Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3246/2021 23.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna kompensasiya ödəməklə xitam verilməsi" tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2258/2020 saylı, 25.11.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququn xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin, onun mülkiyyətində olan ünvan 1, 65 saylı mənzilə istifadə hüququna xitam verilməsi və həmin mənzildən qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 65 nömrəli mənzili 12.07.2009- cu il tarixli mənzil tikintisi haqqında müqavilə əsasında dəyəri tərəfindən 2009-cu ildə tam ödənilməklə "xxxx" MTK-dan almışdır. Daha sonra mənzilə mülkiyyət hüququnu təsdiq edən RX seriyalı, ******* nömrəli, 05.03.2013-cü il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2138/2019 nömrəli, 14.06.2019cu il tarixli qətnaməsi ilə cavabdehlə aralarında 31.03.2012-ci ildə Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş və ona nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Cavabdehlə birgə nikahlarından uşaqlarız olmamışdır. Nikahın məhkəmə qaydasında pozulmasından xeyli müddət əvvəl faktiki olaraq bir yerdə yaşamamışlar. Cavabdehə məxsus olan və mənzildə qalan şəxsi əşyalarının götürülməsi üçün şərait yaratmışdır. Cavabdeh və onun qohumları ilə hal-hazırda münasibətim yoxdur. Özü 2018-ci ilin avqust ayından İctimai Televiziya və Radio Yayımları Şirkətində İctimai-Siyasi Verilişlər Departamentində çalışır, RADİUS həftəlik hərbianalitik verilişin müəllifi və aparıcısı, hərbi məsələlər və regional təhlükəsizlik üzrə ekspertdir. Gündəlik işi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və digər güc strukturları ilə yaxın təması və məlumat mübadiləsini, demək olar ki hər həftə cəbhə xəttinə ezamiyyətləri nəzərdə tutur. Evində rəqəmsal və kağız daşıyıcılarında həssas və hərbi sirr təşkil edən məlumatlar var. Hal-hazırda cavabdehin və qohumlarının ona qarşı qərəzli olduqları halda, mənzildə qeydiyyatda qalması, mənzildən istifadə hüququna malik olması onu narahat edir. Cavabdeh əlil deyil, ali təhsillidir, əmək qabiliyyətlidir, atasının Bakı şəhərində mənzili və bağ evi var. Daha sonra iddiaçı tələbinə dəqiqləşdirmə verərək, Cavabdeh onun mülkiyyətində olan ünvan 1, 65 saylı mənzilə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tələbinə dəqiqləşdirmə verərək, Cavabdeh 7.500 manat məbləğində kompensasiya ödəməklə, onun mülkiyyətində olan ünvan 1, 65 saylı mənzilə istifadə hüququna xitam verilməsi və həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2258/2020 saylı, 25.11.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 10.000 (on min) manat məbləğində kompensasiya ödəməklə, İddiaçı mülkiyyətində olan ünvan 1, 65 saylı mənzilə istifadə hüququna xitam verilməsi və Cavabdeh qıznını ünvan 1, 65 saylı mənzildən çıxarılması qət edilmişdir (sədrlik edən: Ayaz Məmmədov). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2258/2020 saylı, 25.11.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Konstitusiyasıya Məhkəməsi Plenumunun 26.09.2007-ci il tarixli Qərarında kompensasiyanın miqdarının müəyyən edilməsi ilə bağlı qeyd edilir ki, “Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin”. AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 3142-məhəllə, 19a saylı evin 2 otaqlı, ümumi sahəsi 84,4 kv.m. sahədən İbarət 65 saylı mənzili İddiaçı adına 05.03.2013-cü il tarixdə qeydiyyatda alınmışdır. Yəni, İddiaçı daşınmaz əmlaka mülkiyyət hüququnu birgə nikah müddətində əldə etmişdir. Məhkəməyə təqdim edilən “xxxx” MMC-nin 10.06.2020-ci il tarixli 001-02\İN\06-2020 saylı Qiymətləndirmə hesabatında qiymətləndirmə sahəsində ixtisaslaşdırılmış təşkilat icarə haqqı məbləğini əsaslandıraraq qeyd edir ki, İddiaçı məxsus ünvan 2 ünvanında 2 otaqlı, ümumi sahəsi 84,4 kv.m. sahədən ibarət 65 saylı mənzilin icarə dəyəri 500 (beş yüz) manat həcmində müəyyən edilir. İddiaçının məhkəməyə təqdim etdiyi fərdi qaydada fəaliyyət göstərilən sahibkar və Daşınmaz Əmlak agenti tərəfindən tərtib edilmiş mənzilin orta aylıq kirayə haqqının 300 manat təşkil etməsi barədə arayışlarda isə onun şəraiti və evin yerləşdiyi ərazi nəzərə alınmamış və ümumiyyətlə 300 azn kirayə haqqı həmin evdə 2 otaqlı mövcud mənzillərin aylıq kirayə haqlarının həqiqi qiymətlərindən və ümumiyyətlə reallıqdan kənardır. Konstitusiya Məhkəməsi Plenumun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarında deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Tərəflərin məhkəməyə təqdim etdikləri kompensasiya məbləğini müəyyənləşdirən arayışlarda əhəmiyyətli dərəcədə fərqli məbləğlərin əks edildiyini nəzərə alaraq məhkəmə öz təşəbbüsü ilə mübahisəli mənzilə dair kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Məhkəmə qətnaməsində ünvan 2 ünvanında 2 otaqlı, ümumi sahəsi 84,4 kv.m. sahədən ibarət 65 saylı mübahisəli mənzilin orta aylıq kirayə haqqı məbləği hansı məbləğ 300 yoxsa 500 təşkil etdiyi qeyd olunmur. Ümumiyyətlə qətnamədən aydın olmur hansı əsaslara görə məhkəmə belə nəticəyə gəlmişdir ki, lOmin manat kompensasiya məbləği bazar qiymətinə uyğundur. Buna baxmayaraq məhkəmə Cavabdeh qızma 10.000 manat məbləğində kompensasiya ödəməklə, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu, 3142 məhəllə, Mirəli Seyidov küçəsi, ev 19A, 65 saylı mənzilə istifadə hüququna xitam vermişdir. Azərbaycan Respublikasının Konstitusiyasıya Məhkəməsi Plenumunun 26.09.2007-ci il tarixli Qərarında göstərib “...mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin”. Əgər məhkəmə mənzilin orta aylıq kirayə haqqı məbləğini 300 manat kimi əsas götürürsə onda cavabdeh əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilmədən başqa yerdə 33 ay müddət ərzində mülkiyyətçinin hesabına olsa belə aşağı şəraitdə kirayə yaşamağa məcbur edilmiş olur. Bu cür halın baş verməsi isə yuxarıda qeyd etdiyim Azərbaycan Respublikasının Konstitusiyasıya Məhkəməsi Plenumunun tələblərinə uyğun deyil. Məhkəmə həmçinin iddiaçının ödəniş qabiliyyətli olmasını da nəzərə almalıdır. Misal üçün, məhkəməyə iddiaçı tərəfindən təqdim olunan İddiaçı “xxxx” MTK ilə bağladığı 12.07.2009 tarixli müqavilədən görünür ki, iddiaçı ünvan 2 ünvanında 2 otaqlı, ümumi sahəsi 84,4 kv.m. sahədən ibarət 65 saylı mübahisəli mənzili həmin kooperativdən birdəfəyə tam ödəməklə almışdır. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil1 cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarındakı Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 16.10.2019-cu il tarixli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, tərəflərin nikahları 10.09.2019-cu il tarixdə pozulmuşdur. Mübahisəli mənzil nikahdan əvvəl iddiaçı tərəfindən dəyəri 2009-cu ildə tam ödənilməklə "xxxx" MTK-dan alınmış və mülkiyyətinə keçmişdir. İş materiallarına əlavə edilmiş 12.07.2009-cu il tarixli mənzil tikintisi haqqında müqavilə və RX seriyalı, ******* nömrəli, 05.03.2013-cü il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış bunu təsdiq edir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1724/2019 saylı 14.03.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair” iddia ərizəsi təmin edilərək, iddiaçının mübahisəli mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi qət edilmiş, qətnamədən şikayət verilməmiş, nəticədə L. Mirzəyevanın qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə mübahisəli mənzilə dair istifadə hüququ yaranmışdır. İş materiallarında olan "xxxx" MTK-nın 06.05.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh faktiki olaraq, 2019-cu ilin fevral ayından İddiaçı mülkiyyətində olan ünvan 1, 65 saylı mənzildə yaşamır. İş materiallarına əlavə olunmuş fərdi qaydada fəaliyyət göstərən sahibkar X1 və “New House” daşınmaz əmlak agentliyi tərəfindən verilmiş 16.11.2020-ci il tarixli arayışlardan görünür ki, ünvan 1, 65 saylı mənzilin orta aylıq icarə haqqı 300 manat təşkil edir. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş 10.06.2020-ci il tarixli arayışlardan görünür ki, ünvan 1, 65 saylı mənzilin orta aylıq icarə haqqı 500 manat təşkil edir. Hüquqi dəyərləndirmə: Hal-hazırda iddiaçı tərəf boşanmanı, birgə nikahdan uşaqlarının olmamasını və cavabdehin mübahisəli mənzildə yaşamamsını əsas gətirərək, 10.000 manat pul kompensasiyası müqabilində cavabdehin müvafiq mənzilə dair istifadə hüququna xitam verilməsi və cavabdehin həmin mənzildən məhkəmə qaydasında çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəf təklifi qəbul etməmişdir. Mülki qanunvericiliyə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Belə ki, R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil. Eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Kollegiya qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1724/2019 saylı, 14.03.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilərək, iddiaçı Cavabdeh İlyas qızının Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3142-ci məhəllə, 19 A saylı evin 65 saylı mənzilinə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindiyindən, hazırda işə baxan məhkəmə üçün preyudisial əhəmiyyətə malikdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd edilən xüsusatlara əsasən, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Cavabdeh 10.000 (on min) manat məbləğində kompensasiya ödəməklə, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3142-ci məhəllə, 19 A saylı evin 65 saylı mənzilinə istifadə hüququna xitam verilməsi və cavabdehin həmin mənzildən çıxarılmasına dair birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olduğundan, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2258/2020 saylı, 25.11.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-3246/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3246/2021
23.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver