Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3284/2023 26.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “iddiaçının yetkinlik yaşına çatmamış övladları ilə birlikdə mübahisəli yaşayış sahəsinə köçürülməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 yanvar 2023-cü il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı keçmiş əri Cavabdeh2 və keçmiş qayınatası Cavabdeh1 qarşı iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək onun və yetkinlik yaşına çatmamış 3 övladının mübahisəli yaşayış sahəsinə, yəni keçmiş qayınatasına məxsus olan və Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyiev-62 küçəsində yerləşən 101 “C” saylı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçının həmin qətnamədən verdiyi apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən apellyasiya qaydasında baxılan zaman Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil1 vəsatətlə Məhkəməyə müraciət edərək, hazırki 2(103)-3284/2023 saylı mülki iş ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan 2(103)-2788/2023 saylı mülki işlə bir icraatda birləşdirilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə cavabdehlərdən biri olan Cavabdeh1 mübahisəli evin mülkiyyətçisidir. Onun övladı, hazırki iş üzrə digər Cavabdeh2 ilə hazırki iş üzrə iddiaçı arasındakı nikah məhkəmə qaydasında pozulmuş və iddiaçı mənzili tərk etmişdir. Bundan sonra Cavabdeh1 iddiaçıya qarşı “əmlakın evdən çıxarılması tələbi barədə” iddia ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 iddiasının təmin edilməsi qət edilmişdir. Hazırki iş üzrə iddiaçı (həmin iş üzrə cavabdeh) qeyd edilən qətnamədən apellyasiya şikayəti vermiş və iş hazırda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatındadır (sədrlik edən hakim: İkram Şirinov; işin №-si 2(103)-2788/2023). O və təmsil etdiyi Cavabdeh1 hesab edirlər ki, hər iki iş bir-biri ilə sıx əlaqəli olduğu üçün bir icraatda birləşdirilməlidir. Məhkəmə vəsatətin dəlillərini, iş materiallarını və “Elektron Məhkəmə” İnformasiya Sistemində olan məlumatları nəzərə alaraq hesab edir ki, hazırki mülki iş ilə vəsatətdə qeyd edilən mülki iş baxılması üçün bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə görə, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-nin 169 və 402-ci maddələrinin tələlərini nəzərə alan Məhkəmə QƏRARA ALDİ: Hazırki 2(103)-3284/2023 №-li mülki iş 2(103)-2788/2023 №-li mülki işə birləşdirilsin və işlərə bir icraatda baxılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3284/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3284/2023
26.05.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver