Məhkəmə qərarları › İş №2(103)-329/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-329/2020

07.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-329/2020 07.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Vüqar Təvəkgül oğlu Həsənovun sədrliyi və məruzəsilə, Şərafət Asif qızı Məmmədovadan və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Şamxal Mehdi oğlu Ariflinin katibliyi ilə İlkin iddia tələbi üzrə İddiaçı Cavabdehə qarşı "müqavilə öhdəliklərinə uyğun olaraq lizinq obyektinin iddiaçının istifadəsinə verilməsi və müqaviləyə görə əsassız olaraq artıq hesablanmış pul məbləğinin silinməsi tələbi"nə dair, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdehin cavabdeh İddiaçı qarşı "lizinq müqaviləsi üzrə yaranmış borcun tutulması və s. tələbinə" dair ilkin və qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-41/19 saylı, 07 mart 2019-cu il tarixli qətnaməsindən cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasinda baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehə qarşı "müqavilə öhdəliklərinə uyğun olaraq lizinq obyektinin iddiaçının istifadəsinə verilməsi və müqaviləyə görə əsassız olaraq artıq hesablanmış pul məbləğinin silinməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə arasında bağlanmış xx xxx 2014-cü il M 0011 saylı lizinq müqaviləsinə uyğun olaraq, lizinq obyekti olan ** PV *** qeydiyyat nişanlı “X1 Prado” markalı minik avtomobilinin onun istifadəsinə verilməsi və müqaviləyə görə əsassız olaraq, artıq pul məbləğinin silinməsi vəzifəsinin Cavabdeh MMC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə arasında 14 may 2014cü il tarixli 1404/0011 saylı lizinq müqaviləsi bağlanmışdır və MMC-yə məxsus ** PV *** dövlət qeydiyyat nişanlı “X1” markalı minik avtomobilinin alınması üçün ona 18486 manat pul vəsaiti ayrılmışdır. Həmin vəsaiti ödəniş cədvəlinə uyğun olaraq 2014-cü ilin iyun ayından ödəməyə başlamışdı. Hətta elə aylar olmuşdur ki, ödəniş cəvdəlində aylıq məbləğdən də artıq məbləğ ödəmişdir. Lakin son vaxtlar maddi vəziyyətində baş verən əhəmiyyətli dəyişdiklərdən sonra ödəmələrdə gecikmələr yaranmışdır. Belə olduğu halda MMC tərəfindən ona xəbərdarlıq məktubları göndərmiş və 16.650 manat mbləğində əsas və ona hesablanmış faiz borcunun ödənilməsi tələb edilmişdir. Eyni zamanda avtomobilə görə verilmiş etibarnamə uzadılmadı və avtomobil ondan geri alınaraq duracağa yerləşdirildi, sonra müdiriyyətin də qəbulunda oldu və ödəmələrdə yaranmış gecikmənin maddi vəziyyətiylə bağlı olduğunu, ona vaxt verilməsini və ödəmələrə başlayacağını bildirmişdi. Eyni zamanda bildirmişdi ki, ondan tələb olunan qalıq məbləğlə razı deyil, çünki o, kifayət qədər məbləğdə pul ödəmiş, geriyə qalan borcun isə tələb olunan həddə deyildir. Lakin buna heç bir əhəmiyyət verilmədi və ona 04 fevral və xx xxxxxx 2017-ci il tarixlərdə xəbərdarlıq məktubları göndərilərək müqaviləyə xitam veriləcəyi və 16.650 manat hesablanmış faiz borcunun ödənilməsi tələb olunurdu. Qeyd etmək istərdi ki, ödəniş qəbzlərindən də görünür ki, həmin avtomobilə MMC-yə cəmi 22150 manat məbləğində pul ödəmişdir. Cavabdehin tələb etdiyi 16650 manat pul məbləğinin isə necə hesablandığı anlaşılan deyil. Hazırda lizinq obyekti olan ** PV *** dövlət qeydiyyat nişanlı “X1 Prado” markalı avtomobilə görə müqaviləyə əsasən ödənilməli olan ümumi məbləğin 1/3 tərəfindən ödənildiyi halda, avtomobil ondan alaraq başqa şəxslərin istifadəsinə vermişlər. Beləliklə, ona tamamilə aydın oldu ki, həmin lizinq şirkəti olan Cavabdeh MMCnin məqsədi onun etibarından sui-istifadə etməklə, ondan əsassız olaraq, əlavə ödənişlər almaq və bununla da, əsassız varlanmağa nail olmaqdır. Müqavilə ilə bağlı arasında olan mübahisə və anlaşılmazlığın həll edilməsi məqsədilə cavabdehə müraciət ünvanlamışdı, lakin müraciətinə cavab verilmədiyindən müqavilənin 17-ci bəndinə əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Proses gedişatında iddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən tələbinə dəqiqləşdirmə verərək, Cavabdeh MMC ilə iddiaçı arasında bağlanmış 14 may 2014-cü il tarixli 1404/0011 saylı lizinq müqaviləsinə uyğun olaraq, lizinq obyekti olan ** PV *** dövlət qeydiyyat nişanlı “X1 Prado” markalı minik avtomobilinin iddiaçının istifadəsinə verilməsi və müqaviləyə görə əsassız olaraq, artıq hesablanmış pul məbləğinin silinməsi vəzifəsinin MMC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Habelə, məhkəmə gedişatında Cavabdeh MMC İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, ilkin iddianın rədd edilməsi, Cavabdeh MMC-nin xeyrinə cavabdeh İddiaçı 9.400 manat vaxtı keçmiş əsas borc, 2.850 manat vaxtı keçmiş faiz borcu, 18630 manat cərimə borcu, cəmi 30.880 manat pul vəsaitinin alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxx 2014-cü il tarixdə İddiaçı ilə Cavabdeh MMC arasında 1404/0011 saylı lizinq müqaviləsi bağlanmış və Cavabdeh MMC-yə məxsus “Toyota” markalı, “X2” modelli, **-PV-*** qeydiyyat nişanlı avtomobilin alınması üçün 28.440 manat yox, 18.486 manat lizinq məbləği ayrılmışdır. Bu müqavilə əsasında sözügedən avtomobil lizinq alanın istifadəsinə verilmiş, lizinq alan isə 36 ay müddətinə aylıq 706 manat lizinq ödənişi ödəməyə öhdəliyinə götürmüşdür (hər ayın 14də). İddiaçı xx.xx.2015-cı ildən başlayıb gecikməyə və birdə 4 ay sonra, yəni xx.xx.2015ci il tarixdə 1000 manat ödəniş edib və gecikmələrlə sonuncu ödəniş tarixi xx.xx.2016-cı ildə 2000 manat olub. Dəfələrlə zəng vurulub, ancaq telefon zənglərinə cavab verməyib. Cavab verəndə də “10 günə ödəyəcəm vaxt verin” deyə hər dəfə 1 həftə, 10 gün vaxt istəyib, beləliklə də xx.xx.2016-cı ildə telefon danışıqlarında dekabrın 3-kimi ödəniş edəcəyini dedi. Dekabr ayının 3-dən sonra da dəfələrlə zənglər olunmuş və həmişəki kimi telefon zənglərinə cavab verməyib, xx.xx.2016-cı telefon zənginə cavab verdi. xx.xx.2017ci il tarixdə DYP-nə müracət olunub və lizinq obyekti saxlanılaraq, mülkiyyətçiyə verildi. O vaxtdan bu günə kimi ödəniş olunmayıb. Məmmədov Maqsudun 9.400 manat vaxtı keçmiş əsas borc, 2.850 manat vaxtı keçmiş faiz borcu, 18630 manat cərimə borcu, cəmi 30.880 manat borcu vardır. Qarşılıqlı iddia üzrə iddiaçı qeyd etmək istəyir ki, cavabdeh son ödənişini xx xxxxxx 2016-cı il tarixdə 2000 manat etmişdir və bu günə qədər ödəniş olunmayıb. Bu barədə iddiaçıya dəfələrlə şifahi və yazılı xəbərdar edilib. Son xəbərdarlığı şəxsən özünə xx.xx.2017-ci il tarixdə verilmişdir. Cavabdeh bu hərəkətləri ilə iddiaçıya xeyli miqdarda maddi ziyan vurmuşdur. Belə olan halda, iddiaçıya qarşı qaldırılmış iddia, özünə məxsus olmayan avtomobilin üzərinə iddianın təmin etmə tədbiri kimi həbs qoyulması barədə verilməsi bir absurddur və beləliklə də iddiaçının, konstitusion hüququ kobudcasına pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İddiaçı “avtomobilin iddiaçıya qaytarılması və s. tələbinə” dair iddia ərizəsi əsassız olduğundan rədd olunmalı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı qarşı 9400 manat vaxtı keçmiş əsas borc, 2.850 manat vaxtı keçmiş faiz borcu, 18.630 manat cərimə borcu, cəmi 30.880 manat pul tələbi məhkəmə tərəfindən təmin olunmalıdır. Proses gedişatında iddiaçı tələbinə dəqiqləşdirmə verərək, ilkin iddia tələbinin rədd edilməsi; Cavabdeh MMC-nin mülkiyyətində olan “Toyota” markalı, “X2” modelli, **-PV-*** qeydiyyat nömrəli avtomaşını Cavabdeh MMC-nin cərimə meydançasından götürülərək, Cavabdeh MMC-nin mülkiyyətinə qaytarılması; İddiaçı Cavabdeh MMC-nin xeyrinə 9400 manat vaxtı keçmiş əsas borc, 2.850 manat vaxtı keçmiş faiz borcu, 18.630 manat cərimə borcu, cəmi 30.880 manat borcu, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-41/19 saylı, 07 mart 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, Cavabdeh MMC ilə iddiaçı arasında bağlanmış xx xxx 2014-cü il tarixli 1404/0011 saylı lizinq müqaviləsinə uyğun olaraq, lizinq obyekti olan ** PV *** dövlət qeydiyyat nişanlı “X1 Prado” markalı avtomobilin İddiaçı istifadəsinə verilməsi, müqaviləyə görə əsassız olaraq, hesablanmış pul məbləğinin silinməsi vəzifəsinin Cavabdeh MMC-yə həvalə edilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun özünə aid edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, xx xxx 2014-cü il tarixli 1404/0011 saylı İizinq müqaviləsi üzrə cəmi 5990,60 manat (beş min doqquz yüz doxsan manat 60 qəpik) məbləğində pulun cavabdeh İddiaçı tutularaq, iddiaçı Cavabdeh MMC-yə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh MMC apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birincisi, iddiaçı öz iddia ərizəsində göstərir ki, xx xxx 2014-cü il tarixli 1404/0011 saylı lizinq müqaviləsinin ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəniş etmişdir və bundan sonra iddiaçı özü də etiraf edir ki, son müddət, yəni xx.xx.2015-ci il tarixdən başlayaraq ödənişləri gecikdirməyə başlayıb və son ödəniş xx.xx.2016-cı il tarixdə 2000 (iki min) manat olmuşdur. Bu günə kimi heç bir ödəniş olunmamışdır və hörmətli məhkəmə də öz qətnaməsində iddiaçı tərəfindən ödənilməli məbləğin 1/3 ödənilməsini qeyd etmişdir. Halbuki, müqavilənin bitmə tarixinə, yəni xx.xx.2017-ci il tarixə öhdəlik tam olaraq yerinə yetirilməli idi. İkincisi, məhkəmə tərəfindən təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının 22614 saylı xx.xx.2018ci il tarixli rəyindən də görünür ki, İddiaçı “Cavabdeh" MMC-nə 5.990,60 manat borcu təşkil edir və ekspert dəbbə pulu ilə bağlı öz rəyində münasibət bildirməmişdir. Lakin “xxxx” MMC bu rəylə razılaşmayıb məhkəmə iclasında təkrar ekspertizanın keçirilməsi ilə bağlı vəsatət versə də, vəsatət təmin olunmamışdır və qətnamə qəbul edilmişdir. Bundan başqa, iddiaçı ödəniş cədvəli üzrə ödənilməli məbləğdən kifayət qədər artıq məbləğin ödənilməsini iddia edir. Lakin iş materiallarına əlavə olunmuş və ekspertizaya göndərilmiş ödəniş qəbzlərindən də görünür ki, əgər İddiaçı vaxtı-vaxtında ödəniş eləsə belə, əsas borc üzrə 18.486 manat, faiz borcu üzrə 6.929,53 manat, cəmi 25.795 manat ödəməlidir. İddiaçı tərəfindən təqdim olunmuş qəbzlərin cəmi isə 18420 (on səkkiz min dörd yüz iyirmi) manat təşkil edir. Belə olan halda, əgər ödəniş vaxtında olsaydı, riyazi usulla hesablasaq belə İddiaçı cədvəl üzrə ödənilməmiş 7375 (yeddi min üç yüz yetmiş beş) manat borcu təşkil edir. Lakin Cavabdeh MMC tərəfindən təqdim olunmuş hesabdan çıxarışdan da görünür ki və əsas məqam ondan ibarətdir ki, İddiaçı vaxtı-vaxtında, yəni cədvələ uyğun ödəniş etməmişdir. Belə olan halda ekspert rəyində 5990,60 manat borcun göstərməsi şübhə yaradır. İş materiallarından da görünür ki, İddiaçı lizinq ödənişini nəinki ardıcıl olaraq iki dəfədən artıq, hətta mütəmadı olaraq gecikdirmişdir. Bu faktlar da Cavabdeh MMC-nin iddiasının təmin olunmasına əsas verir, İddiaçı iddia ərizəsində göstərilənlərin düzgünlüyünə isə şübhə yaradır. Hörmətli məhkəmənin istinad etdiyi Mülki Məcəllənin 748-2.5. maddəsi, yəni maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçməsi, öz əksini tapmır. Belə ki, məhkəmə İddiaçı "Cavabdeh,, MMC-nə 5990,60 manat borcun olması barədə qətnamə çıxarmışdır, həmin maddədə isə bütün lizinq ödənişlərinin verilməsi nəzərdə tutulub. Əgər borcu varsa, deməli lizinq öhdəliyi yerinə yetirilməyib. Bu fakt özü də ziddiyət yaradır. Yasamal Rayon Məhkəməsinin 2(004)-41/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edirlər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-41/19 saylı, 07 mart 2019-cu il tarixli qətnaməsi ilk iddia üzrə cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx xxx 2014-cü il tarixli Lizinq müqaviləsinə əsasən Cavabdeh MMC “Toyota” markalı, “X2” modelli, **-PV- *** qeydiyyat nişanlı avtomobili öz mülkiyyətinə əldə edərək, onu İddiaçı müvəqqəti istifadəsinə vermiş, lizinq alan isə bunun müqabilində 18486 manat məbləğində pulu illik 22 % olmaqla, 36 ay müddətində Lizinq verənə ödəməyi öz öhdəsinə götürmüşdür. Hazırda lizinq obyekti olan avtomobil lizinq verən tərəfindən lizinq alandan alınmışdır. Belə ki, Cavabdeh MMC iddia edir ki, nəticə etibarilə, İddiaçı MMC-yə 9.400 manat vaxtı keçmiş əsas borc, 2.850 manat vaxtı keçmiş faiz borcu, 18630 manat cərimə borcu olmaqla, cəmi 30.880 manat borcu yaranmışdır. Məhkəmə tərəfindən təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının 22614 saylı, xx xxxxxx 2018-ci il tarixli rəyindən görünür ki, xx xxx 2014-cü il tarixli Lizinq müqaviləsinin şərtləri nəzərə alınaraq, İddiaçı xx xxx 2017-ci il tarixədək Cavabdeh MMCyə olan borcu 5990,60 manat təşkil edir. Mülki Məcəllənin 747-ci maddəsində lizinq müqaviləsinə anlayış verilmişdir: Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur. Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etməsi əsasları təsbit edilmişdir: 1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Həmin Məcəllənin 748-2.5-ci maddəsinə əsasən maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. Birinciinstansiyaməhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış xx xxx 2014-cü il tarixli Lizinq müqaviləsinə əsasən Cavabdeh MMC “Toyota” markalı, “X2” modelli, **-PV-*** qeydiyyat nişanlı avtomobili öz mülkiyyətinə əldə edərək, onu İddiaçı müvəqqəti istifadəsinə vermiş, lizinq alan isə bunun müqabilində 18486 manat məbləğində pulu illik 22 % olmaqla, 36 ay müddətində Lizinq verənə ödəməyi öz öhdəsinə götürmüşdür. Hazırda lizinq obyekti olan avtomobil lizinq verən tərəfindən lizinq alandan alınmışdır. Belə ki, Cavabdeh MMC iddia edir ki, nəticə etibarilə, İddiaçı MMC-yə 9.400 manat vaxtı keçmiş əsas borc, 2.850 manat vaxtı keçmiş faiz borcu, 18630 manat cərimə borcu olmaqla, cəmi 30.880 manat borcu yaranmışdır. Məhkəmə tərəfindən təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının 22614 saylı, xx xxxxxx 2018-ci il tarixli rəyindən görünür ki, xx xxx 2014-cü il tarixli Lizinq müqaviləsinin şərtləri nəzərə alınaraq, İddiaçı xx xxx 2017ci il tarixədək Cavabdeh MMC-yə olan borcu 5990,60 manat təşkil edir. Bu baxımdan birinci instansiya məhkəməsi ilk iddianın təmin, qarşılıqlı iddianın qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh MMC tutulan məbləği mübahisələndirmiş və ekspert rəyi ilə razılaşmadığını, ekspert rəyinin düzgün olmadığını, dəbbə pulunu hesablamadığını göstərmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 22034 saylı rəyinə əsasən 03 oktyabr2012-ci il tarixli 12/486 saylı müqavilə üzrə İddiaçı xx xxx 2017-ci il tarixədək (sualda göstərilən tarixə) Cavabdeh MMC-yə olan borcu 5990,60 manat məbləğində müəyyən edilir. O cümlədən 25415,60- 6929,60-12495,40=5990,60. xx xxx 2017-ci il tarixə sabit haq üzrə 5990,60 manat, dəyişən haq üzrə 0.00 manat. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx xxx 2014-cü il tarixli 1404/0011 saylı lizinq müqaviləsində ödənişin gecikdirilməsinə dair dəbbə pulu bəndi nəzərdə tutulmuşdur. Lakin lizinq şirkəti tərəfindən bu lizinq müqaviləsi üzrə İddiaçı dəbbə pulu hesablanması barədə mühasibatlıq sənədləri təqdim edilməmişdir. Bu səbəbə görə hazırki tədqiqatıa dəbbə pulu hesablanmır. Birinci instansiya məhkəməsində və apellyasiya icraatında müəyyən olunmuşdur ki, ilk iddiaçı ekspertiza rəyində göstərilən mələği ödəməyə dəfələrlə cəhd etmiş, lakin ilk iddia üzrə cavabdeh ekspert rəyində olan məbləği deyil, iddia tələbində olan məbləğin ödənilməli məbləğ olduğunu göstərək həmin məbləğin ödənilməsi halında müqavilə üzrə öhdəliyin icrasının başa çatmış hesab ediləcəyini göstərmişdir. Lakin işin araşdırılmış hər hansı halı ilk iddia üzrə cavabdehin göstərmiş olduğu məbləğin olduğu kimi mövcudluğunu təsdiq edən hər hansı sübut mövcud deyildir. Belə olan halda məhkəmə kollegiyası ekspertiza rəyindən göstərilən məbləğ həddində ilk iddianının lizinq təşkilatı qarşısında öhədliyinin mövcud olmasını qəbul edir və həmin məbləği möhtəbər sübutlarla dəstəklənən məbələğ hesab edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. İlk iddia üzrə cavabdehin verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğvi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia üzrə cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-41/19 saylı, 07 mart 2019-cu il tarixli qətnaməsi Cavabdeh MMC-yə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaiti Cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Hakimlər imzalar: Əsli ilə düzdür Hakim: Vüqar Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar