Məhkəmə qərarları › İş №2(103)-3246/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3246/2022

18.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3246/2022 18.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3668/2021 saylı iş üzrə 11 mart 2022-ci il tarixli qərardadından maraqlı şəxs Çopurova İlhamə Cəfər qızının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “mirasın qəbul olunması faktının müəyyən olunması və s.” barədə ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyət hüququ ilə mərhum Əliyev Əsgər Əli oğluna məxsus olan və Bakı şəhəri, Xətai rayonu, Əlişir Nəvai küçəsində yerləşən 25 nömrəli fərdi yaşayış evinə münasibətdə onların mirası qəbul etmələri faktının və mirasın açılması yerinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan ərizəçi, Ərizəçi1 nümayəndəsi Ərizəçi2 dəqiqləşmə barədə ərizə təqdim edərək, mülkiyyət hüququ ilə mərhum Əliyev Əsgər Əli oğluna məxsus olan və Bakı şəhəri, Xətai rayonu, Əlişir Nəvai (indiki Aşıq Qurban) küçəsində yerləşən 25 nömrəli fərdi yaşayış evinə münasibətdə onların mirası qəbul etmələri faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3668/2021 nömrəli iş üzrə qəbul etdiyi 25 avqust 2021-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilərək, mərhum Əliyev Əsgər Əli oğlundan miras qalmış Bakı şəhəri, Xətai rayonu, Əlişir Nəvai (indiki Aşıq Qurban) küçəsində yerləşən 25 nömrəli fərdi yaşayış evinin ərizəçilər Əliyeva Rəna Əsgər qızı və Ərizəçi2 tərəfindən miras kimi qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3668/2021 nömrəli iş üzrə qəbul etdiyi 25 avqust 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3668/2021 nömrəli iş üzrə qəbul etdiyi 25 avqust 2021-ci il tarixli qətnaməsində yol verilmiş yalnışlıq düzəldilərək, qətnamənin “qət etdi” hissəsindəki “Əliyeva Rəna Əsgər qızı” sözləri “Ərizəçi1” kimi oxunması qərara alınmışdır. Qətnamədən maraqlı şəxs Çopurova İlhamə Cəfər qızının vəkili və nümayəndəsi Vəkil qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1402/2022 nömrəli iş üzrə qəbul etdiyi 05 yanvar 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilərək, apellyasiya şikayəti geri qaytarılması üçün mülki işin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3668/2021 nömrəli iş üzrə qəbul etdiyi 21 fevral 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3668/2021 nömrəli iş üzrə qəbul etdiyi 25 avqust 2021-ci il tarixli qətnaməsindən maraqlı şəxs Çopurova İlhamə Cəfər qızının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin onu vermiş şəxsə geri qaytarılması qərara alınmışdır. Maraqlı şəxs Çopurova İlhamə Cəfər qızının vəkili və nümayəndəsi Vəkil yenidən qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3668/2021 nömrəli iş üzrə qəbul etdiyi 24 fevral 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin yenidən onu vermiş şəxsə geri qaytarılması qərara alınmışdır. Sonradan maraqlı şəxs Çopurova İlhamə Cəfər qızının vəkili və nümayəndəsi Vəkil Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3668/2021 nömrəli iş üzrə qəbul etdiyi 25 avqust 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair elektron ərizə ilə məhkəməyə müraciət edərək qətnamədən ötürülmüş apellyasiya şikayəti vermə müddətinin üzürlü sayılaraq bərpa edilməsini və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3668/2021 saylı iş üzrə 11 mart 2022-ci il tarixli qərardadı ilə ərizə təmin olunmamış, apellyasiya şikayəti onu vermiş şəxsə geri qaytarılması qərara alınmışdır. Qərardaddan maraqlı şəxs Çopurova İlhamə Cəfər qızının vəkili və nümayəndəsi Vəkil şikayət verərək, qərardadını ləğv edilməsini və ötürülmüş prosessual müddətin bərpasına dair ərizənin təmin edilməsini xahiş etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3668/2021 saylı iş üzrə 16 mart 2022-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3668/2021 saylı iş üzrə 11 mart 2022-ci il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3668/2021 nömrəli, 25 avqust 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair maraqlı şəxs Çopurova İlhamə Cəfər qızının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş ərizə təmin olunmalıdır. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, maraqlı şəxs Çopurova İlhamə Cəfər qızının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayəti isə 28 fevral 2022-ci il tarixdə, yəni qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 1 (bir) aylıq müddət 2 (iki) ay 5 (beş) gün ötürülməklə elektron məhkəmə informasiya sisteminə daxil edilmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair maraqlı şəxs Çopurova İlhamə Cəfər qızının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş ərizəni təmin etməməkdə haqlı olmamışdır. Belə ki, iş materiallarında olan (iş vərəqi səh. 64) “Poçt göndərişinin (sifarişli) verilməsi haqqında xəbərnamə”dən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 25 avqust 2021-ci il tarixli qətnaməsi poçt vasitəsi ilə maraqlı şəxs Çopurova İlhamə Cəfər qızının vəkili və nümayəndəsi Vəkil ünvanına göndərilmiş və 23.11.2021-ci il tarixdə xəbərnaməyə imza edilərək qəbul edilmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya şikayəti vermə müddətini müəyyən edən 360-ci maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyannın 60-cı maddəsinin 1-ci hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. İş materiallarından görünür ki, maraqlı şəxs Çopurova İlhamə Cəfər qızının vəkili və nümayəndəsi Vəkil Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3668/2021 nömrəli iş üzrə qəbul etdiyi 25 avqust 2021-ci il tarixli qətnaməsindən ilkin olaraq 22.12.2021-ci il tarixində müraciət etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə 2-də göstərilən formada verilmədiyindən geri qaytarılmışdır. Maraqlı şəxs Çopurova İlhamə Cəfər qızının vəkili və nümayəndəsi Vəkil qətnamədən elektron qaydada və MPM-ə əlavə 2-də göstərilən formada yenidən apellyasiya şikayəti versə də, apellyasiya şikayətinin verilməsi müddətini ötürmüşdür. Hazırda isə ərizə verməklə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasını xahiş edir. Kollegiya hesab edir ki, məhkəmələrdə mülki işlər üzrə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq yeni formalaşdığından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməlidir. Bunu əksi şəxsin ədalətli məhkəmə araşdırması hüququnu pozulması ilə nəticələnmiş olardı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiya hesab edir ki, şikayət təmin edilməli, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3668/2021 saylı iş üzrə 11 mart 2022-ci il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3668/2021 nömrəli, 25 avqust 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair maraqlı şəxs Çopurova İlhamə Cəfər qızının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş ərizə təmin olunmalı, apellyasiya şikayətinin apelyasiya icraatına qəbul edilməsi üçün əsaslar olduğundan apelyasiya şikayəti mümkün hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Maraqlı şəxs Çopurova İlhamə Cəfər qızının vəkili və nümayəndəsi Vəkil şikayəti təmin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3668/2021 saylı iş üzrə 11 mart 2022-ci il tarixli qərardadı ləğv edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3668/2021 nömrəli, 25 avqust 2021-ci il tarixli qətnaməsindən maraqlı şəxs Çopurova İlhamə Cəfər qızının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilsin. Qərardad şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar