Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3265/2025 30.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu 254 nömrəli Uşaq bağçasına qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri üzrə Təhsil İdarəsi olmaqla “əmrlərin ləğv edilməsi, işə bərpa edilmə, əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Bakı şəhəri Sabunçu rayonu 254 nömrəli Uşaq bağçasının nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X* iştirakları ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-6*7/2025 nömrəli, *7.0*.2025-ci il tarixli qətnaməsindən cavabdeh Bakı şəhəri Sabunçu rayonu 254 nömrəli Uşaq bağçası tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında bağaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: 1.İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu 254 nömrəli Uşaq bağçasına qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri üzrə Təhsil İdarəsi olmaqla “əmrlərin ləğv edilməsi, işə bərpa edilmə, əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli 22 №-li və xx.xx.2024-cü il tarixli 24№-li əmrlərin ləğv edilməsi, İddiaçı 254 nömrəli Uşaq Bağçasına tərbiyəçi müəllim vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının və əmək haqqının gecikdiyi hər gün üçün * faiz cərimənin hesablanaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.Sabunçu Rayon Məhkəməsinin 2(008)-6*7/2025 nömrəli, *7.0*.2025-ci il tarixli qətnaməsi (hakim Nilufər Cəfərli) ilə iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon 254 nömrəli Uşaq bağçasının xx.xx.2024-cü il tarixli 22 nömrəli əmrinin və xx.xx.2024-cü il tarixli 24 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Bakı şəhəri Sabunçu rayon 254 nömrəli Uşaq Bağçasına tərbiyəçi müəllim vəzifəsinə bərpa edilərək, məcburi iş buraxma müddətinə görə iddiaçıya ödənilməli olan əmək haqqının ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. 3.Bakı şəhəri Sabunçu rayonu 254 nömrəli Uşaq bağçası qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
4. Cavabeh apellyasiya şikayəti verərək, qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini bildirmiş, odur ki, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
5. Məhkəmə kollegiyasının iclasında cavabdeh Bakı şəhəri Sabunçu rayonu 254 nömrəli Uşaq bağçasının nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, əmrlərlə bağlı Həmkarlar İttifaqı təşkilatına təqdimat və ərizə ilə müraciət etsələr də imtina almışlar. İddiaçının məzuniyyətə getməsi ilə bağlı əmr saxta olmuşdur. Bununla bağlı müvafiq orqana müraciət olunmamışdır. Qeyd edilənlərə əsasən, apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi.
6. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, Həmkarlar İttifaqının sədridir və *998-ci ildən etibarən bağçada işləyir. *0 gün toyu ilə bağlı məzuniyyətdə olmuş, ona görə işə gəlməmişdir, həmin ay üçün də ona əmək haqqı tam ödənmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
7. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, iddiaçının işdə olmaması məsələsinə münasibətdə bildirdi ki, iddiaçı *0 gün müddətində toyunun olması ilə əlaqədar işdə olmamışdır, iddiaçı işdə olmayıbsa ona əmək haqqı verilməli deyildi, lakin ona əmək haqqı tam verilmişdir. Bu isə onun kollektiv müqavilədən irəli gələn hüququ olub.
8. Məhkəmə kollegiyasının iclasında cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi T.Quliyev izahatında mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Sübutların tədqiqi:
9. Bakı Şəhəri Sabunçu Rayonu 254 nömrəli məktəbəqədər təhsil müəssisəsin 24 iyun 2024-cü il tarixli, 22 nömrəli əmrindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli əmrə imza etməkdən imtina etmiş və saxta olduğu qeyd edilmişdir.
10. Bakı Şəhəri Sabunçu Rayonu 254 nömrəli məktəbəqədər təhsil müəssisəsin əmrlər kitabından görünür ki, 03 iyun 2024-cü il tarixdə İddiaçı elan edilmiş şifahi xəbərdarlıqlara bağmayaraq onunla bağlanmış əmək müqaviləsində nəzərdə tutulan iş vaxtının rejimini və müəssisənin nizam-intizam qaydalarını, o cümlədən işçilər ilə ünsiyyət və etik davranış qaydalarını təkrarən kobud şəkildə pozmuş, xx.xx.2024-cü il tarixdə subardinasiya qaydasını pozaraq tabe olduğu müdriyyətdən icazə almadan * saat işə gec gəlmiş, Ə.Gülnarəyə yazılı izahat verilməsi işəgötürən tərəfindən təklif edilsədə o izahat verməkdən imtina etmişdir. Qeyd edilənlərə əsasən Ə.Gülnarəyə töhmət verilmişdir.
11. Bakı Şəhəri Sabunçu Rayonu 254 nömrəli məktəbəqədər təhsil müəssisəsin əmrlər kitabından görünür ki, İddiaçı xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, 0*.07.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, **.07.2024-cü il, *2.07.2024-cü il, *6.07.2024-cü il, *8.07.2024-cü il, xx.xx.2024-cü il xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərdə İddiaçı iş saatlarında işdə olmaması barədə aktlar tərtib edilmişdir.
12. Bakı Şəhəri Sabunçu Rayonu 254 nömrəli məktəbəqədər təhsil müəssisəsi tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli saxta əmrin hazırlanması və heç bir üzürlü səbəb olmadan işçinin işə gəlməməsi barədə aktdan görünür ki, İddiaçı bağça müdürəsi adından 24.06-xx.xx.2024-cü il tarixədək *0 iş günü müddətində məzuniyyət verilməsinə dair saxta əmr hazırlanması qeyd edilmişdir.
13. Bakı Şəhəri Sabunçu Rayonu 254 nömrəli məktəbəqədər təhsil müəssisəsi tərəfindən təqdim edilən Bakı Şəhəri Sabunçu Rayonu 254 nömrəli məktəbəqədər təhsil müəssisəsinin 24 iyul 2024-cü il tarixli, 22 nömrəli əmrindən görünür ki, İddiaçı elan edilmiş xəbərdarlıqlara və tətbiq edilən intizam cəzasına bağmayaraq onunla bağlanmış əmək müqaviləsində nəzərdə tutulan iş vaxtının rejimini və müəssisənin nizam-intizam qaydalarını, o cümlədən işçilər ilə ünsiyyət və etik davranış qaydalarını təkrarən kobud şəkildə pozmuş olduğundan, xx.xx.2024-cü il tarixdə İddiaçı yazılı izahat verilməsi işəgötürən tərəfindən təklif edilsədə o izahat verməkdən imtina etmişdir. Qeyd edilənlərə əsasən İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. 14.Bakı şəhəri Sabunçu Rayonu 254 nömrəli məktəbəqədər təhsil müəssisəsi tərəfindən təqdim edilən Bakı şəhəri Sabunçu Rayonu 254 nömrəli məktəbəqədər təhsil müəssisəsin 24 iyul 2024-cü il tarixli, 22 nömrəli əmrinin surətindən İddiaçı xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli əmrə imza etməkdən imtina etmiş və saxta olduğu qeyd edilmiş olduğu görünsədə, həmin əmrin əslində İddiaçı əmrə qol çəkməsindən imtina etməsinə dair əlyazmalı ilə yazılmış qeydin olmadığı müəyyən edilmişdir. 15.İş materiallarında olan 24 iyun 2024-cü il tarixli ödənişli məzuniyyətin verilməsi barədə əmrdən görünür ki, Bakı şəhəri Sabunçu Rayonu 254 nömrəli məktəbəqədər təhsil müəssisəsinin tərbiyəçi-müəllimi İddiaçı xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək *0 gün müddətində işə çıxmamağına razılıq verilsin. 16.Bakı şəhəri Sabunçu Rayonu 254 nömrəli məktəbəqədər təhsil müəssisəsin 24 nömrəli xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, Bakı şəhər Təhsil İdarəsi 254 saylı uşaq bağçasında tərbiyəçi-müəllim vəzifəsində işləyən Ə.Gülnarə ardıcıl olaraq iş vaxtı rejimini, qüvvədə olan əmək müqaviləsində nəzərdə tutulan öhdəliklərini və Əmək Məcəlləsinin tələblərini pozmağa davam etmiş, o cümlədən işəgötürənin adından onunla heç bir razılaşma olmadan əmək məzuniyyətinə dair saxta əmr tərtib edərək iş yerinə ümumiyyətlə gəlməmiş, kollektiv üzvləri ilə etik davranış qaydalarına riayət etməyərək onlarla mütəmadi qaydada mübahisələr yaratmış, bununla da təhsil müəssisəsinin normal iş ahəngini pozaraq işəgötürənin nüfuzuna ciddi xələl gətirmişdir. Qeyd olunan neqativ faktlar və qanun pozuntularının gündəlik olaraq davam etməsini nəzərə alaraq, ƏM-nin 80ci maddəsinin tələblərini rəhbər tutaraq işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə ƏM-nin 70-ci maddənin “ç” bəndinə əsasən xitam verilməsi üçün zəruri təsdiqedici sənədlərlə birlikdə Bakı şəhər Təhsil İdarəsinə, Azərbaycan Təhsil İşçiləri X4 Sabunçu rayon Komitəsinə, həmin Komitənin yuxarı təşkilatlarına müvafiq olaraq təqdimat və ərizələrlə müraciət edilmişdir. Buna bağmayaraq, ATİAHİ-nin Sabunçu rayon Komitəsi və onun yuxarı təşkilatları ƏM-nin 80-ci maddəsinin tələblərinə məhəl qoymayaraq 254 saylı uşaq bağçası tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli yazılı təqdimatın araşdırılması məsələsinə bağılması üçün iclas təyin etməmiş, bununla da həmkarlar ittifaqı təşkilatı əsaslandırılmış yazılı qərarını ən geci *0 (on) gün müddətində təqdim etməli olduğu halda bugünədək təqdim etmədiyindən xx.xx.2024-cü il tarixdən uşaq bağçasının tərbiyəçimüəllimi, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndində sadalanan hal) əmək funksiyasını pozduğuna görə əvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehlərindən nəticə çıxarmayaraq təkrarən əmək funksiyasını pozduğu üçün tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. 17.25 iyun 2024-cü il tarixli Bakı Şəhəri Sabunçu Rayonu 254 nömrəli məktəbəqədər təhsil müəssisəsinin müdiri X*2 X5 Rayon Komitəsinə ünvanladığı təqdimatından görünür ki, Bakı Şəhəri Sabunçu Rayonu 254 nömrəli məktəbəqədər təhsil müəssisəsinin müdiri Flora Əliyeva Azərbaycan təhsil işçiləri X4 Sabunçu rayon Komitəsinə müraciət edərək Bakı şəhəri 254 saylı uşaq bağçasının tərbiyəçi-müəllimi, eyni zamanda həmin bağçanın ilk həmkarlar təşkilatının sədri X6 mütəmadi olaraq subordinasiya qaydalarını pozmaqla itayətsizliyə yol verir kollektiv arasında formalaşmış normal işgüzar münasibətlərə xələl gətirir, həmçinin bağçanın normal iş ahəngini pozur Tərəfimdən ona dəfələrlə şifahi xəbərdarlıq edilmiş, hərəkət və davranışların normalaşdırılması istiqamətində proflaktik tədbirlərin görülməsinə bağmayaraq bu istiqamətdə müsbət nəticə ətdə etmək mümkün olmamışdır. X9 daha da aqressiv və saymazyana davranışlara yol verməyə davam elmiş, həmçinin 254 saytı uşaq bağçasının illərdir ilk həmkarlar təşkilatının sədri olmasını əsas götürərək nə bağça müdiriyyəti, nə Təhsil Nazirliyi, nə də ki, ATİAHİ Sabunçu rayon komitəsi tərəfindən onun barəsində hər hansı intizam cəza tədbirinin görülməsinin mümkün olmadığını kollektiv işçiləri arasında o cümlədən mənə açıq aşkar bildirmişdir. Bu huquqı pozuntuların ardıcıl olaraq sonuncu dəfə, yəni 24 iyun 2024-cü il tarixdə Gülnar Əhmədova işəgötürən səlahiyyətlərinə malik olan bağça müdiriyyətinin adından saxta məzuniyyət əmri hazırlamış və işəgötürənlə heç bır razılaşduma əldə etmədən. o cümlədən məzuniyyətə dair əıizə yazmadan özbaşına məzuniyyətə çıxmış, həmçinin 24 iyun 2Q24~cü il tarixdə bütün iş gunü ərzində heç bir üzürlü sobəb olmadan işə gəlməmişdir Qeyd olunan faktla bağlı, həmçinin daha əvvəlki hüquq və əmək intizamı pozuntuları ilə bağlı yazılı aktlar tərtib edilmişdir. Eləcə də X3 254 saylı uşaq bağçasının ilk həmkarlar ittifaqının sədri olduğunu nəzərə alaraq Əmək Məcəlləsinin 80-cı maddəsinin tələblərini rəhbər tutaraq bu təqdimatla ünvanınıza müraciət olunur.Giilnarə Əhmədovanın əmək müqaviləsinə xitam verilməsim təmin etmək məqsədilə müvafiq yazılı qərarınızı müəssisəyə təqdim edilməsini xahiş etmişdir.
18. Təhsil işçiləri Azad X5 Rayon Komitəsinin 29 nömrəli xx.xx.2024 -cü il tarixli Bakı Şəhəri Sabunçu Rayonu 254 nömrəli məktəbəqədər təhsil müəssisəsinin müdir səlahiyyətlərini müvəqqəti icra edən Flora Əliyevaya ünvanladığı məktubundan görünür ki, 254 №-li uşaq bağçasında son vaxtlar yaranmış münaqişə pik həddinə çatmışdır. Beləki, bağçanın rəhbərliyi ilə tərbiyəçi İddiaçı arasında bir - birinə güzəşti bacarmamaq bağçada psixoloji iqlim şəraitini pozur. Bağça rəhbərliyinin verdiyi məlumatlarda tərbiyəçi İddiaçınm fəaliyyətində yol verdiyi qanun pozuntularına görə işçilərin iştirakı ilə aktlar (*7.04.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024 tarixlərdə ) tərtib edilmiş, bütün bunlara rəğmən ona intizam tənbehi tətbiq edilmişdir. ( Əmr № *4,xx.xx.2024 - cü il “töhmət” , Əmr № 22,xx.xx.2024-cü il “ Sonuncu xəbərdarlıqla şiddətli töhmət” ) Bütün bunlara görə F.Əliyeva tərbiyəçi İddiaçınm əmək müqaviləsinə xitam verilməsini təmin etmək və ilk həmkarlar təşkilatı sədrliyindən çıxarılması üçün yenidən seçki keçirilməsini tələb etmişdir . Ayrıayrılıqda İddiaçı və F.Əliyeva ilə fərdi söhbətlər aparılmasına bağmayaraq bir-birinə güzəşt etmək fikrində olmadıqlarını bildirmişdilər . Yekun etibarı ilə Sabunçu rayon Komitəsi bildirmək istəyir ki, 254 № - li uşaq bağçasında seçki F.Əliyevanm iştirakı ilə *4.02.2024-cü il tarixdə keçirilmişdir . 254 № - li uşaq bağçasmm rəhbərliyi tərəfindən G.Əlımədovaya xx.xx.2024 - cü il tarixdə son intizam tənbehi verilmiş, 25 iyun 2024 -cü il tarixdə təqdimat verilərək İddiaçı əmək müqaviləsinə xitam verilməsini tələb etmişdir. Son intizam tənbehini nəzərə alaraq təkrar intizam tənbehi verilə bilmədiyini nəzərə alaraq əmək müqaviləsinə xitam verilməsinə etiraz etdiklərini bildirmişdir.
19. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin *7.09.2024-cü il tarixli 3-*7-5/2-63795/2024 nömrəli məktubundan görünür ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə İddiaçı arasında 02.*2.2022-ci ildə müqavilə bağlamış, *2 may 2023-cü ildə müqavilə imzalanmış, *6.08.2024-cü ildə müqaviləyə xitam verilmişdir. İşçinin işdən çıxma tarixi isə xx.xx.2024-cü il kimi qeyd edilmişdir.
20. "xxxx" ASC-nin ödəni kartı üzrə çıxarışdan görünür ki, İddiaçı qızına məxsus 5*0307*******3389 nömrəli karta 27 iyun 2024-cü il tarixdə 480,60 manat, 30 iyul 2024-cü il tarixdə 362,53 manat və *6 avqust 2024-cü il tarixdə *069,42 manat əmək haqqı ödənilmişdir.
21. İş materiallarında olan ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 04 may *998-ci ildə 254 nömrəli uşaq bağçasında tərbiyəçi vəzifəsinə təyin edilmiş, 08 avqust 2024-cü ildə xx.xx.2024-cü il tarixli 24 nömrəli əmrə əsasəm Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə (Əmək Məcəlləsinin 72-ci maddəsinin “Ə” bəndinə əsasən) əsasən tutduğu vəzifədən azad edilərək onunla bağlanmış müqaviləyə xitam verilmişdir.
22. İş materiallarında olan 4 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən *8 iyun 2024-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 630387 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X*0 ilə İddiaçı arasında nikah 852 qeydiyyat nömrəsi ilə *8 iyun 2024-cü il tarixdə bağlanılmışdır. Nikahdan sonra ərə Əliyv, arvada Əhmədova soyadı verilmişdir.
23. xx.xx.2024-cü il tarixli saxta əmrin hazırlanması və heç bir üzürlü səbəb olmadan işçinin bütün iş günü işə gəlməməsi barədə aktdan görünür ki, 24 iyun 2024-cü ildə 254 nömrəli uşaq bağçasını tərbiyəçisi-müəllimə o cümlədən həmin müəssisənin ilk həmkarlar təşkilatını sədri İddiaçı saxta əmr hazırlaması və *3:00-da işə gəlməli olduğu halda *9:00da isə işdən getməli olduğu halda heç bir məlumat vermədən özbaşınalıq və sənəd saxtakarlığına yol verməklə heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmişdir.
24. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, 24 iyun 2024-cü ildə 254 nömrəli uşaq bağçasını tərbiyəçisi-müəllimə o cümlədən həmin müəssisənin ilk həmkarlar təşkilatını sədri İddiaçı 07:00-da işə gəlməli olduğu halda *3:00-da isə işdən getməli olduğu halda heç bir məlumat vermədən işəgötürənlə razılaşdırmadan bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmişdir.
25. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, 25 iyun 2024-cü ildə 254 nömrəli uşaq bağçasını tərbiyəçisi-müəllimə o cümlədən həmin müəssisənin ilk həmkarlar təşkilatını sədri İddiaçı *3:00-da işə gəlməli olduğu halda *9:00-da isə işdən getməli olduğu halda heç bir məlumat vermədən işəgötürənlə razılaşdırmadan bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmişdir.
26. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, 27 iyun 2024-cü ildə 254 nömrəli uşaq bağçasını tərbiyəçisi-müəllimə o cümlədən həmin müəssisənin ilk həmkarlar təşkilatını sədri İddiaçı *3:00-da işə gəlməli olduğu halda *9:00-da isə işdən getməli olduğu halda heç bir məlumat vermədən işəgötürənlə razılaşdırmadan bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmişdir.
27. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, 28 iyun 2024-cü ildə 254 nömrəli uşaq bağçasını tərbiyəçisi-müəllimə o cümlədən həmin müəssisənin ilk həmkarlar təşkilatını sədri İddiaçı 07:00-da işə gəlməli olduğu halda *3:00-da isə işdən getməli olduğu halda heç bir məlumat vermədən işəgötürənlə razılaşdırmadan bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmişdir.
28. 0* iyul 2024-cü ildə 254 nömrəli uşaq bağçasını tərbiyəçisi-müəllimə o cümlədən həmin müəssisənin ilk həmkarlar təşkilatını sədri İddiaçı *3:00-da işə gəlməli olduğu halda *9:00da isə işdən getməli olduğu halda heç bir məlumat vermədən işəgötürənlə razılaşdırmadan bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmişdir.
29. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, 02 iyul 2024-cü ildə 254 nömrəli uşaq bağçasını tərbiyəçisi-müəllimə o cümlədən həmin müəssisənin ilk həmkarlar təşkilatını sədri İddiaçı 07:00-da işə gəlməli olduğu halda *3:00-da isə işdən getməli olduğu halda heç bir məlumat vermədən işəgötürənlə razılaşdırmadan bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmişdir.
30. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, 03 iyul 2024-cü ildə 254 nömrəli uşaq bağçasını tərbiyəçisi-müəllimə o cümlədən həmin müəssisənin ilk həmkarlar təşkilatını sədri İddiaçı *3:00-da işə gəlməli olduğu halda *9:00-da isə işdən getməli olduğu halda heç bir məlumat vermədən işəgötürənlə razılaşdırmadan bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmişdir.
31. *8.07.2024-cü il tarixli aktdan görünür ki, *7 iyul 2024-cü ildə 254 nömrəli uşaq bağçasını tərbiyəçisi İddiaçı *3:00-da işdən getməli olduğu halda *2:00-da heç bir məlumat vermədən işdən getmişdir.
32. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, 22 iyul 2024-cü ildə 254 nömrəli uşaq bağçasını tərbiyəçisi İddiaçı *3:00-da işdən getməli olduğu halda *2.00-da getmişdir.
33. 04.*7.2024-cü il tarixli aktdan görünür ki, 04.*7.2024-cü ildə 254 nömrəli uşaq bağçasını tərbiyəçisi İddiaçı iş saatında uşaqları nəzarətsiz qoyub bağçadan kənara çıxıb telefonla danışır. xx.xx.2024-cü il tarixli işçi tərəfindən izahat yazmaqdan imtina edilməsi, subordinasiya qaydalarının pozulmasına dair tərtib edilmiş aktdan görüünür ki, 254 nömrəli bağçanın müdürü vəzifəsini müvəqqəti icra edən X8 xx.xx.2024-cü il tarixdə saat *4.30 radələrində 254 nömrəli uşaq bağçasını tərbiyəçisi İddiaçı otağına dəvət edərək onun təkrarən müəssisənin nizamintiza və iş yeri qaydalarını kobud şəkildə pozması, eləcə də 22-xx.xx.2024-cü il tarixlərdə tebe olduğu müdriyyətdən icazə almadan və açıq şəkildə tabesizlik, saymamazlıq nümayiş etdirərək işə gec gəlmə və işdən tez çıxma hallarına dair yazılı izhat təqdim edilməsi təklif etmişdir. İddiaçı qışıqıraraq onun heçnədən başı çıxmamasını, müdir kimi işə yaramadığını, işə isə ümmiyyətlə gəlmədiyini bildirmiş və kollektiv müqaviləni qabağına qoyaraq yaxşı oxuması təklif edilmiş və Bakı təhsil İdarəsinin və mühasibatlığın məlumatı olduğunu işə vaxtında gəlib getdiyini bildirmişdir. Flora Əliyeva isə ona xatırladaraq bildirmişdir ki, o işə vaxtında gəlmədiyin bütün kollektivin gördüyünü, onunla və kollektv ilə ünsiyyət və subardinasiya qaydalarını pozduğunu, böhtan xarakterli ifadələrə yol verdiyi bildirərək izahat verilməsini xahiş etmiş, İddiaçı isə izahat yazmağdan imtina etmişdir.
34. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, 24 iyul 2024-cü ildə 254 nömrəli uşaq bağçasını tərbiyəçisi İddiaçı *3:00-da işdən getməli olduğu halda *2:*5-də heç bir məlumat vermədən işdən getmişdir.
35. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmətin verilməsi haqqında 24 iyul 2024-cü il tarixli 22 nömrəli əmrlə tanış olmaqdan imtina edərək aktın arxasına aktın saxta olduğunu qeyd etmişdir.
36. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, 08 avqust 2024-cü ildə 254 nömrəli uşaq bağçasını tərbiyəçisi İddiaçı 24 nömrəli xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrlə tanış olmaq məqsədilə müdirin xidməti otağına saat *6:00-da dəvət edilmişdir, lakin məlum olmuşdur ki, İddiaçı təkrar iş yerini özbaşına iş vaxtı bitməmiş tərk etişdir.
37. Bakı şəhər Sabunçu rayonu 254 nömrəli mətəbəqədər təhsil müəssisəsinin müdri ilə 254 nömrəli məktəbəqədər təhsil müəssisəsinin ilk həmkarlar təşkilatı arasında bağlanmış *8.02.2023-cü il tarixli 2 illik kollektiv müqavildən 5.*.2-ci maddəsindən görünür ki, işçinin toyu olduqda *0 iş günü müddətində müəssisənin maliyyə imkanları daxilində əmək haqqı saxlanılmaqla işə çıxmamasına razılıq verilməsi ilə bağlı öhdəlik götürmüşdür.
38. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/2-0*0*2/2024 nömrəli xx.xx.2024-cü il tarixli arayışında görünür ki, 60 manat məbləğində mediasiya rüsumu X2 tərəfindən ödənilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Əmək Məcəlləsinin:
39. 2.*-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
40. 68-ci maddəsinin * və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər.
41. 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
42. 76.*-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 80.*-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin *-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
43. 7*-ci maddəsinin 2-ci hisəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
44. 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi;
45. 72-ci maddəsinin “ə” bəndinə əsasən, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. *86-cı maddəsinin “*” bəndinə əsasən İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
46. 80-ci maddəsinin *-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
47. *86-cı maddəsinin “2” bəndinə əsasən İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin *0-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət vermək, sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının */4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək, əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsiin «ç» bəndi ilə ləğv etmək kimi intizam tənbehlərindən birini verə bilər.
48. *86-cı maddəsinin “4” bəndinə əsasən İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir.
49. *88-cı maddəsinin “*” bəndinə əsasən İntizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər.
50. *89-cu maddəsinin “*” bəndinə əsasən Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
51. Maddə 4.*. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
52. Maddə 9. Məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır.
53. Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə 372.*. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
56. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
57. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin bağışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
58. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə bağılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara bağılmır.
59. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
60. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
61. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
62. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin bağışının hədləri:
63. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır.
64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya bağışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.* və 372.7-ci maddələrinin tələbləri bağımından şərh edilməsinə dair” 20 may 20**-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.*-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.* və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.* və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
65. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
66. Belə ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri onun iddiaya etiraz dəlilləri üstüstə düşür.
67. Cavabdeh qeyd edir ki, iddiaçı subordinasiya qaydalarını pozaraq toyu ilə əlaqədar *0 gün işə çıxmamasını işəgötürənlə razılaşdırmadan, bu barədə işəgötürənin əmri olmadan işə çıxmamışdır.
68. İddiaçı *0 günlük məzuniyyətə getməsinə icazə verilməsinə dair ərizə yazdığını və kadrlar tərəfindən ona icazə verilməsini məhkəməyə bildirsə də, cavabdeh tərəf belə bir ərizənin və razılığın olmadığını məhkəməyə bildirmişdir. Lakin iddiaçı tərəfindən təqdim edilən əmək haqqının verilməsinə dair "xxxx"dan təqdim edilmiş çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə iddaçıya tam ay üzrə əmək haqqı ödənilmişdir. Bununla da məlum olur ki, işəgötürənin iddiaçının *0 günlük məzuniyyətə getməsinə icazəsi olmuşdur.
69. Kollegiya qeyd edir ki, Həmkarlar təşkilatı ilə 254 saylı uşaq bağçası arasında bağlanmış kollektiv müqavilənin 5.*-ci maddəsindən görünür ki, işçinin toyu olduqda *0 iş günü müddətində müəssisənin maliyyə imkanları daxilində əmək haqqı saxlanılmaqla işə çıxmaması nəzərdə tutulmuşdur. Bunun müvafiq qaydada rəsmiləşdirilməsi isə cavabdehin vəzifəsi olmuşdur.
70. Belə ki, Əmək Məcəlləsinin 7-ci maddəsinin 3-cü bəndinə görə, kollektiv müqavilələrdə, sazişlərdə, habelə əmək müqavilələrində əmək qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial, iqtisadi, maddi-məişət və digər münasibətləri əhatə edən əmək şəraiti nəzərdə tutula bilər. Əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin daxil edilməsi yolverilməzdir. Belə şərtlərin tətbiqi nəticəsində işçilərə dəyən maddi və digər ziyan işəgötürən tərəfindən tam ödənilir.
71. Rayon məhkəməsi işəgötürən tərəfindən iddiaçıya sonuncu xəbərdarlıqla şiddətli töhmətin verilməsinə əsas olmuş halın xx.xx.2024-cü il tarixli akt olması və həmin günün qeyri-iş günü olduğundan habelə ümumiyyətlə həmin akt iş materiallarında olmadığından işəgötürən tərəfindən İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmətin verilməsinə dair 22 nömrəli xx.xx.2024-cü il tarixli əmri ləğv etmişdir.
72. Cavabdeh həm iddiaya etirazında, həm də apellyasiya şikayətində xx.xx.2024-cü il tarixli əmrin imzalanmaq üçün İddiaçı təqdim olunan zaman iddiaçının onlara məlum olmayan üsulla sənədin tarixini xx.xx.2024-cü ilə dəyişərək imzalandığını qeyd edir.
73. Məhkəmə kollegiyası bildirir ki, cavabdeh həmin dəlillə bağlı, yəni əmrin tarixinin xx.xx.2024-cü il olması və onun iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixə dəyişdirilməsi barədə MPM-in 77.*-ci maddəsinə görə heç bir sübut təqdim etmədiyindən onun bu dəlili əsassızdır.
74. Kollegiya hesab edir ki, nə qədər iddiaçı barəsində xx.xx.2024-cü il tarixli sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə əmr əsassız olması müəyyən edilməklə ləğv edilmişdir, rayon məhkəməsi həmin intizam tənbehlərindən nəticə çıxarmayaraq təkrarən əmək funksiyasını pozmasına əsaslanmaqla iddiaçının tutduğu vəzifədən azad edilməsi barədə cavabdehin xx.xx.2024-cü il tarixli 24 nömrəli əmrini də əsassız hesab edərək ləğv etməkdə haqlı olmuşdur.
75. Həmçinin iddiaçının əmək müqaviləsinə xitam verilməsinə Təhsil işçiləri Azad X5 Rayon Komitəsi etiraz etmişdir.
76. Əmək Məcəlləsinin 80-ci maddəsinin *-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
77. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri mülahizə xarakterli olduğundan əsassızdır və təmin edilməməlidir.
78. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:
79. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
80. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.* və 405.0.*-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh Bakı şəhəri Sabunçu rayonu 254 nömrəli Uşaq bağçası tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin 2(008)-6*7/2025 nömrəli, *7.0*.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.*.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.