Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3262/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı Mustafayeva Mahnurə Əsgər qızının nümayəndəsi və vəkili Zeynalov Əbülfəz Əli oğlunun, cavabdeh Mustafayeva Yeganə Vahid qızının iştirakları ilə, İddiaçı Mustafayeva Mahnurə Əsgər qızının cavabdeh Mustafayeva Yeganə Vahid qızına qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3026/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Mustafayeva Mahnurə Əsgər qızı cavabdeh Mustafayeva Yeganə Vahid qızına qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Mustafayeva Yeganə Vahid qızının yetkinlik yaşına çatmayan uşaqları 10.10. 2004-cü il təvəllüdlü Mustafayeva Ləman Elnur qızı, xx.xx.2010-cu il təvəllüdlü Mustafayeva Leyla Elnur qızı və xx.xx.2013-cü il təvəllüdlü Mustafayev Nəriman Elnur oğlu ilə birlikdə ünvan 1 ünvanında yerləşən 7 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Mustafayeva Yeganə Vahid qızı iddiaçının oğlu Mustafayev Elnur Nəriman oğlu ilə 2003-cü il tarixdə ailə qurmuş, birgə nikahdan xx.xx.2004-cü il təvəllüdlü Mustafayeva Ləman Elnur qızı, xx.xx.2010-cu il təvəllüdlsü Mustafayeva Leyla Elnur qızı və xx.xx.2013-cü il təvəllüdlü Mustafayev Nəriman Elnur qızı adlı 3 uşaqları doğulmuşdur. Ailə qurduqdan sonra cavabdeh Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi küçəsi, döngə 3, ev 6, mənzil 7 ünvanında yerləşən evlə eyni həyətdə inşa edilmiş evə gəlin köçmüş və bu günə qədər də həmin ünvanda yaşayır.2016-cı ildə aralarında yaranmış mübahisə ilə əlaqədar iddiaçının oğlu Elnur Mustafayev Sabunçu Rayon məhkəməsinə müraciət etmiş, Sabunçu Rayon məhkəməsinin qətnaməsinə əsasən cavabdehlə aralarındakı nikah qeydi ləğv olunmuşdur.Aralarındakı nikah qeydi ləğv olunduqdan sonra cavabdeh yaşadıqları evdən çıxıb getmiş, bir müddət sonra yenidən həmin evdə yaşamağa başlamışdır. Cavabdeh 2016-cı il tarixdə Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi küçəsi, döngə 3, ev 6, mənzil 7 ünvanında yerləşən eyni həyətdə inşa edilmiş, 1 mərtəbəli 2 otaqlı evə (özbaşına tikiliyə) köçürülmə tələbinə dair məhkəməyə müraciət etmiş, Sabunçu Rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, cavabdeh yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə həmin yaşayış sahəsinə köçürülmüşdür. Bildirir ki, Sabunçu Rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsinə əsasən onun Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi küçəsi, döngə 3, ev 6, mənzil 7 ünvanına istifadə hüququm tanınmış və pasport qeydiyyatına alınmış və hazırda da ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Cavabdeh qeyd olunan ünvanda inşa edilmiş evə (özbaşına tikiliyə) köçürülsə də, yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə iddiaçıya məxsus evdə - Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi küçəsi, döngə 3, ev 6, nıənzil 7 ünvanında mənzildə qeydiyyatdadırlar. Cavabdehin yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mənzil qeydiyyatında qalmaları onun həmin mənzilə olan sahiblik və istifadə hüquqlarını pozur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3026/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş edən iddiaçı şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o övladları ilə birlikdə qeydiyyatda olduğu Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şosesi küçəsi, döngə 3, ev 6, mənzil 7 ünvanında yaşayır. Sabunçu Rayon Məhkəməsinin 2(008)-9342 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə Mustafayev Elnur Nəriman oğlu ilə nikahları pozulmuş və birgə nikahdan doğulmuş hər üç yetkinlik yaşına çatmayan övladları onun himayəsinə verilməsi qət edilmişdir. Nikahın pozulmasına dair məhkəmə qətnaməsi qəbul edilən gündən Mustafayev Elnur Nəriman oğlu övladları ilə birlikdə onun evdən çıxmağını tələb etdiyindən mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şosesi küçəsi, döngə 3, ev 6, mənzil 7 ünvanında yerləşən evə köçürülməsi qət edilmişdir. O, həmin ailəyə gəlin gəldikdən sonra eyni həyətdə yerləşən hər iki evdə yaşamış, hər iki evdən istifadə etmiş və hal-hazıradək də istifadə etməklə yaşayır. Hazırda onun həmin ünvandan istifadə hüququna xitam verilməsi qanunsuz və ədalətsiz olar. Məhkəmə kollegiyası izahatları apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini düzgün əsaslandırmamış, gəldiyi nəticə işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah olunmamışdır. Halbuki, MPM-in 220.4-cü və 220.5-ci maddələrinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar, nəticə hissəsində isə məhkəmə xərclərinin hansı qaydada bölüşdürülməsi göstərilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalıdırlar. Bununla hər kəs onun barəsindən çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin maddi-prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İş materiallarına əlavə olunmuş Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, Mustafayeva Yeganə Vahid qızı ünvan 1, mənzil 7 ünvanda qeydiyyatdadır. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 2(008)-14186/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, Mustafayeva Yeganə Vahid qızı uşaqları 10. Oktyabr 2004- cü il təvəllüdlü Mustafayeva Ləman Elnur qızı, xx xxxx 2010cu il təvəllüdlü Mustafayeva Leyla Elnur qızı və xx xxxxxx 2013-cü il təvəllüdlü Mustafayev Nəriman Elnur oğlu ilə birlikdə ünvan 1, mənzil 7 ünvanda yerləşən evlə eyni həyətdə inşa edilmiş 1 mətbəxt və sanitar qovşağı ilə təchiz edilmiş 1 mərtəbəli 2 otaqlı evə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 2-279/2005 saylı, xx.xx.2005-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Mustafayeva Mahnurə Əsgər qızının Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesi küçəsi, döngə 3də yerləşən 6saylı evin 7 saylı mənzilinin yaşayış sahəsinə istifadə hüququ tanınaraq pasport qeydiyyatına alınması qət edilmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli Sosial kirayə müqaviləsindən görünür ki, ünvan 2 ünvanda yerləşən 7 saylı mənzilnə dair kirayə Dövlət Neft şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamenti tərəfindən Mustafayeva Mahnurə Əsgər qızına yaşamaq üçün verilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh Mustafayeva Yeganə Vahid qızı iddiaçının keçmiş gəlinidir. İddiaçının oğlu ilə cavabdeh xx.xx.2003-cü il tarixdə ailə həyatı qurmuş, xx.xx.2004-cü il tarixdə nikahları rəsmiləşdirilmiş və cavabdeh ünvan 1, ünvanda yerləşən 7 saylı mənzilə bitişik olan özbaşına tikiliyə köçmüşdür. Daha sonra, yəni 2005-ci ildə Mustafayeva Mahnurə Əsgər qızının məhkəmə qətnaməsi ilə ünvan 1, ünvanda yerləşən 7 saylı mənzilə istifadə hüququ tanınaraq pasport qeydiyyatına alınmışdır. İddiaçının oğlu ilə cavabdeh arasında bağlanmış nikaha 2016-cı ildə xitam verilmişdir. Sabunçu Rayon Məhkəməsinin 2016-cı il tarixli qətnaməsi ilə Mustafayeva Yeganənin övladları ilə birlikdə ünvan 1, mənzil 7 ünvanında yerləşən evlə eyni həyətdə inşa edilmiş 1 mətbəx və sanitar qovşağı ilə təchiz edilmiş 1 mərtəbəli, 2 otaqlı evə (özbaşına tikiliyə) köçürülməsi qət edilmişdir. İddiaçının hazırda iddia ilə məhkəməyə müraciət etməkdə əsas məqsədi gəlininin ünvan 1, mənzil 7 ünvanında yerləşən evlə eyni həyətdə inşa edilmiş 1 mətbəx və sanitar qovşağı ilə təchiz edilmiş 1 mərtəbəli, 2 otaqlı evə (özbaşına tikiliyə) yox, ünvan 1, mənzil 7 ünvanında yerləşən mənzilin özünə cavbadehin istifadə hüququna xitam verilməsi, dolayısı ilə cavabdehin həmin mənzildən qeydiyyatdan çıxarılmasıdır. Sözügedən mənzil sosial kirayə müqaviləsinə əsasən 2012-ci iddiaçıya kirayəyə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasındakı mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə görə isə, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, cavabdeh mübahisəli mənzilin icarədarının ailə üzvü kimi həmin mənzildə yaşamışdır. Başqa sözlə, cavabdeh faktiki olaraq daima mübahisəli mənzildə yaşamış və icarədarın ailə üzvü kimi yaşayış sahəsindən istifadə etmişdir. Bu baxımdan kollegiya hesab edir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən cavabdehin mübahisəli mənzilə dair istifadə hüququ yaranmışdır. Kollegiya cavabdehin mübahisəli mənzilə dair istifadə hüququna xitam verilməsi barədə iddia tələbinə münasibətdə isə qeyd edir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, “kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir”. Həmin Məcəllənin 87-ci maddəsinə görə isə, “kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir”. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”. Göründüyü kimi qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir. İşin müəyyən edilmiş və mübahisələndirilməyən hallarına əsasən, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Mustafayeva Yeganə Vahid qızı uşaqları xx xxxxxxx 2004- cü il təvəllüdlü Mustafayeva Ləman Elnur qızı, xx xxxx 2010-cu il təvəllüdlü Mustafayeva Leyla Elnur qızı və xx xxxxxx 2013-cü il təvəllüdlü Mustafayev Nəriman Elnur oğlu ilə birlikdə ünvan 1, mənzil 7 ünvanda yerləşən evlə eyni həyətdə inşa edilmiş 1 mətbəxt və sanitar qovşağı ilə təchiz edilmiş 1 mərtəbəli 2 otaqlı evə köçürülməsi qət edilmiş. Həmçinin, müəyyən edilmişdir ki, iş üzrə cavabdeh olan Yeganə Mustafayeva ailəyə gəlin gəldikdən sonra eyni həyətdə yerləşən hər iki evdə yaşamış, hər iki evdən istifadə etmiş və hal-hazıradək də istifadə etməklə üç uşağı ilə birlikdə yaşayır. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 1992-ci il tarixli qərarında da məhkəmələrə tövsiyyə olunmuşdur ki, bu cür mübahisələr zamanı məhkəmə, şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsini və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsini sübut edən sənədləri (şəxsin yaşayış yerindən qeydiyyatdan çıxmasını, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməsini, yeni iş yerində mənzillə təmin edilməsini və s. bu kimi halları təsdiq edən sənədləri) tələb etməlidir; hazırki işdə isə belə sənədlər mövcud deyildir. Bu baxımdan kollegiya hesab edir ki, işdəki sübutların məcmusu Yeganə Mustafayevanın mübahisəli mənzildə yaşadığı qənaətinə gəlməyə əsas verməklə, mənzilə dair hüquqlarının itirilməsinə münasibətdə keçmiş Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsasların mövcud olmadığını təsdiq edir. Yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır, 384.0.2-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı Mustafayeva Mahnurə Əsgər qızının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3026/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Mustafayeva Mahnurə Əsgər qızının cavabdeh Mustafayeva Yeganə Vahid qızına qarşı “istifadə hüququna xitam verilməsi” barədə iddia tələbi təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-3262/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3262/2021
03.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver