Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3254/2020 11.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X4 (sədrliyi və məruzəsilə), X11 və X12 ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, iddiaçının nümayəndəsi X2, hüquq və maraqlarına toxunan şəxs Bakı şəhəri Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi X9 iştirakları ilə, İddiaçı Viktorovnanın Cavabdeh Mətləf oğluna, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı mənzildən çıxarılma tələbinə dair Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-10/2015 saylı işi üzrə xx.xx.2015-ci il tarixli qətnaməsindən hüquq və maraqlarına toxunan şəxs Bakı şəhəri Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Viktorovna iddia ərizəsi ( iddia tələbinin həcminin azaldılması barədə ərizə) təqdim edərək Cavabdeh Mətləf oğlunun və onunla yaşayan digər şəxslərin Bakı şəhəri, Pirallahı rayonu, Gürgan qəsəbəsi, L.Məcidov küçəsi, 8 nömrəli evin 2 saylı mənzilindən çıxarılması və mənzilin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: Bakı şəhəri, Gürgan qəsəbəsi, L.Məcidov küçəsi, 8 nömrəli evin 2 saylı mənzili Əzizbəyov rayon Xalq deputatları sovetinin 13 nömrəli, xx xxxxxx 1987-ci il tarixli qərarına əsasən ailə üzvləri İddiaçı, Anikin Andrey, Anikina Vladimir və Anikin Pavel ilə birlikdə X3 verilmişdir (səh.9); X5 ilə X7 xx xxxxxx 1971-ci ildə nikahlarını bağlamışlar (səh.11); X5 xx xxxxxx 1996-cı il tarixdə ölmüşdür (səh.12); X8 xx xxxxxxx 2004-cü il tarixdə ölmüşdür (səh.13); mənzilin şəxsi hesabı İddiaçı Viktorovnadır. Mənzildə 1996-cı il tarixdən Xocavənd rayonundan məcbiri köçkünlər - Cavabdeh Mətləf oğlu - arvadı Quliyeva Şərqiyyə, qızı Quliyeva Nuranə, oğlu Quliyev Fəxrəddin, oğlu Quliyev Elçin, qızı Quliyeva Gülnar yaşayırlar (səh.53, 54). Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-10/2015 saylı işi üzrə xx.xx.2015ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh Mətləf oğlu Bakı şəhəri, Pirallahı rayonu, Gürgan qəsəbəsi, L.Məcidov küçəsi, 8 nömrəli evin 2 saylı mənzilindən çıxarılması qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2ci maddəsinə; Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2006-cı il tarixli, 5 №-li Qərarına; İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» iş üzrə Qərarında 20, 39, 40, 41 bəndlərinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 200 saylı xx.xx.1999cu il tarixli qərarına; “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri, Pirallahı rayonu, Gürgan qəsəbəsi, L.Məcidov küçəsi, 8 nömrəli evin 2 saylı mənzili İddiaçı Viktorovnanın əri X3 verilmişdir. Anikin Aleksandr xx xxxxxx 1996-cı il tarixdə ölmüşdür. Qüvvədə olan qanunvericiliyə əsasən İddiaçı Viktorovna onun birinci növbəli vərəsəsi sayılır və mənzili özəlləşdirərək mülkiyyət hüququnu əldə edə bilər. İddiaçı Viktorovnaya məxsus olan mənzil cavabdeh tərəfindən zəbt olunduğuna görə onun mülkiyyət hüququ pozulur. Xocavənd rayonundan məcbiri köçkün Cavabdeh Mətləf oğlu tərəfindən mübahisəli mənzil 1996-cı ildən zəbt olunmuş və İddiaçı həmin vaxtdan hal-hazıradək bu mənzildən istifadə edə bilmir. Hüquq və maraqlarına toxunan şəxs Bakı şəhəri Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi apellyasiya şikayəti verərək, apellyasiya şikayətini təmin edərək Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(094)-10/2015 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətində Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48.3, 82.3-cü maddələrinə; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə; xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 7.2, 87-ci maddələrinə istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə hərtərəfli və tam baxılmamış, iş üzrə materiallar araşdırılıb qərar qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, sözügedən yaşayış sahəsi dövlət mənzil fondunun yaşayış sahəsi olmaqla Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansmdadır. Həmin mənzilin kirayəçisi order əsasında X1muş və o, xx.xx.1996cı il tarixdə vəfat etmişdir. Onun ailəsi, o cümlədən arvadı İddiaçı Viktorovna 1991-ci il tarixdə ailə üzvləri (uşaqları) ilə sözügedən mənzildən qeydiyyatdan da çıxaraq daimi başqa yaşayış yerinə Rusiya Federasiyasına köçmüş və hal-hazırda da orada yaşamaqla həmin ölkənin vətəndaşlarıdır. Sözügedən mənzilin kirayəçisi vəfat etdiyi, ailə üzvləri, o cümlədən İddiaçı Viktorovna daimi başqa yaşayış yerinə köçdüyü üçün yaşayış sahəsinin kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilmişdir. Yaşayış sahəsi boş qalmış, lakin məlum hadisələrlə əlaqədar həmin mənzildə 1996-cı il tarixdə məcburi köçkün ailəsi məskunlaşmışdır. Bununla bağlı məlumatlar sözügedən məhkəmə qərarının əsaslandırma hissəsində iddiaçı və cavabdehin izahatında da öz əksini tapır. Həmin mülki işə baxılmasına Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 3 yaşayış sahəsi üzrə digər aidiyyəti orqanlar cəlb edilməmişdir. Həmçinin İddiaçı Viktorovna əcnəbi olmaqla yaşayış yeri üzrə sözügedən mənzildə qeydiyyatda olmadığı, mənzilin kirayəçisinin vəfat etməsi və ailə üzvlərinin daimi başqa yaşayış yerinə köçməsi ilə əlaqədar yaşayış sahəsinin kirayə müqaviləsi qanunvericiliyə əsasən həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edildiyi, vəfat etmiş şəxsin vərəsəsi olduğunu təsdiq edən vərəsəlik şəhadətnaməsi olmadığı, yaşayış sahəsi dövlət mənzil fondunun yaşayış sahəsinə aid olduğu üçün İddiaçı Viktorovnanm mənzillə bağlı həmin iddia tələbi üzrə hərhansı hüququ olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən hüquq və maraqlarına toxunan şəxs Bakı şəhəri Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi X13 apellyasiya şikayətini müdafiə edərək, mübahisəli evin hüquq və maraqlarına toxunan şəxs Bakı şəhəri Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olduğunu, mübahisəli evə dair orderin iddiaçının ərinin adına olduğunu, əri ilə evdə yaşadıqlarını, əri vəfat etdikdən sonra iddiaçının Rusiya Federasiyasına çıxıb getdiyini, həmin evə yerləşdirilmiş məcburi köçkünlərin artıq evlə təmin olunduğunu, iddiaçının Mənzil- Kommunal Təsərrüfatı Birliyində forma 2 arayışı ala bilmədikləri üçün şikayət etdikləri zaman qətnamə barədə məlumatlarının olduğunu, iddiaçının evi özəlləşdirə bilmədiyini, onunla kirayə müqavilə bağlanmalı olduqlarını, lakin xarici vətəndaş olduğu üçün kirayə müqaviləsi bağlaya bilmədiklərini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X6pellyasiya şikayətini qəbul etməyərək, Bakı şəhəri Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin qətnamədən xəbəri olduğunu, forma 2 arayışın yoxa çıxdığını bildirmiş, Bakı şəhəri 33 Saylı Dövlət Notariat Ofisinin xx.xx.2019-cu il tarixli, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli məktubunu təqdim etmiş və qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh Mətləf oğlunun, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. İddiaçının nümayəndəsinin (apellyasiyanın dəlillərinə qarşı) təqdim etdiyi sübutlardan müəyyən edilir ki, Bakı şəhəri 33 Saylı Dövlət Notariat Ofisinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən, X5 xx.xx.1996-cı il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin xx.xx.2019-cü il tarixli ərizəsi əsasında mərhumun arvadı İddiaçı Viktorovna vərəsəsi olması barədə məlumat verilir. ünvan 1 mənzil 2 ünvanında yerləşən mənzilə çıxarış verilməsi xahiş olunur (səh.146); Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1–ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə muqaviiəsi bağiamış Azərbaycan RespuDİikasının vətəndasiarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır (səh.147). Kollegiya sübutların apellyasiyanın dəlillərinə qarşı yönəldiyini müəyyən etdiyindən onların qəbul edilməsini mülki prosessual tələblərinin zamana və apellyasiyanın hədlərinə münasibətdə məqbul hesab edir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5, 139-1.1,152-158; qüvvədən düşmüş (münasibətlər yaranan zaman qüvvədə olan) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 81.2, 82.5, qüvvədən düşmüş (münasibətlər yaranan zaman qüvvədə olan) Mənzil Məcəlləsinin 85, 127; MPM-in 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Qeyd edilməlidir ki, iddiaçının hüquqlarının pozulması hesabına cavabdehin və ya şikayət verən şəxsin hüquqlarının təmin edilməsi üçün heç bir hüquqi normativ üstünlük müəyyən edilmir. Diqqətə çatdırılmalıdır ki, yaşayış sahəsinin dövlət mənzil fondunun yaşayış sahəsi olmasına, iddiaçının vərəsə olmamasına və onun kirayəçi hüquqlarına xitam verilməsinə dair heç bir sübut təqdim edilməmişdir. Kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. Apellyasiya əsassız olduğundan ödənilmiş dövlət rüsumları üzrə məhkəmə xərcləri Hüquq və maraqlarına toxunan şəxs Bakı şəhəri Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Hüquq və maraqlarına toxunan şəxs Bakı şəhəri Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-10/2015 saylı işi üzrə xx.xx.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3254/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3254/2020
11.03.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver