Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3281/2021 15.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Cavabdeh və vəkili Vəkil iştirakları ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin Cavabdeh qarşı “borc və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzıə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 319/2020 saylı işi üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh oğluna qarşı “borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 21788,46 manat əsas borc, 3964,29 manat faiz borcu, 28464,58 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 3175,46 manat olmaqla, cəmi 57392,79 manat borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 4X ünvanında yerləşən ümumi sahəsi 202.9 m2, yaşayış sahəsi 57.4 m2 olan, 3 otaqdan ibarət 1 saylı mənzilə yönəldilərək açıq hərracdan satılması, satışından əldə olunan vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, mənzilə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzilin boşaldılması və ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı: "İddiaçı” ASC ilə Cavabdeh arasında 36 ay müddətinə, illik 25% olmaqla 60000 manat kreditin verilməsinə dair xx xxxxxx 2013-cü il tarixli, 1116-13 saylı kredit müqaviləsi (səh.15), 1116-13 saylı kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 65588883-cü kredit hesabı üzrə qrafik (səh.18), RX seriyalı, ******* saylı çıxarış əsasında cavabdehin mülkiyyətində olan və ipoteka müqaviləsi bağlanarkən bazar qiyməti 130000 manat məbləğində qiymətləndirilən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev.4X ünvanında yerləşən 1 saylı mənzilin ipoteka ilə yüklü edilməsi haqqında xx xxxxxx 2013-cü il tarixli, İPİ 1116-13 saylı ipoteka müqaviləsi (səh.19), Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev.4X ünvanında yerləşən mənzilin yüklü edilməsinə dair ******* saylı ƏMDK yanında DƏDRXnin çıxarışı (səh.25), Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev.4X ünvanında yerləşən mənzilin Cavabdeh adına rəsmiləşdirilməsinə dair ƏMDK yanında DƏDRX-nin ******* saylı çıxarışı (səh.26), 60000 manatın Cavabdeh tərəfindən alınmasına dair məxaric orderi (səh.27), 54247.59 manat məbləğində gecikmiş borcun ödənilməsi haqqında xx.xx.2019-cu il tarixli bildiriş (səh.32Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev.4X ünvanında yerləşən ümumi sahəsi 202.9 m2, yaşayış sahəsi 57.4 m2 olan, 3 otaqdan ibarət 1 saylı mənzilin bazar dəyəri 220000 manat məbləğində müəyyənləşdirilməsi haqqında ), "xxxx” MMC-nin qiymətləndirməyə dair hesabat rəyi (səh.82), Cavabdeh xx xxxxxx 2013-cü il tarixli, 1116-13 saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2016-cı il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) iddiaçı "İddiaçı" ASC-yə olan borcu əsas borc üzrə 21827,23 manat, faiz borcu üzrə 3958,06 manat, cəmi 25785,29 manat məbləğində müəyyən olunması haqqında Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il rəyi (səh.100), Cavabdeh xx xxxxxx 2013-cü il tarixli, 1116-13 saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2016-cı il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) iddiaçı "İddiaçı" ASC-yə olan borcu əsas borc üzrə 22415,34 manat, faiz borcu üzrə 4062,78 manat, cəmi 26478,12 manat məbləğində müəyyən olunması haqqında Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli rəyi (səh.149), Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev.4X ünvanında yerləşən ümumi sahəsi 202.9 m2, yaşayış sahəsi 57.4 m2 olan, 3 otaqdan ibarət 1 saylı mənzilin real bazar qiyməti 180000 manat təşkil etməsi barədə xx.xx.2020-ci il tarixli "xxxx” MMC-nin rəyi (səh.157) sübut qismində tədqiq edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 319/2020 saylı işi üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 21788,46 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 3964,29 manat faiz borcu,1000 manat məbləğində cərimə borcu, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 3175,46 manat, cəmi 29928,21 manat borc, ipoteka haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan "İddiaçı” ASC-nin xeyrinə ödənilməsi,tutmanın Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 202.9 m2 olan, 3 otaqdan ibarət 1 saylı mənzilə yönəldilərək, ilkin satış qiyməti 200000 manat müəyyən edilməklə mənzilin açıq hərracdan satılması və həmin mənzilin satışından əldə edilən vəsaitin ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, satışdan əldə edilən vəsait qətnamənin icrasına kifayət etmədikdə, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi,Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 202.9 m2 olan, 3 otaqdan ibarət 1 saylı mənzilə tutumanın yönəldildikdə və o satıldıqda Cavabdeh tərəfindən 1 ay müddətində boşaldılması,iddianın tələbi qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış 270 manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi,Cavabdeh iş üzrə aparılmış 300 manat mütəxəssis xərci tutularaq “xxxx” Prime MMC-nin və 300 manat mütəxəssis xərci tutlaraq “xxxx” MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İddaiçı qətnamədən apellyasiya şikayəti verərək, qətnaməinin tamamilə ləğv edilib şikayət verilən hissələrdə iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 97.1, 102.2, 103.1, 385.1.1, 385.1.2, 385.1.4, 390-ci maddələrinə istinadən qeyd edilmişdir ki, qətnamə əmlakın ilkin satış qiymətinin 200000 manat müəyyən edilməsi və cərimənin azaldılması hissəsində əsassız olduğuna görə aşağıdakı əsaslara görə ləğv edilib yeni qətnamə qəbul edilməldiir. Hazırkı bazar iqtisadiyyatı şəraitini nəzərə almadan əmlakın dəyərini çox müəyyən etmişdiripoteka qoyulmuş əmlakın hazırkı bazar dəyəri hərracda satılması üçün qətnamə üzrə müəyyənləşdirilmiş ilkin satış qiymətindən dəfələrlə çoxdur və qətnamə üzrə müəyyən edilmiş qiymət həmin əmlakın real dəyərini əks etdirmir. İş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmalıdır. Dəbbə pulunun 1000 manat müəyyən edilməsi 28464,58 manat məbləğində dəbbə borcu ilə müqayisədə tənasübsüz surətdə azdır və kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmamışdır. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən - faiz və cərimə borcunun tutulması hissəsində ləğv edilməsi və iddianın həmin hissədə tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.Şikayətdə Mülki Prosesual Məcəllənin 220.4, 360, 385, 386; İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 33, 34, 39.3 və 39.3.3; Mülki Məcəllənin 448.1, 467, 443.1, 443.2, 443.4, 445.7, 739.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, işin faktiki halları ilə müəyyən edilir ki, İpoteka müqaviləsində Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal- 2 küçəsi, 4X saylı ünvanda yerləşən evin ümumi sahəsi 202.9 kv.m olan 1 saylı mənzilin dəyəri 130000 manat göstərilmişdir. Əslində isə, həmin mənzilin hazırda real bazar dəyəri, 1 kv.m-i 1.500 manatdan olmaqla, təqribən 300.000 manat təşkil edir. Belə ki, işdən göründüyü kimi, həmin mənzilin sahəsi 202.9 kv.m təşkil edir və həmin mənzil paytaxtın mərkəzi hissəsində, Yasamal rayonu ərazisində yerləşməklə, yeni tikili, yəni “novostroyka”dır və tam təmirlidir. Bəllidir ki, paytaxtın həmin ərazisində yerləşən yeni tikilidə (novostroykada), yaşayış sahəsinin təmirindən asılı olaraq 1 kvadratı 1400-1500 manat arasında dəyişir. İşdən göründüyü kimi, həmin mənzil real dəyərindən dəfələrlə, yəni ən azı 3 dəfə ucuz qiymətə sənədləşdirilmişdir. İpoteka müqaviləsi bağlanarkən hələ ipoteka predmetinə tutma yönəldilib- yönəldilməyəcəyi bəlli olmadığından tərəflər onun ilkin satış qiymətini müəyyənləşdirməyiblər, onlar ipoteka predmetinin qiymətini müəyyənləşdiriblər.“Qiymət” anlayışı ilə “ilkin satış qiyməti” anlayışı eyniləşdirilməli deyil, ilkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. O cümlədən nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddətdə ipoteka predmetinin dəyərinin dəyişməsi mümkündür. Bu səbəbdən ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər.Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət razılaşdırılmış ilkin satış qiyməti hesab edilə bilməz. Hazırkı işdə tərəflər ipoteka predmetinin ilkin satış qiyməti barədə razılıq əldə etmədiyindən həmin qiymət müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Bundan başqa, birinci instansiya məhkəməsi işin tam, işin tam, hərtərəfli və obyektiv araşdırılması mədsədilə mübahisə predmeti olan mənzilin real bazar dəyərinin müəyyən edilməsi üçün iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatətimizi də təmin etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, xx.xx.2020-ci il tarixli 30849 saylı rəy verilmişdir.iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının 21.01 2020-ci il tarixli rəyi ilə əsas borca hesablanmış faiz borcu düzgün hesablanmamış, şişirdilmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi hazırkı mübahisəyə iddia müddəti tətbiq etməli olduğu halda, bunu etməmişdir. Belə ki, əvvəla qeyd edək ki, İddiaçı ASC ilə Cavabdeh arasında Kredit müqaviləsi xx.xx.2013-cü il tarixdə bağlanmış və həmin müqavilə üzrə sonuncu ödənişlər xx.xx.2016-cı il tarixdə edilmişdir. Hazırkı iş üzrə iddia ərizəsi isə xx.xx.2019-cu il tarixdə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı borc və dəymiş ziyanın ödənilməsi (pul) tələbinə dair qanunla müəyyən edilmiş üç illik iddia müddətini 6 ay 2 gün ötürmüşdür. Beləliklə, müəyyən edilir ki, hətta həmin iddia əsaslı olsa belə, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, mübahisə predmetinin ev olduğunu, lakin yol qırağında yerləşdiyindən obyekt kimi istifadə edildiyini, həmin obyekt üzərində 3 il müddətində təmir işləri aparıldığını, obyektin həm təmirdən əvvəl, həm də təmirdən sonra eyni qiymətdə qalmasının qeyri-mümkün olduğunu, qiymətin dəqiqləşdirilməsini və yenidən ekspertiza keçirilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, borc faizi və ipoteka predmetinin ilkin satış qiyməti ilə razı olmadıqlarını bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 36.1, 36.3, 47.4, 59.3.1, 59.4; Mülki Məcəllənin 269-270, 309.1, 319.1, 324.4, 324.5, 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 467, 550-554, 556, 560,739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit (ipoteka) müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətlərinin bir-birini istisna edən dəlilləri sübuta yetirilmədiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, MPMnin 119-cu maddəsinə əsasən apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları isə onları ödəyən şəxslərə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC və Cavabdeh apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 319/2020 saylı işi üzrə xx xxxxxxx 2020-ci il tarixli tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3281/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3281/2021
15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver