Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3294/2022 31.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və sair tələbinə dair mülki iş üzrə apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq Müəyyən etdi: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və sair tələbinə dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-166/2021 saylı, 09.12.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən kredit müqaviləsi üzrə ümumilikdə cəmi 35187,39 ABŞ dolları borcun, 47,7 manat məhkəmə xərci, tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılaraq borcun ödənilməsi müəyyən edilmişdir. Qeyd edilən qətnamədən İddiaçı QSC apellyasiya şikayəti vərərək bildirmişdir ki, qeyd edilən qətnamənin əsaslandırıcı hissəsində «ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi və o satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh3, Cavabdeh4 və K. Süleymanovanın həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi» məsələsinə qiymət verilsə də, qətnamənin nəticə hissəsində bu qeyd edilməmişdir, buna görə də qətnamənin iddianın sadalanan təmin edilməyən hissəsində ləğv edilməsini, həmin hissədə iddianın təmin olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı QSC sadalanan hallarla bağlı əlavə qətnamə çıxarılması barədə ərizə ilə məhkəmə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-1885/2022 saylı, 04.02.2022-ci il tarixli əlavə qətnamə ilə ərizə qismən təmin edilmişdir. Eyni zamanda qeyd edilən qətnamədən Cavabdeh3 da apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki mülki iş üzrə iddiaçının verdiyi apellyasiya şikayətinə münasibətdə apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Belə ki, yuxarıda qeyd olunduğu kimi iddiaçı bankın əlavə qətnamə çıxarılması barədə ərizəsi ilə eyni məzmunda olan apellyasiya şikayətindəki tələbi (xahişi) Xətai Rayon Məhkəməsinin 04.02.2022-ci il tarixli əlavə qətnaməsi ilə artıq öz həllini tapmışdır. Belə olan halda, birinci instansiya məhkəməsi iddiaçının qətnamədən verdiyi apellyasiya şikayəti ilə bağlı hər hansı prosessual hərəkət etmədən, yəni şikayəti geri qaytarmaq əvəzinə, cavabdehin Cavabdeh3 şikayəti ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yaranmış vəziyyət isə işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364 və 366-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və sair» tələbinə dair mülki iş üzrə İddiaçı QSC-nin apellyasiya şikayətinə münasibətdə apellyasiyanın mümkünlüyü üçün əsaslar olmadığından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və həmin apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-3294/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3294/2022
31.03.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver