Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3290/2022 19.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-29/2022 saylı 24 yanvar 2022-ci il tarixli qərardadından maraqlarına toxunan şəxs Şəbiyeva Mədinə Elman qızı tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1607/2019 saylı, 15 iyul 2919-cu il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı istifadə hüququna xitam verilməsi, onların fərdi yaşayış evindən çıxarılmaları və mübahisəli mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə cavabdehlərin verdiyi iddianın təmin tədbirinə dair ərizəsi təmin edilməmişdir. Qərardaddan cavabdehlərin verdiyi şikayət Məhkəmənin 30 iyul 2019-cu il tarixli qərardadı ilə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11542/19 saylı, 21 avqust 2019-cu il tarixli qərardadı ilə cavabdehlərin şikayəti təmin edilməmiş sözügedən qərardad dəyişdirilmədən saxlanılmışdır. Daha sonra 15.07.2019-cu il tarixli qərardaddan maraqlı şəxs M.Şəbiyevanın verdiyi şikayət Məhkəmə tərəfindən təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-29/2022 saylı 24 yanvar 2022-ci il tarixli qərardadı ilə Şəbiyeva Mədinə Elman qızı tərəfindən verilmiş şikayət geri qaytarılması qərara alınmışdır. Qərardaddan Şəbiyeva Mədinə Elman qızı şikayət verərək, qərardadını ləğv edib, şikayətin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-29/2022 saylı 15 fevral 2022-ci il tarixli qərardadı ilə maraqlarına toxunan şəxs Şəbiyeva Mədinə Elman qızı tərəfindən verilmiş şikayət təmin edilməmiş, həmin qərardad dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-29/2022 saylı 24 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair 14 oktyabr 2020-ci il tarixli qərardadına əsasaən: - Apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. - Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. - Məhkəmə aktlarının apellyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apellyasiya şikayəti (və ya şikayətləri) apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11812/2021 saylı, 19.11.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1607/2019 saylı, 15 iyul 2019-cu il tarixli qərardaddından maraqlı şəxs Şəbiyeva Mədinə Elman qızı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilərək, şikayətin geri qaytarılması üçün mülki iş materialları Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Mülki iş materiallarından da görünür ki, cavabdehlər tərəfindən verilmiş şikayət əsasında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli qərardadı Bakı Apellyasiya Məhkəməsi tərəfindən tam yoxlanılmışdır. Belə olan halda, maraqlı şəxs tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması yolverilməzdir. Bununla da, məhkəmə haqlı olaraq hesab etmişdir ki, maraqlı şəxs M.Şəbiyevanın şikayətinə apellyasiya qaydasında baxılması yolverilməz olduğundan şikayət geri qaytarılmalıdır. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə göstərilən hallar formal mülahizələr olmaqla əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Belə olan halda kollegiya hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-29/2022 saylı 24 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Maraqlarına toxunan şəxs Şəbiyeva Mədinə Elman qızının şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-29/2022 saylı 24 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3290/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3290/2022
19.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver