Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3259/2024 27.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (X23 müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə) mülki iş (Açar sözlər: «mənzilə köçürülmə, istifadə hüququnun tanınması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 iştirakı ilə, ünvan 5l 2024-cü il tarixli qətnaməsindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Mübahisə predmeti olan Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsi, 1Q saylı fərdi yaşayış evi özbaşına tikilidir və 16 yanvar 2022-ci il tarixdə ölmüş mərhum X18 məxsus olmuşdur.
2. Cavabdeh İddiaçı anasıdır və sonuncu xx.xx.2007-ci il tarixdə ailə quranadək həmin evdə yaşamış, ailə qurduqdan sonra Sumqayıt şəhərinə köçmüş, nikahı faktiki olaraq 2008-ci ildən, məhkəmə qərarı ilə isə 14 dekabr 2009-cu ildə pozulmuşdur. Nikahı faktiki pozulduğu vaxtdan xx.xx.2008-ci il təvəllüdlü övladı X9 və anası Cavabdeh ilə birlikdə yaşamışdır.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yetkinlik yaşına çatmayan qızı ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsi, 1Q saylı evdən istifadə hüququnun tanınması və həmin evə köçürülməsinə dair qətnamə çıxarımasını xahiş etmişdir.
4. Tələbdə göstərilir ki, xx.xx.2007-ci il tarixdə ailə quranadək atası X18 məxsus ünvan 1 ünvanda yerləşən mənzildə yaşamışdır. xx.xx.2007-ci il tarixdə Sumqayıt şəhər VVADQ şöbəsində 296 saylı nikah qeydinə əsasən ailə qurmuşdur. xx.xx.2008-ci il tarixdə qızı X9 doğulmuşdur. Qızı Xətai rayonu 2 saylı Uşaq Poliknikasında bu günə kimi qeydiyyatdadır. Ailə qurduqdan 6 ay sonra həyat yoldaşı nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etdiyi üçün iddiaçı qızı ana bətnində ola-ola atası Tofiq Kərimova məxsus ünvan 3 ünvanında yerləşən evə gəlmişdir. Ailədə 4 bacı olublar, digər bacıları ailəli olduqları üçün iddiaçı atası və anası ilə birlikdə yaşamışdır. Atası ağır onkoloji xəstə olduğundan bir övlad kimi onun qayğısına qalaraq onun qulluğunda durmuşdur. Atası rəhmətə getməmişdən əvvəl sözügedən evin onun adına sənədləşməsi üçün lazımi sənədləri toplasa da, sənədləşdirmə işləri yarımçıq qalmışdır. Atası xx.xx.2022-ci il tarixdə rəhmətə gedəndən sonra anası Cavabdeh ilə münasibətləri bacısı X3 ərinin ona qarşı əxlaqsız təkliflər barədə mesajlarını göstərənə qədər çox yaxşı idi. İddiaçı anasına həmin mesajları göstərdikdən sonra anası həmin məsələni bacısı Rəksanəyə bildirdiyi üçün bacılarının da onunla olan münasibətləri pisləşmişdir. İddiaçı cavabdeh anası ilə ümumi təsərrüfatı idarə etməklə həmin mənzildə xx.xx.2022-ci il tarixə kimi yaşamışdır. Anası Cavabdeh 2002-ci ildə yaşadığı atasına məxsus evdən onu heç bir üzrlü səbəb olmadan qovaraq xx.xx.2023-cü il tarixdə onu və azyaşlı qızını əşyaları ilə birlikdə küçəyə atmışdır. İddiaçı məcbur olub DİN-in 102 xidmətinə zəng vurduğu üçün Xətai Rayon 37-ci Polis Bölməsində izahatları alınmışdır. Hazırda uşağı ilə birlikdə kirayədə qalsa da, kirayə pulunu və tələbatlarını ödəyə bilmir. Göründüyü kimi, iddiaçı yetkinlik yaşına catmamış uşağı ilə birlikdə Cavabdeh məxsus ünvan 4 ünvanında istifadə və yaşamaq hüququ vardır. Həmçinin, cavabdeh onu və qızını həmin evə qeydiyyata salmamışdır. Tanımadığı kimlərinsə evində pasport qeydiyyatındadır. Hazırda cavabdeh onun həmin evə qeydiyyata salınmasına etiraz edir. Eyni zamanda Bakı şəhəri Xətai Rayon Mənzil-X2 66 saylı Mənzil Komunal İstismar sahəsinin 100 saylı xx.xx.2023-cü il tarixli arayışında İddiaçı Xətai Rayon Nazim Şükürov 1 Q saylı, atası mərhum X24 məxsus olan özütikili evdə 2003-cü il tarixdən 2007-ci ilin aprel ayına və 2009-cu ildən 2022-ci ilin may ayına kimi yaşaması göstərilmişdir. İddia ərizəsinə əlavə olunan İddiaçı Xətai Rayon Nazim Şükürov 1q saylı, atası mərhum X24 məxsus olan özütikili evdə yaşamasını təsdiq edən qonşular X7, X8, X10, X19, X13, X20, X6, X14 və X11 notarial qaydada təsdiq olunmuş ərizələrindən də görünür ki, İddiaçı qeyd olunan ünvanda yaşamışdır.
5. ünvan 5l 2024-cü il tarixli qətnaməsi ilə (hakim Aynur Abdullayeva) iddia qismən təmin edilərək İddiaçı və uşağı xx.xx.2008-ci il təvəllüdlü X4 Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən “1Q” saylı mənzilinə köçürülməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, mübahisəli ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində hər hansı şəxsin adına qeydə alınmamışdır. X28 evin faktiki sahibi olmuşdur. O, həmin evdə qızı və arvadı Cavabdeh ilə birlikdə yaşamışdır. İddiaçı 2007-ci ildə ailə quraraq evdən köçmüşdür. 2009-cu ildə iddiaçı nikahını pozmuşdur və öz övladı ilə birlikdə yenidən atası Tofiq Kərimovun evinə qayıtmışdır. İddiaçının atası 2022-ci ildə öldükdən sonra iddiaçı mübahisəli evi tərk etmək məcburiyyətində qalmışdır. Mübahisə predmeti olan yaşayış sahəsi özbaşına tikilidir və iddiaçı nikahı pozulduqdan sonra 2009-cu ildə azyaşlı övladı ilə birgə atasına məxsus həmin yaşayış sahəsinə köçüb yaşamışdır, atası rəhmətə getdikdən sonra evi tərk etmişdir. Mübahisəli yaşayış sahəsinin özbaşına tikili olması müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının həmin sahədən məhrum edilməsi, cavabdehin və əmlaka əşya hüquqları olmayan üçüncü şəxs İ.Əzizovun onun həmin yaşayış sahəsinə qayıtmasına maneələr törətməsi müəyyən edilmişdir. Məhrum etmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin (şəxslərin) yaşayış sahəsinə hüquqları olsun, məhrum edilən şəxsin isə hər hansı hüququ olmasın. Lakin hazırki iş üzrə cavabdehin və ya müstəqil tələb irəli sürməyən üçüncü şəxs İlqar Əzizovun mübahisələndirilən evə dair iddiaçıya münasibətdə hər hansı üstün hüquqlarının (mülkiyyət, istifadə, icarə və s.) olduğunu təsdiq edən sənədlər məhkəmələrə təqdim olunmamışdır. Odur ki, iddiaçının mübahisəli sahədə yaşamaq hüququ bərpa edilməklə iddia tələbləri təmin edilməlidir. Digər tərəfdən, iddiaçı 2009-cu ilin oktyabr ayınadək mübahisəli evə ailə üzvü kimi yenidən köçüb yaşadığına görə hazırki mübahisəyə qanunun analogiyası üzrə 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin müvafiq müddəaları tətbiq edilməlidir. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 60-cı maddəsinə görə icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı 2009-cu ilin oktyabr ayınadək mübahisəli mənzilə qayıdaraq, öz atasına məxsus evdə ailə üzvü kimi yaşamağa başlamışdır, tərəflər bu halı təsdiq edirlər. İddiaçının həmin tarixdən sonrakı dövrdə müxtəlif vaxtlarda faktiki nikah münasibətlərinə girərək mübahisəli sahəni dəfələrlə tərk etməsinə dair cavabdehin dəlilləri hər hansı şübhədən kənar mötəbər sübutlarla təsdiq edilməmişdir. Bundan başqa, üçüncü şəxsin dəlillərinə baxmayaraq, mübahisəli sahənin İ.Əzizov tərəfindən əldə edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, mübahisəli sahə iddiaçının atası tərəfindən əldə edilmişdir və iddiaçı nikaha daxil olanadək və nikahı pozulduqdan sonra həmin sahəyə ailə üzvü kimi köçürülərək mübahisəli evdə yaşamışdır. Mübahisəli yaşayış sahəsi iddiaçının atasına məxsus olduğundan iddiaçının ailə üzvü olaraq mübahisəli mənzildə yaşamaq hüququ vardır. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Qeyd olunmuş qərarda ifadə edilmiş hüquqi mövqeyə uyğun olaraq, cavabdeh iddiaçının mübahisəli sahəni könüllü tərk edərək köçüb getməsi və yaşayış sahəsinə ehtiyacının olmamasını qeyd etsə də, buna dair şübhədən kənar mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Yuxarıda qeyd olunanlara əsasən iddiaçının mübahisəli tikiliyə övladı ilə birlikdə köçürülməsi barədə iddia tələbləri təmin edilməlidir. Mübahisəli sahəyə istifadə hüquqlarının tanınması ilə bağlı iddia tələblərinə münasibətdə məhkəmə qeyd edib ki, iddiaçının köçmək istədiyi mübahisəli ev xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçməmişdir. Bu hal həmin ev üzərində iddiaçının hazırkı məqamda əşya hüquqlarının (mülkiyyət, şəxsi servitut kimi mənzildən istifadə hüququ və s.) mövcudluğunu istisna edir. Belə ki, özbaşına inşa edilmə nəticəsində yaranmış əmlak olan mübahisəli ev (yaşayış sahəsi) daşınmaz əmlakın dövlət reyestrində nə iddiaçının, nə də cavabdehin adına qeydə alınmadığından, iddiaçının və onun övladının mübahisəli evə istifadə hüququ əmələ gəlməmişdir, buna görə də özbaşına tikiliyə istifadə hüququnun tanınması yolverilməzdir və həmin hissədə iddia tələbləri təmin edilməli deyil.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
7. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X23 apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini xahiş edərək şikayətində göstərib ki, nə İddiaçı, nə də xx.xx.2008-ci il təvəllüdlü qızı X4 Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən 1Q saylı mənzildə yaşamırlar. İddiaçı xx.xx.2007-ci ildə ailə qurmuşdur və həmin vaxta qədər atasına məxsus olan bu mənzildə yaşadığını öz iddiasında bildirmişdir. Belə ki, Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən 1 Q saylı mənzilə dair mülkiyyət hüqunu təsdiq edən sənəd – çıxarış olmadığı üçün əmlaka dair mülkiyyət hüququ dövlət reyestrinə də alınmamışdır. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X23 və qaynatası X28 bu mənzili 2005-ci ildə almışlar. Həmin vaxt onlar hamısı birlikdə yaşayırdılar. Mənzil özbaşına tikili olmuş və təxmini dəyəri 2-3 min manat olmuşdur. Evin pulunu mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X23 ödəmişdir, lakin 66 saylı MKİS- tərəfindən ev ailə başçısı kimi qaynatası X15 adına yazılmışdır. Həmin vaxt bu mübahisəli ev 2 otaq olmuş, X23 ev sahibi kimi evin sahəsində düzəlişlər etmiş, xərc çəkmişdir. Bu səbəbdən də 2 otaqlı mənzil artıq 4 otaqdan ibarətdir və dəyəri 2-3 min yox, 15-25 min manat aralığındadır. Həmin vaxtda da mənzilin hüququnu təsdiq edən sənəd - çıxarış yox idi. Daha sonra isə X28 vəfat etmişdir və həmin mənzil X1. X12 əlində sadəcə mənzilə dair 66 saylı MKİS- tərəfindən verilən texniki plan mövcuddur. İddiaçı iddia tələbini anası Cavabdeh qarşı yönəltmişdir. İddiaçı mübahisə predmeti olan bu mənzilin X18 məxsus olması və indidə bu evin ata yurdu olmasını düşünür. Lakin həmin mənzilin bütün xərcləri və mülkiyyəti X16 məxsusdur. Onun atası olan X5 66 saylı MKİS- tərəfindən verilən texniki planda adı olan ev sakini idi. Bu fakt hal-hazırda İddiaçı X15 vərəsəsi olaraq X16 məxsus Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən 1 Q saylı mənzilə köçürülməsinə əsas ola bilməz. X12 apellyasiya şikayəti verməkdə məqsədi Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)- 1490/2024 saylı qətnaməsi ilə İddiaçı ona məxsus mənzilə köçürülməsi ilə bağlı iddiasının qəbul edilməsi ilə bağlıdır. Nə o, nədə ev sakinləri buna razı deyildirlər. Bu isə bir ailə olaraq bir mənzildə yaşamağı çətinləşdirəcəkdir. Belə ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-1490/2024 saylı qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilməsi və onun və qızının mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 məxsus Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən 1 Q saylı mənzilə köçürülməsi onun mülkiyyət hüququnun pozulması deməkdir. X23 mülkiyyətçi olaraq özünün və ailəsinin, həmçinin cavabdeh qismində qeyd olunan qaynanası Cavabdeh İddiaçı və onun xx.xx.2008-ci il təvəllüdlü qızı X9 ilə bir evdə yaşamasını istəmir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.
8. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 elektron kabinet vasitəsilə məhkəməyə təqdim etdiyi etirazda apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edib etirazının bununla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində Cavabdeh iddia ərizəsinə verdiyi elirazda qeyd etmişdir ki, mübahisəli mənzili rnərhum həyat yoldaşı X36 oglu 2003-cü ildə Əli Bayramlı şəhərində yerləşən özünə məxsus evi sataraq əldə etdiyi vəsait hesabına almışdır. Bununla cavabdeh etiraf etmişdir ki, qeyd olunan mənzil İddiaçı atası X18 məxsus olmuşdur. Qeyd olunan halı xx.xx.2003-cü il tarixində “Azəriqaz” İB ilə X28 arasında şəxsi yaşayış evinin qazla təmin edilməsinə dair müqavilə sübut edir. Əlavə olaraq xx.xx.2005-ci il tarixində Xətai rayon Qaz İstismar İdarəsi ilə X28 arasında bağlanmış Əhali istehlakçılarının təbii qazla təmin edilməsi haqqında **********0140 saylı müqavilə ilə əvvəlki müqavilə yenilənmişdir. Bu isə evin 2003-cü il tarixində artıq X18 məxsus olduğunu sübut edir. Beləliklə, apellyasiya şikayəti vermiş X12 mübahisəli mənzilin nəinki mülkiyyətçisi olması, ümumiyyətlə mənzilin alınma tarixi barədə məlumatı olmadığının sübutudur. Bundan başqa, mülkiyyətçi X28 ilə Azərsu ASC arasında bağlanmış xx.xx.2009-cu il tarixli su təchizatı haqqında T08/33917 saylı müqavilə, Ultel MMC ilə X28 arasında bağlanmış xx.xx.2009-cu il tarixli 05/13602/i saylı abunəçinin ünvanının telefonlaşdırılması barədə müqavilə, Azad Azərbaycan MTRK ilə X28 arasında bağlanmış xx.xx.2013-cu il tarixli televiziya proqramlarının seyr edilməsi ilə bağlı müqavilə, əlavə olaraq bələdiyyə vergilərinin ödənilməsinə dair xx.xx.2004-cü il tarixli, xx.xx.2009-cu il tarixli, xx.xx.2010-cu il tarixli ödəniş qəbzləri mübahisəli tikilinin X18 məxsus olmasını sübut edir. Əlavə olaraq apellyasiya şikayəti vermiş X23 öz tələbini bununla əsaslandırmışdır ki, 2023-cü ilin mart ayında həmin şəxsə 66 saylı mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş texniki planda ev sahibi kimi onun adı qeyd olunmuşdur. Bununla bağlı qeyd edilir ki, 66 saylı Mənzil İstismar Sahəsi tərəfindən 2009-cu ildə verilmiş eyni texniki planda ev sahibi olaraq X28 qeyd edilmiş, evdə qeydiyyatda olan şəxslərin siyahısında isə 1983-cü il təvəllüdlü İddiaçı və onun 2008-ci il təvəllüdlü azyaşlı övladı X9 göstərilmişdir. X23 qeyd olunan yaşayış sahəsinin ona məxsus olması, hansı əsasla əldə etməsi barədə heç bir sübut təqdim etməmişdir. X23 apellyasiya şikayətində qeyd olunan yaşayış sahəsinin əvvəllər iki otaqlı olması, sonradan isə onun vəsaiti hesabına genişləndirildiyini qeyd edir. Lakin qeyd olunan yaşayış sahəsi 2009-cu ildə 2 otaqdan 4 otağa İddiaçı tərəfindən çevrilmiş, 2020-ci ildə isə yenidən İddiaçı vəsaiti hesabına əsaslı təmir edilərək əlavə 1 otaq artırılmışdır. Qeyd olunan halı 2009-cu il tarixində 66 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş texniki planda artıq evin 4 otaq olması, 2015-ci il tarixində Mülkiyyətçi Layihə MMC tərəfindən İddiaçı verilmiş texniki planda evin 4 otaq, mətbəx, sanitar qovşaq və dəhlizdən ibarət olması sübut edir. Bundan başqa, 2020-ci il tarixində İddiaçı təmir məqsədi ilə UNİBANK KB ASC-dən 614micAHM/20 saylı müqavilə üzrə 5000 manat pul vəsaiti götürərək evin təmirinə xərclənmişdir. Qeyd olunan halı İddiaçı bacısının həyat yoldaşı olan Zeynal ilə birlikdə tikinti materialları almaq məqsədi ilə dəfələrlə yazışdığı və tikinti materialları alınmasında onunla birlikdə bazara getməsi iş materiallarına əlavə edilmiş “WhatsApp” yazışmalarında öz əksini tapmışdır. Bu isə evin təmiri üçün xərclənmiş vəsaitin İddiaçı tərəfindən ödənildiyini sübut edir. Bundan başqa, İddiaçı Nazim Şükürov küçəsi 1Q saylı atası X18 məxsus olan özütikili evdə 2003-cü ildən 2007-ci ilin aprel ayına və 2009-cu ildən 2022-ci ilin may ayına kimi yaşaması barədə Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 66 saylı Mənzil Kommunal İstismar sahəsinin 100 nömrəli arayışı, xx.xx.2023-cü il tarixli arayışı, "xxxx" MMC ilə İddiaçı arasında N.Şükürov küçəsi 1Q ünvanında internet xidmətlərinin göstərilməsi ilə bağlı “ADLS texnologiyası əsasında internet xidmətinin göstərilməsi haqqında” 170692/82013 nömrəli xx.xx.2013-cü il tarixli müqavilə və şahidlərin verdiyi ifadələrdən sübut olunur ki, İddiaçı qeyd olunan ünvanda 2009-cu il tarixindən 2022-ci il tarixinədək yaşamış 2022-ci ilin may ayında isə həmin mənzildən məcburi şəkildə çıxarılmışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X23 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını və qətnamənin iddianın təmin olunan hissədə ləğv olunmasını xahiş etdi.
10. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
11. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
12. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanunu:
13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.3. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.
16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
18. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin iddianın təmin edilən hissəsi, yəni iddiaçının uşağı ilə birlikdə mübahisəli evə köçürülməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən, qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
20. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normalarının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
21. Belə ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş fərdi yaşayış evinə köçürmə ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisənin analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməsi mümkündür. Lakin bu halda da iddia tələbi analoji münasibətləri tənzimləyən hüquq normalarının şərtlərinə uyğun olmalıdır. Əks halda bu hüquqdan sui-istifadəyə gətirib çıxara bilər. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa habelə cavabdeh(lər)in və digər şəxslərin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa, iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilir. Hazırki işdə də faktiki hallar analoji maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşır, eləcə də müstəqil tələb irəli sürməyən üçüncü şəxsin etiraz və müdafiə hüquqlarına görə də aradan qaxmadığından iddia haqlı sayılır.
22. Əvvəla, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi iddiaçı, onun azyaşlı qız övladı tərəfindən evdən çıxarılanadək istifadə olunmuş, həmçinin hazırdada cavabdeh tərəfindən istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə iddiaçının köçürülməsi üçün əsasın və ehtiyacın yaranıb-yaranmaması ilə bağlıdır. İddiaçı qeyd olunan evin(özbaşına tikilinin) yaşayış sahəsindən istifadə etmək və yaşamaq ehtiyacı olduğuna dair də məhkəməyə sübutlarını təqdim etmişdir.
23. Məhkəmə təcrübəsində özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür özbaşına tikililərə hər hansı bir hüquq əldə etmədən və tanımadan köçürülməsi təcrübəsi mövcuddur. Bu hallar ən çox keçmişdə ər-arvad münasibətlərində olmuş şəxslərin və onların uşaqlarının başqa yaşayış yeri olmadıqda və yaşayış sahəsinə ehtiyacları olduqda baş verir. Qeyd olunduğu kimi, hazırki iş üzrə iddiaçı cavabdehin doğma qızıdır və köçmək istədiyi özbaşına tikilinin yaşayış sahəsinə də ehtiyacı vardır. Başqa sözlə, iddiaçının köçmək istədiyi ünvanda yaşadığı açıq-aşkar təsdiq olunur. Demək ki, iddiaçının başqa yaşayış yeri mövcud deyil və yaşadığı özbaşına tikiliyə köçürülməsi üçün zərurət də olmuşdur.
24. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunur ki, iddiaçının bacısının əri olan 3-cü şəxs X12 mübahisəli tikiliyə hər hansı bir aidiyyətinin yaxud hansısa hüquqlarının olmasına dair məhkəməyə hansısa mötəbər sübut təqdim edilməmişdir. Belə ki, İlqar Əzizov mübahisəli tikilini mərhum qaynatası Tofiq Kərimovla 2005-ci ildə aldığını, həmin vaxt evin dəyərinin iki-üç min manat olduğunu, pulunu özü ödədiyini, alanda iki otaqlı olduğunu, sonradan əlavə iki otaq tikdiyini, qaynatası vəfat etdiyi üçün evin ona keçdiyini bildirsə də buna dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Çünki bəyan etdiyi bu halı sübut etmək yükü onun üzərinə düşür. Ancaq istinad etdiyi halı sübut edə bilmir.
25. Üçüncü şəxsin və onun ailə üzvlərinin iddiaçının həmin mənzilə köçməsinə razı olmaması da şikayətin əsaslı olmasına dəlalət etmir. X35 ilk növbədə özünün həmin tikiliyə hansısa aidiyyətinin yaxud hüquqlarının olmasını mötəbər sübutlarla təsdiq etməlidir ki, bundan sonra iddiaçının həmin tikiliyə köçürülməsinə razı olub-olmaması iş üçün əhəmiyyət kəsb etsin. İş üzrə cavabdeh olan iddiaçının anası qətnaməni mübahisələndirməyib, mübahisələndirən yalnız İlqar Əzizovdur ki, onun da belə bir hüququ yaranmayıb. İlqar Əzizovun ailəsi ilə birgə həmin mübahisəli evdə yaşaması da ona hansısa imtiyaz və üstünlük vermir.
26. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, üçüncü şəxs üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacib idi ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda daşınmaz əmlakın və əmlak hüquqlarının alqı-satqısının qanunvericiliyin imperativ tələblərinə əsasən xüsusi prosedur qaydalara uyğun həyata keçirilməli olması, eləcə də özbaşına tikinti və onun nəticələri institutunun yaranmasına da zərurət və əsas olmazdı.
27. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə ünvan 5l 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qətetdi:
Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə ünvan 5l 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.