Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3267/2022 13.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 2(004)-2015/2021 saylı qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə dair mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması və yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 05.05.2021-ci il tarixli, 2(004)-2015/2021 saylı qətnaməsi ilə, iddia ərizəsi təmin edilmişdir. X1 nümayəndəsi və vəkili X5 məhkəməyə ərizə təqdim edərək, Yasamal Rayon Məhkəməsinin 05.05.2021-ci il tarixli, 2(004)-2015/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün X1 maraqlarına toxunan şəxs hesab edib, onun apellyasiya şikayətinin aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 2(004)-2015/2021 saylı qərardadı ilə 2(004)-2015/2021 saylı mülki iş üzrə X3 maraqlarına toxunan şəxs qismində tanınması, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 05.05.2021-ci il tarixli, 2(004)- 2015/2021 saylı qətnaməsindən maraqlarına toxunan şəxs X1 nümayəndəsi və vəkili X2 apellyasiya şikayəti 2(004)-2015/2021 saylı mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 2(004)-2015/2021 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini, ərizənin təmin edilməməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan şikayət məhkəmənin 16 mart 2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 05.05.2021-ci il tarixli, 2(004)- 2015/2021 saylı qətnaməsi X3 maraqlarına toxunmur və həmin şəxs maraqlı şəxs qismində tanına bilməz. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 2(004)- 2015/2021 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, X3 da mübahisəli mənzillə bağlı adına müqavilə və maliyyə arayışının olmasını, mənzili təmir etdirərək yaşadığını bildirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 2(004)- 2015/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-3267/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3267/2022
13.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver