Məhkəmə qərarları › İş №2(103)-3264/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3264/2025

02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3264/2025 02.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri 53 saylı Dövlət Notariat Kontoru və digərlərinə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “ icra qeydinin ləğv edilməsi” hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi,üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə, Bakı şəhəri 53 saylı Dövlət Notariat Kontoruna, 2 saylı Gəncə Regional Cavabdeh3 Mərkəzinin Notariat Ofisinə, Gəncə şəhər 2 saylı Notariat Ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 Abbasqulu oğlu, Cavabdeh5 Subay qızı, X9 olmaqla) “ icra qeydinin ləğv edilməsi” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5323/2024 nömrəli işi üzrə 28 dekabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı cavabdehlər Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə, Bakı şəhəri 53 saylı Dövlət Notariat Kontoruna, 2 saylı Gəncə Regional "ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinə, Gəncə şəhər 2 saylı Notariat Ofisinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1, Maraqlı şəxs2 Abbasqulu oğlu, Cavabdeh5 Subay qızı, Maraqlı şəxs3 olmaqla "icra qeydinin ləğvi edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində verilən 5 icra qeydinin icraatına xitam verilib ləğv edilməsi, Bakı şəhər Sabunçu Rayon İcra Şöbəsinin icra məmurundan ona aid qeyd etdiyi icra işini tələb edib, iş üzrə ekspertiza təyin edilib onun faktiki borcunu müəyyən edilməsi, bununla əlaqədar icra işinin dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırlmışdır ki, qeydiyyatına alınmağı müvəqqəti olaraq təxirə salındığından o, atası evində ünvan 1 ünvanda qeydiyyatda qalmışdır. Eyni zamanda yaşadığı mənzilin alınmasına və ailə qurduğuna görə ona pul lazım olduğundan, hazırki iş üzrə maraqlı şəxslər olan vətəndaşlardan 2020-ci və 2021-ci illərdə müxtəlif məbləğlərdə müəyyən faiz ödəmək şərti ilə borc götürmüş və həmin borcu götürərkən artıq faiz məbləğləri hesablanaraq, əsas məbləğin üstünə əlavə olunmuşdur. Qeyd etdiyi vətəndaşlardan borc götürdüyü pul, banklardan götürməli olsaydı, üstünlüyü o olur ki, o girov olaraq heç bir əmlak qoymamışdır. Borca dair borc-kredit müqavilələri Bakı şəhəri 23 və 53 saylı notariat kontorlarında və 3 saylı Bakı ASAN mərkəzində rəsmiləşdirilmişdir. Faktiki olaraq borc götürdüyü vətəndaşlar əvvəllər tanımadığı, sadəcə olaraq faizə borc pul verən vətəndaşlardır və tanışları vasitəsi ilə əlaqə yaratmışdır. Borc müqavilələri bağlanarkan, faiz məbləğləri hesablanıb borcun ümumi məbləğinə əlavə olunduğundan o, onlarla razılaşmışdır ki, borcu hissəvi olaraq qaytaracaqdır. O, daimi olaraq Bakı şəhərində yaşayıb işlədiyindən kredit müqavilələri müxtəlif vaxtlarda, Bakı şəhərinin müxtəlif notariat ofislərində bağlanmışdır. O, mütəmadi olaraq kreditorları ilə əlaqə saxlayır və krediti hissəvi olaraq ödəmişdir. Lakin onun işində struktur dəyişikliklər olduğundan o, bir müddət aşağı məbləğdə məvacib aldığından məcbur olmuşdur, ödənişlərini dayandırmamaq şərti ilə, aşağı miqdarda ödənişlər etmişdir. Lakin kreditorları ona inanmayaraq, ona və ailəsinə müxtəlif təziqlər edərək pulun hamısını və birdəfəlik ödənişin tələb etməyə başladılar və onun barəsində icra qeydinin tərtib olunub icra şöbəsinə göndərilməsi barədə müraciət etdilər. İcra qeydi ilə əlaqədar yaşadığı ünvan ərazisi və ya borc götürdüyü ərazi üzrə yox kreditorlarının yaşadıqları və onun qeydiyyatı olan ərazi üzrə Gəncə şəhər notariat ofislərinə müraciət etmişlər. Burada qeyd etməlidir ki, onun ailə üzvləri ilə birgə, daimi yaşadığı ünvanı kreditorları tanıyırdılar və pulu ona kredit müqavilələri bağlanarkan Bakı şəhərində verməklərinə baxmayaraq ona əlavə təzyiq növü olaraq İcra qeydlərini əsassız və qanunsuz olaraq Gəncə şəhərində çıxartmışlar və bildirişləri o, yaşamadığı, boş olan mənzilə göndərmişlər. Həmin icra qeydləri barədə o, artıq Gəncə şəhər icra məmuru vasitəsi ilə xəbər bilmişdir. Bunlara baxmayaraq borclu olduğunu nəzərə alaraq borcunu hissəvi olaraq ödəməkdə davam etmiş və hər zaman çalışmışdır ki, tələbkarlar ilə barışıq mövqeyində qalsın. Lakin bir müddət çəkən daimi ödənişlərinə baxmayaraq onun borcu azalmaq əvəzinə, tələbkarların hesablamalarına əsasən daha da artmaqda davam edirdi. O, bu günə qədər ödənişləri dayandırmamış, lakin bir neçə kreditlərinə görə ödənişləri tam və ya əhəmiyyətli dərəcədə ödədiyinə baxmayaraq həmin icra qeydlərinə görə ödənişləri ondan qanunsuz tələb edirlər və əsassız şikayətlərlə ona, icra məmuruna təzyiqlər edirlər. İcra məmuru isə ödənişlərinə baxmayaraq ona qarşı müəyyən tədbirlər görür, Respublika ərazisindən giriş-çıxışlarına qadağa qoyur. Qeyd etməlidir ki, o, əsasən Bakıda çalışan xarici şirkətlərlə işləyir, onların müəyyən sifarişlərin edir və bununla əlaqədar müxtəlif mal və avadanlıq ilə əlaqədar xarici ölkələrə getməli olur, bundan da onun qazancı əmələ gəlir. Bir halda ki, o, həmin sifarişləri edə bilməyəcəyini deməli qazancı olmuyacaq və tələbkarlarla razılaşdığı şərtlər pozulur. Onun işinə, qazancına güvənərək ona borc pul vermişdilər. Eyni zamanda onun tələblərinə baxmayaraq İcra məmuru onun bu günə olan faktiki borcunun miqdarın müəyyən edilməsi istiqamətində heç bir hərəkət etmir və bildirir ki ona daxil olan icra qeydi əsasında ondan ödənişləri tələb edir, belə halda ödəniş etməyinə baxmayaraq borcu azalmır. Eyni zamanda tələbkarlara aid, yəni hazırki iş üzrə maraqlı şəxslərə aid 5 icra qeydi mövcuddur və həmin icra qeydləri üzrə öhdəliklərinin 4 icra qeydinə dair öhdəliklərimi tam şəkildə yerinə yetirərək ödəmişdir. Bir icra qeydinə dair, Cavabdeh5 Subay qızına aid hissədə icra qeydinə dair öhdəliyinin çox hissəsi təmin olunaraq ödənilmişdir. Bunlara dair onun sübutlarını, ödəniş qəbzlərini məhkəmənin hazırlıq iclasına təqdim edəcəkdir. Notarius borcun ödənilməsi barədə yazılı bildiriş göndərməmiş, borclunun hüquqlarını pozmaqla yalnız tələbkarın mövqeyindən çıxış etmiş, borcun mübahisəsiz olub- olmamasını müəyyənləşdirmək üçün heç bir hərəkət etməyərək yalnız kredit sazişin əsaslanmaqla həmin kredit sazişi üzrə yoxlama aparmadan eyni kredit sazişi üzrə əsassız icra qeydi aparmışdır. İcra qeydinin hüquqi statusu "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - "Notariat haqqında” Qanun) 76-cı maddəsi ilə tənzimlənir. İcra qeydinin aparılması üçün Notariat Ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl, sifarişli poçt vasitəsilə borcluya, tələbin icra edilmədiyi hal da, icra qeydin aparılacağı,barədə müəyyən edilmiş formada bildiriş göndərməmişdir. Belə ki, bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununa bağlı məlumatlar icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə edilməmişdir. Həmçinin Notariat Ofisinin xüsusi notariusu tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2***-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın(bundan sonra-Təlimat) 162-ci maddəsinin tələbləri kobud şəkildə pozularaq, əsassız icra açılmış və aidiyyəti üzrə göndərilmişdir. Qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Çünki tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Bundan əlavə Notariat Ofisi borcun ödənilməsi barədə iddiaçıya yazılı bildiriş göndərməmiş, onun hüquqlarını pozaraq borcun mübahisəsiz olub olmamasını müəyyənləşdirmək üçün heç bir notarial hərəkət etməyərək yalnız kredit sazişinə əsaslanmaqla həmin kredit sazişi üzrə yoxlama aparmadan əsassız icra qeydi aparmışdır.Qeyd etdiklərinə əsasən məhkəmə hesab etmişdir ki, iddia təmin olunmalı, mübahisələndirilən icra qeydi ləğv olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2***-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş "Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısı Hesablaşma və kredit münasibətlərindən irəli gələn əsaslarla borcun alınması Borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildiriş, onıın borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana "Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün "Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd "Elektron notariat” informasiya sistemi ilə "Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. O, tələbkarlara etdiyi ödənişlərə dair kifayət qədər sənəd, şahid və digər sübutları var və bunların əsas hissəsin məhkəmənin hazırlıq iclasında məhkəməyə təqdim edəcəyəm. Bir neçə icra qeydləri əsasında olan borcunu tam ödədiyinə görə həmin icra qeydlərinə xitam verilməlidir, Digərlərinə aid hissədə isə hesab edir ki, mühasibatlıq ekspertizası təyin olunaraq, faktiki borcunu müəyyən edib və həmin borcunun ödənilməsinə ona təzyiqlərsiz şərait yaradılıb, ödənilməsinə imkan verilməlidir. O, uzun müddətdir ki, daimi olaraq razılaşdığı qaydada ödənişlərini həyata keçirmiş və ödəməkdən boyun qaçırmamış, tələbkarlar isə onu dələduzluqda ittiham edərək ondan bütün hüquq mühafizə orqanlarına şər-böhtan əsaslı şikayətlər etmişlər. Belə hallar əslində onun onlara olan borcunun ödənişlərində əlavə maneələr yaradır. Onun tərəfindən aparılan mütəmadi ödənişlərini gecikdirirlər. 2.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5323/2024 saylı işi üzrə xx.xx.2024cü il tarixli qətnaməsin ilə iddia tələbi rədd edilmiş, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədə "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə,"Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161, 169-1, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki,ilk öncə iddia tələbinin iddiaçının mübahisə predmenti barədə müstəqil tələbirəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1 xeyrinə tutulmalı olan Gəncə şəhər 2 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsinə dair hissəsinə münasibətdə qeyd edilməlidir ki, məhkəmə sorğusuna əsasən Bakı şəhər Sabunçu rayon İcra şöbəsinin icra məmurunun təqdim etmiş olduğu icra işinin materiallarından görünür ki, icra məmurunun icraatında İddiaçı Maraqlı şəxs1 xeyrinə tutulmalı olan pul məbləğinə dair 3 icra qeydi mövcuddur. Qeyd edilən üç icra qeydinin ikisi Gəncə şəhər 5 saylı notariat ofisi tərəfindən verilmiş, yalnız biri xx.xx.2022-ci il tarixli icra qeydi Gəncə şəhər 2 saylı notariat ofisi tərəfindən verilmişdir. İddia ərizəsində isə Gəncə şəhər 5 saylı notariat ofisi cavabdeh qismində cəlb edilmədiyindən məhkəmə yalnız Gəncə şəhər 2 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, sözügedən icra qeydindəndə məlum olur ki, sözügedən icra qeydi tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən verilmişdir. Belə ki, sözügedən kredit müqaviləsinin məzunundan aydın olur ki, Maraqlı şəxs1 1 il müddətinə qaytarmaq şərti ilə İddiaçı 25.0 manat məbləğində kredit vermiş, lakin borcalan qeyd edilən pulu müqavilə müddətində qaytarmadığından borc verən borcalanın rəsmi qeydiyyat ünvanının yerləşdiyi notarius ofisinə müraciət edərək icra qeyd əldə etmişdir. Sözügedən notarius isə icra qeydinin icra olunması üçün adiyyatı üzrə borclunun faktiki yaşayış ünvanına yəni Sabunçu rayon İcra şöbəsinə göndərmişdir. Bakı şəhər Sabunçu Rayon icra şöbəsinin icratında olan xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən açılmış E286084/2022-4-34-004 nömrəli icra işinin matriallarına əlavə edilmiş Maraqlı şəxs1 Bakı şəhər Sabunçu rayon İcra şöbəsinə ünvalandığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, X4 ona 25025 manat pul ödəmişdir yerdə qalan məbləği iyun ayına qədər hər ay 1*** manat sonradan isə hər ay 2*** manat ödəməsinə etirazı yoxdur. Beləliklə məlum olur ki, borclu İddiaçı xx.xx.2022-ci il tarixli icra qeydi üzrə tələb olan məbləği tələbkar Maraqlı şəxs1 ödəmiş olduğundan iddiaçı hazırda həmin icra qeydinin ləğv edilməsini tələb edir. İddia tələbinin Gəncə şəhər 2 saylı notariat ofisinə yönələn hissəsinə münasibətdə qeyd edilməlidir ki, nə qədərki icra qeydi üzrə tələb olunan məbləğin ödənilməsi icra qeydinin ləğvi üçün əsas hesab edilmədiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz, eyni zamanda məhkəmə iddiaçıya izah edərək bildirirki, sözügedən hal icra işinə xitam verilməli olduğu hal olduğundan borclu sözügedən icra işinə xitam verilməsi üçün adiyyatı üzrə icra şöbəsinə müraciət edə bilər, buna müsbət cavab ala bilmədiyi halda isə icra məmurunun hərəkətsizliyi ilə bağlı ərizə formasında məhkəməyə müraciət edə bilər.Bundan sonra məhkəmə iddia tələbinin Maraqlı şəxs3 ilə İddiaçı arasında Bakı şəhəri 53 saylı notariat kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi əsasında Gəncə şəhər 2 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2022ci il tarixli icra qeydinin ləğv edilməsinə dair hissəsinə münasibətdə qeyd edilməlidir ki, icra işinin matriallarından görünür ki, sözügedən icra qeydi Gəncə şəhər 2 saylı notariat kontoru tərəfindən Bakı şəhəri 53 saylı notariat kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə tələb olan məbləğ ilə bağlı verilmişdir , yəni iddiaçı Bakı şəhəri 53 saylı notariat kontorunu cavabdeh qismində iddia ərizəsinə əlavə etmiş olsa da, onun sözügedən icra qeydinin ləğv etmə səlahiyyəti olmadığından iddia tələbinin xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsinin cavabdeh Bakı şəhəri 53 saylı notariat kontoruna yönəlmiş hissəsi təmin edilə bilməz. Sözügedən iddia tələbinin cavabdeh Gəncə şəhər 2 saylı notariat kontoruna yönələn hissəsinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı sözügedən icra qeydinin qanunun tələblərinə uyğun verilmədiyini, o cümlədən icra qeydi üzrə borc məbləğindən ödənişlər olduğu halda icra qeydi kredit müqaviləsində göstərilən məbləğə uyğun verildiyini bildirərək sözügedən icra qeydinin ləğv edilməsini məhkəmədən xahiş etsə də, məhkəmə iddiaçının hazırki icra qeydi verilən zaman göstərilən məbləğin doğru olmadığını, onun icra qeydi verilməmişdən əvvəl borc məbləğinə dair ödənişləri olduğunu təsdiq edəcək sübutları məhkəməyə təqdim etmədiyindən, iddiaçının sözügen icra qeydi verilən zaman ödənişlərin nəzərə alınmaması əsası ilə sözügedən icra qeydinin ləğv edilməsinə əsası təmin edilə bilməz. Bundan sonra iddiaçı icra qeydinin qanunun tələblərinə uyğun olaraq ona məlumat verilmədən verildiyini, yəni onun rəsmi ünvanının Gəncə şəhəri olsada, faktiki ünvanının Bakı şəhəri olduğunu cavabdehin isə bunu bildiyi halda icra qeydinin verilməsi üçün Gəncə şəhərində yerləşən notarius ofisinə müraciət etmiş olduğundan icra qeydinin ləğv ediləməsini xahiş etsə də, iddia ərizəsinin məzmununundan da görünür ki, icra qeydinin verildiyi tarixdə borclunun rəsmi qeydiyyat ünvanı Gəncə şəhəri olduğundan və tələbkarın borclunun faktiki yaşayış yerinin Bakı şəhəri olmasına dair məlumatının olmasını təsdiq edəcək əsaslı sübutları olmadığından iddiaçının bu əsas ilə icra qeydinin ləğv edilməsinə dair tələbi təmin edilə bilməz. İddia tələbinin İddiaçı ilə Maraqlı şəxs2 arasında bağlanmış kredit müqaviləsi üzrə Gəncə şəhər 2 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icra qeydindən ləğv edilməsi hissəsinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı sözügedən icra qeydinin qanunun tələblərinə uyğun verilmədiyini, o cümlədən icra qeydi üzrə borc məbləğindən ödənişlər olduğu halda icra qeydi kredit müqaviləsində göstərilən məbləğə uyğun verildiyini bildirərək, sözügedən icra qeydinin ləğv edilməsini məhkəmədən xahiş etsədə, məhkəmə iddiaçının hazırki icra qeydi verilən zaman göstərilən məbləğin doğru olmadığını, onun icra qeydi verilməmişdən əvvəl borc məbləğinə dair ödənişləri olduğunu təsdiq edəcək sübutları məhkəməyə təqdim etmədiyindən, iddiaçının sözügen icra qeydi verilən zaman ödənişlərin nəzərə alınmaması əsası ilə sözügedən icra qeydinin ləğv edilməsinə əsası təmin edilə bilməz. Bundan sonra iddiaçı icra qeydinin qanunun tələblərinə uyğun olaraq ona məlumat verilmədən verildiyini yəni onun rəsmi ünvanının Gəncə şəhəri olsada faktiki ünvanının Bakı şəhəri olduğunu cavabdehin isə bunu bildiyi halda icra qeydinin verilməsi üçün Gəncə şəhərində yerləşən notarius ofisinə müraciət etmiş olduğundan icra qeydinin ləğv ediləməsini xahiş etsə də, iddia ərizəsinin məzmunundan da görünür ki, icra qeydinin verildiyi tarixdə borclunun rəsmi qeydiyyat ünvanı Gəncə şəhəri olduğundan və tələbkarın borclunun faktiki yaşayış yerinin Bakı şəhəri olmasına dair məlumatının olmasını təsdiq edəcək əsaslı sübutları olmadığından iddiaçının bu əsas ilə icra qeydinin ləğv edilməsinə dair tələbi təmin edilə bilməz. Bundan sonra məhkəmə İddiaçı ilə Maraqlı şəxs2 arasında bağlanmış kredit müqaviləsi üzrə Gəncə şəhər 2 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icra qeydi üzrə tələb olunun məbləği təlbkara ödəmiş olduğunu məhkəməyə bildirsədə sözügedən icra qeydi ilə bağlı açılmış icra işi matriallarında borclu İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsinin məzumundan görünürki borclunun tələbkara 15025 manat olan borcdan 8500 manat olan hissəsini ödəmiş olduğunu, hazırda ona 6525 manat borcu qaldığını həmin məbləği isə 2024-cü ilin sonunadək ödəyəcəyini bildirmişdir. Lakin məhkəmə hər bir halda iddiaçıya izah edərək bildirik icra qeydi üzrə tələb olunan məbləğ borclu tərəfindən tam ödənməsi icra qeydinin ləğv edilməsi üçün əsas hesab edilmədiyindən iddia tələbinin xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsinə dair halda əsaslı hesab edilə bilməz.Bundan sonra məhkəmə iddia tələbinin İddiaçı ilə X8 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 2 saylı Gəncə regional Asan Xidmət mərkəzi notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı sözügedən icra qeydi verilən zaman onun ödənişlərinin nəzərə alınmamasını və tələbkar tərəfindən onun ünvanına uyğun notarius ofisinə müraciət edilməməsini bildirsə də, iddiaçı ilk növbədə icra qeydi verilən tarixdən əvvəl yəni xx.xx.2022-ci il tarixində əvvəl kredit müqaviləsi üzrə ödənişlərinin olmasını təsdiq edəcək sənədləri məhkəməyə təqdim etmədiyindən iddia tələbi bu əsasla təmin edilə bilməz. Bundan sonra iddiaçı icra qeydinin qanunun tələblərinə uyğun olaraq ona məlumat verilmədən verildiyini yəni onun rəsmi ünvanının Gəncə şəhəri olsa da, faktiki ünvanının Bakı şəhəri olduğunu cavabdehin isə bunu bildiyi halda icra qeydinin verilməsi üçün Gəncə şəhərində yerləşən notarius ofisinə müraciət etmiş olduğundan icra qeydinin ləğv ediləməsini xahiş etsə də, məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmunundanda görünür ki, icra qeydinin verildiyi tarixdə borclunun rəsmi qeydiyyat ünvanı Gəncə şəhəri olduğundan və tələbkarın borclunun faktiki yaşayış yerinin Bakı şəhəri olmasına dair məlumatının olmasını təsdiq edəcək əsaslı sübutları olmadığından iddiaçının bu əsas ilə icra qeydinin ləğv edilməsinə dair tələbi təmin edilə bilməz.Bundan sonra məhkəmə iddiaçının iddia ərizəsinin xahiş etdim hissəsində qeyd etmiş olduğu "Bakı şəhər Sabunçu Rayon İcra Şöbəsinin icra məmurundan ona aid qeyd etdiyi icra icra işini tələb edib, iş üzrə ekspertiza təyin edilməsi, bununla əlaqədar icra işinin dayandırılması” hissəsinə aydınlıq gətirərək qeyd edir ki, qeyd edilmiş tələblər vəsatət olduğundan məhkəmə iclasları zamanı həmin məsələrə münasibət bildirilmişdir. 3.Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmiş hallar: Bakı şəhər Sabunçu rayon İcra şöbəsinin icra məmurubub məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, icraatında olan Gəncə şəhər 5 saylı Notariat Ofisinin 8İ-3239 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən İddiaçı cəmi 10025 manat, Gəncə şəhəri 5 saylı Ofisinin 8İ-3240 saylı,xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu X1 cəmi 19025 manat, Gəncə şəhəri 2 saylı Notariat Ofisinin 4468 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu İddiaçı cəmi 25025 manat (cəmi üç icra sənədi üzrə 54075 manat) məbləc alınaraq tələbkar Maraqlı şəxs1 verilməlidir. Hazırda 3 icra işi üzrə 54075 manat borc mövcuddur. Həmçinin, icraatında olan Gəncə şəhəri 2 saylı Notariat Ofisinin 8İ-2282 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu İddiaçı cəmi 15.*** ABŞ dolları və 25 manat məbləğində pul alınaraq tələbkar Maraqlı şəxs3 verilməlidir. Hazırda həmin icra qeydi üzrə 12.*** ABŞ dolları borcu mövcuddur. Həmçinin, icraatında olan Gəncə şəhəri 2 saylı Notariat Ofisinin 8İ-3507 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu İddiaçı cəmi 15025 manat məbləğində pul alınaraq tələbkar Maraqlı şəxs2 Abasqulı verilməlidir. Hazırda 6525 manat borc mövcuddur. Gəncə şəhəri 2 saylı Notariat Ofisinin 8İ-2283 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu İddiaçı cəmi 34*** ABŞ dolları və 25 manat məbləğində pul alınaraq tələbkar Cavabdeh5 verilməlidir. Hazırda 22500 ABŞ dolları məbləğində borc mövcuddur ; - Bakı şəhər Sabuncu rayon İcra şöbəsinin icraatında olan E121512/2024-4- 26-004 nömrəli icra işinin matriallarına əlavə edilmiş Gəncə şəhər 5 saylı notariat kontoru tərəfindən verilmiş 09 aprel 2024-cü il tarixli icra qeydindən müəyyən edilirki, İddiaçı 19.0 manat məbləğində pul tutularaq Maraqlı şəxs1 ödənməlidir; - xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, Maraqlı şəxs1 19.*** manat məbləğində pul vəsaitini xx.xx.2023-cü il tarixədək qaytarmaq şərti ilə İddiaçı borc vermişdir ; - Bakı şəhər Sabuncu rayon İcra şöbəsinin icraatında olan E121511/2024-4-26-004 nömrəli icra işinin matriallarına əlavə edilmiş Gəncə şəhər 5 saylı notariat kontoru tərəfindən verilmiş 09 aprel 2024-cü il tarixli icra qeydindən müəyyən edilirki, İddiaçı 10.0 manat məbləğində pul tutularaq Maraqlı şəxs1 ödənməlidir; - xx.xx.2021-cü il tarixli kredit müqaviləsindən görünür ki, Maraqlı şəxs1 10.*** manat məbləğində pul vəsaitini xx.xx.2022-cü il tarixədək qaytarmaq şərti ilə İddiaçı borc vermişdir; - Bakı şəhər Sabuncu rayon İcra şöbəsinin icraatında olan E286084/2022-4-34-004 nömrəli icra işinin matriallarına əlavə edilmiş Gəncə şəhər 2 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2022- ci il tarixli icra qeydindən müəyyən edilirki, İddiaçı 25.*** manat məbləğində pul tutularaq Maraqlı şəxs1 ödənməlidir ; - xx.xx.2021-cü il tarixli kredit müqaviləsindən görünür ki, Maraqlı şəxs1 25.*** manat məbləğində pul vəsaitini xx.xx.2022-cü il tarixədək qaytarmaq şərti ilə İddiaçı borc vermişdir; - Bakı şəhər Sabuncu rayon İcra şöbəsinin icraatında olan E286084/2022- 4-34-004 nömrəli icra işinin matriallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Gəncə şəhər 2 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icra qeydi üzrə borclu olan İddiaçı izahatından görünür ki, digər icra sənədləri olduğu üçün məbləği tam şəkildə ödəyə bilmir, hissə-hissə ödəyəcəyini bildirmişdir ;- Bakı şəhər Sabuncu rayon İcra şöbəsinin icraatında olan E286084/2022-4-34-004 nömrəli icra işinin matriallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli icra məmurunun qəraraından görünür ki, borcli İddiaçı barəsibdə olan Gəncə şəhər 2 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icra qeydi, Gəncə şəhər 2 saylı Notariat Kontorunun 8i- 2283 saylı xx.xx.2022-ci il tarixli, Gəncə şəhər 2 saylı Notariat Kontorunun 3507 saylı xx.xx.2022-ci il tarixli, Gəncə şəhər Mhkəməsinin 2(125)-4376/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra işləri bir icraatada birləşdirilmişdir;- Bakı şəhər Sabuncu rayon İcra şöbəsinin icraatında olan E286084/2022- 4-34-004 nömrəli icra işinin matriallarına əlavə edilmiş Maraqlı şəxs1 Bakı şəhər Sabunçu rayon İcra şöbəsinə ünvalandığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, X4 ona 25025 manat pul ödəmişdir yerdə qalan məbləği iyun ayına qədər hər ay 1*** manat sonradan isə hər ay 2*** manat ödəməsinə etirazı yoxdur ; - xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, Maraqlı şəxs1 15.0 manat məbləğində pul vəsaitini xx.xx.2022-cü il tarixədək qaytarmaq şərti ilə İddiaçı borc vermişdir ; - Bakı şəhər Sabuncu rayon İcra şöbəsinin icraatında olan 117303/2022-4-34-005 nömrəli icra işinin matriallarına əlavə edilmiş Bakı şəhəri 53 saylı notariat kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, Maraqlı şəxs3 15.*** ABŞ dolları məbləğində pul vəsaitini xx.xx.2018-ci il tarixədək qaytarmaq şərti ilə İddiaçı borc vermişdir ; - Bakı şəhər Sabuncu rayon İcra şöbəsinin icraatında olan 117303/2022-4-34-005 nömrəli icra işinin matriallarına əlavə edilmiş Maraqlı şəxs3 ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli sazişdən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır ; - Bakı şəhər Sabuncu rayon İcra şöbəsinin icraatında olan 117303/2022-4-34-005 nömrəli icra işinin matriallarına əlavə edilmiş Maraqlı şəxs3 ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-ci il tarixli sazişdən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır ; - Bakı şəhər Sabuncu rayon İcra şöbəsinin icraatında olan 117303/2022-4-34-005 nömrəli icra işinin matriallarına əlavə edilmiş Gəncə şəhər 2 saylı notariat kontoru tərəfindən verilmişdir ; - xx.xx.2022-ci il tarixli icra qeydindən müəyyən edilirki, İddiaçı 15.0 ABŞ dolları məbləğində pul tutularaq Maraqlı şəxs3 ödənməlidir ; - Bakı şəhər Sabuncu rayon İcra şöbəsinin icraatında olan 117303/2022-4- 34-005 nömrəli icra işinin matriallarına əlavə edilmiş Maraqlı şəxs3 Bakı şəhər Sabunçu rayon İcra şöbəsinə ünvalandığı xx.xx.2022-cü il tarixli ərizəsindən görünür ki, X4 ona 300 ABŞ dolları pul ödəmişdir, yerdə qalan məbləğin onun əmək haqqısına yönəldilməsinə etiraz etmədiyini bildirmişdir ; - Bakı şəhər Sabuncu rayon İcra şöbəsinin icraatında olan 117303/2022-4-34-005 nömrəli icra işinin matriallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli icra qeydi üzrə borclu olan İddiaçı xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o Maraqlı şəxs3 borclu olduğu 15*** Abş dollarını tam ödəmişdir. Lakin borclu ona 4 ildən sonra həmin məbləği bir daha tələb edir qeyd edilən borcun 3*** ABŞ dollar hissəsini qəbz əsasında, digər 12.0 ABŞ dollar hissəsini isə nəğd şəkildə ödədiyini bildirmişdir ; - Bakı şəhər Sabuncu rayon İcra şöbəsinin icraatında olan 117303/2022-4-34-005 nömrəli icra işinin matriallarına əlavə edilmiş Maraqlı şəxs3 Bakı şəhər Sabunçu rayon İcra şöbəsinə ünvalandığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki,xx.xx.2022-ci il tarixli icra sənədi üzrə X4 ilə razılaşma əldə etmiş olduğundan növbəti ərizəyə qədər icraatın dayandırılmasını xahiş etmişdir ; - Bakı şəhər Sabuncu rayon İcra şöbəsinin icraatında olan 117303/2022-4-34-005 nömrəli icra işinin matriallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli İddiaçı yazmış olduğu iltizamdan görünür ki, o Maraqlı şəxs1 xeyrinə Gəncə şəhər 2 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən 2024cü ilin may ayında 1*** manat, iyun ayında 1*** manat, iyul ayından başlayaraq isə hər ay 2*** manat ödəyəcəyinə söz vermişdir. Maraqlı şəxs2 Abassqulu oğlunun xeyrinə isə Gəncə şəhər 2 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən hər ay 1*** manat ödəmyi öhdəsinə götürmüşdür ; - Bakı şəhər Sabuncu rayon İcra şöbəsinin icraatında olan e225702/2022-4-34-005 nömrəli icra işinin matriallarına əlavə edilmiş Gəncə şəhər 2 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icra qeydindən müəyyən edilirki, İddiaçı 15.0 manat məbləğində pul tutularaq Maraqlı şəxs2 Abassqulu oğluna ödənməlidir ; - Bakı şəhər Sabuncu rayon İcra şöbəsinin icraatında olan e225702/2022-4-34-005 nömrəli icra işinin matriallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Bakı şəhər Sabunçu rayon İcra şöbəsinin icraata başlamaq haqqında qərarından görünür ki, borclu İddiaçı hazırki icra işinin başlanması haqqında qərarı xx.xx.2023-cü il tarixdə qəbul etmişdir ; -Bakı şəhər Sabuncu rayon İcra şöbəsinin icraatında olan e225702/2022-4-34-005 nömrəli icra işinin matriallarına əlavə edilmiş Borclu İddiaçı xx.xx.2023-cü il tarixdə Bakı şəhər Sabunçu rayon İcra şöbəsində yazmış olduğu izahatından görünür ki, borclu hazırki icra sənədləri üzrə borc məbləğini ödəməyə imkanı olmaması səbəbindən ödəyə bilmədiyini, lakin xx.xx.2023-cü il tarixdən başlayaraq aylıq 7*** manat ödəyəcəyinə söz vermişdir ;- Bakı şəhər Sabuncu rayon İcra şöbəsinin icraatında olan e225702/2022-4-34-005 nömrəli icra işinin matriallarına əlavə edilmiş İddiaçı xx.xx.2024 izahatından görünür ki, o, Gəncə şəhər 2 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icra qeydi üzrə tələbi 2024-cü ilin sonunadək ödəməyə söz vermişdir ;- Bakı şəhər Sabuncu rayon İcra şöbəsinin icraatında olan e225702/2022-4-34-005 nömrəli icra işinin matriallarına əlavə edilmiş Maraqlı şəxs2 tərəfində yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı 3507 nömrəli icra qeydinə əsasən ona ödəməli olduğu 15025 manat puldan 8500 manat olan hissəsini ödəmiş yerdə qalan məbləği isə hər ay 1*** manat olaraq ödənməsinə etiraz etməmişdir ;- Bakı şəhər Sabuncu rayon İcra şöbəsinin icraatında olan 117296/2022-4-34-005 nömrəli icra işinin matriallarına əlavə edilmiş 2 saylı Gəncə regional Asan Xidmət mərkəzi notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icra qeydindən müəyyən edilirki, İddiaçı 34.*** ABŞ dollar məbləğində pul tutularaq Cavabdeh5 ödənməlidir ;- Bakı şəhər Sabuncu rayon İcra şöbəsinin icraatında olan 117296/2022-4-34-005 nömrəli icra işinin matriallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh5 34.*** ABŞ dollarında olan pul vəsitini xx.xx.2022-ci il tarixədək qəytarmq şərti ilə İddiaçı borc vermişdir;- Bakı şəhər Sabuncu rayon İcra şöbəsinin icraatında olan 117296/2022-4-34- 005 nömrəli icra işinin matriallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Bakı şəhər Sabunçu rayon İcra şöbəsinin icraata başlamaq haqqında qərarından görünür ki, borclu İddiaçı hazırki icra işinin başlanması haqqında qərarı xx.xx.2023-cü il tarixdə qəbul etmişdir ;- Bakı şəhər Sabuncu rayon İcra şöbəsinin icraatında olan 117296/2022-4-34- 005 nömrəli icra işinin matriallarına əlavə edilmiş Cavabdeh5 xx.xx.2022-ci il tarixli ərizəsinin məzmunundan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli icra qeydi üzrə ona ödəməli olduğu 34.*** ABŞ dolları olan borc məbləğinin 15.*** ABŞ dolları hissəsini ödəmiş, yerdə qalan məbləğin isə İddiaçı əmək haqqısına ödənilməsinə etiraz etmədiyini bildirmişdir ;- Bakı şəhər Sabuncu rayon İcra şöbəsinin icraatında olan 117296/2022-4-34- 005 nömrəli icra işinin matriallarına əlavə edilmiş İddiaçı xx.xx.2024-cü il tarixli izahatından görünür, onun barəsində bir neçə icra işi olduğundan o hazırki icra işi üzrə borcu tam ödəyə bilməmişdir, bu vaxtadək isə Cavabdeh5 23.124 manat məbləğində ödəniş etmişdir ;- İddiaçı tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək olan müddətləri əhatə edən qəbzlərin surətindən görünür ki, İddiaçı xx.xx.2024cü il tarixədək Maraqlı şəxs1 müxtəlif məbləğlərdə ödəniş etmişdir;- İddiaçı tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək olan müddətləri əhatə edən qəbzlərin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixədək Maraqlı şəxs2 müxtəlif məbləğlərdə ödəniş etmişdir ; - İddiaçı tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək olan müddətləri əhatə edən qəbzlərin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixədək Cavabdeh5 müxtəlif məbləğlərdə ödəniş etmişdir.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 4.İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhər Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-5323/2024 saylı qətnaməsini ləğv edilməsi, iddia tələbimin təmin olunmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinə,Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016cı il tarixli qərarına, AR Mülki Məcəlləsinin 11.1 və 11.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, bütün qeyd olunanlar onu göstərir ki, hazırki iş üzrə məhkəmə qətnaməsi tamamilə əsassız və qanunsuzdur. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamış, qanunun tələbləri pozulmuş, bu da qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.Azərbaycan Respublikası MPM-nin 217.1-cı və 220.4- cü maddələri,Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarı, Plenumun qərarının 2.2 və 2.4 . bəndində əsasən Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün Notariat Ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl, sifarişli poçt vasitəsilə borcluya, tələbin icra edilmədiyi hal da, icra qeydin aparılacağı, barədə müəyyən edilmiş formada bildiriş göndərməmişdir. Belə ki, bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununa Bağlı məlumatlar icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə edilməmişdir. Həmçinin Notariat Ofisinin xüsusi notariusu tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2***- ci il 11 sentyabr tarixli, 167 -nömrəli qərarı- ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimafm 162-ci maddəsinin tələbləri kobud şəkildə pozularaq, əsassız icra açılmış və aidiyyəti üzrə göndərilmişdir. Qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Çünki tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Bundan əlavə Notariat Ofisi borcun ödənilməsi barədə iddiaçıya yazılı bildiriş göndərməmiş, onun hüquqlarını pozaraq borcun mübahisəsiz olub olmamasını müəyyənləşdirmək üçün heç bir notarial hərəkət etməyərək yalnız kredit sazişinə əsaslanmaqla həmin kredit sazişi üzrə yoxlama aparmadan əsassız icra qeydi aparmışdır. Qeyd etdiklərinə əsasən məhkəmə hesab etmişdir ki, iddia təmin olunmalı, mübahisələndirilən icra qeydi ləğv olunmalıdır.( Nazirlər Kabinetinin 2***-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısı,“Poçt haqqında” Azərbaycan Respublikasının Qanunu) Heç bir notariat kontoru, icra məmuru, tələbkarlar və borclu bu günə borcun faktiki miqdarın müəyyən edə bilməmişlər və bu səbəbdən məhkəməyə müraciət olunmuşdur.Bununla da işin hallarına düzgün qiymət verilmədiyindən məhkəmə səhv nəticəyə gəlmişdir.Mülki mühakimə icraatının əsas vəzifəsi həqiqətin müəyyən edilməsini təmin etməkdir. Mülki məhkəmə icraatı ilk növbədə işin faktiki hallarının düzgün müəyyən edilməsinə yönəlməli və yalnız işin faktiki halları həqiqətə müvafiq qaydada müəyyən edildiyindən sonra mübahisəli hüquq münasibətinə həmin münasibəti nizama salan maddi hüquq norması tətbiq edilməklə mübahisə həll edilməlidir. Bu hissədə hesab edirəm ki, məhkəmə qeyd etdiyim maddi hüquq normalarına, mənim iddia etdiyim məsələrinə dair düzqün qiymət verməmişdir.Belə ki, işin faktiki hallarından görjindüyü kimi, Birinci instansiya məhkəməsi, qətnamə qəbul edərkən işin faktiki hallarını düzgün müəyyən edib, düzgün qiymət verməmişdir. İşin halları tam müəyyən edilmədiyindən, birtərəfli nəzərə alınaraq, müdafiə hüququ pozularaq ədalətsiz qətnamə qəbul etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X9 apellyasiya şikayətini əsassız hesab etdiyini, iddiaçı tərəfindən kredit müqavilələri üzrə öhdəliklərinin yerinə yetirilmədiyini, suni şəkildə əsassız iddialar qaldıraraq borcu ödəməkdən yayındığını qeyd etmiş, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir.

6. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh5 Subay qızının nümayəndəsi Vəkil2 elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə ilə müraciət edərək,xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixədək Moskva şəhərində səyahətdə olacağından məhkəmə iclasında iştirak edə bilməyəcəyini və təxirə salınmasını xahiş etmişdir. 7.Bakı şəhəri 53 saylı Notariat Kontoru, 2 saylı X7 Notariat Ofisi, Gəncə şəhəri 2 saylı Notariat Ofisi məhkəməyə ərizə ilə müraciət edərək,məhkəmə iclasının onların nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdirlər. 8.Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən digər proses iştirakçılarının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: 9.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi: 10.Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: 24.İİİ. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir; 71. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır; 80. Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan suiistifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. 11."Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən: 76.Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır.İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır.İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər.Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər.Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur.Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər.Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 79. İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir.

12. "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın tələblərinə əsasən: 161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir.Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2***-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir.Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər.Dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron notariat” informasiya sistemində yaradılacaq fərdi kabinetləri vasitəsilə elektron müraciət əsasında icra qeydinin aparılması barədə müraciət edirlər.Fərdi kabineti olan korporativ məlumat mübadiləsinin istifadəçiləri “Elektron notariat” informasiya sistemində yerləşdirilmiş forma üzrə tərtib etdikləri ərizə-məlumatı həmin informasiya sistemi vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. Digər hüquqi, fiziki şəxslər və dövlət orqanları icra qeydinin aparılması üçün bu Təlimatla müəyyən edilən sənədləri skan edərək və ya elektron sənəd formasında ərizəyə qoşma şəklində əlavə edərək, “Elektron notariat” informasiya sistemində olan fərdi kabinetləri vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. “Elektron notariat” informasiya sistemində Fərdi kabinet formalaşdırılması üçün fiziki şəxsin şəxsiyyəti təsdiq edən sənədi, hüquqi şəxsin isə hüquq qabiliyyəti - qurumun adı və hüquqi ünvanı; təşkilati-hüquqi forması; kommersiya qurumları və publik hüquqi şəxslər üçün vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi; qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında; qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yerini müəyyən edən məlumatları, dövlət orqanının isə əsanaməsinə (nizamnaməsinə) uyğun tam adı tələb olunur. Fiziki və ya hüquqi şəxslər barədə qeyd olunan məlumatlar sırasında “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzanın alınması zamanı təqdim edilməli məlumatlar tələb edilmir. Digər məlumatlar isə “X3 Sistemi”nə inteqrasiya olunan qurumların informasiya sistemindən əldə edilməsi mümkün olmadıqda tələb edilir.Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır.Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir.İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinə müraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıb-qaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir.İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti bu Təlimatın 169-1-ci hissəsində müəyyən edilmiş qaydada həyata keçirilir.162. İcra qeydi aşağıdakı hallarda aparılır:1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə.Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. 168. İcra qeydi aparmaq üçün borcu müəyyən edən sənəddən əlavə, borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısında göstərilən digər sənədləri də təqdim etmək zəruridirsə, həmin sənədlər icra qeydinə dair notariat işində və ya elektron formada olan notariat reyestrində saxlanılır.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

14. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 385, 386, 388 və 390-cı maddələrinə istinadən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Kollegiya hesab edir ki, birinci instansitya məhkəməsi tərəfindən iş üzrə düzgün araşdırılma aparılmış, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Belə ki, apellyasiya şikayətinin məzmunundan görünür ki, iddiaçının apellyasiya şikayəti ilə onun iddia ərizəsinin məzmunu demək olar ki, eynilik təşkil edir, iddiaçı tərəfindən apellyasiya şikayıtində birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən hansı maddi və prosessual hüquq normalarının pozulması əsaslandırılmamışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi arqunmnetlərin hər birinə isə artıq birinci instansiya məhkəmnəsi tərəfindən əsaslandırlmış mövqe sərgilənmişdir və məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır . Kollegiya hesab edir ki, iddianın (şikayətin) verilməsi, habelə orada təsbit edilən dəlillər borcun ödənilməsindən yayınmaya yönəlmiş və onlara hər-hansı müsbət qiymətin verilməsi suiistifadəyə şəraitin yaradılmasına xidmət edən haldır. Apellyasiya şikayəti bildirişin verilməməsinə və borc məbləğinin düzgün müəyyən edilməməsi ilə əsaslandırılmışdır ki, bu hallar sübuta yetirilməmiş və noteriat orqanın səlahiyyətinə aid deyildir. Bundan əlavə, iddiaçı bir-biri ilə əlaqəsi (mülki məhkəmə aidiyyəti) müəyyən edilməyən, habelə hər bir cavabdehə qarşı yönələn tələbləri təsnif etməmiş, icra işi üzrə icraatın da dayandırılması barədə tələb irəli sürmüşdür. Məhkəmə kollegiyası xüsusi ilə qeyd edir ki, mülki icraatın məqsədlərinə zidd ədalər mühakiməsindən bir vasitə kimi istifadə edilməsi birbaşa sui-istifadəni müəyyən edir. 15.Apellyasiya şikayəti əsassız olduğundan, onun verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəyən şəxsin özünə adi edilməlidir. 16.Göstərilənlərə əsasən və Mülki Prosesual Məcəllənin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5323/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar