Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3266/2024 04.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və sair” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı iştirakı ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-811/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı cavabdeh Daxili İşlər Nazirliyin Baş Mühafizə İdarəsinə qarşı "əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Cavabdeh rəisi Nurullah Məmmədxanlının onunla əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli 1574 ş/h saylı əmrinin ləğv edilməsi, onun əvvəlki işinə bərpa olunmağı və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2009-cu ilin oktyabr ayından Azərbaycan Respublikası Cavabdeh İmişli rayon Mühafizə Bölməsində MMX üzrə mühafizəçi vəzifəsində qüsursuz olaraq işləmişdir. Azərbaycan Respublikası Cavabdeh rəisi Nurullah Məmmədxanlı onu xx.xx.2023-cü il tarixli 1574 ş/h nömrəli əmrlə onunla əmək müqaviləsinə ARƏM-nin 70 "ç" maddəsinə əsasən xitam verilmişdir. Onun işlədiyi müddətdə heç bir qüsuru olmamışdır. Heç bir cəza almamışdır. Ona görə də müdiriyyətin onunla əmək müqaviləsinə xitam verməsi əsassız və qanunsuzdur. Onun əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməməyi, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan xətaları törətməyi barədə heç bir sübut olmamışdır. Müdiriyyət onu tamamilə işlə əlaqədar olmayan kənar bir şəxsin şikayəti əsasında işdən çıxarmışdır. Həmin şəxsə dəymiş zərər də ödənilmişdir.
3. Nəsimi Rayon Məhkəməsinin 2(006)-811/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Əfsanə Heydərova) ilə iddia tələbi təmin edilməmişdir.
4. Birinci instansiya məhkəməsi öz mövqeyini Əmək Məcəlləsinin 10, 11, 12, 68, 70, 71, 186,2, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3 xx/xx/2023 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan Respublikası Cavabdeh mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydaları”nın 1.2, 2.1.1, 3.1.4, 3.1.13, 3.1.16ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayəti və onun dəlilləri:
5. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, rayon məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunun tələblərini pozmaqla əmək müqaviləsinə xitam verən cavabdehin hərəkətinə düzgün hüquqi qiymət verməmişdir. Həmçinin rayon məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normaları pozulmuş, çəkişmə prinsipinə əməl olunmamış, məhkəmə iclasının vaxtı barədə ona yanlış məlumat verilmişdir. Qətnamənin əsaslandırıcı hissəsində X2 iddiasının rədd edilməli olması göstərilir, halbuki həmin şəxsin onun işi ilə heç bir əlaqəsi yoxdur. Eyni zamanda, rayon məhkəməsi cavabdehin əmək qanunvericiliyinin tələblərini pozmağı barədə izahatını əsas götürməklə səhvə yol vermişdir. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsi iddia tələbinə düzgün hüquqi qiymət verməmişdir. Həmçinin məhkəmə iclasının yadında qaldığı qədəri ilə 05 mart 2024-cü il tarixə təyin edilməsi barədə ona məlumat verilmiş, lakin həmin gün məhkəmə iclasına getsə də, məhkəmə iclasının 04 mart 2024-cü il tarixdə keçirildiyi və iş üzrə yekun məhkəmə aktının qəbul edilməsi ona bildirilmişdir, dəqiq yadında deyil ki, iş hansı tarixə təyin olunmuşdur. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
7. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.
8. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
9. DİN-in Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru cənab Nurullah Məmmədxanlıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2023cü il tarixdə saat 21.26-da, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi ev 9 mənzil 63 "M"də yaşayan X3 (051) ***-**-** nömrəsindən "102" Xidmətinə təkrar müraciət edib, 7 ay əvvəl İmişli RMŞ-nin mülki mühafizə xidmətinin əməkdaşı İddiaçı ona Bakı-Quba marşrutu üzrə səmişindaşıma ilə məşğul olmasına rəsmi icazə almaq üçün 10.000 manat pul alaraq vədinə əməl etməməsi və məbləğin 4.000 manatını indiyədək qaytarmaması haqda xx.xx.2023-cü il tarixdə etdiyi şikayət əsasında DİN BMİ-də aparılan araşdırmadan narazı olması barədə məlumat vermişdir.
10. İddiaçı xx.xx.2023-cü il tarixli izahatından görünür ki, İddiaçı tanışının Bakı Nəqliyyat Agentliyində işlədiyini, vətəndaş Rasim Süleymanova köməklik etmək istədiyini, tanışının söz verdiyi vədə əməl etmədiyi üçün çıxılmaz vəziyyyətdə qaldığını, öhdəliyi öz üzərinə götürdüyünü, 7.000 manat pul ödəsə də, qalan məbləği ödəməkdə çətinlik çəkdiyini, eləcə də, məqsədinin sonuncunun etibarından sui-istifadə etmək olmadığını izahatında qeyd etmişdir.
11. Rasim Süleymanovun xx.xx.2023-cü il tarixli izahatından görünür ki, İddiaçı ona Bakı Nəqliyyat Agentliyində rəhbər vəzifədə işləyən tanışının Bakı-Qazax marşrutu üzrə sərnişindaşıma ilə məşğul olmaq üçün rəsmi icazə sənədinin verilməsində köməklik göstərəcəyini bildirdiyi üçün ona etibar edərək, əvvəlcədən danışılıb aralarında razılaşdıqları kimi 10.000 manat pulu İddiaçı verdiyini, lakin sonradan onların verdiyi vədə əməl etmədiyini həmçinin qeyd olunan məbləğdən 3.000 manatının bu günə kimi geri qaytarılmadığını izahatında qeyd etmişdir.
12. X1 xx.xx.2023-cü il tarixli 3-13-3/2-15405-23 nömrəli DİN-in “102” Xidmətinə etdiyi müraciəti ilə bağlı aparılmış araşdırmanın nəticəsinə dair 20 sentyabr 2023 il tarixli rəyə əsasən DİN-in xx.xx.2023-cü il tarixli, 3-13/Q6/2023 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan Respublikası Cavabdeh mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydaları"nın 1.2, 2.1.1, 3.1.4, 3.1.13, 3.1.16 maddələrinin tələblərini pozaraq vəzifəsinin icrası ilə birbaşa bağlı olmayan xidməti məsələlərə müdaxilə etməməli, digərlərinin səlahiyyət dairəsinə aid işlərə xidməti zərurətdən irəli gəlməyən maraq göstərməməli, yerinə yetirmək imkanı olmayan öhdəlikləri üzərinə götürməməli olduğu olduğu halda, vətəndaş Rasim Süleymanovu sərnişindaşıma ilə məşğul olmasına rəsmi icazə sənədi almaq üçün vasitəçilik edərək ondan 10.000 manat pul aldığına, verdiyi vədə əməl etmədikdə, qeyd olunan məbləği ödəyəcəyini üzərinə götürməklə öhdəliyin icra olunmasına tam təşəbbüs göstərmədiyinə, rəhbərlik tərəfindən mənfi xarakterizə olunduğuna, araşdırma zamanı qeyri-səmimi mövqe tutaraq müxtəlif bəhanələrlə məsuliyyətdən yayınmağa çalışdığına, bu hərəkətləri ilə barəsində haqlı şikayətin olunmasına zəmin yaratdığına, eləcə də İmişli RMŞ-nin xx.xx.2023-cü il tarixli 3-13-17- 35 /Ə56/2023 nömrəli əmri ilə elan olunmuş "Töhmət" intizam tənbehinin qüvvədə olması nəzərə alınmaqla İmişli Rayon Mühafizə Şöbəsinin mülki mühafizəçisi İddiaçı ciddi intizam tənbehinə cəlb olunmağa layiq olduğu təklif edilmişdir.
13. Azərbaycan Respublikası Daxili İşlər Naziliyi Baş Mühafizə İdarəsinin “İmişli RMŞ-nin mülki mühafizəçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2023-cü il tarixli əmrə əsasən DİN-in xx.xx.2023-cü il tarixli, 3-13/Q6/2023 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan Respublikası Daxill İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydaları"nın 1.2, 2.1.1, 3.1.4, 3.1.13, 3.1.16 maddələrinin tələblərini pozaraq vəzifəsinin icrası ilə birbaşa bağlı olmayan xidməti məsələlərə müdaxilə etməməli, digərlərinin səlahiyyət dairəsinə aid işlərə xidməti zərurətdən irəli gəlməyən maraq göstərməməli, yerinə yetirmək imkanı olmayan öhdəlikləri üzərinə götürməməli olduğu olduğu halda, vətəndaş Rasim Süleymanovu sərnişindaşıma ilə məşğul olmasına rəsmi icazə sənədi almaq üçün vasitəçilik edərək ondan 10.000 manat pul aldığına, verdiyi vədə əməl etmədikdə, qeyd olunan məbləği ödəyəcəyini üzərinə götürməklə öhdəliyin icra olunmasına tam təşəbbüs göstərmədiyinə, rəhbərlik tərəfindən mənfi xarakterizə olunduğuna, araşdırma zamanı qeyri-səmimi mövqe tutaraq müxtəlif bəhanələrlə məsuliyyətdən yayınmağa çalışdığına, bu hərəkətləri ilə barəsində haqlı şikayətin olunmasına zəmin yaratdığına, eləcə də İmişli RMŞ-nin xx.xx.2023-cü il tarixli 3-13-17 35/Ə56/2023 nömrəli əmri ilə elan olunmuş "Töhmət" intizam tənbehinin qüvvədə olması nəzərə alınmaqla İmişli Rayon Mühafizə Şöbəsinin mülki mühafizəçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə BMi-nin Həmkarlar ittifaqı ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi əmr edilmişdir.
14. “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2023-cü il tarixli, 1574 nömrəli əmr ilə, "Baş Mühafizə İdarəsi/Yeni ad/lmişli Rayon Mühafizə Bölməsi" bölməsində "MMX üzrə mühafizəçi" vəzifəsində işləyən İddiaçı AKİF OĞLU ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 70. "ç"- işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobudşəkildə pozduqda» maddəsinə əsasən xx.xx.2023 tarixindən xitam verilməsi, işçinin xx.xx.2009 tarixindən xx.xx.2023 tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi, işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilsin. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Əmək Məcəlləsinin:
15. 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə əsasən işçinin əsas vəzifələri hesab olunur.
16. 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir.
17. 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir.
18. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
19. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir.
20. 70-ci maddəsinin «ç» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır.
21. 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
22. 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
26. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
27. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
28. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
29. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
32. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
33. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
34. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
35. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
36. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
37. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, İmişli rayon mühafizə şöbəsinin mülki mühafizə xidməti üzrə mühafizəçisi İddiaçı vəzifəsinin icrası ilə birbaşa bağlı olmayan xidməti məsələlərə müdaxilə etməməli olduğu halda Bakı Nəqliyyat Agentliyində işləyən tanışının olduğunu əsas gətirərək, vətəndaş Rasim Süleymanovdan Bakı-Qazax marşrutu üzrə sərnişindaşıma ilə məşğul olmasına rəsmi icazə sənədi düzəltmək üçün ondan 10.000 manat pul alaraq, vədinə əməl etməmiş, R.Süleymanovun çoxsaylı şikayətlərindən sonra qeyd olunan məbləğin 7.000 manatını geri qaytarsa da, hal-hazırda 3.000 manat pulu ödəməyərək, icrasının mümkün olmayacağını qabaqcadan bildiyi öhdəliyi üzərinə götürməklə xidməti vəzifələrinin icrası ilə əlaqəli olmayan hərəkətlərə yol vermiş, bu isə vətəndaş R.Süleymanovun haqlı narazılığına səbəb olmuşdur.
38. Göründüyü kimi, iddiaçı öz əmək funksiyaları ilə hər hansı əlaqəsi olmayan və üçüncü şəxsin hüquqlarının pozulmasına gətirib çıxaran hərəkətlərə yol vermiş, bununla da cavabdehin qanuni mənafelərinə ziyan vurmuşdur.
39. İddiaçı bununla həm də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-xx/xx/2023 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan Respublikası Cavabdeh mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydaları” ilə tanış olmasına baxmayaraq, həmin qərarın 1.2, 2.1.1, 3.1.4, 3.1.13, 3.1.16 maddələrinin tələblərini pozaraq Daxili İşlər Nazirliyinin Baş Mühafızə İdarəsinin qanuni mənafeyinə ciddi xələl gətirmişdir.
40. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3 xx/xx/2023 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan Respublikası Cavabdeh mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydaları”nın:
41. 1.2-ci maddəsinə əsasən hər bir mülki mühafizəçi xidmətdə və xidmətdənkənar vaxtlarda insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq, humanizm, mənəvi dəyərlərin aliliyi və yüksək peşəkarlıq prinsiplərini rəhbər tutaraq bu Qaydalara əməl etməyə borcludur; 2.1.1-ci maddəsinə əsasən mülki mühafizəçi xidmət vaxtı insan hüquq və azadlıqlarına hörmətlə yanaşmalı, ümumi qəbul olunmuş əxlaq normalarını və etik davranış qaydalarını gözləməli, üzərinə düşən vəzifələri vicdanla yerinə yetirməlidir; 3.1.4-cü maddəsinə əsasən mülki mühafizəçi xidmətkənar vaxtı yerinə yetirmək imkanı olmayan öhdəlikləri (kredit, borc, pul, kirayə və s.) üzərinə götürməməli, götürdüyü halda müəyyən olunmuş şərtlərə uyğun icra etməlidir; 3.1.13-cü maddəsinə əsasən mülki mühafizəçi xidmətkənar vaxtı müxtəlif məsələlərlə əlaqədar keçirilən araşdırma zamanı verilən sualları tam və səmimi cavablandırmalı, obyektivliyin təmin edilməsinə köməklik göstərməlidir; 3.1.16-cı maddəsinə əsasən mülki mühafizəçi xidmətkənar vaxtı vəzifələrinin icrası ilə birbaşa bağlı olmayan xidməti məsələlərə müdaxilə etməməli, digərlərinin səlahiyyət dairəsinə aid işlərə xidməti zərurətdən irəli gəlməyən maraq göstərməməlidir.
42. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Mühafızə İdarəsinin İmişli rayon Mühafizə Bölməsində “MMX üzrə mühafizəçi” vəzifəsində işləyən İddiaçı Akif oğlu əmək intizamını və işlədiyi müəssənin daxili qaydalarını, habelə əmək müqaviləsinin şərtlərini kobud şəkildə pozduğuna görə onun barəsində işdən çıxarılması barədə əmr qanuni və əsaslı olmuşdur.
43. İddiaçının məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı apellyasiya şikayətində göstərilən əsas dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, mülki iş materiallarından məlum olur ki, iddiaçı məhkəmənin xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixli hazırlıq iclaslarında, eləcə də xx.xx.2024-cü il tarixli baxış iclasında iştirak etmiş, həmin məhkəmə iclası məhz onun vəsatəti ilə barışıq əldə edilməsi üçün təxirə salınmışdır. Məhkəmə iclasının xx.xx.2024-cü il tarixə təxirə salınması barədə məhkəmə qəbzinə iddiaçı imza etmişdir, yəni həmin iclasın tarixi barədə xəbərdar edilmişdir. Kollegiya hesab edir ki, iddiaçı məhkəmənin iki hazırlıq və bir baxış iclasında iştirak etdiyindən, sonuncu məhkəmə iclası barədə də lazımi qaydada xəbərdar edildiyindən apellyasiya şikayətinin tərəflərin çəkişmə prinsipinin pozulması, eləcə də iddiaçının məhkəmə iclası barədə yanlış məlumatlandırılması barədə dəlilləri əsassızdır.
44. Həmçinin apellyasiya şikayətində qətnamənin əsaslandırıcı hissəsində X2 iddiasının rədd edilməli olmasının göstərilməsi, lakin həmin şəxsin onun işi ilə heç bir əlaqəsi olmaması barədə dəili üzrə qeyd edir ki, qeyd edilən hal aşkar texniki səhv olmuş və həmin texniki yanlışlıq rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə aradan qaldırılmışdır (i/v 91).
45. Yuxarıda qeyd edilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:
46. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
47. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-811/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.