Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3249/2025 19.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X4 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-11174/2016 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadından Ərizəçi1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 birgə nikahlarından olan X1 xx.xx.2014-cü il tarixdə doğulması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)- 11174/2016 nömrəli qətnaməsi ilə ərizə təmin edilmiş, Ərizəçi1 və Ərizəçi2 birgə nikahlarından xx.xx.2014- cü il tarixdə bir qız uşağının doğulması faktının müəyyən edilməsi qət edilmişdir. Maraqlı şəxs2 Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016- cı il tarixli qətnaməsindən xx.xx.2024-cü il tarixində apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ərizənin baxılmamış saxlanılması xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-1241/2025 saylı qərardadı ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)- 11174/2016 nömrəli qətnaməsindən Maraqlı şəxs2 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və şikayət mülki işlə birlikdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-11174/2016 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Maraqlı şəxs2 xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti, hüquq və maraqlarına toxunan şəxs kimi tanınması və buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1174/2016 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə Maraqlı şəxs2 xx.xx.2016-cı il tarixli, 2(011)- 11174/2016 saylı mülki iş üzrə maraqlı şəxs qismində tanınması, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 birgə doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-11174/2016 nömrəli qətnaməsindən Maraqlı şəxs2 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 birgə doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-11174/2016 nömrəli qətnaməsindən Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 46, 133.1, 133.2, 133.3, 357.1, 357.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iş materiallarından görünür ki, xx.xx.2014-cü il təvəllüdlü Sofiya Zərbəliyeva adlı uşağın valideynlərinin kim olması və ona verilmiş doğum haqqında şəhadətnamə ilə bağlı mübahisə vardır, ərizəçi Maraqlı şəxs2, xx.xx.2014-cü il təvəllüdlü Sofiya Zərbəliyeva onun qızı olduğunu və onun adına şəhadətnamə verilməsinə əsas olmuş məhkəmə qətnaməsini mübahisələndirir. Onun tərəfindən məhkəmənin xx.xx.2016- cı il tarixli, 2(011)- 11174/2016 nömrəli qətnaməsindən prosessual müddət çərçivəsində (xx.xx.2024) apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-1241/2025 saylı qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Belə olan halda, məhkəmə, Maraqlı şəxs2 maraqlı şəxs qismində mülki iş üzrə icraata cəlb edilməsini və apellyasiya şikayəti verilməsi üçün prosesual müddətin bərpa edilməsini, beləliklə də məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməsi hüququnun həyata keçirilməsinə şərait yaradılmasını əsaslı hesab edir. Ərizəçi1 qərardaddan şikayət verərək, Xətai Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 2(011)-11174/2016 saylı qərardadının ləğv edilməsini və şikayətin qeyri-mümükün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 106.1, 268, 364-cü maddələrinə istinadən qeyd edilmişdir ki, BakıApelyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-1241\2025 saylı Qərardadı ilə Bakışəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2 (011)-11174\2016 saylı qətnaməsindən Maraqlı şəxs2 tərəfindən verilmiş şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilmiş və şikayət mülki işlə birlikdə Xətai Rayon Məhkəməsinə geri qaytarılmışdır. Məhkəmə öz qərarını Mülki Prosessul Məcəllənin 364.2-ci maddəsinin tələbinin pozulması ilə əsaslandırlmışdır. Belə ki, həmin maddənin tələbinə əsasən Apelyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını müəyyən etməli və qərarında bunu əsaslandırılmalıdır. Lakin Xətai Rayon Məhkəməsi mübahisələndirlən qərardadında yalnız şikayət verən şəxsin izahatını köçürməklə kifayətlənmiş, bu qərarın onun hansı maraqlarına toxunmasını aydınlaşdırmamış və qərarın bu hissəsi məhkəmə tərəfindən əsaslandırılmamışdır. Bir sözlə məhkəmə Ərizəçilər Ərizəçi1 və X8 birgə nikahlarından olan X2 xx.xx.2014-cü il tarixdə doğulması faktının müəyyən edilməsinə dair məhkəmə qərardadının şikayət verən şəxs Maraqlı şəxs2 hansı maraqlarına və hansı əsaslarla toxunduğunu öz qərarı ilə müəyyən etməmiş və nəticədə işi əvvəlki vəziyyətdə apelyasiya insansiya məhkəməsinə göndərilməsi barədə qanunsuz qərar qəbul etmişdir. Bundan əlavə iş materialları ilə aydın şəkildə görünür ki, doğum faktının müəyyən olunmasına dair məhkəmə qərarı 05 oktybar 2016-cı il tarixdə qəbul edilib. Həmin qərardaddan isə 2025-ci il tarixdə yəni 9 (doqquz) il keçdikdən sonra şikayət verilib. Məhkəmə öz qərardadında işin bu halına ümumiyyətlə qiymət verməmiş, niyə görə “maraqlarına” toxunan şəxs 9 ildən sonra şikayət verməsini əsaslandırmamışdır. Həmçinin məhkəmə qərardadında iş materiallarında olan sənədlərə istinad edərək X3 X5 “X17 Fakt” kimi təqdim edib. Halbuki, mahiyyəti üzrə araşdırma aparılmadan belə bir faktın olmasını müəyyən etmək qeyri-mümkündür. Qeyd edilənlər qərardadın tamamilə əsassız və qanunsuz olduğu - maraqlarına toxunan şəxsin subyektiv hüququnun olub-olmaması müəyyən edilmədən, mübahələndirilən iş üzrə müddətin (9 ildən sonra) hansı üzürlü əsaslarla buraxılması əsaslandırmadan qəbul etmişdir. Maraqlı şəxs2 nümayəndəsi vəkil Nümayəndə ərizəçinin şikayətinə yazılı etirazını elektron məhkəmə informasiya sistemi vasitəsi ilə təqdim etmiş, etirazda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 367.2-ci maddəsinə istinadən qeyd edilmişdir ki, şikayət əsassızdır. Belə ki, şikayətdə qeyd olunmuşdur ki, 1 - qətnamənin Maraqlı şəxs2 hansı maraqlarına toxunması aydınlaşdırılmamış və əsaslandırılmamış, 2 - qətnamədən hansı səbəbdən 9 ildən sonra apelyasiya şikayəti verilməsi əsaslandırılmamış, 3 - mahiyyəti üzrə araşdırma aparılmadan hansı səbəbə Maraqlı şəxs2 Sofiya Zərbəliyevanın bioloji anası olması müəyyən edilmişdir.Qeyd edir ki, bu arqumentlər əsassızdır və heç bir əsası yoxdur. Sofiyaya aid olan hər iki doğum haqqında şəhadətnamədə doğum tarixi xx.xx.2014-cü il kimi qeyd edilmişdir. Ata qrafasında qeyd edilən Alı və Elşən isə qardaşdır, yəni əslində biri uşağın doğma atası, digəri isə əmisidir. Ən azı bu hal qətnamənin Maraqlı şəxs2 maraqlarına toxunduğunu təsdiq edir. Bundan başqa, “Vital Klinika”ya göndərilmiş vəkil sorğusuna verilən xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Maraqlı şəxs2 xx.xx.2014-cü il tarixdə klinikada doğum etmiş, doğum haqqında tibbi şəhadətnamə məktuba əlavə edilmişdir. Həmçinin, Yasamal qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışdan görünür ki, X9 xx.xx.2014-cü ildə Bakı şəhərində anadan olmuşdur. Bütün bunlar təsdiq edir ki. Xətai Rayon Məhkəməsinin 2(011)-11174/2016 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsi xx.xx.2014cü il təvəllüdlü X6 bioloji anası işdə iştirak etməyən şəxs Maraqlı şəxs2 hüquq və vəzifələrinə toxunur. Qətnamədən Maraqlı şəxs2 xəbəri olmadığına görə ondan vaxtında apelyasiya şikayəti verilməmişdir. İş materiallarından da görünür ki, iddiaçı bu barədə Xətai qeydiyyat şöbəsinə müvafiq sorğular vermiş və daha sonra müəyyən etmişdir ki, məhkəmə tərəfindən onun övladı barəsində belə qətnamə çıxarılmışdır. Daha sonra rəsmi qaydada müraciət edərək onu əldə etmiş və apelyasiya şikayəti vermişdir. Qətnamə çıxdığı vaxtdan 9 il ərzində Maraqlı şəxs2 ölkədə olmamış, Ukraynada olmuş və uşağını öz ərinin qardaşı — Elşəngildə qoyaraq getmişdir. Bu müddət ərzində dəfələrlə uşağı ilə telefon və video vasitəsilə ünsiyyətdə olmuşdur, lakin sənədləri qaydasında olmadığın və müharibə vəziyyətinə görə ölkəyə gələ bilməmişdir. Bu barədə işə mahiyyəti üzrə baxılarkən ətraflı məlumat veriləcəkdir.Yuxarıda qeyd edilənlər nəzərə alınaraq, Bakı şəhəri Xetai Rayon Mehkemesinin 2(011)-11174/2016 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadından ərizəçi X7 tərəfindən verilmiş şikayətin təmin edilməməsi və qərardadın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1174/2016 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi: Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 8-ci bəndinə əsasən: Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun Tələblərinə əsasən: 1.2.Heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 15.4. Məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. 46. Tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-ci maddəsinə əsasən: Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məcəllənin 129-cu maddəsinə əsasən: 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.129.4. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir.133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).133.4. Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir.133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır.133.6. Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 60, 80; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 46-50, 128-146, 357, 360-366, 385, 387-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Ərizəçinin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki,Maraqlı şəxs2 illər öncə qətnamədən məlumatlı olması müəyyən edilmir və sonuncunun təqdim etdiyi ilkin sübutlardan qəbul edilmiş qətnamənin onun mənafelərinə toxunduğu görünür, mahiyyətin araşdırılması isə məhkəmə baxışının predmetidir. Beləliklə, prosessual müddətlərin müəyyən edilməsi və hesablanması zamanı dəqiq təqvim tarixi ilə və hərəkətin edilə biləcəyi vaxt dövrü, sənədlərin dövriyyəsi nəzərə alınmaqla, hər ötürülmüş günün səbəblərinin müzakirəsi prosessual-hüquqi əhəmiyyət kəsb edir. Belə ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və bu hüquqlardan (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) suiistifadəyə şərait yaradan hal kimi digər şəxslərin sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Hazırki halda müddətin üzrlü (prosess iştirakçısı olmadığından ona məlumat verilməmə) səbəblərdən ötürüldüyü müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçi1 tərəfindən verilmiş şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-11174/2016 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-3249/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3249/2025
19.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver