Məhkəmə qərarları › İş №2(103)-3291/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3291/2021

25.02.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3291/2021 25.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Ağazadə Nüsrət Qasım oğlunun katibliyi ilə, İddiaçı1, həmçinin iddiaçıların vəkili və nümayəndəsi Vəkil, Cavabdeh Cavabdeh MMC-nin vəkili və nümayəndəsi X4 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “işdənçıxarma müavinətinin və kompensasiyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2(009)-2126/2020 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 - Cavabdeh MMC-yə qarşı «işdənçıxarma müavinətinin və kompensasiyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli 10/2020 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar olunmaqla bağlı xx xxxx 2020-ci il tarixdən xitam verilərkən ödənilməmiş orta aylıq əməkhaqqı miqdarında yəni, 5013 (beş min on üç manat) AZN işdənçıxarma müavinətinin, habelə azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,4 misli (xəbərdarlıq edilmiş 2 gün nəzərə alınmaqla) miqdarında yəni - 2005,2 (iki min beş manat iki qəpik) AZN kompensasiya məbləği, habelə müqavilənin 9.1-ci bəndinə əsasən 27.000 (iyirmi yeddi min) AZN kompensasiya məbləği olmaqla, cəmi 34,018.2 (otuz dörd min on səkkiz manat iki qəpik) AZN pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı1 ödənilməsi; İddiaçı2 ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli 11/2020 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar olunmaqla bağlı xx xxxx 2020-ci il tarixdən xitam verilərkən ödənilməmiş orta aylıq əməkhaqqı miqdarında yəni, 3337 (üç min üç yüz otuz yeddi manat) AZN işdənçıxarma müavinətinin, habelə azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,4 misli (xəbərdarlıq edilmiş 2 gün nəzərə alınmaqla) miqdarında yəni- 1334.8 (bir min üç yüz otuz dörd manat səkkiz qəpik) AZN kompensasiya məbləğinin, habelə müqavilənin 9.1-ci bəndinə əsasən 9.000 (doqquz min) AZN kompensasiya məbləği olmaqla, cəmi 13671.8 (on üç min altı yüz yetmiş bir manat səkkiz qəpik) AZN pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı1 arasında xx.xx.2019-cu tarixdə aylıq əmək haqqı 5013 AZN olmaqla partnyorlar üzrə satış meneceri vəzifəsinə təyin olunması, digər İddiaçı2 arasında isə xx.xx.2019-cu il tarixdə aylıq əmək haqqı 3337 AZN olmaqla əsas müştərilərlə iş üzrə menecer vəzifəsinə təyin olunması barədə oxşar məzmunlu əmək müqavilələri bağlanmışdır. Əmək haqqı üzrə ödənişlər bir müddət stabil olaraq ödənilsə də, sonradan ödəmələrdə azalmalar aparılmış, rəsmi müraciətləri nəticəsində əskik ödənilən aylar üzrə əmək haqqının ödənilməmiş hissəsi bərpa edilərək kart hesablarına otuzdurulmuşdur. Bundan sonra işəgötürən tərəfindən xx.xx.2020-ci il tarixli 10/2020 nömrəli əmrlə İddiaçı1 ilə, eyni tarixli 11/2020 nömrəli əmrlə İddiaçı2 ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar olunmaqla bağlı xx xxxx 2020-ci il tarixdən əmək müqavilələrinə xitam verilmişdir. Əmrdən də göründüyü kimi, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı, həyata keçirilərkən Əmək Məcəlləsində və tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş xəbərdarlıq müddətlərinə riayət olunmamışdır. Tərəflər arasında bağlanmış müqavilənin 6.3-cü bəndinə əsasən Şirkət ixtisar səbəbi ilə işçiyə ən azı iki (2) ay əvvəldən yazılı bildiriş təqdim etməklə müqaviləyə birtərəfli qaydada xitam verə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsində nəzərdə tutulmuş ödəncləri ala bilmədiklərindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı Şəhər İdarəsinə rəsmi qaydada müraciət etmiş, nəticədə xx xxxxxx 2020-ci il tarixli qərarla İXM-nin 192.4cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-MMC-nin direktoru barəsində yeddi yüz manat inzibati cərimə tətbiq edilmişdir. Hazırda iddiaçılara məzuniyyətə görə pul əvəzi və müvafiq əmək haqqları tam ödənilsə də, qanunla ödənilməli olan məbləğlərin bir hissəsi hələ də ödənilməmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi, işəgötürən tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71, 77.1, 77.3 və 77.4-cü normalarının tələbləri pozulmuş, iddiaçılara azı iki təqvim həftəsi öncədən hər hansı xəbərdarlıq edilmədən əmək müqavilələrinə xitam verilmiş, lakin azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,5 misli və orta aylıq əməkhaqqı miqdarında ödənişlər aparılmamış, bununla da iddiaçıların əmək məcəlləsində nəzərdə tutulmuş hüquqları kobud şəkildə pozulmuşdur. Pozulmuş hüquqların bərpası məqsədi ilə iddiaçılar tərəfindən fərdi qaydada xx.xx.2020-ci il tarixli ərizələrlə MMC-nin rəhbərliyinə müraciət olunsa da, müsbət nəticə əldə edilməmişdir. Belə ki, yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbləri baxımından İddiaçı1 Cavabdeh MMC-də bir ilədək stajı olduğundan və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verildiyindən orta aylıq əmək haqqı miqdarında yəni, 5013 AZN işdənçıxarma müavinəti, habelə azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,4 misli (xəbərdarlıq edilmiş 2 gün nəzərə alınmaqla) miqdarında yəni-2005,2 AZN kompensasiya, İddiaçı2 Cavabdeh MMC-də bir ilədək stajı olduğundan və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verildiyindən orta aylıq əmək haqqı miqdarında yəni, 3337 AZN işdənçıxarma müavinəti, habelə azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,4 misli (xəbərdarlıq edilmiş 2 gün nəzərə alınmaqla) miqdarında yəni- 1334,8 AZN kompensasiya məbləği ödənilməli olmuşdur. Yuxarıda qeyd olunanlardan əlavə bildirilməsi zəruridir ki, iddiaçılarla bağlanmış müqavilələrin 9.1-ci bəndində müqavilə şərtlərindən və səbəblərdən asılı olmayaraq müqaviləyə göstərilmiş tarixdən öncə xitam veriləcəyi təqdirdə işçiyə müqavilədə nəzərdə tutulmuş qaydada kompensasiya ödəməyi öz öhdəsinə götürmüşdür. Belə ki, İddiaçı1 ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli müqavilənin 9.1-ci bəndinə əsasən şirkət tərəfindən müqaviləyə xx xxxxx 2020-ci il tarixinə qədər şərtlər və səbəblərdən asılı olmayaraq xitam verilərsə, işçiyə birdəfəlik ödəmə şəklində 6 aylıq net əmək haqqının məbləğini kompensasiya edəcəkdir. Qeyd edilən bəndə əsasən İddiaçı1 əmək müqaviləsinə xx xxxxx 2020-ci il tarixinə qədər, yəni xx xxxx 2020-ci il tarixində işəgötürən tərəfindən xitam verildiyindən ona aylıq əmək haqqının 6 misli məbləğində (net əmək haqqı 4500 x 6 ay) 27.000 AZN məbləğində kompensasiya ödənilməlidir. İddiaçı2 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin 9.1-ci bəndinə əsasən şirkət tərəfindən müqaviləyə xx xxxxx 2020-ci il tarixinə qədər şərtlər və səbəblərdən asılı olmayaraq xitam verilərsə, işçiyə birdəfəlik ödəmə şəklində 3 aylıq net əmək haqqının məbləğini kompensasiya edəcəkdir. Qeyd edilən bəndə əsasən İddiaçı2 əmək müqaviləsinə xx xxxxx 2020-ci il tarixinə qədər, yəni xx xxxx 2020-ci il tarixində işəgötürən tərəfindən xitam verildiyindən ona aylıq əmək haqqının 3 misli məbləğində (net əmək haqqı 3000 x 3 ay) 9000 AZN məbləğində kompensasiya ödənilməlidir. Eyni zamanda, tərəflər arasında bağlanmış müqavilənin 6.3-cü bəndinə əsasən Şirkət ixtisar səbəbi ilə işçiyə ən azı iki (2) ay əvvəldən yazılı bildiriş təqdim etməklə müqaviləyə birtərəfli qaydada xitam verə bilər. Cavabdeh tərəfindən bu müqavilənin 6.3-cü habelə 9.1-ci bəndinin tələbləri pozulmuş iddiaçılara azı iki (2) ay əvvəldən yazılı bildiriş təqdim edilmədən müqavilələrə 9.1-ci bənddə nəzərdə tutulmuş aprel 2020-ci il tarixinə qədər birtəfəfli qaydada xitam verilmişdir. Bu da həmin müqavilələrin 9.1-ci bəndində nəzərdə tutulmuş kompensasiya mexanizminin dövriyyəyə girməsi üçün hüquqi zəmin yaratmışdır. Belə ki, müqavilə şərtləri işəgötürən tərəfindən pozulduğundan onun tərəfindən qeyd olunan kompensasiya məbləğləri ödənilməli olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2(009)- 2126/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, orta aylıq əməkhaqqı miqdarında, yəni 5013 (beş min on üç manat) AZN məbləğində işdənçıxarma müavinəti, azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,4 misli miqdarında, yəni 2005,2 (iki min beş manat 2 qəpik) AZN məbləğində pul vəsaiti, əmək müqaviləsinin 9.1-ci bəndinə əsasən cəmi 27.000 (iyirmi yeddi min) AZN kompensasiya məbləği olmaqla, cəmi 34,018.2 (otuz dörd min on səkkiz manat 2 qəpik) AZN pul vəsaitin Cavabdeh MMC-dən tutularaq İddiaçı1 ödənilməsi, orta aylıq əmək haqqı miqdarında, yəni 3337 (üç min üç yüz otuz yeddi manat) AZN işdənçıxarma müavinəti, azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,4 misli miqdarında, yəni 1334.8 (bir min üç yüz otuz dörd manat 8 qəpik) AZN məbləğində pul vəsaitinin, əmək müqaviləsinin 9.1-ci bəndinə əsasən cəmi 9.000 (doqquz min) AZN kompensasiya məbləği olmaqla, cəmi 13671.8 (on üç min altı yüz yetmiş bir manat 8 qəpik) AZN pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı2 ödənilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2126/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsininin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, Bakı şəhəri Səbail rayon məhkəməsi xx.xx.2020-ci il tarixli 2-(009)-2126/2020 saylı qətnaməsini İddiaçı1lə bağlanmış xx.xx.2019-cu il və İddiaçı2 ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqavilələrinə, bu əmək müqavilələrinin xitam edilməsi barədə xx.xx.2020-ci il tarixli əmrlərə, əmrlərin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən rəsmiləşdiriiməsinə, iddiaçıların əmək müqaviləsində qeyd edilmiş əmək haqqlarının azaldılmasına dair əmək müqavilələrinə düzəliş edilməməsinə, ƏM-nin 42, 44, 77, 389, 390, 399-ci maddələrinin tələblərinin pozulmasına istinad etməklə əsaslandırmışdır. Hesab edirlər ki, Bakı şəhəri Səbail rayon məhkəməsi xx.xx.2020-ci il tarixli 2- (009)-2126/2020 saylı qətnaməsi əsassız və qanunsuzdur, iş üzrə maddı hüquq normaları düzgün tətbiq edilməmiş, işdə olan sənədlərə-siibutlara, faktlara obyektiv hüquqi qiymət verməmiş, işin faktiki halları təhrif edilmişdir. Belə ki, Cavabdeh MMC 2013-cü il tarixdən Azərbaycan Respublikasında fəaliyyət göstərir və fəaliyyət göstərdiyi dövrdən xx.xx.2020-ci il tarixədək MMC-də işçilərin ixtisarı ilə bağlı heç bir ixtisar aparılmamışdır. Bununla bağlı müvafiq sənəd-sübut birinci instansiya məhkəməsinə təqdim edilmişdir. MMC-də S.Məmmədov tərəfindən ixtisarın aparılması barədə hər hansı bir əmr, qərar, protokol və işçilərə xəbərdarlıq edilməsinə dair bildiriş yoxdur. İddiaçıları Cavabdeh MMCnin sabiq direktoru Samir Məmmədov öz yanına gətirib onlara əvvəllər aldıqları əmək haqqından 2 dəfə çox- İddiaçı1 5 013 manat, İddiaçı2 isə 3375 manat avlıq əmək haqqı təyin etməklə suni şəkildə onlara üstünlüklər yaradaraq MMC-nin külli miqdarda vəsaitini bilə-bilə qəsdən israf etmişdir. Həmçinin “dostlarına” əmək müqaviləsinə vaxtında əvvəkl xitam verildikdə onlara birdəfəlik ödəmə şəklində 6 və 3 aylıq net əmək haqqı məbləğində kompensasiya ödənilməsini şərtləndirmişdir. Bildiyiniz kimi Əmək müqavilələri Nümunəsi standart müqavilə forması olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tərtib edilmişdir və bu Nümunədə əmək müqaviləsinə xitam verildikdə onlara birdəfəlik ödəmə şəklində 3 və ya 6 və yaxud başqa aylıq əmək haqqı məbləğində kompensassiya verilməsi göstərilməmişdir. Əmək Qanunvericiliyi ilə işçinin əmək müqaviləsinə işə giitürən tərəfindən vaxtından əvvəl xitam verildikdə işçiyə ödənilməli olan ödənişlərin məbləği ƏMnin 77-ci maddəsi ilə tənzimlənmişdir. ММС-nin təsisçisinin S.Məmmədovun işçilərə yüksək əmək haqqı təyin etməsinə narazı, MMC-nin direktoru S.Məmmədov göstərişinə əsasən 2019-cu ilin avqust ayından işçilərin əmək haqqlarının azaldılmış, əmək haqqının azaldılması iddiaçılara bildirilmiş, 2019-cu ilin avqust ayından 2020-ci ilin mart avına kimi onlara azaldılmış əmək haqqı ödənilmiş, iddiaçılar bu əmək haqqı məbləği ilə razılaşmış, buna etiraz etməmiş, heç bir yerə şikayət etməmiş, əmək fəaliyyətlərini dayandırmamış, əksinə işləməkdə davam etməklə bu azaldılmış əmək haqqı ilə razılaşmalarını öz hərəkətləri ilə nümayiş etdirmişlər. Eyni zamanda bu barədə MMC-nin direktoru S.Məmmədov xx.xx.2019-cu il tarixdə təsisçiyə də məlumat vermişdir. İddiaçı1 2019-cu ilin aprel-iyul aylarında 5013 manat, avqust ayından mart ayına kimi isə hər ay 3755,31 manat əmək haqqı almışdır. Bu faktı təsdiq edən sənədlər məhkəməyə təqdim edilmişdir. İddiaçı2 2019-cu ilin may-iyul aylarında 3337 manat, avqust ayından mart ayına kimi isə hər ay 2066,84 manat əmək haqqı almışdır . Bu faktı da təsdiq edən sənədlər məhkəməyə təqdim edilmişdir. ƏM-nin 46.6-cı maddəsinin tələbinə görə Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənir. Lakin S.Məmmədov Şirkətin vəsaitini israf etməkdə davam edərək DSMF-na və Vergilər Nazirliyinə ödəmələri ilkin əmək haqqı məbləği ilə köçürməklə külli miqdarda Şirkətin əmlakını israf etməkdə davam etmişdir.Bu barədə də müvafiq sənədlər birinci instansiya məhkəməsinə təqdim edilmişdir. S.Məmmədovun DSMF və Vergilər Nazirliyinə ilkin əmək haqqı məbləğinə uyğun ödəmələri etməsi və iddiaçıların onların əmək haqqlarının azalması ilə razılaşması S.Məmmədovun iddiaçılarla əvvəlcədən əlaqəyə giriv saxtakarılıq və Cəmiyyətin pul vəsaitini israf edərək talamasını açıq-aşkar göstərir və təsdiq edir. Göründüyü kimi, əmək müqaviləsinə əmək haqqı ilə bağlı dəyişikliklə tərəflər razılaşmışlar, lakin dəyişikliyi müqaviləyə əlavə etmək S.Məmmədovun vəzifəsi olduğundan, o qəsdən, bilə-bilə vəsifəsin lazımi qaydada yerinə yetitməyib bu dəyişikliyi rəsmiləşdirməmişdir. Şirkətin təsisçisi xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC-nin əməkdaşlarına rəsmi bildiriş göndərmişdir. Bildirişdə qeyd olunmuşdur ki, “bu bildirişlə Şirkətdə təcili şəkildə vəziyyətin yaxşılaşdırılmasını tələb edirəm və nəzərinizə çatdırıram ki, Cavabdeh ofisinin bütün əməkdaşlarına yuxarıda qeyd olunanlar barəsində son dəfə xəbərdarlıq edilir və əks təqdirdə, bu məktub xx.xx.2020- ci il tarixdən etibarən Cavabdeh ofisində əmək müqaviləsinə xitam veriləcəyinə dair ilkin bildiriş qismində çıxış edəcəkdir”. Bununla bağlı rəsmi sənədlər də birinci instansiya məhkəməsinə sübut kimi təqdim edilmişdir. Göründüyü kimi, iddiaçılarla özünün əmək funksiyasılarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməyə görə əmək müqavilələrinə xitam veriləcəyinə dair bir həftə əvvəl deyil, xx.xx.2020-ci il tarixdə xəbərdarlıq edilmişdir. Ona görə də bu halda, ƏM-nin 77-ci və 70 maddəsinin “b” bəndinə istinad edilməməli, əmək müqaviləsinə xitam verilməsi ƏM-nin 68ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə, 70-ci maddənin “ç” bəndinə əsasən qəbul edilməlidir. Birinci instansiya məhkəməsi qeyd olunan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə görə Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: -işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda. ƏM-ninn 71.2-ci maddəsinə görə bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Şirkətin təsisçisinin xx.xx.2020-ci il tarixdə “Cavabdeh" MMC-nin əməkdaşlarına rəsmi xəbərdarlıq bildirişindən sonra S.Məmmədov yenidən saxtakarlıq edərək iddiaçılarla əmək müqaviləsinə bilə-bilə, qəsdən 1 ay qabaqcadan xitam verməklə keçmiş iş yoldaşlarına əlavə təzminatlar yaratmağa çalışmışdır. Şirkətdə heç bir iş işçinin və ya ştatın ixtisarı aparılmadığı halda, heç bir əsas olmadan və qanunsuz olaraq iddiaçıların işdən çıxarılma əmrini ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə rəsmiləşdirmişdir. Həmçinin, ƏM-də işçiyə orta əmək haqqı məbləğində kompensasiyanın verilməsi nəzərdə tutulduğu halda, iddiaçılar aylıq əmək haqqı məbləğində kompensasiya tələb etmişlər. Bu tələb də düzgün deyildir. İddiaçı1 işlədiyi müddət ərzində 48 842,67 manat əmək haqqı verilmişdir ki, bu məbləğində orta aylıq əmək haqqı məbləği 4070,22 manat təşkil edir. İddiaçı2 isə işlədiyi müddət ərzində 25 634,07 manat əmək haqqı verilmişdir ki, bu məbləğində orta aylıq əmək haqqı məbləği 2 136,17 manat təşkil edir. Qeyd olunanlardan göründüyü kimi, Şirkət tərəfindən iddiaçıların əmək haqqları 2019-cü ildən azldılmış, iddiaçılar bu azalma ilə razılaşmış, heç bir yerə şikayət etməmiş, həmin azaldılmış əmək haqqı müqabilində iş fəaliyyətlərini davam etdirmiş, MMC-nin direktoru S.Məmmədov bilə-bilə qəsdən əmək haqqı məbləğlərinin azaldılmasına dair əmək müqaviləsinə dəyişikliyi qeyd etməmiş, iddiaçılara əmək müqavilələrinə xitam verilməsinə dair xx.xx.2020-ci il tarixdə rəsmi xəbərdarlıq edilmiş, Şirkətdə heç bir işçilərin sayının azaldılması və ya ştatların ixtisar olunması halları olmamış, S.Məmnmədov tərəfindən iddiaçılara işdən çıxarkən qanunsuz olaraq azağı əmək haqqı aldıqları ayların əmək haqqı fərqləri birdəfəlik İddiaçı1 7879,48 manat, İddiaçı2 5683,95 manat ödəməklə Şirkətə iki nəfər iddiaçıya görə 13 563,43 manat məbləğində əlavə ziyan vurmuşdur. Nəticədə, S.Məmmədovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi və vəzifə saxtakarlığı ilə MMC-yə külli miqdarda ziyan vuruylmuşdur ki, bununla bağlı hüquq mühafizə orqanlarına müraciət edilmiş və hal-hazırda bu faktlarla bağlı araşdırma aparılır. İddiaçılar əmək haqqlarının azaldılması ilə razılaşdıqları halda, S.Məmmədovun bilə-bilə, qəsdən əmək haqqının azaldılmasına dair əmək müqavilələrinə düzəliş etməməsi əmək haqqının ilkin əmək haqqı məbləği ilə verilməsi üçün heç cür əsas ola bilməz. Bundan başqa, bir anlıq MMC-də ştarların ixtisara getməsini qəbul etsək, onda ƏM-nin 77-ci maddəsinin tələbinə əsasən işçilərin sayı azaldıldıqda və ya ştatları ixtisar olunduqda ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. Bu şərtlə əmək müqaviləsi ləğv edildikdə işçiyə: -orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti və işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Şirkət tərəfindən iddiaçılara əmək müqavilələrinə xitam verilməsinə dair xx.xx.2020-ci il tarixdə. Yəni bir a\ qabaqcadan rəsmi xəbərdarlıq edilmişdir. ƏM-nin 77-ci maddəsinin 4-cu hissəsinə əsasən işəgötürən bu maddənin 1-ci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə əmək müqaviləsinə xitam verə bilər. Göründüyü kimi, qanunvericilik əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin ”b” bəndi ilə xitam verildikdə işçiyə birdəfəlik 2 aylıq əmək haqqı ödənilməsini nəzərdə tutur. S.Məmmədov iddiaçılarla əmək müqaviləsi bağlayarkən ƏM-nin bu maddəsinin tələblərini pozaraq qanunvericiliyə zidd olaraq işçiyə 3 və 6 aylıq əmək haqqı məbləğində kompensasiya verilməsinə dair müqaviləyə 9.1-ci maddə əlavə etmişdir. Məhkəmə isə hətta işin bu halına da düzgün hüquqi qiymət verməmiş, cavabdehdən həm orta aylıq əmək haqqı müqabilində işdəncıxma müavinəti, həm azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə(baxmayaraq 4 həvtə qabaqcadan xəbərdarlıq edilmişdir) orta aylıq əmək haqqının 0.4 misli kompensasiya məbləği, həm də müqavilənin 9.1-ci bəndinə əsasən əmək haqqının 3 və 6 misli məbləğində kimpensasiya tutmuşdur. Yəni normalda hətta ilkin müqavilə qiyməti ilə hesablandıqda C.Tağiycvin xeyrinə 2 aylıq əmək haqqı məbləğində - 10 026 manat tutmalı olduğu halda, əsassız və qanunsuz 34 018.2- manat, 23 992 20 manat, İddiaçı2nin xeyrinə isə 6674 manat əvəzinə 13 671.80 manat, 6 997,8 manat artıq müaviət hesablamışdır. Qeyd olunanlardan göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları-ƏM-nin 68,70,71,77-ci maddələri düzgün tətbiq edilməmiş, isin faktiki halları təhrif edilərək onlara obyektiv hüquqi qiymət verilməmiş, bununla eyni zamanda prosessual hüquq normaları- MPM-nin 88 və 106-cı maddələrinin tələbləri də pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh MMC-nin vəkili və nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, İddiaçı1 və İddiaçı2 “işdən çıxarma müavinətinin və kompensasiyanın ödənilməsi” tələbinə dair iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçıların vəkili və nümayəndəsi Vəkil cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qənaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 iddia tələbinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, tərəflərin izahatını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cavabdeh MMC ilə İddiaçı1 arasında xx.xx.2019-cu tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, sonuncu aylıq əmək haqqı 5013 AZN olmaqla partnyorlar üzrə satış meneceri vəzifəsinə təyin olunmuşdur. - Cavabdeh MMC ilə İddiaçı2 arasında isə xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, aylıq əmək haqqı 3337 AZN olmaqla əsas müştərilərlə iş üzrə menecer vəzifəsinə təyin olunmuşdur. - Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli 10-/2020 saylı «əmək müqaviləsinə xitam verilməsi barədə» əmrindən görünür ki, Cəmiyyətin Partnyorlar üzrə satış meneceri İddiaçı1 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “B” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar olunmaqla bağlı xx xxxx 2020-ci il tarixdən xitam verilmiş, işçinin xx xxxxx 2019-cu il tarixindən xx xxxx 2020-ci il tarixinədək olan iş ilinə görə istifadə edilməmiş məzuniyyət günü və son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi mühasibatlığa həvalə edilmişdir. - Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli 11-/2020 saylı «əmək müqavidəsinə xitam verilməsi barədə» əmrindən görünür ki, Cəmiyyətin Əsas müştərilər üzrə menecer İddiaçı2 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “B” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar olunmaqla bağlı xx xxxx 2020-ci il tarixdən xitam verilmiş, işçinin xx xxx 2019-cu il tarixindən xx xxxx 2020-ci il tarixinədək olan iş ilinə görə istifadə edilməmiş 25 məzuniyyət gününün və son haqqhesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi mühasibatlığa həvalə edilmişdir. - xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı2 Cavabdeh MMC ilə bağladığı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi reyestrə daxil edilmişdir. - xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı1 Cavabdeh MMC ilə bağladığı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi reyestrə daxil edilmişdir. - İddiaçı1 və İddiaçı2 “xxxx” MMC-nin baş direktoru S.Məmmədova ünvanladığı xx.xx.2020-ci il tarixli eyni məzmunlu ərizələrindən görünür ki, həmin tarixli 11/2020 №-li əmri ilə əmək müqavilələrinə xitam Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilsə də, həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə uyğun olaraq azı iki həftə qabaqcadan rəsmi xəbərdarlıq yerinə, ona 1 iş həftəsindən az müddətdə qabaqcadan rəsmi xəbərdarlıq edilib. Bununla belə, Məcəllənin 77.3-cü maddəsinin tələblərinə uyğun olaraq bir aylıq orta əmək haqqı məbləğində işdən çıxma müavinəti və 77.4-cü maddəsinin tələblərinə uyğun olaraq ən azı iki təqdim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,5 misli məbləğində əmək haqqının bir dəfəyə ödənilməsini xahiş edirlər. - «xxxx» MMC-nin direktorunun xx.xx.2020-ci il tarixli arayışından görünür ki, MMCdə 2013-cü il tarixdən Azərbaycanda fəaliyyət göstərir və fəaliyyət göstərdiyi dövrdən xx.xx.2020-ci il tarixədək işçilərin ştatlarının ixtisarı ilə bağlı heç bir ixtisar aparılmamış və ixtisara dair müəssisədə heç bir hüquqi sənəd yoxdur. - Məzmunu notarial qaydada təsdiq edilmiş xx.xx.2020-ci il tarixədək etibarlılığı göstərilən xx.xx.2019-cu il tarixdə verilən etibarnamədən görünür ki, Malta qanunvericiliyinə müvafiq olaraq, xx.xx.2003-cü il tarixində qeydiyyatdan keçən, kapitalı 3000 ABŞ dolları, qeydiyyat nömrəsi C 31349, qeydiyyata salınmış ünvanı SmartCity Malta ünvanı olan, SCM 01, Suite 102, triq Ricasoli, Karkara SCM 1001, Malta ünvanında yerləşən və direktoru Peter Mamo-nun şəxsində təmsil edilən, məhdud məsuliyyətli cəmiyyət olan Security Systems & Development Limited şirkəti (bundan sonra “Şirkət” adlanacaq) bununla: Azərbaycan Respublikası vətəndaşı X2 (Şəxsiyyət vəsiqəsi: AZE 15293102; xx.xx.2016-cı il tarixində Bakı-Nəsimi RPŞ tərəfindən verilmişdir) Azərbaycan Respublikası, Bakı ərazisində yerləşən Cavabdehnə (bundan sonra “xxxx” adlanacaq) müvafiq surətdə Şirkətin adından aşağıdakı fəaliyyətləri Azərbaycan Respublikası ərazisində, həyata keçirmək üzrə təyin edir və səlahiyyət verir: - Şirkəti notarius və banklar daxil olmaqla, bütün dövlət orqanlarında, hüquqi və fiziki şəxslər qarşısında xxxxnin səhmdarı kimi təmsil etmək; - xxxxlərin nizamnamə kapitalında olan səhmlərin digər xxxxlərin səhmdarlarından alqı-satqı əməliyyatları ilə əlaqədar müqavilələr bağlamaq, notarius qarşısında imzalamaq və köçürmə əməliyyatlarını həyata keçirmək; - Seçki protokolları, xxxxnin direktorunun təyin edilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, Nizamnamənin yeni nəşrləri də daxil olmaqla, xxxxnin Nizamnaməsində dəyişikliklərin təsdiq edilməsi və imzalanması daxil olmaqla, yalnız bunlarla məhdudlaşmamaq şərti ilə, Şirkətin adından bütün zəruri qərarları qəbul etmək və xxxxnin səhmdarlarının görüşləri üzrə bütün protokolları imzalamaq; - Azərbaycan Respublikasında xxxxnin hüquqi cəhətdən əhəmiyyətli hərəkətlərinin notariuslara, banklara və dövlət orqanlarına qeydiyyata alınması ilə əlaqədar müraciətləri və müvafiq sənədlərini tərtib etmək, imzalamaq, təqdim etmək və qəbul etmək. Beləliklə birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, «xxxx» MMC xx.xx.2013-cü il tarixdən dövlət qeydiyyatına alınmış, hazırda qanuni təmsilçisi Xəlilov Rövşən İdris oğludur. «xxxx» MMC Security Systems & Development Limited şirkətinin xxxxsi olmaqla xx.xx.2019-cu il tarixdə X3 şirkətin direktoru kimi idarə edilməsi ilə bağlı özündə geniş səlahiyyətləri əks etdirən xx.xx.2020-ci il tarixədək etibarlılığı göstərilən etibarnamə verilmişdir. X1 direktor kimi səlahiyyət dövründə onunla İddiaçı1 arasında xx.xx.2019-cu tarixdə aylıq əmək haqqı 5013 AZN olmaqla partnyorlar üzrə satış meneceri vəzifəsinə təyin olunması, digər İddiaçı2 arasında isə xx.xx.2019-cu il tarixdə aylıq əmək haqqı 3337 AZN olmaqla əsas müştərilərlə iş üzrə menecer vəzifəsinə təyin olunması barədə oxşar məzmunlu əmək müqavilələri bağlanmış və əmək müqaviləsi bildirişləri Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada elektron informasiya sisteminə inteqrasiya olunmuşdur. Əmək müqavilələrinə əsasən İddiaçı1 və İddiaçı2 onlarla bağlanmış müqavilələrdə göstərilən tarixdən işə başlayır, bu müqavilələr müvafiq olaraq xx.xx.2022 və xx.xx.2022-ci il tarixə qədər qüvvədə olur, eləcə də müqavilələrdə nəzərdə tutulan müddəalara uyğun olaraq ona xitam verilənədək qüvvədə qalır, şirkətin hazırki müqavilənin şərtlərini müvafiq olaraq xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərə qədər şərtlər və səbəblərdən asılı olmayaraq pozarsa, işçilərə birdəfəlik olaraq ödəmə şəklində müvafiq olaraq 6 və 3 aylıq net. əmək haqqının məbləğində kompensasiya edilir. (müqavilələrin 8.1, 8.2 və 9.1-ci bəndləri) Hazırki iş üzrə iddiaçıların tələblərindən biri onların bir ilədək stajı olduğundan və onlarla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verildiyindən orta aylıq əmək haqqı miqdarında işdənçıxarma müavinəti, habelə azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,4 mislinin (2 gün nəzərə alınmaqla) ödənilməsi ilə bağlıdır. İddiaçıların bu tələblərinin maddi əsasını Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71, 77.1, 77.3 və 77.4-cü maddələri təşkil edir. Cavabdeh tərəf isə iddiaya etirazın əsası kimi əsasən MMC-də işçilərin ixtisarı ilə bağlı heç bir ixtisar aparılmamasına, S.Məmmədovun Şirkətdə heç bir iş yeri işçinin və ya ştatın ixtisarı aparılmadığı halda, heç bir əsas olmadan və qanunsuz olaraq iddiaçıların işdən çıxarılma əmrini ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə rəsmiləşdirməsinə, onun iddiaçılara əvvəllər aldıqları əmək haqqından 2 dəfə çox - İddiaçı1 5013 manat, İddiaçı2 isə 3337 manat aylıq əmək haqqı təyin etməklə suni şəkildə onlara üstünlüklər yaradaraq MMC-nin külli miqdarda vəsaitini bilə-bilə qəsdən israf etməsinə, Şirkət tərəfindən vaxtında iddiaçılara əmək müqavilələrinə xitam veriləcəkləri ilə bağlı rəsmi xəbərdarlıq edilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası iddia tələbinin və ona edilən etirazın dəlillərinin bu hissəsi ilə bağlı qeyd edir ki, tərəflər aralarında bağlanmış əmək müqavilələrinə əsasən əmək münasibətlərində olmaqla iddiaçılara müəyyən vaxta qədər müqavilələrdə öz əksini tapmış əmək haqqı məbləği ödənilmişdir. Cavabdeh tərəf etirazında “MMC-nin direktoru S.Məmmədov 2019cu ilin avqust ayından işçilərin əmək haqqlarının azaldılması barədə, o cümlədən İddiaçı1 əmək haqqının 50xx xxxxxxxx 3375 manata və İddiaçı2 əmək haqqının 33xx xxxxxxxx 2025 manata salmış və bu barədə xx.xx.2019-cu il tarixdə təsisçiyə məlumat vermişdir. İddiaçılar 2019-cu ilin avqust ayından xx.xx.2020-ci il tarixə kimi Cavabdeh MMC-də tutduqları vəzifədə çalışmaqla qeyd olunan sonuncu 3375 və 2025 manat məbləğində aylıq əmək haqqını almışlar” kimi hallara istinad etsə də, iş materialları və tərəflərin izahatları əsasında müəyyən edilmişdir ki, bununla bağlı onlarla bağlanmış əmək müqavilələrində və elektron informasiya sistemində heç bir dəyişiklik edilməmiş, xx xxxx 2020-ci il tarixdən əmək müqavilələrinə xitam verilərkən isə onlara həmin vaxta qədər əmək haqqlarının ödənilməmiş hissələri, eləcə də son haqq hesabları əmək müqavilələrində və elektron informasiya sistemində göstərilən məbləğlər əsasında hesablanaraq ödənilmişdir. Cavabdeh MMC-də işçilərin ixtisarı ilə bağlı heç bir ixtisar aparılmaması və direktor S.R.Məmmədovun heç bir iş yeri, işçinin və ya ştatın ixtisarı aparılmadığı halda, heç bir əsas olmadan və qanunsuz olaraq iddiaçıların işdən çıxarılma əmrini ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə rəsmiləşdirməsinə dair etirazın dəlillərinə məhkəmə kollegiyası qiymət verərək hesab edir ki, cavabdeh bu halları qeyd etsə də, faktiki olaraq MMC-nin iddiaçılarla bağlanmış əmək müqavilələrinə xx xxxx 2020-ci il tarixdən xitam verilməsinə dair xx.xx.2020-ci il tarixli əmrlərinin qanuniliyini mübahisələndirmədiyindən məhkəmə kollegiyası bu məlumatlar üzrə də müvafiq araşdırma aparılmasında zərurət görmür. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, ixtisar aparılmamasına əsaslanan cavabdeh iddiaya etirazında eyni zamanda iddiaçılara əmək müqavilələrinə xitam verilməsinə dair xx.xx.2020-ci il tarixdə rəsmi xəbərdarlıq edilmələrini, bu əsasla da onlara xəbərdarlıq müddəti ilə bağlı müavinətlərin ödənilməsi tələblərinin əsassız olmasını da vurğulamışdır. Başqa sözlə, cavabdehin MMC-də işçilərin ştatı ilə bağlı heç bir ixtisar aparılmaması ilə yanaşı, iddiaçıların ixtisarla bağlı əmək qanunvericiliyində nəzərdə tutulmuş hüquqlarının pozulmamasını göstərməsini nəzərə alaraq, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçıların ixtisarının qanuniliyinə deyil, ixtisarla bağlı əmək qanunvericiliyində nəzərdə tutulmuş hüquqlarının kobud şəkildə pozulmasına dair iddia tələblərinin əsaslılığına hüquqi qiymət verilməsini zəruri sayır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür (ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsi). Belə ki, ƏM-nin 70-ci maddəsinin «b» bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. ƏM-nin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 2-ci hissəsinə əsasən, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 3-cü maddəsinə əsasən, əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. ƏM-nin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən, işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Qanunvericiliyin qeyd edilən normalarının təhlilindən aydın olur ki, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Bu halda, işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müəyyən müddətdə - bir ilədək əmək stajı olduqda - azı iki təqvim həftəsi - rəsmi xəbərdar edilməlidir. Bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq - bir ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqı miqdarında işdənçıxarma müavinəti ödənilir. Bundan başqa, işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,5 mislindən az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. İşin materiallarından görünür ki, cavabdehlə aralarında bağlanmış əmək müqavilələrinə uyğun olaraq bir ilədək əmək stajına malik olan iddiaçılara azı iki təqvim həftəsi öncədən hər hansı xəbərdarlıq edilmədən əmək müqavilələrinə xitam verilmiş, aylıq əməkhaqqı miqdarında işdənçıxarma müavinəti ödənilməmişdir. Bundan başqa, işçilərin bununla bağlı tələbi olmasına baxmayaraq, azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli məbləğində əmək haqqı da onlara ödənilməmişdir. Bununla da məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların əmək qanunvericiliyində nəzərdə tutulmuş hüquqları kobud şəkildə pozulmuşdur. İşin materiallarından həmçinin görünür ki, qanunverici azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,5 mislinin bir dəfəyə ödənilməsini nəzərdə tutsa da və iddiaçılar da bununla bağlı cavabdehə xx.xx.2020-ci il tarixdə rəsmi ərizə ilə müraciət etsələr də, onlar hazırki tələblərində xəbərdarlıq edilmiş 2 gün (xx.xx.2020-ci il tarixli əmrlə xx.xx.2020-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsi nəzərə almaqla) nəzərə alınmaqla azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,4 misli miqdarında, yəni İddiaçı1 2005,2 AZN, İddiaçı2 isə 1334,8 AZN ödənilməsi barədə iddia tələbi irəli sürmüşlər. Məhkəmə iddiaçıların onlara xəbərdarlıq edilmiş 2 gün (xx.xx.2020-ci il tarixli əmrlə xx.xx.2020-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsi nəzərə almaqla) nəzərə alınmaqla qanunvericiliklə bir dəfəyə ödənməsi nəzərdə tutulan xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,5 mislinin deyil, azaldılaraq 0,4 misli məbləğində tələb etmələrinin qanunvericiliyin tələblərinə zidd olmamasını qeyd edərək, cavabdeh tərəfindən Əmək Məcəlləsinin 77.1-ci maddəsinin tələbləri pozulduğu üçün iddiaçıların onlara xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,4 misli miqdarında ödəniş aparılmasına dair tələblərini əsaslı sayır. Bundan başqa məhkəmə kollegiyası, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar olunmaqla bağlı xx xxxx 2020-ci il tarixdən əmək müqavilələrinə xitam verilərkən cavabdehlə aralarında bağlanmış əmək müqavilələrinə uyğun olaraq bir ilədək əmək stajına malik olan İddiaçı1 ödənilməmiş orta aylıq əməkhaqqı miqdarında yəni, 5013 AZN işdənçıxarma müavinətinin, eləcə də İddiaçı2 ödənilməmiş orta aylıq əmək haqqı miqdarında yəni, 3337 AZN işdənçıxarma müavinətinin də ödənilməsi tələbini Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinin tələbi baxımından əsaslı sayır. Məhkəmə kollegiyası iddia tələblərinin digər hissəsi olan və cavabdehlə aralarında bağlanmış əmək müqavilələrinin 9.1-ci bəndinə əsasən ödənilməli olan kompensasiya tələbi ilə bağlı cavabdeh tərəfin S.Məmmədovun iddiaçılarla əmək müqaviləsi bağlayarkən ƏM-nin tələblərini pozaraq qanunvericiliyə zidd olaraq işçiyə 3 və 6 aylıq net əmək haqqı məbləğində kompensasiya verilməsinə dair müqaviləyə qeyd edilən bəndin (9.1) əlavə etməsinə dair iddiaya etirazın dəlili ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Qanunvericiliyin mənasına görə müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirməyi ehtiva edən bir anlayışdır. Bütün bunlara əsasən müqavilə bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan bu iradəsinin formalaşması və ifadəsi onun özünə mənsubdur. Müqavilə tərəflərin arasında hüquq və vəzifələrin yaranması, dəyişdirilməsi və xitam edilməsi üçün qanuni əsas olmaqla, mülki dövriyyə iştirakçıları arasında münasibətlərin tənzimlənməsində və mübahisələrin həlli zamanı müəyyənliyinin təmin olunmasında xüsusi qüvvəyə malikdir. Bu baxımdan, məhkəmə kollegiyası qeyd edir ki, təqdim olunmuş rəsmi hüquqi sənədlərdə və yazılı müqavilələrdə əks olunmuş məlumatları təkzib edən tərəfin dəlilləri o halda qəbul oluna bilər ki, həmin dəlillər bir-birinə uyğunluğu, tamlığı, işə aidliyi, mümkünlüyü, obyektivliyi, mötəbərliyi və qanuniliyi xassələrinə malik olsun və ən əsası, rəsmi sənədlərdə əksini tapmış bu məlumatların həqiqiliyini şübhə altına almaq üçün kifayət etsin. Müəyyən edilmişdir ki, İddiaçı1 xx.xx.2019-cu tarixdə aylıq əmək haqqı 5013 AZN olmaqla partnyorlar üzrə satış meneceri vəzifəsinə təyin olunması, digər İddiaçı2 isə xx.xx.2019-cu il tarixdə aylıq əmək haqqı 3337 AZN olmaqla əsas müştərilərlə iş üzrə menecer vəzifəsinə təyin olunması barədə oxşar məzmunlu bağlanmış əmək müqavilələrini müqavilə tərəfi kimi Cavabdeh MMC-i mübahisələndirməmiş və həmin müqavilələr hüquqi qüvvəyə malik olmaqla, müqavilələrdə əksini tapmış öhdəliklər tərəflər üçün məcburi xarakter daşıyır. Həmçinin müəyyən edilmşidir ki, əmək müqavilələrini Cavabdeh MMC-nin adından imzalayan S.R.Məmmədovun buna səlahiyyəti olmuş və həmin müqavilələrə əsasən tərəflər əmək münasibətlərində olmuşlar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin «Azərbaycan Respublikasının əmək qanunvericiliyində işlədilən əsas məfhumların anlayışları» adlanan 3-cü maddəsinin 5-ci hissəsinə əsasən, əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 42-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır, hec kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işcidir. Həmin Məcəllənin 44-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Həmin maddənin 3-cü hissəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işcidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Həmin Məcəllənin 46-cı maddəsinin İ hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək məhkəmə qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlanır. İstinad edilən normaların tələblərindən göründüyü kimi, daimi xarakterə malik iş və ya xidmətlərlə bağlı tərəflərin qarşılıqlı razılığı olduqda əmək müqaviləsinin müddətli bağlanması əmək qanunvericiliyinin tələblərinə uyğundur. Tərəflərin buna qarşılıqlı razılığının olması isə hər iki tərəfin müddətli bağlanmış əmək müqaviləsini imzalaması ilə təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, Əmək Məcəlləsinin göstərilən müddəaları baxımından iddiaçılar və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçıların da kompensasiya ilə bağlı tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, tərəflər arasında bağlanmış əmək müqavilələri əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq bağlandığından və müqavilənin 9.1-ci bəndinin əmək qanunvericiliyinə zidd olaraq müqaviləyə əlavə edilməsini təsdiq edən hallar müəyyən edilmədiyindən, eləcə də cavabdeh tərəfindən buna dair sübutlar təqdim edilmədiyindən cavabdeh tərəfin bu bəndlə bağlı irəli sürdüyü dəlillər əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası əmək müqavilələrinin bağlandığı andan hüquqi qüvvəyə minməklə tərəflər üçün məcburi olmasını nəzərə alararaq hesab edir ki, cavabdeh müqavilələrin 9.1-ci bəndində müqavilə şərtlərindən və səbəblərdən asılı olmayaraq müqavilədə göstərilmiş tarixdən öncə xitam veriləcəyi təqdirdə işçiyə müavilədə nəzərdə tutulmuş qaydada kompensasiya ödəməyi üzərinə götürdüyündən onlara həmin bəndlərdə nəzərdə tutulmuş kompensasiyalar da cavabdeh tərəfindən ödənilməlidir. X5 Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982ci il tarixli qərarı; “X7rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Konstitusiya Məhkəməsi Plenumunun İ.Ağayevin şikayəti üzrə xx xxxxxx 2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmələr səlahiyyətləri çərçivəsində qanuna uyğun, dəqiq, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzliliyə yol vermədən, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlərə hərtərəfli baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidirlər. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddianın təmin edilməsi, İddiaçı1 ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli 10/2020 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar olunmaqla bağlı xx xxxx 2020-ci il tarixdən xitam verilərkən ödənilməmiş orta aylıq əməkhaqqı miqdarında, yəni 5013 (beş min on üç manat) AZN məbləğində işdənçıxarma müavinəti, habelə azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,4 misli (2 gün nəzərə alınmaqla) miqdarında yəni - 2005,2 (iki min beş manat 2 qəpik) AZN məbləğində pul vəsaiti, habelə əmək müqaviləsinin 9.1-ci bəndinə əsasən (net (xalis) əmək haqqı 4500 x 6 ay) 27.000 (iyirmi yeddi min) AZN kompensasiya məbləği olmaqla, cəmi 34,018.2 (otuz dörd min on səkkiz manat 2 qəpik) AZN pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı1 ödənilməsi, həmçinin İddiaçı2 ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli 11/2020 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar olunmaqla bağlı xx xxxx 2020-ci il tarixdən xitam verilərkən ödənilməmiş orta aylıq əmək haqqı miqdarında, yəni 3337 (üç min üç yüz otuz yeddi manat) AZN işdənçıxarma müavinəti, habelə azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,4 misli (2 gün nəzərə alınmaqla) miqdarında, yəni 1334.8 (bir min üç yüz otuz dörd manat 8 qəpik) AZN məbləği, habelə əmək müqaviləsinin 9.1-ci bəndinə əsasən (net (xalis) əmək haqqı 3000 x 3 ay) 9.000 (doqquz min) AZN kompensasiya məbləği olmaqla, cəmi 13671.8 (on üç min altı yüz yetmiş bir manat 8 qəpik) AZN pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı2 ödənilməsi, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən Cavabdeh MMC-nin təsisçisi S.Məmmədovun işçilərə yüksək əmək haqqı təyin etməsinə narazılığın bildirməsi və işçilərin aylıq əmək haqqlarının azaldılmasına dair göstəriş verilməsi, MMC-nin direktoru S.Məmmədov 2019-cu iliıı avqust ayından işçilərin əmək haqqlarının azaldılması barədə, o cümlədən İddiaçı1 əmək haqqının 5013 manatdan 3 375 manata və İddiaçı2 əmək haqqının 33xx xxxxxxxx 2025 manata salınması və bu barədə xx.xx.2019-cu il tarixdə təsisçiyə məlumat verməsi, həmin işçilər 2019-cu ilin avqust ayından xx.xx.2020-ci il tarixə kimi Cavabdeh MMC-də tutduqları vəzifədə çalışmaqla qeyd olunaıı sonuncu 3375 və 2025 manat məbləğində aylıq əmək haqqını almaları, İddiaçı1 bu azaldılmış məbləğlə ilk gündən razılaşması, İddiaçı2 isə xx.xx.2019cu il tarixdə bu azalma ilə razılaşmayaraq narazılığını yazılı şəkildə MMC-nin direktoru S.Məmmədova bildirməsi və əmək haqqını azaldılmasına dair qərarını təkrar nəzərdən keçirməsini xahiş etməsi, bundan sonra işçilərin aylıq əmək haqqı məsələsinə yenidən baxılmayaraq, həmin əmək haqqı ilə razılaşması və işlərinə davam etməsi, yəni hər ay da azaldılmış əmək haqqı məbləğini almaqla iş fəaliyyətlərini davam etdirməsi, habelə, S.Məmmədovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, yəni xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər- keçmiş iş yoldaşları üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə vəzifə saxtakarlığı edib işçilərə azaldılmış əmək haqqı verildiyi halda, DSMF-ııa və Vergilər Nazirliyinə aylıq ödəmələrə dair sənədlərə özünün, İddiaçı1 və İddiaçı2 ilkin əmək haqqı məbləğləri barədə bilə-bilə yalandan artıq məlumatlar mühasibatlığa daxil etdirib həmin məbləğlərə uyğun köçürmələr etdirməklə Şirkətin 22 895.09 manat vəsaitini israf etməsi ilə halları təsdiq edəcək sübutlar nə 1-ci instansiya məhkəməsinə, nə dəapellyasiya baxışı zamanı təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətlərinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2(009)- 2126/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar