Məhkəmə qərarları › İş №2(103)-3297/2025

Bakı Apellyasiya Məhkəməsi Qiyabi qətnamə — İş №2(103)-3297/2025

28.07.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3297/2025 28.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə Açar sözlər: (“əmrin ləğv edilməsi, işə bərpa edilməsi”) hakimlər X5 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı və onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi” tələbinə dair Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)- 810/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Cavabdeh MMC (indiki "xxxx" MMC-yə) qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavadeh Cavabdeh MMC-dən (indiki "xxxx" MMC) xx.xx.2024-cü il tarixli, N° 255 K əmrlərin etibarsız hesab edilməsi, Əmək və Məşğulluq altsistemində (ƏMAS) İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, N° 255 K nömrəli əmrin sistenən silinməsi, cavadeh Cavabdeh MMC-dən (indiki "xxxx" MMC) İddiaçı Vəfadar qızı müdir vəzifəsinə bərpasını, Mediasiya İMS xərcinin ödənməsi üçün 50 manat dövlət rüsüm, vəkil orderi üçün 330 manat pulun dövlət rüsümü olmaqla ümümilikdə 380 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən (indiki "xxxx") tutulmasi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı Vəfadar qızı xx.xx.2012-ci il tarixdə əmr M 27 K "xxxx" firması Firmanın "xxxx" mağazasında satıcı vəzifəsinə qəbul edilmiş xx.xx.2018-cü il tarixdə əmr M 247 K nomrəsi ilə əmək müqaviləsinə öz xahişi ilə xitam verilmişdir. Bundan sonra, "xxxx" MMC-yə xx.xx.2018-ci il tarixdə əmr 207 K nömrəsi ilə Cavabdeh MMC-nin cəmiyyətində inzibatçi vəzifəsinə qəbul edilmiş və xx.xx.2021-cü il tarixdə əmr M 588 K nömrəsi ilə əmək müqaviləsində dəyişdirilərək İnzibatçı vəzifəsindən mağaza müdiri vəzifəsinə keçmişdir. O, işlədiyi müddətdə səhhətində yaranan problemlərlə bağlı xx.xx.2024 ci ildə əmri ilə ərizə ilə müraciət edərək işdən çıxmaq istəmişdir. Bu faktı Əmək kitabçasına nəzər etikdə də bilinir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddənin 2-ci hissəsinin "a” bəndinə 226 K nömrəli əmrə əsasən əsasən öz xahişi ilə işdən çıxarılmışdır. Lakin sonradan gün ərzində ona qarşı kobud hərəkət edərək xx.xx.2024-cü ildə 226 K nömrəli əmri etibarsiz hesab edərək yenidən işləməyi üçün göstəriş verilir. 19 avqust 2024-cü il tarixdə Cavabdeh (indiki "xxxx") MMC-nin (Megastore Saray fialında) cəmiyyətində mağazasında sayım keçirilmiş, sayım düzgün keçirilməmiş, o sayımdan narazı qaldığına görə dəfələrlə rəhbərliklə görüşmək istəmişdir. Ona dedilər ki, müdir Azərbaycan Respubilkasinin hüdudlarından kənardadır, gələndə görərsiniz və bundan əlavə o, öz razılıqla işdən çıxmaq üçün müraciət etmiş, onlar ona öz hesabına 1 sentyabrdan 15 sentyabr 2024-cü il tarixədək Əmək qabiliyyətinin müvəqqəti itirilməsi və ya bülletendə olmuşdur. 16 sentyabrdan işinə davam etmişdir. Bundan sonra o, səhhətində yaranan problemlərlə bağlı (sağ omba budumun burxulması) xx.xx.2024-cü il tarixdə Əmək Qabiliyyətinin olmaması ilə Bakı şəhəri, S.S.Axundov küşəsində yerləşən “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ 25 nömrəli Şəhər Polikinikasinda səhhəti ilə bağlı müraciət etmişdir və ona bülleten açılmış və o bunu müdiriyyətə xəbər vermişdir. Açılmış kartıçkadan məlumdur ki, 18 oktyabr işə çıxacaq idi. Lakin Cavabdeh MMC (İndiki "xxxx") işçilərinə qarşı qərəzli yanaşır. xx.xx.2024-cü il tarixində Marketin daxilində sayım keçirilərək aydın olur ki, mağazada əksiyi var. Öz araşdırması nəticəsində aydın olur ki, mağazada olan sayımda əksik olan məhsullar və sayımda sayıllan məhsullar sistemə səhv yerləşdirilib. Üstəlikdə heç bir səbəb olmadan bəzi məhsullar sayımda sayılmayıb. İş prosesi zamanı heç bir əskiyin olmadığını sübut etsə də, qəbul etməyərək mağazada 10000 (on min) əskiyin olduğunu qeyd edərək ondan 10000 (on min) manat pulu sən ödəməlisən, ödəmədiyin təqdirdə onu Əmək məcələsinin 70 “ç” bəndi ilə işdən azad edəcəklərini dedilər. O, marketdə əksik yoxdur, yenidən sayım keçirilsin desə də, xx.xx.2024cü il tarixində o, Əmək qabiliyyətinin müvəqqəti itirilməsi və ya bülletendə olarkən heç bir səbəb olmadan Əmək məcələsinin 70 “ç” bəndi ilə işdən azad edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdən Cavabdeh (İndiki "xxxx") MMC-nin direktoru vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi qərara alınmışdır. Qeyd olunan əmrlərin mövcudluğu İddiaçı Vəfadar qızı yalnız xx.xx.2024-cü il tarixdə Azərpoçtdan gələn məktub əsasında məlum olmuşdur. Əmək və Məşğulluq altsistemində (ƏMAS) yerləşdirilmiş xx.xx.2024-cü il tarixli, N° 255 K nömrəli əmrlərin məzmunu da Əmək Məcəllənin 84-cü maddəsinin tələblərinə də uyğun deyil. O, artıq xx.xx.2021-ci ildən xx.xx.2024-cü il tarixli 3 il müddətdə onun haqqında heç bir tənbeh tədbiri görülməmişdir. Bütün marketlərdə sayım nəticəsində adında heç bir əskik olmadan təhvil vermişdir. Yalnız son avqust ay müddətinə işlədiyi marketdə 10000 (on min) manat maddi ziyan həqiqəti əks etirmir. xx.xx.2024-cü il tarixində onu işdən çıxaracaqlarını ona izahatını 10000 (on min) manat borcu olduğuna görə onu çıxardılar deyə izahat yazdırmağa çalışsalar da o, bunu qəbul etmir. O, xx.xx.2024-ci il tarixdə “Mediasiya prosesinin təqbiqi barədə təklifin hazırlanması üçün Mediasiyaya müraciət etmişdir və xx.xx.2024-ci il tarixdə “Mediasiya prosesininə müraciət üçün ərizə daxil olmuşdur. Mediasiyaya müraciət etmiş və həmin tarixdən etibarən mediasiya prosesi başlanmışdır. O, mediasiya prosesindən keçmiş və bu barədə ona mediator X16 tərəfindən xx.xx.2024-cü il tarixdə “X8 (İMS) iştirak edilməməsi barədə” arayış verilmişdir.

2. İşin icraatı zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki: - İddiaçı məxsus olan ******* nömrəli əmək kitabçasına əsasən, İddiaçı xx.xx.2018-ci il tarixdə Cavabdeh MMC-də inzibatçi vəsifəsinə işə qəbul edilmişdir; - İddiaçı məxsus olan ******* nömrəli əmək kitabçasına əsasən, İddiaçı xx.xx.2021-ci il tarixdə Promat MMC-də inzibatçi vəzifəsindən mağaza müdiri vəzifəsinə keçirilmişdir; - İddiaçı məxsus olan ******* nömrəli əmək kitabçasına əsasən, “Promart“ MMC-nin xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, X11 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “ç” bəndinə əsasən təqsirli hərəkətlər nəticəsində mülkiyyətçiyə maddi ziyan vurulduğu əsası ilə xitam verilmişdir; - Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli İddiaçı ünvanladığı məktuba əsasən, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verildiyi barədə məlumatlandırılaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin tələbinə uyğun olaraq, xahiş olunur ki, ünvan 1 ünvanında yerləşən Cavabdeh MMC-nin baş ofisinə yaxınlaşıb Əmək kitabçasını almağı bildirilmişdir; - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/13/2024-01676 nömrəli 05 noyabr 2024-cü il tarixli arayışında görünür ki, 60 manat məbləğində mediasiya rüsumu İddiaçı tərəfindən ödənilmişdir; - ******* nömrəli Əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2024-xx.xx.2024,xx.xx.2024xx.xx.2024, xx.xx.2024 - xx.xx.2024-cü il tarixlərdə sağ ayaq baldır nahiyəsinin əzilməsi diaqnozu ilə əmək qabiliyyəti göstərilən tarixlərdə müvəqqəti itirilmişdir.

3. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-810/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 68, 70, 76.1, 80.1, 70, 71, 72, 79; Mülki Prosessual Məcəllənin 218.1, 14.2, 88, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixdə "Promart” MMC-də inzibatçı vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2021-ci il tarixli əmrə əsasən inzibatçi vəzifəsindən mağaza müdiri vəzifəsinə keçirilmişdir. "Promart” MMC-nin xx.xx.2024-cü il tarixli əmri ilə "Promart” MMC-nin mağazalar şəbəkəsi bölməsində mağaza müdiri vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70 "ç” (təqsirli hərəkətlər nəticəsində mülkiyyətçiyə maddi ziyan vurulduğu) maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilməsinə dair əmr vermişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək "Promart” MMC tərəfindən işdən çıxarılmasına dair xx.xx.2024-cü il tarixli əmrin etibarsız hesab edilməsini xahiş etsə də, o cavabdeh qismində "Promart” MMC-ni deyil, "xxxx" MMC-ni qoymuşdur. Beləliklə məlum olur ki, hazırki iddia tələbinə cavab verilməli olan şəxs "xxxx" MMC deyil, "Promart” MMC olduğundan iddia tələbi "xxxx" MMC-yə münasibətdə təmin edilə bilməz. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 810/2025 nömrəli xx.xx.2025-cü il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 68, 69, 70, 71.2, 79, 80, 87.5, 292; Mülki Məcəllə 45, 340.1, 350; Mülki Prosessual Məcəlləsinin 9, 14.2, 78.1, 81, 88, 217.3, 372.1, 372.7, 387.2.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı Vəfadar qızı xx.xx.2012-ci il tarixdə əmr № 27 K "xxxx" firması Firmanın "xxxx" mağazasında satıcı vəzifəsinə qəbul edilmiş xx.xx.2018-cü il tarixdə əmr № 247 K nomrəsi ilə əmək müqaviləsinə öz xahişi ilə xitam verilmişdir. Bundan sonra, "xxxx" MMC-yə xx.xx.2018-ci il tarixdə əmr 207 K nömrəsi ilə "Promart” MMC-nin cəmiyyətində inzibatçi vəzifəsinə qəbul edilmiş və xx.xx.2021-cü il tarixdə əmr № 588 K nömrəsi ilə əmək müqaviləsində dəyişdirilərək İnzibatçı vəzifəsindən mağaza müduri vəzifəsinə keçmişdir. O, işlədiyi müddətdə səhhətində yaranan problemlərlə bağlı xx.xx.2024 ci ildə ərizə ilə müraciət edərək işdən çixmaq istəmişdir. Bu faktı Əmək kitabçasına nəzər etdikdə də bilinir ki, AR Əmək Məcəlləsinin 68-ci maddənin 2-ci hissəsinin “a” bəndinə 226 K nömrəli əmrə əsasən əsasən öz xahişi ilə işdən çıxarılmışdır. Lakin sonradan gün ərzində ona qarşı kobud hərəkət edərək xx.xx.2024-cü ildə 226 K nömrəli əmri etibarsiz hesab edərək yenidən işləməyi üçün göstəriş verilir. 19 avqust 2024 cu il tarixdə "Promart” MMC-nin (iMegastore Saray filialında) cəmiyyətində mağazasında sayım keçirilmiş, sayım düzgün keçirilməmiş o, sayımdan narazı qaldığına görə dəfələrlə rəhbərliklə görüşmək istəmişdir. Ona dedilər ki, müdir Azərbaycan Respubilkasinin hüdudlarından kənardadır, gələndə görərsiniz və bundan əlavə, o, öz razilığı ilə işdən çıxmaq üçün müraciət etmişdir. Onlar öz hesabına 1 sentyabrdan 15 sentyabr 2024-cü il tarixədək Əmək qabiliyyətinin müvəqqəti itirilməsi və ya bülletendə olmuş, 16 sentyabrdan işinə davam etmişdir. Bundan sonra o, səhhətində yaranan problemlərlə bağlı (sağ omba budunun burxulması) xx.xx.2024-cü il tarixdə Əmək Qabiliyyətinin olmaması ilə Bakı şəhəri, S.S.Axundov küçəsində yerləşən “Bakı Baş Səhiyyə Mərkəzi’ PHŞ 25 nömrəli Şəhər Polikinikasinda səhhəti ilə bağlı müraciət etmiş və ona bülleten açılmış və bunu müdiriyyətə xəbər vermişdir. Açılmış kartıçkadan məlumdur ki, o, 18 oktyabr işə çıxacaqdı, lakin "Promart” MMC işcilərinə qarşı qərəzli yanaşır. xx.xx.2024-cü il tarixində Marketin daxilində sayım keçirilərək aydın olur ki, mağazada əksiyi var. Öz araşdırması nəticəsində aydın olur ki, mağazada olan sayımda əksik olan məhsullar və sayımda sayılan məhsullar sistemə səhv yerləşdirilib. Üstəlikdə heç bir səbəb olmadan bəzi məhsullar sayımda sayılmayıb. İş prosesi zamani heç bir əskiyin olmadığını sübüt etsə də, qəbul etməyərək mağazada 10000 əskiyin olduğunu qeyd edərək ondan pulu sən ödəməlisən, ödəmədiyin təqdirdə onu Əmək məcələsinin 70 “ç” bəndi ilə işdən azad edəcəklərini dedilər. O, marketdə əksik yoxdur yenidən sayım keçirilsin desə də, xx.xx.2024-cü il tarixində o, Əmək qabiliyyətinin müvəqqəti itirilməsi və ya bülletendə olarkən heç bir səbəb olmadan Əmək məcələsinin 70 “ç” bəndi ilə işdən azad edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdən "Promart” MMC-nin direktoru vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi qərara alınmışdır. Qeyd olunan əmrlərin mövcudluğu İddiaçı Vəfadar qızı yalnız xx.xx.2024-cü il tarixdə Azərpoçtdan gələn məktub əsasında məlum olmuşdur. Əmək və Məşğulluq altsistemində (ƏMAS) yerləşdirilmiş xx.xx.2024-cü il tarixli, № 255 K nömrəli əmrlərin məzmunu da ƏM-nin 84-cü maddəsinin tələblərinə də uyğun deyil. Artiq xx.xx.2021-ci ildən xx.xx.2024-cü il tarixli 3 il müddətdə onun haqqında hec bir tənbeh tədbiri görülməmişdir. Bütün marketlərdə sayım nəticəsində adında heç bir əskik olmadan təhvil vermişdir. Yalnız son avqust ay müdətinə işlədiyi marketdə 10000 (on min) manat maddi ziyan həqiqəti əks etdirmir. xx.xx.2024-cü il tarixində onu işdən çıxaracaqlarını ona izahatinı 10000 (on min) manat borcu olduğuna görə onu çıxardılar deyə izahat yazdırmağa çalışsalar da, o, bu barədə izahat yazmadı. Ona qarşı olan 10000 (on min) manat borc inandirici deyil, o, bunu qəbul etmir. Qeyd olunan hallar apellyasiya şikayətinin bununla bağlı dəlilini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi prosessual əsasla ləğv edilməlidir. Birinci instansiya məhkəməsində, iddia ərizəsində "Promart” ("xxxx") MMC qeyd edilsə də, iddia tələbi əsassiz olaraq ləğv edilmişdir. Belə ki, ilk olaraq mediasiya prosesindən keçmiş və bu barədə ona mediator X16 tərəfindən xx.xx.2024cü il tarixdə “X8 (İMS) iştirak edilməməsi barədə” arayışın verilmişdir. "Promart” MMC əməkdaşları ilə əlaqə saxlanmış, onlar artıq "xxxx" MMC olduqlarını və iclasda işdirak etməyəcəklərini bildirmişlər. "Promart” MMC ("xxxx" MMC) yerləşmə ünvanları Baki şəhəri, ünvan 2ki MMC-nin eyni əlaqə telefonları +994 55 900 43 50, +99451 *** ** ** . "Promart” MMC və "xxxx" MMC-nin X13. İnsan Resuslan Departamentinin X2, "Promart” MMC və "xxxx" MMC -nin qanunu təmsilçi X14. "Promart” MMC və "xxxx" MMC -nin X17 və hər iki MMC-də digər salahiyyətli şəxsləri eynilik təşkil edir. Bundan başqa iddiaçı tərəf hesab edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən azad edilməsinə dair əmr əsassız hesab edilməlidir, belə ki mülki işində audit rəyi keçirilməmişdir. "Promart” MMC ("xxxx" MMC-nin) direktorun fəaliyyətinə hələ audit rəyi olmadan xitam vermişdir. Bundan başqa cavadehin sözügedən audit rəyi “Audit haqqında qanunvericiliyi” uyğun tərtib edilməmiş, audit rəyi şirkətin daxili əsasnaməsinə əsasən aparılmışdır. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, "Promart” MMC ("xxxx" MMC-nin) İnsan Resusları Departamentinin X2 əmək müqaviləsinə xitam verilməsi zamanı "Promart” MMC ("xxxx" MMC-nin) İnsan Resusları Departamentinin direktoru vəzifəsində işləmiş, şəxsin işdən çıxartmayla bağlı heç bir hüququ olmamışdır, həmin hüquq Mülki Məcəlləyə əsasən direktorun səlahiyyətlərinə aid olduğun nəzərə alsaq, iddiyaçı İddiaçı əmək müqaviləsinə xitam verilməsinə dair əmr ümumi yığıncağın qərarı olmadan səlahiyyəti olmayan "Promart” MMC İnsan Resuslan Departamentinin X1 özü tərəfindən imzalanmışdır. Bundan başqa, iddiaçı tərəf hesab edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən azad edilməsinə dair əmr əsassız hesab edilməlidir, belə ki mülki işin materiallarına əlavə edilməmiş audit rəyindən "Promart” MMC isə bir ay əvvəldən direktorun fəaliyyətinə hələ audit rəyi olmadan xitam vermişdir. "Promart” MMC və "xxxx" MMC-nin X17 tərəfindən keçirilən audit rəyləri saxta heç bir sənədə salınmayan sayım nəticəsində xarab olunan malları market direktorlar işdən çixmaq istədikdə saxta yükləmədir. "Promart” MMC və "xxxx" MMC-nin X17 tərəfindən əgər audit keçirilmişdirsə, onun borcu yaranan zaman 70 “ç” bəndi ilə isdən azad edilməli idi, İddiaçı Əmək qabiliyyətinin müvəqqəti itirilməsi və ya bülletendə olarkən qərəzli olaraq işdən azad edilmişdir. Bundan əlavə, İddiaçı dəfələrlə "Promart” MMC və "xxxx" MMC-nin X7 qəbuluna düşmək şikayət və tələblərini bildirmək istəmiş, lakin buna imkan verilməmişdir. Nümayəndə ilk öncə iddia tələbinin iddiyaçı İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, № 255 K nömrəli əmrinin etibarsız hesab edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, "Promart” MMC ("Promart” MMC-nin nizamnaməsindən məlum olur ki, MMC-nin direktorunun təyin edilməsi və onu geri çağırılması MMC-nin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilmişdir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, "Promart” MMC (eyni zamanda "xxxx" MMC nin) İnsan Resusları Departamentinin X2 əmək müqaviləsinə xitam verilməsi zamanı "Promart” MMC (eyni zamanda "xxxx" MMC-nin) İnsan Resursları Departamentinin direktoru vəzifəsində işləmiş və İddiaçı əmək müqaviləsinə xitam verilməsinə dair əmr ümumi yığıncağın qərarı olmadan və şəxs Əmək qabiliyyətinin müvəqqəti itirilməsi və ya bülletendə olarkən heç bir səbəb olmadan özü tərəfindən imzalanmışdır. Beləliklə, məlum olur ki, cavabdeh "Promart” MMC (eyni zamanda "xxxx" MMC-nin) İnsan Resusları Departamentinin X2 ümumi yığıncağın qərarı olmadan sözügedən əmri vermək səlahiyyəti olmadığından xx.xx.2024-cü il tarixli, № 255 K nömrəli əmrinin əmr etibarsız hesab edilməlidir. Bundan başqa, onu da qeyd etməyi zəruri hesab edir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin iş № 2(008)-810/2025 nömrəli işdə cavabdeh qismində iştirak edən nümayəndə "xxxx" MMC və "Promart” MMC-yə məxsus nümayəndə qətnamədə cavabdehin nümayəndəsi kimi adı qeyd edilən Nümayəndə1 adlı şəxs Sabunçu Rayon Məhkəməsinin inzibati binasinda keçirilən məhkəmə iclasinda iştirak etməyib. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC- nin nümayəndəsi Nümayəndə1 iddia tələbi qəbul etməyərək iddia tələbi cavabdeh olanmayan şəxsə qarşı verilmiş olduğundan təmin edilməməlidir. Belə ki, "xxxx" MMC və Cavabdeh MMC-nin təsisçisi eyni şəxs olsa da, onların hər ikisi ayrı- ayrı hüquqi şəxs olduğunu, iddiaçının Promart MMCnini şçisi olduğunu, iddiaçını işdən çıxarılma əmrinin Cavabdeh MMC vermiş olduğunu bildirərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Həmin şəxsin adı sonrada qətnaməyə salınmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Nilufər Cəfərliyə iddia həcimində dəqiqləşmə ərizəsi təqdim etsə də, qəbul etməmiş, "Promart” MMC-i məhkəmə iclasina cəlb etməmiş və təqdim edilən sübutlara qiymət vermədən yekun qətnamə qəbul etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində bütün və digər kobud səhvlərə qiymət verilməyərək iddia tələbi rədd edilmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar

5. Apellyasiya icraatı zamanı "xxxx" MMC əsl Cavabdeh MMC ilə əvəz edilmişdir.

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmunu ilə eynilik təşkil edən izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş, şikayətin dəlillərini müdafiə etmiş və iddiaçının xx.xx.2021-ci il tarixində mağaza müdiri kimi işə daxil olduğunu, üç il ərzində heç bir sayım əskikliyinin, heç bir borcunun olmadığını qeyd etmişdir. Bildirmişdir ki, xx.xx.2024-cü il tarixində iddiaçını özünün xəbəri olmadan işdən azad ediblər və sonradan işə bərpa ediblər, belə ki, əvvəlcə xanımı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad ediblər, daha sonra onu işə bərpa edərək, bülletendə olduğu dövrdə xx.xx.2024-cü il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə onu işdən azad ediblər. Bundan əlavə, əmək qanunvericiliyinə əsasən, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işçi işdən azad edilərkən Həmkarlar Təşkilatının rəyi alınmalıdır, lakin cavabdeh təşkilatın Həmkarlar Təşkilatı mövcud deyildir, "Promart” MMC-nin İnsan Resusları Departamentinin X2 əmək müqaviləsinə xitam verilməsi zamanı "Promart” MMC İnsan Resusları Departamentinin direktoru vəzifəsində işləmiş və İddiaçı əmək müqaviləsinə xitam verilməsinə dair əmr ümumi yığıncağın qərarı olmadan və şəxs Əmək qabiliyyətinin müvəqqəti itirilməsi və ya bülletendə olarkən heç bir səbəb olmadan tərəfindən imzalanmışdır, cavabdeh "Promart” MMC İnsan Resusları Departamentinin X2 ümumi yığıncağın qərarı olmadan sözügedən əmri vermək səlahiyyəti olmadığından xx.xx.2024-cü il tarixli, № 255 K nömrəli əmr etibarsız hesab edilməlidir. Əlavə olaraq qeyd etmişdir ki, əgər cavabdeh tərəf hesab edirdisə ki, iddiaçı tərəfindən 11000 manat mənimsənilib, bu halda hüquq-mühafizə orqanlarına müraciət etməli idi. Birinci instansiya məhkəmə qətnaməsinin əsassız olduğundan ləğv edilərək iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

8. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmiş və məhkəmə kollegiyası iddiaçının ərizəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238 və 376-cı maddələrinə əsasən işə qiyabi icraat qaydasında baxmağı qərara almışdır. Apellyasiya baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur.

11. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23- cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur.

12. Azərbaycan Respublikası Əmək Məcəlləsinin müddəalarına əsasən: 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 70. “ç” bəndi. əmək müqaviləsi işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər. 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 76. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 79. 1. İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 84.1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. 84.2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 189.2. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 300 ("Qeyd" hissəsi). Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş "dəymiş zərərin məbləği" dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən l əğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.2. İşdə bir neçə cavabdeh iştirak etdikdə, məhkəmə iclasına bütün cavabdehlər gəlmədikdə işə qiyabi icraat qaydasında baxılması mümkündür. 238.3. İşdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. 238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır.238.5. İşə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır.239. Məhkəmə iclasına gəlmiş iddiaçı işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına razı olmadıqda, məhkəmə işin baxılmasını təxirə salır və cavabdehə yeni məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərir. 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. 241.2. Qətnaməni tərtib edərkən hakim bu Məcəllənin 16-cı fəslinin müddəalarını rəhbər tutur. 241.3. İşə qiyabi icraat qaydasında baxılarkən iddianın əsasları və ya predmeti dəyişdirilə və ya iddia tələblərinin məbləği artırıla bilməz. 241.4. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir.241.5. İddiaçının dəlilləri iddia tələblərini tamamilə və ya qismən təsdiq etməsə, məhkəmə iddianın və ya onun hissəsinin rədd olunmasına dair qətnamə çıxarır və belə qətnamə, cavabdehin gəlməməsinə baxmayaraq, qiyabi hesab edilmir. 243.1. Qiyabi qətnamə çıxarıldıqdan sonra 10 gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir 243.2. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qiyabi qətnaməni elektron imzası ilə təsdiq etməklə qiyabi qətnamə çıxarıldığı vaxtdan 10 (on) gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. 244. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. 245.1. Qiyabi qətnamənin ləğvi haqqında ərizədə aşağıdakılar göstərilməlidir: 245.1.1. qiyabi qətnamə çıxaran məhkəmənin adı; 245.1.2. ərizə verən şəxsin adı; 245.1.3. cavabdehin məhkəmə iclasına üzürlü səbəbdən gəlməməsini əks etdirən hallar və bu halları təsdiq edən sübutlar; 245.1.4. ərizə verən şəxsin xahişi; 245.1.5. ərizəyə əlavə edilmiş materialların siyahısı. 245.2. Qiyabi qətnamənin ləğvi haqqında ərizə cavabdeh və ya onun səlahiyyətli nümayəndəsi və işdə iştirak edən şəxslərin sayına müvafiq surətdə tərtib edilərək, işə baxan məhkəməyə təqdim edilir. 245.3. Ərizədən dövlət rüsumu alınmır. 246. Qiyabi qətnamənin ləğvi haqqında ərizədən imtina edildikdə apellyasiya şikayətindən imtina edilməsi haqqında qaydalar tətbiq edilir. 248. Qiyabi qətnamənin ləğvi haqqında ərizəyə hakim, həmin ərizə məhkəməyə daxil olduğu vaxtdan 10 gün müddətində məhkəmə iclasında baxır. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş şəxslərin məhkəmə iclasına gəlməməsi ərizəyə baxılmasına mane olmur. Hakim, qiyabi qətnamənin ləğvi haqqında ərizəyə baxaraq, ərizənin təmin olunmaması haqqında, yaxud qiyabi qətnamənin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarır. 250. Əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir. 251. Qiyabi məhkəmə qətnaməsini ləğv edərkən hakim işə mahiyyəti üzrə baxılmasını təzələyir. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh gəlmədikdə, işə yenidən baxılarkən çıxarılan məhkəmə qətnaməsi qiyabi qətnamə hesab edilmir. Cavabdehin qiyabi icraat qaydasında bu qətnaməyə yenidən baxılması üçün təkrar ərizə vermək hüququ yoxdur. 252. Qiyabi qətnamə bu Məcəllənin 233-cü maddəsində nəzərdə tutulmuş qaydalar əsasında qüvvəyə minir. 253.1. Qiyabi məhkəmə qətnaməsi ziyanına ləğv olunmuş tərəf çıxarılmış qərardaddan apellyasiya qaydasında şikayət verə bilməz. 253.2. Apellyasiya qaydasında aşağıdakılardan şikayət verilə bilər: 253.2.1. bu Məcəllənin 241.5-ci və 251-ci maddələrində nəzərdə tutulmuş qaydada qətnamə qəbul edildikdə; 253.2.2. cavabdehin ərizəsi ilə qiyabi məhkəmə qətnaməsinin ləğvindən imtina edildikdə; 253.3. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər.

14. Qiyabi icraat qaydasında işə baxan məhkəmə kollegiyası mülki işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq Mülki Prosessual Məcəllənin 76, 77, 80-82, 106.2, 220.5, 238-253-ci maddələrini rəhbər tutaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materiallarında olan İddiaçı məxsus olan ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə "xxxx" MMC-də inzibatçi vəsifəsinə işə qəbul edilmişdir. İddiaçı məxsus olan ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC-də inzibatçi vəsifəsindən mağaza müdiri vəzifəsinə keçirilmişdir. İddiaçı məxsus olan ******* nömrəli əmək kitabçasından görünür ki, Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, X11 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “ç” bəndinə əsasən təqsirli hərəkətlər nəticəsində mülkiyyətçiyə maddi ziyan vurulduğu əsası ilə xitam verilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli İddiaçı ünvanladığı məktubdan görünür ki, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, xx.xx.2024-cü il tarixdə xitam verildiyi barədə məlumatlandırılaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin tələbinə uyğun olaraq, xahiş olunur ki, ünvan 1 ünvanında yerləşən Cavabdeh MMC-nin baş ofisinə yaxınlaşıb Əmək kitabçasını almağı bildirilmişdir. ******* nömrəli Əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2024-xx.xx.2024, xx.xx.2024-xx.xx.2024, xx.xx.2024xx.xx.2024-cü il tarixlərdə sağ ayaq baldır nahiyəsinin əzilməsi diaqnozu ilə əmək qabiliyyəti göstərilən tarixlərdə müvəqqəti itirilmişdir.

15. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlmişdir ki, iddiaçı məhkəməyə müraciət edərək Cavabdeh MMC tərəfindən işdən çıxarılmasına dair xx.xx.2024-cü il tarixli əmrin etibarsız hesab edilməsini xahiş etsə də, o cavabdeh qismində Cavabdeh MMC-ni deyil, "xxxx" MMC-ni qoymuşdur, iddia tələbi "xxxx" MMC-yə münasibətdə təmin edilə bilməz.

16. Kollegiya hesab edir ki, məhkəmə işin hallarını tam və hərtərəfli araşdırmamış, nəticədə mübahisənin həlli ilə bağlı düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyinin düzgün olmadığını vurğulayaraq hesab edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən: 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Lakin birinci instansiya məhkəməsi iddiaçı iddia tələbində cavabdeh qismində Cavabdeh MMC (indiki "xxxx" MMC) qeyd etdiyi halda, məhkəmə qeyd edilən hüquqi şəxslərin eyni hüquqi şəxs olub-olmadığını araşdırmadan, cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə iddiaçının razılığı olub-olmadığını müəyyən etmədən, prosessual pozuntulara yol verərək iddianın rədd edilməsi qənaətinə gəlmişdir.

17. Qeyd edilməlidir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinadla xitam verilməsinə hüquqi zəmin olmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Qanunvericiliyin yuxarıda qeyd olunan tələbinə görə işçinin əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə işdən azad olunması üçün qeyd olunan bu halın qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla baş verməsi və bunun nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması şərtdir. İş materiallarından görünür ki, Cavabdeh MMC-nin müvafiq əmri ilə iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Cavabdeh işçinin əmək vəzifələrinin kobud şəkildə pozuntusu kimi onun təqsirli hərəkətləri nəticəsinə mülkiyyətçiyə maddi ziyan vurması ilə əsaslanmışdır. Kollegiya işin hallarını tam ətraflı araşdıraraq belə qənaətə gəlir ki, istinad olunan pozuntu ilə bağlı hüquq-mühafizə orqanlarında hər hansı araşdırılmanın aparılması, iddiaçının öhdəliklərinə dair pozuntuların olub-olmaması araşdırılmamış, həmçinin məhz öz funksional vəzifələrinə zidd olaraq onun hansı hərəkət (və ya hərəkətsizliyi) və ya bunların nəticəsində ziyan dəyməsi müəyyən edilməmişdir.

18. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı məxsus olan ******* nömrəli əmək kitabçasından görünür ki, Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, X11 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “ç” bəndinə əsasən təqsirli hərəkətlər nəticəsində mülkiyyətçiyə maddi ziyan vurulduğu əsası ilə xitam verilmişdir. ******* nömrəli Əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə əmək qabiliyyəti müvəqqəti itirilmişdir. Əmək qanunvericiliyinin tələblərinə müvafiq olaraq, 79.1. İşəgötürən tərəfindən: əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Bundan əlavə, diqqətə çatdırılmalıdır ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmri imzalayan şəxs İnsan Resursları Departamentinin direktoru X4r, lakin onun əmri imzalamaq səlahiyyətini müəyyən edən rəsmi sənəd məhkəməyə təqdim edilməmişdir. Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən: 3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir.

19. Beləliklə, sadalanan qanunvericilik normalarına və işin faktiki hallarına əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin əsası kimi göstərilmiş hallar hazırki iş materialları ilə öz təsdiqini tapmadığından işin qeyd olunan faktiki halları belə qənaətə gəlməyə əsas verir ki, İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilə biləcək hər hansı pozuntuya yol verməsindən bəhs etmək mümkün deyildir.

20. Məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şəxsin işdən azad edilməsi zamanı həyata keçirilmiş sənədləşmənin nəticələrindən irəli gələn anlaşılmazlıq və ziddiyyətlər işçinin xeyrinə həll olunmalıdır.

21. Qeyd olunanlar kontekstində Kollegiyanın gəldiyi qənaətə görə, birinci instansiya məhkəməsi iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, əvvəlki işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair əsaslı olan tələblərini təmin etməməkdə haqlı olmamış, qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

22. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası (qiyabi icraat qaydasında) q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-810/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni - qiyabi qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavadeh "Promart” MMC-nin xx.xx.2024-cü il tarixli, N° 255 K əmri etibarsız hesab edilsin, Əmək və Məşğulluq altsistemində (ƏMAS) İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, N° 255 K nömrəli əmr sistemdən silinsin, İddiaçı Vəfadar qızı müdir vəzifəsinə bərpa edilsin, mediasiya İMS xərcinin ödənməsi üçün 50 manat dövlət rüsümu, vəkil orderi üçün 330 manat pulun dövlət rüsümü olmaqla ümümilikdə 380 manat məbləğində dövlət rüsumu cavabdeh "Promart” MMC-dən tutularaq İddiaçı ödənilsin. Cavabdeh MMC qiyabi qətnamə ona rəsmi qaydada verildikdən sonra (“Elektron məhkəmə” informasiya sistemi üzərindən) 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı Apellyasiya Məhkəməsinə ərizə verə bilər və ya rəsmi qaydada verildiyi gündən etibarən qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar