Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-328/2025 14.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, X10, Cavabdeh3 və Cavabdeh4 qarşı mülki iş üzrə (Açar sözlər: mənzilin boşaldılması və s.) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1019/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(005)- 541/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər X23, X5 və X1 qarşı X7 qeydiyyatda olmaqla aldığı ünvan 1 ünvanında yerləşən iki otaqlı fərdi yaşayış evinə köçürülməsi, həmin yaşayış evindən istifadəsinə cavabdehlər X6, X25 və X8 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, gələcəkdə hər hansı bir maneələrin yaradılmasının cavabdehlərə qadağan olunması tələbinə dair iddiası rədd edilmişdir;
2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4666/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(005)-541/2021 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması, iddianın təmin edilməsi, İddiaçı qeydiyyatda olduğu ünvan 14 ünvanında yerləşən iki otaqlı fərdi yaşayış evinə köçürülməsi, onun həmin yaşayış evindən istifadəsinə cavabdehlər X6, X25 və X8 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, gələcəkdə hər hansı bir maneələrin yaradılmasının cavabdehlərə qadağan edilməsi qət edilmişdir;
3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 499/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh X25 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 avqust 2021-ci il tarixli, 2(103)-4666/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır;
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(005)- 2275/2022 saylı qətnaməsi ilə Cavabdeh1 34 V ünvanının mövcud olması ilə bağlı 18 MKİS İdarəsinin arayışının qanunsuz hesab edilməsi və ev 34 V ünvanının ləğv edilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov rayonu 18 saylı MKİS tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Fərid Əhmədov (X26) küçəsi, ev 34V ünvanının mövcud olması ilə bağlı İddiaçı verilmiş arayışın qanunsuz hesab edilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir;
5. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2023-cü il tarixli, 2(103)- 1539/2023 saylı qərardadı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən, yəni “Bakı şəhəri Nərimanov rayonu 18 saylı MKİS tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Fərid Əhmədov (X26) küçəsi, ev 34V ünvanının mövcud olması ilə bağlı İddiaçı verilmiş arayışın qanunsuz hesab edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. İddiaçı Cavabdeh1 qanunvericiliyin tələblərinə riayət etməklə Bakı şəhəri, Nərimanov rayonu, Fərid Əhmədov (X26) küçəsi, ev 34V ünvanının qeydə alınması və cavabdeh İddiaçı pasport qeydiyyatının aparılması ilə bağlı aidiyyəti inzibati orqanların hərəkətlərindən (hərəkətsizliyindən) Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmuşdur;
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 2772/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1539/2023 saylı, 16 mart 2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır;
7. Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının müavininin xx.xx.2023- cü il tarixli, 5-14/-98/2023 saylı məktubunun surətindən görünür ki, vətəndaş İddiaçı ünvan 5 ünvanında qeydiyyatsız yaşaması ilə bağlı 18 №-li MKİS-in rəisi Y.N.İbrahimov tərəfindən arayışın verilməsi üçün əsas olan sənədlərin qeydiyyatda olan şəxslərin razılığı barədə notariat qaydasında təsdiq olunmuş aktı olmadan tərtib olunduğuna, bununla da vəzifə funksiyalarının icrası zamanı əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə Y.N.İbrahimov Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-ci maddəsinə uyğun olaraq intizam məsuliyyətinə cəlb olunmuşdur. Həmçinin gələcəkdə belə hallara yol verdiyi təqdirdə barəsində daha ciddi intizam tənbehi tətbiq ediləcəyi nəzərinə çatdırılmış və bu barədə Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən Nərimanov Rayon Prokurorluğuna məlumat verilmişdir;
8. X8 Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru İmran Cəfərquliyevin hərəkətlərindən, yəni İddiaçı yanlış olaraq 34 V ünvanının əvəzinə ev 33 ünvanına köçürülməsinin qanunsuz hesab edilməsi, yanlış köçürüldüyü ev 33 ünvanından çıxarılması barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-11/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X8 tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır;
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 8(103)- 141/2024 saylı qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)- 11/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
10. 27.09.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Xəyal Əjdər oğlu Sarıyev sədrliyi ilə, X17, X4 ibarət tərkibdə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 iştirakları ilə Bakı şəhəri, Nərimanov rayonu, Fərid Əhmədov (X26) küçəsindəki evə yerli baxış keçirilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4942/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə icraat Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 (İddiaçı və 18 saylı MKİS üçüncü şəxs kimi cəlb olunmaqla) cavabdeh Nərimanov Rayon Polis İdarəsinə qarşı İddiaçı ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması, həmin ünvanın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə qəbul ediləcək qərar qanuni qüvvəyə minənə qədər dayandırılmışdır.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3225/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş iddia ərizəsinin geri götürülməsi təmin edilmiş və iddiaçı Cavabdeh1 cavabdeh Nərimanov Rayon Polis İdarəsinə qarşı “İddiaçı ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması, həmin ünvanın ləğv edilməsi” tələbinə dair iddiasının geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı cavabdehlər Cavabdeh1, X10, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, yəni İddiaçı qeydiyyatda olmaqla aldığı ünvan 8 ünvanında yerləşən iki otaqlı fərdi yaşayış evində qanunsuz olaraq kirayədə yaşayan cavabdehləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və digər şəxslərin iki otaqlı evdən şəxsi əşyaları ilə birgə çıxarılaraq həmin yaşayış evinin tam boşaldılmaqla ona təhvil verilməsi və Cavabdeh1 və qeyri şəxslər tərəfindən həmin iki otaqlı evindən rahat istifadəyə yaradılmış maneələrin aradan qaldırılması, həmin evdə yaşamasına, ondan istifadə etməsinə cavabdehlər və ya hər hansı bir şəxs tərəfindən hər hansı bir maneələrin yaradılmasının onlara (cavabdehlərə) qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, həyat yoldaşı Bayram Şəfiyev ilə birgə Bakı şəhərinin küçələrini süpürüb təmizləməklə min cür əziyyət hesabına halalca qazandıqları 48500 manat pula ünvan 9 ünvanındakı 2 otaqlı fərdi yaşayış evini bu evin sahibi X16 2019-cu ilin dekabr ayında almışdır. X13, onun dayıları X11 və X3 həmin özbaşına tikili olan fərdi yaşayış evinə köçüb yaşamasına və ondan istifadə etməsinə qanunsuz olaraq maneəçiliklər yaratmaqla qadağan edilmiş özbaşınalıq edirdilər. Odur ki, o həmin “yaşayış evinə köçürmə, yaşayış evindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Nərimanov Rayon Məhkəməsində baxılaraq xx.xx.2021-ci il tarixli, 2(005)-541/2021 saylı qətnaməsi ilə tələbi təmin edilməsə də, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)- 4666/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli məlum qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddianın təmin edilməsi, onun-X7 qeydiyyatda olduğu ünvan 10 ünvanında yerləşən iki otaqlı fərdi yaşayış evinə köçürülməsi və onun həmin yaşayış evindən istifadəsinə cavabdehlər X6, X25 və X8 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, gələcəkdə hər hansı bir maneələrin yaradılmasının cavabdehlərə qadağan edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsindən cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş və kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-4666/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmış və bu qərarın qəti və qəbul edildiyi andan qüvvəyə minməsi qeyd edilmişdir. İddia ərizəsinə əlavə edilmiş və Azərb.Res.DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında Bakı şəhəri 5 saylı Asan Xidmət Mərkəzinin xx.xx.2019-cu il tarixli ******* №-li, xx.xx.2019-cu il tarixli ******* №-li, xx.xx.2019-cu il tarixli ******* №-li və DİN-nin MAPS şöbəsinin verdiyi xx.xx.2023-cü il tarixli arayışlarında müvafiq olaraq ünvan 11 və 34V saylı ünvanlardakı evlərin mövcud olması, iddiaçı Cavabdeh1 məhz ev 33-də qeydiyyatının olması, 34V ünvanında onun qeydiyyatının olmaması, həmin ünvandakı evlə əlaqədar onun heç bir hüququnun olmaması və bu özbaşına tikili ilə əlaqədar hər hansı bir subyektiv hüququnun olmaması aydın anlaşılır. Təkzibolunmaz faktdır ki, Cavabdeh1 bir neçə il bundan əvvəl ərə getdikdən sonra yaşadığı ünvandan çıxıb tamamilə şəhərin başqa hissəsinə köçmüş, bu ünvanda yaşamamış, öz ər evində yaşamışdır və həmin 34 V ünvanındakı evdə məhz X25 tək yaşamışdır. Sözügedən ünvanlardakı evlər, yəni həm 34 V-dəki ev, həyət, həm də ki, 33 №-li ünvandakı evlər və həyətlər bir-birindən tam ayrı olmaqla hər birinin ayrıca girişləri və çıxışları vardır. Lakin cavabdeh tərəf məhkəməni və sağlam düşüncəli insanları aldatmaq məqsədi ilə 34 V ünvanı kimi olan həyətin - evin küçə tərəfdən olan divarına sonradan “33” nömrəsinin göstəricisini vurmuşdur. Nəhayət 2023-cü ilin noyabr ayında sözügedən məhkəmə qərarına əsasən uzun sürən mübahisələrdən sonra icra məmuru tərəfindən o ünvan 12 ünvanındakı iki otaqlı evinin bir otağına köçürülüb və həmin vaxt sözügedən evdə bir ailənin kirayədə yaşadıqlarının şahidi olub. Bunlar Cavabdeh4, onun atası Cavabdeh2, Cavabdeh3dır. Bunlardan əlavə bu evi ona satmış X19 bacısı Cavabdeh1 da tez-tez bu evə gələrək, ona bu evdə yaşamağa imkan verməyəcəyini, müxtəlif maneəçilik, əngəllər yaradaraq, vaxtaşırı kirayə qalan şəxsləri müxtəlif şəxslərlə əvəzləyib dəyişməklə bu iki otaqlı fərdi yaşayış evinə rahatca köçüb yaşamasına, ondan istifadə etməsinə qanunsuz olaraq maneəçiliklər yaratmaqla qadağan edilmiş özbaşınalıq edirlər. Həmin ünvandakı 34V №-li ev qanuni əsaslarla iddiaçı olaraq ona-X9 məxsusdur və həmin daşınmaz əmlak üzərində onun hüquqları mübahisəsizdir. Həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmasa da, onun həmin əmlak üzərində gözlənilən mülkiyyət hüquqları vardır. Bunları yuxarıda qeyd etdiyi məhkəmə aktları da təsdiq edir. Daha ədalətli olardı ki, sözügedən ünvandakı onun aldığı iki otaqlı evdə kirayədə yaşayan yuxarıdakı cavabdehlər və digər şəxslər həmin 2 otaqlı evdən şəxsi əşyaları ilə birgə çıxarılaraq yaşayış evi tam boşaldılmaqla ona təhvil verilməsi və Cavabdeh1 və qeyri şəxslər tərəfindən həmin iki otaqlı evindən istifadəsinə yaradılmış maneələrin aradan qaldırılması, həmin evdə yaşamasına, ondan istifadə etməsinə bu cavabdehlər və ya hər hansı bir şəxs tərəfindən hər hansı bir maneələrin yaradılmasının onlara (cavabdehlərə) qadağan edilməsi barədə məhkəmə qətnaməsi qəbul olunsun. Onun qeyd etdiklərini həyat yoldaşı, iddia ərizəsinə əlavə etdiyi məhkəmə aktları, foto şəkillər də təsdiq edir. Bütün bunlar isə cavabdehlər tərəfindən edilən qanunsuzluq və özbaşnalıq, qanunlara, onun hüquqlarına hörmətsizlikdir. Bu haqda müvafiq qətnamənin qəbul edilməsini daha ədalətli hesab edir və bunu istəyir. Çünki cavabdehlər onu sözügedən yaşayış evində yaşamağa imkan vermir, şərait yaratmır və qanunlara, məhkəmə aktlarına hörmət etmirlər.
15. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1019/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Nərgiz Tağıyeva) iddianın qismən təmin edilməsi, İddiaçı ünvan 13 ünvanında yerləşən iki otaqlı fərdi yaşayış evindən istifadəsinə, həmin evdə yaşamasına Cavabdeh1 və digər şəxslər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və hər hansı bir maneələrin yaradılmasının qadağan edilməsi, iddianın ünvan 13 ünvanında yerləşən iki otaqlı fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 əşyaları ilə birlikdə çıxarılması, mənzilin tam boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 25, 29, 43-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.1, 157.2, 157.8, 158.1, 158.1.2, 180-ci maddələrinə, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətlərinin dəlilləri
17. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək qətnamənin iddiaçının iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər sözügedən yaşayış evində yaşamağa imkan vermir, şərait yaratmır və qanunlara, məhkəmə aktlarına hörmət etmirlər. Həmin ərazidəki sözügedən ünvanlarda həm 33 saylı fərdi yaşayış evi, həm də 34V saylı fərdi yaşayış evi ayrı-ayrılıqda mövcuddur və vardır. Məhkəmə işə baxarkən bütün tərəflərin iştirakı ilə həmin küçəyə gedərək oradakı sözügedən ünvanlardakı fərdi yaşayış evlərinin mövcud olub-olmamasını yerində baxış keçirməklə obyektiv həqiqəti oradaca müəyyən edə bilərdi. Bu isə nəticə etibarı ilə ədalətsiz, qanunsuz və əsassız olan belə yarımçıq qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Lakin işə baxıb xx.xx.2024-cü il tarixli həmin qətnaməni çıxarmış Nərimanov rayon məhkəməsi qeyd etdiyi bu məsələlərin heç birini etməmiş və çıxarmış olduğu qanunsuz və əsassız qətnaməsi ilə hüquqlarını və qanuni mənafeyini ciddi və kobud şəkildə pozmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi işə baxıb qətnamə çıxaran zaman maddi hüquq normalarını pozmaqla və düzgün tətbiq etməməklə bərabər, eyni zamanda bir sıra prosesual hüquq normalarının tələb və göstərişlərini də pozmuşdur. Nərimanov rayon məhkəməsi tərəfindən hazırkı işə baxılıb qətnamə çıxarılan zaman Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuşdur. Bakı şəhəri Nərimanov rayon məhkəməsi sübutları, faktları, təqdim edilmiş sənədləri, tərəflərin dediklərini, izahatlarını, sübut kimi gətirdikləri və istinad etdiyi halları hərtərəfli, tam, obyektiv, qərəzsiz və müqayisəli şəkildə araşdırıb qiymətləndirmək əvəzinə, iddiaçı tərəfə qarşı tam qərəzli mövqe tutmuş, iddiaçı tərəfin dediklərini, verdiyi izahatları və izahatlar verərkən səsləndirdiyi fikirləri, izahatlar verən zaman istinad etdiyi fakt və sübutları, dəlilləri, təqdim etdiyi sənədləri tam qanunsuz və əsassız olaraq nəzərə almamış, nəzərə almaq istəməmiş, iddiaçıya qarşı tam qərəzli, qeyri-obyektiv, ədalətsiz mövqe tutmuş, işin faktiki hallarını düzgün qiymətləndirməmiş, onlara düzgün hüquqi qiymət verməmişdir. Nərimanov rayon məhkəməsi işə baxıb qətnamə çıxaran zaman cavabdeh tərəfə xüsusi himayədarlıq etmiş, yalnız iddiaçı tərəfin maraqları nöqteyi-nəzərdən hərəkət etmiş, iddiaçı tərəf olaraq mənim hüquq və qanuni mənafelərimi demək olar ki, nəzərə almamış, almaq istəməmiş və bu barədə heç düşünməmişdir. İşə baxan məhkəmə bu cür hərəkət etməklə qanunvericiliyin tələblərini ciddi və kobud şəkildə pozmuş və nəticədə iddiaçı tərəf olaraq hüquqlarına və qanuni mənafeyinə cavab verməyən, hüquq və mənafelərinin ciddi və kobud şəkildə pozulması ilə nəticələnən xx.xx.2024-cü il tarixli qanunsuz və əsassız qətnaməni çıxarmışdır. Bu şəkildə çıxarılmış məhkəmə qətnaməsi isə heç vaxt qanuni və əsaslı ola bilməz və ona görə də ləğv edilməlidir Apellyasiya şikayətinin əvvəlində qeyd etdiyi kimi birinci instansiya məhkəməsi çıxarmış olduğu qətnamədə söylədiyi dəlillərin nəzərə alınmadan cavabdehin yalan sözlərinə əsaslanmaqla məsələni tam, hərtərəfli və obyektiv araşdırmadan işin sonlanmasına səbəb olan nəticəyə gəlmişdir. Bu isə yanlışlıqdır. Lakin Nərimanov rayon məhkəməsi bu faktın müəyyən olunması üçün də heç bir tədbir görməmişdir. Ona görə də məhkəmənin bununla bağlı gəldiyi nəticə səhv və yalnış nəticə olmaqla işin faktiki hallarına uyğun deyildir. Halbuki, həmin ərazidəki sözügedən ünvanlarda həm 33 saylı fərdi yaşayış evi, həmdə 34V saylı fərdi yaşayış evi ayrı-ayrılıqda mövcuddur və vardır. Eləcə də qətnamədə iddia tələbində adlarını qeyd etdiyi həmin ailənin üzvlərinin, həmdə qeyri-şəxslərin evindən çıxarılmalarını da qeyd etməli idi. Lakin məhkəmə bunu qətnamədə qeyd etməmişdir. Bu isə ədalətsizlikdir. Təkzib olunmaz faktdır ki, Cavabdeh1 bir neçə il bundan əvvəl ərə getdikdən sonra yaşadığı ünvandan çıxıb tamamilə şəhərin başqa hissəsinə köçmüş, bu ünvanda yaşamamış, özər evində yaşamışdır və həmin 34V ünvanındakı evdə məhz X25 tək yaşamışdır. Sözügedən ünvanlardakı evlər, yəni həm 34V-dəki ev, həyət, həmdə ki, 33 №-li ünvandakı evlər və həyətlər bir-birindən tam ayrı olmaqla hər birinin ayrıca girişləri və çıxışları vardır. Lakin cavabdeh tərəf məhkəməni və sağlam düşüncəli insanları aldatmaq məqsədi ilə 34V ünvanı kimi olan həyətin – evin küçə tərəfdən olan divarına sonradan "33" №- sinin göstəricisini vurmuşdur. Məhz sonradan Cavabdeh1 iddiaçıya bu evə rahat köçüb yaşamağını əngəlləmək üçün oraya müxtəlif şəxsləri vaxtaşırı gətirib yerləşdirməklə evə köçüb yaşamağına maneələr yaradır və digər şəxslər də buna yardımçı olurlar.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
20. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
21. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
22. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılması mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
23. 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
24. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
25. Azərbaycan Respublikasının tərafdar çıxdığı İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.
26. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir.
27. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
28. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
29. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
30. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
31. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
32. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
33. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
42. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etdiyindən qətnamə iddianın təmin edilməyən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1019/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
44. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
45. İş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X23, X5 və X1 qarşı İddiaçı qeydiyyatda olmaqla aldığı ünvan 1 ünvanında yerləşən iki otaqlı fərdi yaşayış evinə köçürülməsi, həmin yaşayış evindən istifadəsinə cavabdehlər X6, X25 və X8 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, gələcəkdə hər hansı bir maneələrin yaradılmasının cavabdehlərə qadağan olunması tələbinə dair iddiası rədd edilsə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4666/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(005)-541/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddianın təmin edilməsi, İddiaçı qeydiyyatda olduğu ünvan 14 ünvanında yerləşən iki otaqlı fərdi yaşayış evinə köçürülməsi, onun həmin yaşayış evindən istifadəsinə cavabdehlər X6, X25 və X8 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, gələcəkdə hər hansı bir maneələrin yaradılmasının cavabdehlərə qadağan edilməsi qət edilmişdir.
46. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2021-ci il tarixli qətnaməsini onunla əsaslandırmışdır ki, İddiaçı 27 dekabr 2019-cu il tarixində ünvan 14 ünvanına yaşayış yeri üzrə qeydiyyata düşmüşdür. Cavabdeh X25 mübahisəli yaşayış sahəsinə faktiki sahiblik etmişdir və məhz onun (yəni faktiki sahib Aqil Əliyevin) sayəsində və iradəsi ilə İddiaçı həmin yaşayış sahəsinə daimi yaşamaq məqsədilə yaşayış yeri üzrə qeydiyyata düşmüşdür. Məhkəmə hesab etmişdir ki, evin özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması, İddiaçı həmin evi qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun şəkildə əldə etməməsi onun həmin evə köçürülməsi və cavabdehlərin həmin evdən iddiaçının istifadəsinə maneəçilik törətməsinin qadağan edilməsi barədə iddiasının təmin edilməməsinə əsas vermir.
47. Həmin qətnamədən X25 onun mübahisələndirilən evi satmaq səlahiyyətinin olmamasına istinad edərək şikayət vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-499/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə qeyd edilən qətnamə qüvvədə saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən evin özbaşına tikili olduğu üçün cavabdehin ona sərəncam vermək səlahiyyətinin olub-olmaması mübahisə predmeti deyildir. Mübahisəli məsələ iddiaçının həmin evə yaşamaq hüququnun olmasıdır. Məhkəmə iddiaçının qeyd olunan evə köçüb yaşaması ilə qanuni mənafeyi olduğu, ona maneə olanların isə qadağan edilmiş özbaşınalıq etmələrini müəyyən etmişdir.
48. Hazırki iş üzrə qeyd etmək lazımdır ki, Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
49. Göründüyü kimi, İddiaçı qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən iki otaqlı fərdi yaşayış evinə köçürülməsi, onun həmin yaşayış evindən istifadəsinə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə öz qanuni qüvvəsini almışdır. Qeyd etmək zəruridir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi yalnız iddiaçının mənzildə yaşamaq hüququnu təsbit etmişdir.
50. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı sayıla və təmin oluna bilməz. Belə ki , hazırki iş üzrə İddiaçı mübahisələndirilən mənzildə yaşamaq hüququnun mövcudluğu Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 2(103)- 4666/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Göründüyü kimi, həmin qətnamə ilə iddiaçının mübahisələndirilən mənzilə sahiblik hüququ deyil, yalnız həmin mənzilə köçürülərək orada yaşamaq hüququ müəyyən edilmişdir. Lakin bu hüquq ona həmin mənzildə yaşamaq hüququ olan digər şəxslərin və ya onların yaxınlarının (qohumlarının) həmin mənzildən çıxarılmasını tələb etmək imkanı vermir. Belə ki, yaşamaq hüququ bötüvlükdə mənzilə qanuni əsaslarla sahiblik etmək hüququnu ehtiva etmir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırki iş üzrə iddiaçı tərəfindən mübahisəli tikili üzərində hüquqlarının dövlət reyestrində qeydə alınmasını təsdiq edən sübutlar təqdim edilməmişdir. Nəticə etibarilə iddiaçı sahibliyində olmayan əmlakdan cavabdehlərin çıxarılmasını tələb etməkdə müvafiq subyektiv hüquqa malik deyildir. Eyni zamanda mübahisələndirilən mənzilin 34 V və ya 33 ünvanı olması ilə bağlı kollegiya qeyd edir ki, tərəflərin eyni mənzilə iddia etmələri işin halları və icra hərəkətlərindən verilmiş şikayətə baxan məhkəmənin qanuni qüvvəyə minmiş qərardadı ilə təsbit edilmişdir.
51. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, baxılan işdə iddiaçının mübahisəli evə dair hazırkı tələbi (cavabdehlərin evdən çıxarılması, evin boşaldılması) o halda qorunmağa layiq mənafe hesab olunar ki, daşınmaz əmlakın ona məxsus olduğunu, yəni ona münasibətdə faktiki olaraq “mülkiyyətçi” kimi davrandığını sübuta yetirmiş olsun. Vindikasiya iddiası mülkiyyətçinin (digər qanuni sahibin) öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Vindikasiya iddiasının irəli sürülməsi üçün - iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır. Göstərilən şərtlər məcmu halda mövcud olmalıdır, əks halda iddia təmin oluna bilməz. Hazırki işin hallarından isə qeyd edilənlər məcmu halda müəyyən edilmir. Belə olan halda birinci instansiya məhkəməsinin iddiaçının cavabdehlər Cavabdeh1 və digər cavabdehlərin mənzildən çıxarılmasını və mənzilin boşaldılaraq ona təhvil verilməsi tələblərinin qanuni və faktiki əsasların mövcud olmaması ilə bağlı gəldiyi nəticə düzgün olmuşdur.
52. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hər bir halda mənzilə hüququ olan digər şəxslərlə birgə yaşamaq çətinlik yaradırsa, iddiaçı birgə yaşayış qaydalarının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququna malikdir.
53. Beləliklə, kollegiya hesab edir ki, hazırki iş üzrə iddiaçı sahibliyində olmayan əmlakdan cavabdehlərin çıxarılmasını tələb etməkdə müvafiq subyektiv hüquqa malik deyildir.
54. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1019/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.