Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3288/2025 21.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3463/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair Cavabdeh tərəfindən verilmiş ərizə üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3463/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən Cavabdeh çıxarılması və mənzilin tam boşaldılması, dövlət rüsumu üçün ödənilmiş 100 manat, vəkilə hüquqi yardım göstərilməsi üçün ödənilmiş 320 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3463/2024 saylı, xx.xx.2024- cü il tarixli qətnaməsi ilə ilk iddia təmin edilərək, Cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmasıvə həmin mənzilin boşaldılmas, Cavabdeh vəkilə göstərdiyi hüquqi yardıma görə ödənilmiş 320 manat və 100 manat dövlət rüsumu olmaqla, cəmi 420 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə ödənilməsi, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı “müəyyən müddətə istifadə hüququnun saxlanması” tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi tam ləğv edilməklə ilkin iddia tələbinin rədd edilməsinə və qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 tərəfindən Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən apellyasiya şikayətinin ona geri qaytarılması qərara alınmışdır. Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 məhkəməyə elektron kabinet vasitəsi ilə xx.xx.2025-ci il tarixdə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün 1 aylıq müddətin Cavabdeh tərəfindən buraxılmasının səbəbi üzrlü hesab edilərək, buraxılmış prosessual müddəti bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin icraatında olan İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və tam boşaldılma tələbinə dair” və Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququn tanınması tələbinə dair” mülki iş üzrə cavabdeh olan (və qarşılıqlı iddia üzrə iddiaçı olan) Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatı olmadığından məhkəmə aktını poçt vasitəsi ilə gec almışdır və bu səbəbdən qərardan şikayət verilməsi ilə müəyyən edilmiş 1 (bir) aylıq prosessual müddət buraxılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3463/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2025-ci il tarixli şikayətlə məhkəməyə müraciət edərək, Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, mülki iş üzrə cavabdeh olan (və qarşılıqlı iddia üzrə id diaçı olan) Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatı olmadığından məhkəmə aktını poçt vasitəsi xx.xx.2025-ci il tarixdə almışdır. Bundan sonra, o, apellyasiya şikayətini tərtib etmək və hüquqlarını apellyasiya instansiyası məhkəməsində təmsil etmək üçün vəkillə müqaviləni xx.xx.2025-ci il tarixdə bağlamışdır. Göstərilən hal mülki işdə olan vəkil orderi ilə təsdiq edilir. Məhkəmə formal əsaslarla cavabdeh tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizəsinin təmin olunmaması, apellyasiya şikayətinin mümkün sayılmaması və onun qəbulundan imtina olunması barədə xx.xx.2025-ci il tarixli, e-2(005)- 3463/2024 saylı qərardad qəbul edərkən Cavabdeh məhkəmə müdafiəsi hüququnun məhdudlaşdırımışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. İddiaçı tərəfindən məhkəməyə ərizə daxil olaraq, şikayətin təmin edilməməsi və qərardadın qüvvədə saxlanılması xahiş edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 360.1-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 135.6-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Belə ki, mülki işin materiallarından görünür ki, məhkəmənin xx.xx.2024-cü il tarixli, e2(005)-3463/2024 nömrəli qətnaməsi Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. Lakin həmin qətnamədən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 tərəfindən şikayət məhkəməyə EMİS vasitəsilə xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə Nərimanov Rayon Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi, sözügedən qətnamədən cavabdehin şikayət verməsi üçün prosessual qanunvericilik baxımından son gün xx.xx.2025-ci il tarixi olmuşdur. Belə ki, cavabdehin nümayəndəsi qətnamədən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddəti 9 gün ötürmüş, həmçinin müddətin üzrlü səbəbdən ötürülməsi və bərpa edilməsi ilə bağlı ərizə təqdim edilməmişdir. Daha sonra Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2(005)-3463/2024 nömrəli qətnaməsindən yenidən apellyasiya şikayəti verilmiş və həmçinin müddətin üzrlü səbəbdən ötürülüməsi və bərpa edilməsi ilə bağlı ərizə əlavə etmişdir. Ərizədə müddətin ötürülməsi ilə bağlı üzrlü səbəb kimi də qətnamənin cavabdehə gec çatması göstərilmişdir. Həmçinin cavabdehin həmin müddət ərzində səhhətində problemlər olduğunu bildirsə də, həmin halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. MPM-ə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, ...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən aydın olur ki, yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh müddətin ötürülməsinə dair hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı tutarlı sübut təqdim etməmişdir. Halbuki qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin müddətin bərpasından imtina ilə bağlı gəldiyi nəticə tam qanuni və işin hallarına uyğundur. Ümumiyyətlə kollegiya qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, qanun məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmişdir, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3463/2024 saylı xx.xx.2025ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(103)-3288/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3288/2025
21.05.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver