Məhkəmə qərarları › İş №2(103)-3258/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3258/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3258/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)- 4071/20 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı “İddiaçı” İB Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan qeyriqanuni istifadəyə görə hesablanmış 2923,70 manat məbləğində pulun, hüquqların bərpası ilə bağlı çəkilmiş 300 manat xərcin və 30 manat dövlət rüsumunun tutularaq “İddiaçı” İBnin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi X3 iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək cavadehdən akt üzrə 2721.60 manat, debitor borca görə 633,40 manat, 2018-ci ildən qalmış 972 manat qalıq borc olmaqla, cəmi 3452,20 manat pulun, pozulmuş hüquqların bərpası ilə bağlı 300 manat xərcin və 30 manat məbləğində dövlət rüsumunun borcun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Paşayeva, iş № 2(008)-4071/20) iddia qismən təmin edilərək Cavabdeh “İddiaçı” İstehsalat Birliyinin xeyrinə dəymiş zərərə görə 1749 (min yeddiz yüz qırx doqquz) manat 60 (altmış) qəpik, qaz sərfiyyatına görə yaranmış 202 (iki yüz) manat 10 (on) qəpik borc, hüquqi yardıma görə 50 (əlli) manat və ödənilmiş 15 (on beş) manat dövlət rüsumu olmaqla, cəmi 2016 (iki min on altı) manat 70 (yetmiş) qəpik pulun tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “İddiaçı” İstehsalat Birliyi xx.xx.2017-ci il tarixli, 04/16899 saylı "Qazpaylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqaviləsi əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana “İddiaçı” İB-nin Bakı Regional qazın satış Departamenti tərəfindən **********00001 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 10578027 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin, cavabdeh Müqavilənin 2.3.2. yarımbəndinin (bu Müqavilənin və “Qazdan istifadə qaydalarfnm 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazdan istifadə etmişdir. “İddiaçı” İB-in işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xəttlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmişdir. Sadalanan aktlardan və iddia ərizəsinə əlavə edilmiş abonentin saldosundan göründüyü kimi cavabdeh dəfələrlə sayğacdan kənar qaz istifadə etməklə İddiaçınə cəmi 2923,70 manat ziyan vurmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh məhkəmədə iştirak etsə də, onun sözləri təhrif olunmuş, onun məhkəmə prosesində fikirlərini tam izah edə bilməsi təmin edilməmiş, çəkişmə prinsipinə əməl olunmamış, faktiki olaraq yalnız iddiaçının təqdim etdiyi dəlil və mülahizələr əsasında qətnamə qəbul edilmişdir. Cavabdeh iddia ərizəsinə etiraz etmiş, borcun necə yaranmasının araşdırılmasını xahiş etsə də, bu borcun nə vaxt, hansı aktlara əsasən hesablanması araşdırılmamışdır. ünvan 2 ünvanda “İddiaçı” İB-nin nümayəndələri tərəfindən guya yoxlama keçirilmiş və müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin nə yoxlamadan xəbəri olub, nə də ki tərtib edilmiş aktlardakı imza ona məxsus deyil. Bundan əlavə, cavabdeh tərəfindən sayğaca heç bir müdaxilə edilmədiyi və heç bir əlavə xəttə qoşulmadığı halda, qaz sayğacına edilmiş müdaxiləyə görə 972.0 manat əsassız borc yazılmışdır. Cavabdehin qazdan istifadə etməsi barədə heç bir mütəxəssis araşdırılması aparılmadan şişirdilmiş rəqəm hesablanmışdır. Digər tərəfdən iddiaçının məkhəməyə təqdim etdiyi foto-video çəkilişlər cavabdehin yaşadığı ünvana aid deyil. Məhkəmə ən azından yerli baxış keçirməli olduğu halda iddiaçının təqdim etdiyi sübutsuz dəlillər əsasında qətnamə qəbul etmişdir. İddiaçının nümayəndəsi T.İsmayılov məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırda qətnamə yalnız iddianın təmin edilən hissəsində cavabdeh tərəfindən mübahisələndirilmiş, qətnamə iddianın rədd olunan hissəsində iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bu səbəbdən də qətnamə apellyasiya qaydasında yalnız cavabdeh tərəfindən mübahisələndirilən hissədə yolxanılmışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən mövqeyini “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097-ci maddələri, “Qaz təchizatı haqqında” Qanunun 6.2-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsi və s. ilə əsaslandıraraq qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixli akta əsasən 252 manat, xx.xx.2019- cu il tarixli akta əsasən 504 manat, xx.xx.2019-cu il tarixli 32,40 manat, xx.xx.2019-cu il tarixli akta əsasən 64,80 manat, xx.xx.2019-cu il tarixli akta əsasən 32,40 manat, xx.xx.2019-cu il tarixli akta əsasən 32,40 manat, xx.xx.2019-cu il tarixli akta əsasən 32,40 manat, xx.xx.2019-cu il tarixli akta əsasən 799,20 manat, cəmi 1749.60 manat pul cavabdehdən tutulmalıdır. Belə ki, həmin aktlardan göründüyü kimi cavabdeh təbii qazdan qanunsuz olaraq istifadə etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin apellyasiya qaydasında mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə tərəfindən təmin olunan hissədə sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları göstərilən hissədə sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Cavabdehin verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar