Məhkəmə qərarları › İş №2(103)-3293/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3293/2024

27.05.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3293/2024 27.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “payın naturada ayrılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: payın naturada ayrılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “payın naturada ayrılması” tələbinə dair tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1503/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, sahəsi 107.40 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi, sahəsi 0.089280 ha olan torpaq sahəsinin 1/6 hissəsi xx.xx.2022-ci il tarixdən İddiaçı mülkiyyətindədir. X12 məxsus 5/6 hissə isə açıq saxlanılır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1-nin və həmin evin yerləşdiyi 0.089280 hektar torpaq sahəsinin onun payına düşən 1/7 hissəsinin naturada ayrılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1-nin və həmin evin yerləşdiyi 0.089280 hektar torpaq sahəsinin 1/7 hissəsi onun, 6/7 hissəsi isə mərhum atası X11 mülkiyyətindədir. Belə ki, atası X19 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. O, notariat ofisinə müraciət edərək, atasından miras qalmış ünvan 1-nin və orada yerləşən 0.089280 hektar torpaq sahəsinin ona çatan 7-də bir hissəsini qəbul edib, bu barədə çıxarış almışdır. Lakin digər vərəsələr onlara çatası payı qəbul etmək üçün notariat ofisinə müraciət etməmiş və mirası rəsmi qaydada qəbul etməmişlər. Ona görə də sözügedən miras əmlakın 6/7 hissəsi hələdə mərhum atasının adında qalmışdır. Vərəsələrdən üçü qardaşları - X20, X15 və anası - X6 vəfat etmişlər. Ona məxsus payın naturada ayrılması barədə cavabdehlərlə razılığa gələ bilmədiyinə görə ona məxsus payın naturada ayrılması barədə sənəd əldə edə və payına düşən hissəyə dair ayrıca çıxarış ala bilmir. Buna görə də müəyyən çətinlikləri yaranır. Bu səbəbdən də Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Şəhər şossesi küçəsi, ev 11V-nin və evin yerləşdiyi torpaq sahəsinin onun payına düşən hissəsinin naturada ayrılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, ünvan 1-nin və həmin evin yerləşdiyi 0.089280 hektar torpaq sahəsinin onun payına düşən 1/6 hissəsinin naturada ayrılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X16, X7 və X8 cavabdehlər İddiaçı, 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik və mülkiyyət hüququnun tanınması, vərəsəlik şəhadətnaməsinin qismən etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən – ünvan 1 ünvanına (ev və torpaq sahəsi) dair hissədə etibarsız hesab edilməsi və DƏDRX-nin xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.

6. Daha sonra müstəqil tələb irəli sürən üçüncü şəxslər X16, X7 və X8 məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, vərəsəlik və mülkiyyət hüququnun tanınması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən – ünvan 1 ünvanına və həmin evin yerləşdiyi 0.89280 hektar torpaq sahəsinə dair hissədə etibarsız hesab edilməsi və DƏDRX-nin həmin evə və torpaq sahəsinə dair İddiaçı adına 1/6 hissəsinə dair çıxarışının ləğv olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.

7. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1503/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli qərardadı ilə müstəqil tələb irəli sürən üçüncü şəxslər X10, X3 və X4 cavabdehlər İddiaçı, 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik və mülkiyyət hüququnun tanınması, vərəsəlik şəhadətnaməsinin qismən etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır.

8. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1503/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Şəhər Şossesi küçəsində yerləşən, sahəsi 0.089280 ha olan torpaq sahəsinin İddiaçı payına düşən 1/6 hissəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 10/4492 saylı ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun olaraq ekspert rəyində qeyd edildiyi qaydada digər paylardan naturada ayrılması, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, məhkəmə tikintitexniki ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul İddiaçı tutulması və X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iclasında müəyyən edildi ki, mübahisəli daşınmaz əmlakın 1/6 hissəsi iddiaçıya məxsusdur. Lakin iddiaçı payının naturada ayrılması barədə cavabdehlərlə razılıq əldə edə bilməmişdir. Bu səbəbdən iddiaçı ümumi birgə mülkiyyətdə olan əmlakdan öz payına düşən hissəyə (1/6) dair mülkiyyət hüququnu təsdiq edən ayrıca sənəd (çıxarış) ala bilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 10/4492 saylı rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki vəziyyətini, yaşayış və yardımçı sahələrin planlı yerləşməsini və bölgü aparılacağı təqdirdə bölünmüş sahələrə ayrı-ayrılıqda girişçıxışların açılmasının mümkünsüzlüyünü nəzərə alaraq mübahisə predmeti olan fərdi yaşayış evinin 1/6 hissəsinin naturada bölünməsinin İnşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4. bəndlərində və Məhkəmə Tikinti-X2 Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olmadığı, lakin həmin fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin 1/6 hissəsinin naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Bölgü sxemi rəyə əlavə edilmişdir. Məhkəmə, ekspert rəyini obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymətləndirmiş və mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Şəhər Şossesi küçəsində yerləşən, sahəsi 0.089280 ha olan torpaq sahəsinin İddiaçı payına düşən 1/6 hissəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 10/4492 saylı rəyinə əlavə edlmiş bölgü sxeminə uyğun olaraq naturada ayrılmalı, iddia qalan hissədə rədd edilməlidir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 213.2, 220.1, 220.2, 220.3-cü maddəsi və Mülki Prosessual Məcəllənin 88, 101.7, 119.1, 216- 220, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-1503/2024 saylı qətnaməsinin tam olaraq ləğv edilməsi və iddianın tam olaraq təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin mübahisəni bu qaydada həll etməsi, torpaq sahəsinin onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınmalı olmasına dair qanunun imperativ tələblərinə ziddir və qətnamənin icrası mümkün deyil. ünvan 3 ünvanda yerşələn torpaq sahəsindən onun payına düşən hissə naturada ayrılıb mənə veriləcəyi halda, onun evi 11V-nin payına düşən hissəsindən istifadəsinə çətinlik yaranacaqdır. Çünki həmin evin yerləşdiyi torpaq sahəsinə dair onun heç bir hüququ olmayacaq. Həmin evə gediş-gəlişi üçün o məcburdur ki, digər payçıların torpaq sahəsindən istifadə etsin. Digər payçılarla da münasibəti pozulduğuna görə, onlar öz torpaq sahələrinə, ev 11 V-yə onu buraxmayacaqları halda o həmin evdən istifadə edə bilməyəcək. Qanunun tələbinə görə ünvan 3-dən onun payına düşən hissənin naturada ayrılması mümkün olmadığı halda o digər payçılara öz payını satın almağı təklif etdikdən və müsbət cavab almadıqdan sonra həmin əmlakın hərrac vasitəsilə satılması və satışdan əldə olunun puldan onun payına düşən hissənin ona verilməsi barədə iddia irəli sürə bilər. Lakin ünvan 3 ünvanda yerləşən torpaq sahəsindən onun payına düşən hissə naturada ayrılıb ona veriləcəyi halda, o yalnız ev 11 V-nin hərracda satılması barədə iddia irəli sürə biləcəyək, torpaq sahəsi olmayan, ayrıca çıxarışı olmayan, yola birbaşa çıxışı olmayan evin hərracda satılması isə qeyrimümkündür. Torpaq sahəsinin qanunun imperativ tələblərinə zidd olaraq “birgə vahid daşınmaz əmlak” deyil, “ayrıca daşınmaz əmlak” kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının mümkün olacağı sübut edilməmişdir. Birinci instansiya məhkəməsi, torpaq sahəsinin onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alındığını nəzərə almadan, həmin əmlakı ayrı-ayrılıqda qeydiyyata alınmış əmlak kimi qiymətləndirərək, onların ayrı-ayrılıqlı naturada ayrılması barədə səhv nəticəyə gəlmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

14. Məhkəmə iclasında çıxış edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirir ki, iddianın ya təmin edilməsini, ya da rədd edilməsini xahiş edir. Onlar evdən istifadə edə bilmirlər. Hazırda qaynının yoldaşı orada yaşayır. Gedib-gələndə söz-söhbət olur. Digər şəxslərin orada qeydiyyatda deyil. Çıxarış almaq üçün 2 il əziyyət çəkib.

15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər və müstəqil tələb irəli sürən üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehlər və müstəqil tələb irəli sürən üçüncü şəxslərin nümayəndələri üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Hazırki halda iddiaçı apellyasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş edir. Kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.

22. İddiaçı ünvan 1-nin və həmin evin yerləşdiyi 0.089280 hektar torpaq sahəsinin onun payına düşən 1/6 hissəsinin naturada ayrılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

23. Birinci instansiya məhkəməsi, ekspert rəyini əsas götürərək belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Şəhər Şossesi küçəsində yerləşən, sahəsi 0.089280 ha olan torpaq sahəsinin İddiaçı payına düşən 1/6 hissəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 10/4492 saylı rəyinə əlavə edlmiş bölgü sxeminə uyğun olaraq naturada ayrılmalı, iddia qalan hissədə rədd edilməlidir.

24. İddiaçının apellyasiya şikayətinin dəlili odur ki, torpaq sahəsindən onun payına düşən hissə naturada ayrılıb ona veriləcəyi halda, onun evi 11V-nin payına düşən hissəsindən istifadəsinə çətinlik yaranacaqdır. Çünki həmin evin yerləşdiyi torpaq sahəsinə dair onun heç bir hüququ olmayacaq. Həmin evə gediş-gəlişi üçün o məcburdur ki, digər payçıların torpaq sahəsindən istifadə etsin. Digər payçılarla da münasibəti pozulduğuna görə, onlar öz torpaq sahələrinə, ev 11 V-yə onu buraxmayacaqları halda o, həmin evdən istifadə edə bilməyəcək. Qanunun tələbinə görə ünvan 3-dən onun payına düşən hissənin naturada ayrılması mümkün olmadığı halda o, digər payçılara öz payını satın almağı təklif etdikdən və müsbət cavab almadıqdan sonra həmin əmlakın hərrac vasitəsilə satılması və satışdan əldə olunun puldan onun payına düşən hissənin ona verilməsi barədə iddia irəli sürə bilər. Lakin ünvan 3 ünvanda yerləşən torpaq sahəsindən onun payına düşən hissə naturada ayrılıb ona veriləcəyi halda, o yalnız ev 11 V-nin hərracda satılması barədə iddia irəli sürə biləcəyək, torpaq sahəsi olmayan, ayrıca çıxarışı olmayan, yola birbaşa çıxışı olmayan evin hərracda satılması isə qeyri-mümkündür.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, sahəsi 107.40 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi, sahəsi 0.089280 ha olan torpaq sahəsinin 1/6 hissəsi xx.xx.2022-ci il tarixdən İddiaçı mülkiyyətindədir. X12 məxsus 5/6 hissə isə açıq saxlanılır.

26. Yəni, mübahisə predmeti olan torpaq sahəsi ayrı torpaq sahəsi deyil, məhz mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi olmaqla vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.

27. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 10/4492 saylı rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki vəziyyətini, yaşayış və yardımçı sahələrin planlı yerləşməsini və bölgü aparılacağı təqdirdə bölünmüş sahələrə ayrı-ayrılıqda girişçıxışların açılmasının mümkünsüzlüyünü nəzərə alaraq mübahisə predmeti olan fərdi yaşayış evinin 1/6 hissəsinin naturada bölünməsinin İnşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4. bəndlərində və Məhkəmə Tikinti-X2 Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olmadığı, lakin həmin fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin 1/6 hissəsinin naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Bölgü sxemi rəyə əlavə edilmişdir.

28. Həmin sxemə nəzər saldıqda müəyyən olunur ki, torpaq sahəsinin ayrılıb iddiaçıya verilə bilən hissəsi fərdi yaşayış evindən kənardadır. Məhkəmə tərkibi hesab edir ki, iddiaçının mübahisə predmeti olan evdə payı ayrılmadan onun yerləşdiyi torpaq sahəsində payın bu qaydada ayrılması nə qanunvericiliyə, nə də ki, açıq-aşkar məqsədəuyğun deyil.

29. Mülki qanunvericiliyə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. §16

30. İddiaçının apellyasiya şikayətində xahişi odur ki, iddia bütövlükdə təmin edilsin. Lakin ekspert rəyindən də müyyən olunduğu kimi mübahisə predmeti olan evdə iddiaçının payının ayrılması mümkün deyil. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1503/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən – “Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Şəhər Şossesi küçəsində yerləşən, sahəsi 0.089280 ha olan torpaq sahəsinin İddiaçı payına düşən 1/6 hissəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 10/4492 saylı ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun olaraq ekspert rəyində qeyd edildiyi qaydada digər paylardan naturada ayrılması” hissəsində ləğv edilməli, iddia tələbi təmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1503/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən – “Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi Şəhər Şossesi küçəsində yerləşən, sahəsi 0.089280 ha olan torpaq sahəsinin İddiaçı payına düşən 1/6 hissəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 10/4492 saylı ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun olaraq ekspert rəyində qeyd edildiyi qaydada digər paylardan naturada ayrılması” hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar