksiyasının icrasından azad olunmasına; habelə İddiaçı əmək müqaviləsinin ləğv edilməsinə Həmkarlar İttifaqı Komitəsinin razılıq verməsinə; habelə əmək müqaviləsinin ləğv edilməsi zamanı Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmasına əsaslanmışdır. 66.Birinci instansiya məhkəməsi “Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli, 59 nömrəli Qərarında müəllim vəzifəsinin həmin Qərarın 1 və 2 nömrəli əlavələrində qeyd edilən cədvəllərdə nümunəvi ştat vahidi kimi göstərilməməsinə əsaslanraq, 22 sentyabr 2021-ci il tarixli bildirişlə İddiaçı göndərilmiş xəbərdarlıqda qeyd edilən “Bakı şəhəri 193 saylı tam orta məktəbdə 2021/2022-ci dərs ilinin birinci yarımilində məktəbdə Azərbaycan bölməsi üzrə 1 ”c” sinfinə şagird yığımı olmadığı üçün məktəbin ştat cədvəlində 1 ştat ibtidai sinif müəllimi vəzifəsi ixtisara düşmüşdür” cümləsinin qanunsuz olması və buna görə də iddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinin qanuna uyğun olmaması qənaətinə gəlmişdir. 67.Kassasiya instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tam orta məktəblərdə rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin; və günüuzadılmış ümumtəhsil məktəblərinin təsərrüfat və xidmət işçiləri heyəti ilə; müəllim (ibtidai sinif müəllimi) vəzifələrinin fəaliyyət əsaslarını düzgün müəyyən edə bilməmiş, nəticədə tətbiq edilməli olmayan (aid olmayan) normativ hüquqi aktı tətbiq etməklə mübahisənin mahiyyəti düzgün həll edilməməsinə dair əsassız nəticəyə gəlmişdir. 68.Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tərəfindən mübahisələndirilən hissədə işin halları tam nəzərə alınmamış, maddi hüquq norması düzgün tətbiq edilmədiyindən qətnamə mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iş materialları əsasında iş üzrə yeni qətnamə qəbul edilməlidir. 69.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2011-ci il tarixli, 5 saylı Qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 2.1-ci bəndinə əsasən ümumtəhsil məktəbi ibtidai (İ-İV siniflər), ümumi orta (V-İX siniflər) və tam orta (X-Xİ siniflər) təhsil səviyyələrini əhatə edir. 70.Kollegiya qeyd edir ki, hazırki işdə Bakı şəhəri, M.Şəhriyar adına 193 saylı məktəb ümumtəhsil müəssisəsi olmaqla tam orta məktəbdir. 71.Həmin Nizamnamənin 6.1.2-ci bəndinə əsasən təhsilverənlər (pedaqoji işçilər) – müəllimlər, məsləhətçilər, tərbiyəçilər, müəllim köməkçiləri, çağırışaqədərki hazırlıq rəhbərləri, defektoloqlar, loqopedlər, praktik psixoloqlar, sosioloq-pedaqoqlar, uşaq birliyi rəhbərləri, laborantlar, kitabxanaçılar, sosial xidmət sahəsinin işçiləri, təhsil müəssisəsinin dərnək və musiqi rəhbərləri, metodistlər, təhsil müəssisəsində çalışan konsertmeysterlər və məşqçilər, ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan digər şəxslər. 72.Kassasiya instansiya məhkəməsi öz qərarında İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, 481 nömrəli əmək müqaviləsinin ləğv edilməsi barədə xəbərdarlıq bildirişinin Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən göndərildiyini və iddiaçının tutduğu ştatın ixtisarı ilə bağlı bildirişin işəgötürən olan cavabdeh tərəfində deyil, məhz təhsil müəssisəsində ştatları, onların sayını müəyyən edən təhsil idarəsi tərəfindən göndərildiyini qeyd etmişdir. 73.Lakin iş materiallarından görünür ki, qeyd olunan bildiriş iddiaçıya cavabdeh M.Şəhriyar adına 193 №-li tam orta məktəbin direktoru Nihal Hacıyeva tərəfindən göndərilmişdir (mülki işin i/v 21 vərəqi). 74.Belə ki, M.Şəhriyar adına 193 №-li tam orta məktəbin direktoru Nihal Hacıyeva tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, 481 nömrəli əmək müqaviləsinin ləğv edilməsi barədə xəbərdarlıq bildirişində qeyd olunur ki, Bakı şəhəri 193 nömrəli tam orta məktəbdə 2021/2022-ci dərs ilinin 1-ci yarımilində məktəbdə Azərbaycan bölməsi üzrə 1 “c” sinfinə şagird yığımı olmadığı üçün məktəbin ştat cədvəlində 1 ştat ibtidai sinif müəllimi vəzifəsi ixtisara düşmüşdür. Bununla əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq onun ştatının ixtisara düşməsi ilə bağlı xəbərdarlıq edilir. Bu xəbərdarlıq əmək qanunvericiliyinin bütün tələbləri gözlənilməklə, işçilərin ixtisası, peşəkarlıq səviyyəsi nəzərə alınmaqla edilmişdir. Onunla bağlanmış əmək müqaviləsi (9 həftə qabaq) xx.xx.2021-ci il tarixdə ləğvediləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77- ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədilə bir iş günü əmək funksiyasının icrasından azad olunmuşdur. 75.Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər. 76.Əvvəlki apellyasiya icraatında məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Republikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, №2969-02/18 saylı məktubunda qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümümtəhsil məktəbinin Nümuməvi Nizamnaməsinin 2.6-cı bəndinə görə “Ümümtəhsil məktəblərində siniflər şagirdlərin sayı ən azı 20 nəfər olmaqla müəyyən edilir”. Tədris Azərbaycan dilində aparılan X15 və X3 lazımı sayda şagird toplanmışdır. Lakin X1 Nizamnamədə göstərilən şagird sayından az toplandığı üçün (13 şagird) paralel sinifin təşkil edilməsi mümkün olmamışdır. Qeyd edək ki, şagirdin təhsil alacağı sinifi və sinif rəhbərini şagirdlərin valideynləri və ya onların digər qanuni nümayəndələri seçir. Göründüyü kimi X1 lazımı qaydada şagird sayı toplanmadığından yeni sinif təşkil edilməmişdir. Belə olan halda məktəb üzrə ümumi dərs yükündən X7 dərs saatları verilməli idi. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümümtəhsil müəssisələrində dərs yükündən, şagird sayından və digər hallardan asılı olaraq müəllim ştatları Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təsdiq edilir. Həmin ştatların ixtisan Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq qaydada həyata keçirilir.” 77.Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məktubundan da göründüyü kimi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümümtəhsil müəssisələrində dərs yükündən, şagird sayından və digər hallardan asılı olaraq müəllim ştatları Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təsdiq edilir və təhsil müəssisələrinə belə səlahiyyət verilməmişdir. Bu halı həmçinin kassasiya instansiyası məhkəməsi öz qərarının 46-cı bəndində qeyd etmişdir. 78.“Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”nın 4.1-ci bəndinə əsasən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə ixtisaslı müəllim kadrlarının işə qəbulu Nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin keçirilmə vaxtı hər il Nazirlik tərəfindən müəyyənləşdirilərək elan edilir. 79.Həmin Qaydaların 5.12-ci bəndinə əsasən müsabiqənin yekun nəticələrinə əsasən iş yerini dəyişən və işə qəbul olunan müəllimlərin siyahısı Nazirliyin internet səhifəsində yerləşdirilir, müvafiq siyahılar müşayiətedici məktubla aidiyyəti təhsili idarəetmə orqanlarına və ərazi maliyyə hesablaşma mərkəzlərinə göndərilir. Nazirliyin göndərişi əsasında təhsil müəssisəsinin rəhbəri ilə müəllim arasında əmək müqaviləsi bağlanılır və əmrlə rəsmiləşdirilir. 80.Göründüyü kimi, müəllimlərin işə qəbulu, onların siyahısının Nazirliyin internet səhifəsində yerləşdirilməsi, müvafiq siyahıların müşayiətedici məktubla aidiyyəti təhsili idarəetmə orqanlarına və ərazi maliyyə hesablaşma mərkəzlərinə göndərilməsi, nazirliyin göndərişi əsasında təhsil müəssisəsinin rəhbəri ilə müəllim arasında əmək müqaviləsinin bağlanılması və əmrlə rəsmiləşdirilir. 81.Cavabdeh tərəf qeyd edir ki, İddiaçı əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən ləğv edilməsi üçün faktiki və hüquqi əsaslar mövcud olmuşdur. Yəni, 1-ci sinifə qəbul zamanı sinif komplektinin yaranması üçün məktəbəqəbul.edu.az saytında kifayət qədər şagird qeydiyyatdan keçməmiş, məktəbdə 1 ibtidai sinif müəlliminin ixtisara düşməsinə; habelə ixtisar zamanı işəgötürən tərəfindən digər siniflərin şagirdləri hesabına, yəni digər siniflərdə olan şagirdlərin sayının azaldılaraq yeni bir sinifin yaradılaraq İddiaçı ştatının ixtisar olunmaması üçün maksimum tədbirlər görülməsinə baxmayaraq ştatının ixtisarının aradan qaldırılması mümkün olmamamışdır. 82.Kollegiya qeyd edir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2011-ci il tarixli, 5 saylı Qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 5.4-cü bəndinə əsasən ümumtəhsil məktəbinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təyin olunan direktor rəhbərlik edir. Məktəbin direktoru aşağıdakıları həyata keçirir: -5.4.1.konkret iş sahələri əhatə olunmaqla, məktəbin fəaliyyət istiqamətlərini müəyyənləşdirir, il ərzində görüləcək işləri planlaşdırır və onların həyata keçirilməsinə nəzarət edir; -5.4.2.ümumi təhsilin inkişafı ilə bağlı dövlət qərarlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün məsuliyyət daşıyır; -5.4.3.dövlət orqanlarında və ictimai təşkilatlarda rəhbərlik etdiyi məktəbi və onun mənafeyini təmsil edir; -5.4.4.təlim-tərbiyə işlərinin, o cümlədən istedadlı uşaqlarla iş sisteminin, dərsdənkənar tədbirlərin məqsədyönlü və səmərəli qurulması, fənlər üzrə təlim keyfiyyətinin yüksəldilməsi və uğurlu nəticələrin əldə edilməsi üçün bilavasitə cavabdehlik daşıyır; -5.4.5.məktəbdə sağlam mənəvi-psixoloji durumun mövcud olmasını, pedaqoji işçilərin yaradıcı və təşəbbüskar fəaliyyəti, müasir pedaqoji innovasiyaların tətbiqi üçün hərtərəfli şəraitin yaradılmasını təmin edir; -5.4.6.şagirdlərin təlim-tərbiyəsi sahəsində nailiyyətləri ilə fərqlənən müəllimlərin əməyinin stimullaşdırılması barədə yuxarı təşkilatlar qarşısında məsələ qaldırır; -5.4.7.məktəbin maddi-tədris bazasının möhkəmləndirilməsi, kadr təminatı, müəllimlərin ixtisasının artırılması, pedaqoji fəaliyyət üçün müəyyən edilmiş tələblərə cavab verməyən müəllimlərin işdən kənarlaşdırılması barədə təkliflər irəli sürür, maddi-tədris bazasının inkişaf etdirilməsi ilə əlaqədar qanunvericiliklə qadağan olunmayan vasifələrdən istifadə edir; -5.4.8.qanunvericiliklə müəyyən olunmuş qaydada məktəb üçün inventar və avadanlıqları satın alır və müxtəlif xidmətlərin göstərilməsini təşkil edir; -5.4.9.bu Nümunəvi Nizamnamədə göstərilən məqsəd və vəzifələrin həyata keçirilməsi ilə bağlı fiziki və hüquqi şəxslərlə münasibətdə məktəbi təmsil edir, onun adından müqavilələr bağlayır; -5.4.10. məktəbin fəaliyyətinin tənzimlənməsinə və qarşıda duran vəzifələrin yerinə yetirilməsinə istiqamətlənmiş müvafiq əmrlər verir. -5.5.Ümumtəhsil məktəbinin digər rəhbər, pedaqoji və texniki işçilərinin hüquq və vəzifələri mövcud qanunvericilik əsasında hazırlanmış öz nizamnaməsi ilə müəyyən olunur. -5.6.Ümumtəhsil məktəbinin idarə olunması ilə bağlı məsələlərə təhsili idarəetmə orqanları istisna olmaqla, dövlət və yerli özünüidarə orqanlarının və digər təşkilatların müdaxiləsinə yol verilmir. 83.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X11”nın təsdiq edilməsi barədə 20 dekabr 2017-ci il tarixli, №18 saylı qərarının Vİİ bölməsində Təhsil müəssisələrinin Direktorunun əmək fuksiyaları sadalanmışdır. 84.Qeyd olunan Qərara əsasən Direktor ...kargüzarlığın və məktəb sənədlərinin düzgün aparılmasını, hesabatların hazırlanmasını, məlumat bazalarının düzgün doldurulmasını təmin edir.Kadrların (təsisçinin nomenklaturasında olanlardan başqa) seçilib yerləşdirilməsini, onlara həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiqi məsələlərini həll edir, pedaqoji heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün şərait yaradır, onların ixtisasartırma təhsilinə olan tələbatını mövcud yanaşmalar əsasında dəqiqləşdirir. İşçilərlə bağlanmış əmək müqaviləsinin şərtlərinin yerinə yetirilməsini, müəssisənin təsərrüfat fəaliyyətini, avadanlığın uçotunu və mühafizəsini, onlardan təlim-tərbiyə prosesində düzgün və səmərəli istifadə olunmasını təmin edir. Daxili intizam qaydalarına, müəllimlərin etik davranış qaydalarına riayət olunmasına məsuliyyət daşıyır. İşçilərə verilən tapşırıqları əmək qanunvericiliyinə uyğun nəzarətdə saxlayır və onların icrasına nail olur. Valideynlərlə (onların qanuni nümayəndələri ilə), təlim-tərbiyə işlərinə kömək edən müəssisələri və xeyriyyə cəmiyyətləri ilə aparılan işlərin təşkili ilə bağlı məsələləri həll edir. Dövlət tərəfindən ayrılan, habelə müəssisənin büdcəsinə qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan büdcədənkənar vəsaitin səmərəli, məqsədyönlü istifadəsini təmin edir. 85.Göründüyü kimi, məktəb direktorununa işçilərin ştatlarını ixitsar etmək səlahiyyəti verilməmişdir. 86.Məhkəmə kollegiyası qeyd edir ki, müəllim ştatlarının Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təsdiq edilməsi nəzərə alınmaqla, məktəb direktorunun isə ştatların ixtisar edilməsi kimi bir səlahiyyəti müəyyən edilmədiyindən, ştatların ixtisarı ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə razılaşdırılmalı, sonuncu tərəfindən ixtisar olmalı olmasına baxmayaraq, qeyd olunan hal iş materialları ilə öz əksini tapmamış, məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Maraqlı şəxs sədrlik edənin suallarına cavab olaraq ştatın ixtisarı ilə əlaqədar onlara məlumat verilmədiyini, bu barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən hər hansı əmr verilmədiyini bildirdi. 87.Beləliklə məhkəmə kollegiyası qeyd olunanara əsasən hesab edir ki, məktəb direktorunun fəaliyyəti qanunvericiliklə tənzimlənməklə mövcud qanunvericiliklə ümumi təhsil müəssisələrinin direktorlarının ştatların ixtiasar edilməsi kimi bir səlahiyyəti müəyyən edilmədiyindən, həmçinin müəllim ştatlarının Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təsdiq edilməsi nəzərə alınmaqla, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin razılığı alınmadan, Bakı şəhəri, 193 nömrəli tam orta məktəbdə 2021/2022-ci dərs ilinin İ yarımilində məktəbdə Azərbaycan bölməsi üzrə 1 “c” sinfinə şagird yığımı olmadığı üçün məktəbin ştat cədvəlində 1 ştat ibtidai sinif müəllimi vəzifəsi ixtisara düşməsi ilə əlaqədar iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b bənidə əsasən xitam verilməsi qanunsuz olmuşdur. 88.Bakı şəhər üzrə Təhsil idarəsi Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda X1 lazımı qaydada şagird sayı toplaşmadığından yeni sinif təşkil edilməməsi, belə olan halda məktəb üzrə ümumi dərs yükündən X7 dərs saatları verilməli olmasını qeyd etmişdir. Lakin cavabdeh tərəf məktəb üzrə ümumi dərs yükündən X7 dərs saatları verilməsinin mümkünsüzlüyü ilə bağlı birinci instansiya məhkəməsinə nümayəndə ilə təmsil olunmasına baxmayaraq, mötəbər sübutlar təqdim etməmişdir. 89.Belə ki, “Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli əmrin məzmunundan da göründüyü kimi, 2021/2022-ci dərs ilinin 1-ci yarımilində Bakı şəhəri 193 saylı tam orta məktəbdə sinif komplektinin sayının azalması nəticəsində ibtidai sinif müəllimi vəzifəsinnin ixtisarı zərurəti yarandığından, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. 90.Göründüyü kimi, əmrdə cavabdeh tərəf məktəb üzrə ümumi dərs yükündən X7 dərs saatları verilməsinin mümkünsüzlüyünü belə əsaslandırmamışdır. 91.MPM-nin 10-1.2.Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 92.Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 93.Cavabdeh tərəf apellyasiya mərhələsində bir neçə valideynin iddiaçının dərs keçməsinə etiraz etməsinə dair müraciət təqdim etmiş, iddiaçı tərəf həmin müraciətdə qeyd olunan valieynlərin müraciəti imzalamadıqlarını bildirmiş, bununla bağlı həmin şəxslərin ərizələrini təqdim etmişdir. 94.Cavabdeh tərəf müraciətdə göstərilən şəxslər tərəfindən müraciəti imzalamaqlarını yoxlamaq üçün məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə etiraz etmədiklərini, həmin şəxslərin ekspertizada iştiraklarını təmin edəcəklərini bildirmişdir. 95.Məhkəmə kollegiyasının 14 iyun 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi üçün müraciətdə qeyd olunan şəxslərin xətt və imza nümunələrinin ekspertin yanında götürülməsi üçün həmin şəxslərin ekspertizada iştiraklarının təmin edilməsi Cavabdehə həvalə edilmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət cavabdehə izah edilmiş, buna baxmayaraq, müraciətdə göstərilən şəxslərin ekspertzada iştirakları təmin olunmadığından mülki iş materialları geri qaytarılmışdır. 96.MPM-nin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. 97.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin ləğv edilməsi üzrə iddia tələbi əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, M.Şəhriyar adına 193 saylı tam orta məktəbin 24 noyabr 2021-ci il tarixli, 231 nömrəli əmri ləğv edilməli və İddiaçı əvvəlki işinə bərpa edilməlidir. 98.Həmçinin, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi üzrə iddia tələbi təmin edildiyindən qanunvericiliyin qeyd olunan müddəlarına əsasən məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi üzrə iddia tələbi də əsaslı olmalqa təmin edilməli, İddiaçı məcburi işburaxma müddəti üçün orta əmək haqqı ödənilməlidir. 99.Beləliklə, qeyd olunan xüsusatları ümumləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(005)-1198/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, qeyd olunan hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, M.Şəhriyar adına 193 saylı tam orta məktəbin 24 noyabr 2021-ci il tarixli, 231 nömrəli əmri ləğv edilməli, İddiaçı əvvəlki işinə bərpa edilməli, ona məcburi işburaxma müddəti üçün orta əmək haqqı ödənilməlidir. 100.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-cimaddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(005)-1198/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qeyd olunan hissədə təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, M.Şəhriyar adına 193 saylı tam orta məktəbin 24 noyabr 2021-ci il tarixli, 231 nömrəli əmri ləğv edilsin. İddiaçı əvvəlki işinə bərpa edilsin, ona məcburi işburaxma müddəti üçün orta əmək haqqı ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov