Məhkəmə qərarları › İş №2(103)-325/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-325/2020

14.01.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-325/2020 14.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Həsənovun sədrliyi və məruzəsilə, Şərafət Asif qızı Məmmədovadan və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Şamxal Mehdi oğlu Ariflinin katibliyi, İddiaçı, nümayəndəsi X14, vəkili X16, Cavabdeh, vəkili X2, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8353/2017 saylı iş üzrə 14 dekabr 2017-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı evə köçürülmə və evdən çıxarma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 1991 -ci ildən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşamışdır. 24.06.2007-ci ildə X7 ilə rəsmi nikaha daxil olmuşdur. Bu nikahından 09.08.2008-ci ildə qızı X8 və 15.03.2011 -ci ildə qızı X9 doğulmuşdur. Həyat yoldaşı Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava,ev 24A ünvanda yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və ona məxsus bütün cehiz əşyaları da həmin evdədir. Hal-hazırda həmin evdə qeydiyyatdadır, uşaqları da həmin evdə doğulmuşlar. X1 da vəfat etdiyinə günə qədər Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, ev 24 ünvanda qeydiyyatda olsa da iddiaçıya məxsus evdə yaşayırdı. İddiaçı işi ilə bağlı tez-tez Rusiya Federasiyasına gedib- gəlir. O, 2012-ci ildə Rusiya Federasiyasında olduğu zaman cavabdeh iddiaçının arvadını və uşaqlarını ünvan 1 ünvandakı evdən qovaraq çıxarmış və evi zəbt etmişdir. Hazırda da həmin evdə ailəsi ilə birlikdə yaşamasına cavabdeh tərəfindən maneələr yaradılır. Ona görə də cavabdehin qanunsuz zəbt etdiyi, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, iddiaçının və azyaşlı uşaqları X3 və X4 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, Cavabdeh qanunsuz hərəkətlərinə son qoyulması, onun tərəfindən iddiaçının və ailəsinin həmin evdə yaşamalarına heç bir maneə törətməyəcəyi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli, 2(004)- 8353/2017 saylı qətnaməsi ilə idda tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən olunması və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin həmin iş üzrə 26 aprel 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8353/2017 saylı iş üzrə 14 dekabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının həmin iş üzrə 25 sentyabr 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 26 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkməsinin 28 noyabr 2018-ci il taixli qətnamsəi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkməsinin 14 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının həmin iş üzrə 22 aprel 2019-cu il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilərək hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə təqdim olunan sübutlara məcburi halda qiymət vermək imkanından istifadə etməmiş, maneənin yaradılmasına sübut təqdim edilməsini tələb etməmişdir. Halbuki cavabdeh iddia ərizəsinə etiraz bildirməklə artıq qadağanın mövcudluğunu təsdiqləmişdir. Bu isə öz növbəsində qətnamədə qeyd olunan evin sahibinin X6 olmasının göstərilməsi, vərəsəlik haqqında vəsiyyətnamə olmasına istinadla müəyyənləşdirmişdir. Cavabdeh qeyd edilən mənzili atasından qalan miras əmlak hesab edir. Lakin heç bir hüquqmüəyyənedici əsas gətirmir. Məhkəmə cavabdehi sübutetmə vəzifəsindən azad etmişdir. Qətnamədə istinad olunan digər sübut isə Yasamal rayon İcra Hakimiyyəti başçısının 278 saylı 26.08.2016-cı il tarixli sərəncamla 24 saylı evin vətəndaş X6 adına sənədləşdirilməsinə dair sübut olmuşdur. İşə baxan məhkəmə ünvan 3 ünvanlardakı mənzillərin hansı əsasla hüquqi bağlılığı olduğunu aydınlaşdırmadan qeyd edilən sərəncama istinad etməklə nəyi müəyyən etdiyini əsaslandırmamışdır. Digər tərəfdən isə qətnamənin 2-ci səhifəsində evin hüquqi rejmi barədə qeyd edilsə də hüquqi rejminin hazırkı mübahisəyə hansı formada təsir edəcəyini əsaslandırmamışdır. Məhkəmə Mülki Məcəllənin 155-ci maddəsini tələblərinə riayət etməmişdir. Normanın tələbinə əsasən mülkiyyətçi olmayan şəxslərin də əmlak hüquqlarının qorunmasına təminat verilir. Digər tərəfdən cavabdehin vərəsəlik hüququna dair əsassız dəlillərinə heç bir maddi hüquq normasını tətbiq etməmişdir. Halbuki vərəsəlik hüququ yalnız hüquqi qeydiyatdan keçmiş əmlaka dair yaranan hüquqdur. Mübahisələndirilən mənzil iddiaçının məhkəmədə müəyyən edilmiş arayışla ailə üzvləri ilə qeydiyyatda olduğu mənzildir, cavabdehin bu və ya digər formada heç bir aidiyyatı olmayan əmlak kimi çıxış edir. Mənzilin hüquqi statusu istər özbaşına tikinti kimi, istərsə də qeydiyyatdan keçmiş mülkiyyət kimi olmasından asılı olmayaraq iddiaçı istifadəçi və sahiblik həyata keçirən şəxs, cavabdeh isə heç bir hüququ olmayan şəxs kimi çıxış edir. İş materiallarına əlavə edilmiş 12.06.2012-ci il tarixli aktla təbii qazın istehlakçısının İddiaçı göstərilməklə ünvanı təhrif edilsə də, mənzilin balans saxlayanı yerli icra hakimiyyəti orqanının qeydiyyatında İddiaçıdur. Göründüyü kimi Mülki Məcəllənin 165-ci maddəsinə əsasən sahiblik hüququ da pozulmuşdur. Bundan əlavə məhkəmə hüququn və qanunun analogiyasını tətbiq etməli idi. Yəni sahiblik hüququ həyata keçirən şəxs mülkiyyətçi kimi qiymətləndirilməli idi. Digər sübutlara gəldikdə isə 1 saylı Bakı İnzibati-İnqtisadi Məhkəməsinin 26.02.2016-cı il tarixli və 12.01.2017-ci il tarixli qərarları hazırkı mübahisədə heç bir hüquqi nəticə yaratmır. Mübahisə predmeti bir-birinə təcrid edilmiş, 2 mənzildən birinə, yəni 24 A ünvandakı mənzilə dairdir. Göründüyü kimi məhkəmə maddi hüquq normalarının tələblərini kobudcasına pozmuşdur. Məhkəmə kollegiyasnın iclasında İddiaçı nümayəndəsi X14, vəkili X16 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh, vəkili X10 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8353/2017 saylı iş üzrə 14 dekabr 2017-cı il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin olunmasına dair yeni qətnamə qəbul olunmalıdır. İş materiallarında olan "xxxx" ASC-nin 10.02.2017-ci il tarixli bildirişinə əsasən Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava. ev 24A-da elektrik enerjisinin istehlakçısı kimi İddiaçı göstərilmişdir. İş materiallarında olan Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 12.06.2012-ci il tarixli akta əsasən Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava.ev 24 mənzil 10-da təbii qazın istehlakçısı qismində İddiaçı göstərilmişdir. İş materiallarında olan 56 nömrəli Mənzil Kommunal İstismar Sahəsinin 13.10.2017ci il tarixli və 05.09.2017-ci il tarixli arayışlarına əsasən iddiaçı Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava ev 24 A-da qeydiyyatdadır, arvadı X13, qızları X8 və X9 həmin evə 08.05.2014-cü ildən qeydiyyata düşmüşlər. İş materiallarına əlavə edilmiş 1 saylı Baki İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81 )- 1334/2016 nömrəli, 26.02.2016- cı il tarixli qərarına əsasən Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava ünvanda yerləşən 24 saylı evin X6 adına hüquqi qeydiyyata alınması barədə sərəncam verilməsi Yasamal rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının 278 nömrəli, 26.08.2016- cı il tarixli sərəncamına əsasən Yasamal rayonu, 2-ci Alatava küçəsində yerləşən, vətəndaş X11 məxsus 24 saylı evin onun adına sənədləşdirilməsi və hüquqi qeydiyyata alınması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)- 939/2017 nömrəli, 12.01.2017-ci il tarixli qərarına əsasən Bakı şəhəri, Yasamal rayonu, 2ci Alatava.ev 24-ə dair X6 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmiş, sonradan həmin qərar Bakı Apellyasiya Məhkəməsinin inzibatiiqtisadi kollegiyasının 02.05.2017-ci il tarixli, 2-1(103)-894/2017 nömrəli qərarı ilə ləğv edilmişdir. Məhkəmə kollegiyası işdə olan sübutları, işin faktiki hallarını, kassasiya instansiyası məhkəməsinin qərarında qeyd edilənləri nəzərə alaraq hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 aprel 2019-cu qərarından görünür ki, apellyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən cavabdehin iddiaya etirazının əsası kimi 24a saylı müstəqil tikilinin mövcud olmaması (i.v.92), habelə bununla bağlı iddiaçı tərəfin təqdim etdiyi arayışlar arasında ziddiyyətlərin olmasından ibarət dəlillərinə də qiymət verməmişdir. Bununla bağlı qərarda xüsusilə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hazırki iş üzrə çıxardığı 25 sentyabr 2018-ci il tarixli qərarında apellyasiya instansiyası məhkəməsinin işə əlavə edilmiş sübutlara, o cümlədən işdə iştirak edən şəxslərin izahatlarına Mülki Prosessual Məcəllənin 88, 106.1-ci maddələrinin tələblərinə uyğun olaraq hüquqi qiymət vermədən, mübahisəli ünvana, tikiliyə dair eyni qurum tərəfindən verilmiş çoxsaylı arayışlar arasındakı ziddiyyətlərə aydınlıq gətirmədən, iddiaçının iddia etdiyi tikilinin yerində mövcud olub-olmamasını, həmin tikili ilə cavabdehin bilavasitə yaşadığı evin eyni və ya fərqli tikililər olmasını və sair araşdırmadan, zərurət yarandığı halda xüsusi bilik tələb edən qeyd olunan suallara, o cümlədən 2-ci Alatava yaşayış massivində faktiki olaraq neçə tikilinin olmasını və s. aydınlıq gətirmək üçün iş üzrə zəruri hesab etdiyi halda müvafiq ekspertiza təyin edib rəy almadan, iddiaçının bilavasitə kommunal xərcləri hansı tikiliyə görə ödəməsini, onunla sözügedən müqavilələrin hansı tikiliyə görə bağlanmasını aydınlaşdırmadan, həmin müqavilələrin bağlanmasına əsas olmuş sənədlərin surətini məhkəməyə təqdim etməyi tərəflərə təklif etmədən, Yasamal rayonu 56-saylı MKİS tərəfindən 2-ci Alatava yaşayış massivində yerləşən, 24 saylı və 24 “A” saylı evlərin ayrıayrı tikililər olması, onların biri-birinə bitişik olmaması, giriş-çıxışlarının ayrı olmasına dair çoxsaylı arayışların hansı mötəbər sübutlarla əsaslanmaqla verilməsini dəqiqləşdirmədən gəldiyi qənaətə səhv hesab edərək, işə yenidən baxılan zaman iş üzrə yekun qərarın qəbul edilməsi üçün zəruri olan qeyd edilən halların aydınlaşdırılmalı olmasına dair göstəriş vermişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən göstərişlərə məhəl qoymayaraq, sadəcə olaraq iddiaçıların ünvan 1 saylı fərdi yaşayış evində qeydiyyatda olmalarına, habelə kommunal xidmətlərin göstərilməsinə dair müqavilələrə istinad etməklə Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərini pozmuşdur. Göstərilənlərə əməl edilməsi ilə bağlı təkrar apellyasiya baxışı zamanı hazırkı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və 07 noyabr 2019-cu il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, Yasamal rayon İcra Hakimiyyəti 56 saylı MKİS əməkdaşları tərəfindən tərtib olunmuş məktubdan görünür ki, 2-ci Alatava yerləşən 24 saylı və 24 A saylı evlər ayrı-ayrı tikililərdir. Bir-birinə bitişik deyil, giriş-çıxışları ayrı olmaqla 24 A saylı ev 2 mərtəbəli, 24 saylı ev isə bir mərtəbəlidir. Eyni zamanda baxış zamanı mübahisəli bir mərtəbəli yaşayış evi yolun alt hissəsində, iki mərtəbəli yaşayış evi isə yolun üst hissəsində yerləşməklə, həmin evlərə giriş–çıxış yolu ayrı-ayrı küçələrdən olduğu müəyyən olunmuşdur. Lakin iş materiallarında həmin evlərə dair hüquqmüəyyənedici sənəd (Çıxarış) olmadığından yaşayış evlərinin dəqiqliklə ünvanlarını müəyyən etmək mümkün deyildir. Ekspert tərəfindən qeyd olunmuşdur ki, evlərin ünvanlarını müəyyən etmək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin səlahiyyətinə aiddir. Bakı şəhəri Yasamal rayon 2-ci Alatava yaşayış massivində yerləşən Bakı şəhəri Yasamal rayon 2-ci Alatava yaşayış massivində yolun üst hissəsində 455 kv.m torpaq sahəsində yerləşən iki mərtəbəli 6 otaqlı, 145,7 kv.m yaşayış sahəsi 63,3 kv.m köməkçi sahələrdən, 29,35 kv.m qaraj, 22,36 kv.m açıq eyvan, 58,87 kv.m talvar (pilləkən meydançası ilə birlkdə) və 89,42 kv.m yarımzırzəmi sahəsində və yolun digər hissəsində bir mərtəbəli yaşayış evinin ümumi sahəsi 168,35 kv.m təşkil etdiyi müəyyən olunur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisənin həlli digər hallarla yanaşı aşağıda göstərilənlərin müəyyən edilməsi ilə bağlıdır. - Yasamal rayonu 2-ci Alatava yaşayış massivində yerləşən, 24 saylı və 24 “A” saylı evlərin ayrı-ayrı tikililər olaraq mövcuddurmu, onlar biri-birinə bitişikdirmi, giriş-çıxışlarının ayrıdırmı. Göstərilən məsələlənin aydınlaşdırması yalnız xüsusi bilik tələb edən suallara verilən cavabla bağlı olduğundan müvafiq məhkəmə ekspertizası təyin olunmuş alınmış rəylə rəsmi olmayan və tərəflərin formal ünvan olaraq adlandırdıqları həm 24 saylı, həm də 24 A saylı ünvanlarda yaşayış evlərinin mövcud olması, onların bir birindən təcrid olmaları və ayrıca giriş-çıxışlara malik olmaları müəyyən olunmuşdur. İşin digər halları ilə müəyyən olunmuşdur ki, hər iki ünvanda yerləşən tikilillər faktiki olaraq cavabdehin sahiblik və istifadəsindədir. İş üzrə iddiaçı və ailə üzvləri formal olaraq adlandırılmış 24 A saylı ünvanda qeydiyyatdadırlar. İş üzrə iddiaçının 24 saylı ünvan adlandırılmış evlə uzun illər əvvəl əlaqəsini kəsməsi və həmin ünvanda yerləşən evdə əşyasının olmaması mübahisəsizdir. İddiaçı daimi qeydiyyatda olduğu 24 A saylı ünvanda yerləşən evə köçürülməsini tələb edir. Cavabdeh tərəfin etirazı isə iddiaçının 24 A saylı ünvanda yerləşən evlə hər hansı əlaqəsinin olmaması, həmin evin onun özü tərəfindən tikilməsi, tamamilə onun istifadə və sahibliyində olmasını göstərir. Lakin iddiaçının həmin evlə hər hansı bağlılığının olmamasına dair işdə olan digər sübutlara təkiz edilməyən hər hansı sübuta istinad etmir. İddiaçının köçmək istədiyi evə qeydiyyata alınmasının səbəblərini, kommunal sahələrlə bağlı iddiaçı ilə müqavilələrin bağlanması səbəblərini cavabdeh məhkəmə iclasında aydınlaşdıra bilməmişdir. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin hərəkətləri faktiki olaraq iddiaçının evə köçməsinin qarışısın almaq üçün yaradılmış maneədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Məcəllənin 180.2-ci maddəsinə görə isə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Qeyd olunan bu maddələr tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarını istisna etsə də, onun özbaşına tikilidən yaşamaq məqsədilə istifadə etməsini qadağan etmir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsi insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi mənzildə yaşayıb və hazırda cavabdeh onun burada yaşamasına maneçilik törədir. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilən şəxsin mənzil və digər bu kimi yerlər üzərində hər hansı hüququ olmasın. Məhkəmə kollegiyası yuxarıda müəyyən edilən işin hallarına istinad edərək belə qənaətə gəlir ki, mübahisəli ev özbaşına tikilidir və tərəflər faktiki olaraq birbirindən üstün hüquqlara və bir-birini evdən istifadə etməklə bağlı əldə etmiş olduqları hüquqlardan məhrum etməyə yönələn hərəkətlərlə bağlı səlahiyyətlərə malik deyildirlər. Cavabdehin yaşadığı və evdən istifadə ilə bağlı əldə etmiş şərtlər daxilində iddiaçının da öz uşaqları ilə birlikdə mənzildən istifadə etmək imakanları təmin olunmalıdır. Lakin iddiaçıya münasibətdə bu imkanların tanınması ona cavabdehin mübahisəli mənzildən çıxarılmasını tələb etməklə bağlı subyektiv hüquq vermir. Bu baxımdan isə iddiaçının cavabdehi mübahisəli mənzildən çıxarma tələbi irəli sürməsi üçün hər hansı səlahiyyəti yoxdur. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçının mübahisəli evdə qeydiyyatda olması və oradan istifadə etmək imkanlarının təmin olunması mübahisəli evin ona məxsus olması nəticəsinə gəlməyə imkan vermir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8353/2017 saylı iş üzrə 14 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. İddiaçı, azyaşlı uşaqları X8 və X12 ilə birlikdə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsünlər. İddia qalan hissədə təmin olunmasın. Aparılmış ekspetiza tədqiqatının dəyəri olan 100 manatın 50 manatı iddiaçıdan, 50 manatı cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Hakimlər imzalar: Əsli ilə düzdür Hakim: Vüqar Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar