Məhkəmə qərarları › İş №2(103)-3284/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3284/2025

21.05.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3284/2025 21.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Xanlar oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-376/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MTK Cavabdeh qarşı “kompensasiya ödənilməklə mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçı "xxxx" MTK-nın icarə müqaviləsi əsasında mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin boşaldılıb, iddiaçıya təhvil verilərək sökülməsi, əvəzində İddiaçı tərəfindən həmin yaşayış sahəsinin dəyərində kompensasiya ödənilməsi və ya yaşayış sahəsindən 20 faiz böyük ölçüdə əlavə sahənin verilməsi, cavabdehin mənzildən çıxarılması ilə bağlı tikinti başa çatıdırılıb mənzil cavabdehə təhvil verilənə qədər onun yaşaması üçün aylıq kirayə pulunun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-376/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadı ilə İddiaçı MTK-nın Cavabdeh qarşı “kompensasiya ödənilməklə mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə əmlakın qiymətləndirilməsi ekspertizasının təyin edilməsi qərara alınmışdır. Hazırda Cavabdeh xx.xx.2025-ci il tarixli şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-376/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının icraatın dayandırılması hissəsində ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2025-ci ildə məhkəməyə vəsatət verərək Azərbaycan Respublikası məhkəmə kollegiya yenidən işə baxarkən müəyyən etmişdir ki, kollegiyanın qənaəti doğru deyilşş bununla yanaşı MPM in 264.1.4-cü maddəsini əsas tutaraq işin icraatının dayandırılmasını xahiş etmişdir. Bunu isə onunla əsaslandırmışdır ki, BŞİH tərəfindən xx.xx.2021 ci il tarixli 77 saylı Sərəncamı ilə hazırkı mənzilinə dair mülkiyyət hüququ pozulması səbəbindən o, həmin sərəncamın sonradan isə Nərimanov rayon İH-nin sərəncamının ləğv edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir və həmin inzibati iş hazırda inzibati məhkəmənin icraatında baxılmaqda davam edir. Çünki mənzilinin sökülməsi məhz həmin sərəncamla həyata keçirilir. İnzibati işə baxılmamış hazırkı işi araşdırmaq mümkün deyil. Məhkəmə isə onun həmin vəsatətini müzakirə edib hazırkı işin icraatını dayandırmaq əvəzinə işi digər bir əsasla dayandırmışdır. Halbuki, hazırkı mübahisəli mənzil ilə bağlı bir dəfə artıq qiymətləndirmə ekspertizası keçirilmiş və bu barədə rəy də verilmişdir. Bundan əlavə hazırkı iş üzrə tərəflərin iştirakı olmadan belə bir qərardad qəbul edib. Halbuki qanuna görə həm iddiaçı, həm də cavabdeh üzürsüz olaraq məhkəmə prosesinə gəlmədikdə məhkəmə işi baxılmamış saxlamalı idi. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-376/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 254.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır: 255.0.5-ci maddəsinə görə məhkəmə tərəfindən ekspertiza təyin olunduqda iş üzrə icraat dayandırıla bilər. 256.0-cı maddəsinə əsasən iş üzrə icraat aşağıdakı müddətdə dayandırılır: 256.0.3. bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər; 258.1-ci maddəsinə əsasən iş üzrə icraatın dayandırılması və onun təzələnməsi barədə məhkəmə qərardad çıxarır. 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, birinci instansiya məhkəməsi əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə ekspertizası təyin etmiş və ekspertizasının aparılmasını "xxxx" MMC-yə həvalə edilmişdir. Həmin qərardadda ekspertizanın keçirilməsi və rəyin verilməsi üçün 1 ay müddət müəyyən edilmiş, ekspert rəyi təqdim edilənədək mülki iş üzrə icraat dayandırılmışdır. Qeyd edilənlərdən də göründüyü kimi, məhkəmə kollegiyası hesab edir ki, hazırda iş üzrə qiymətləndirmə ekspertizasının təyin edilməsi səbəbindən iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Cavabdehin şikayətinin dəlilləri isə mülki işin mahiyyəti ilə əlaqədardır. Birinci instansiya məhkəməsi haqlı olaraq MPM-in 255-ci maddəsi ilə icraatı dayandırmaq hüququndan istifadə edərək, qanunvericiliklə müəyyən edilmiş prosessual müddətin əsassız axımının qarşısını almaq üçün iş üzrə icraatı ekspertin rəyi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdim edilənədək dayandırmışdır. Şikayətin dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə ekspertiza təyin edilməsi zamanı iş üzrə icraatın dayandırılması qanunvericiliyin tələblərinə uyğun olmaqla işin baxılma müddətinin dayandırılmasına xidmət edir və bu da alınacaq rəylə bağlı hər hansı araşdırmalı məsələ qalarsa araşdırılmanın davam etdirilməsi üçün prosessual baxımından işin baxılma müddətinin məhdudlaşmamasını təmin edir. Eyni zamanda, hazırki iş üzrə qiymətləndirməni keçirən qurum özəl bir qurum olması bu barədə rəyin düzgün verillməyəcəyinə əsas ola bilməz. O cümlədən sübut növlərindən biri olmaqla məhkəmə tərəfindən qiymətləndiriləcək. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-376/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-398-ci, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-376/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar