Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3299/2023 30.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə və sair” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “mənzilə köçürülmə”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-239/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Cavabdeh qarşı "mənzilə köçürmə və əşyaların təhvil verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iki azyaşlı övladı - xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 ilə birlikdə Balı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsindəki 586-cı məhəllə, 68 saylı evin 28 saylı mənzilinə (Yeni ünvanı- Z.Xəlilov küçəsi, 208, M4,m2) köçürülməsi və iddia ərizəsində sadalanan əşyaların (siyahısı əlavə edilmiş) əşyaların köçəcəyi mənzildə özünə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, azyaşlı uşaqları ilə birlikdə köçürülmək istədiyi Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsindəki, 586-cı məhəllədə, 68 saylı evin 28 saylı mənzili (Yeni ünvanı Z.Xəlilov küçəsi, 208, M4,m2) nikah dövründə əri olan Cavabdeh adına qeydiyyata alınmışdır. Həmin evdə o və uşaqları yaşayış yeri üzrə qeydiyyatdadırlar. Cavabdehlə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşlar. Ailə qurduğu vaxtdan həmin mənzildə yaşamışdır. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü Mədinə adlı və xx.xx.2017-ci il təvəllüdlü Altay adlı iki uşağı da var. Cavabdeh nikahın pozulması barədə Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi vermiş və iş hazırlıq mərhələsindədir. Nikahın pozulmasına razı olmadığı barədə məhkəməyə bildirmişdir. Cavabdeh 15 may 2022-ci il tarixdə onu döyərək, uşaqları ilə birlikdə yaşadığı evdən çıxarıb. Təxminən 10 gün sonra o qayıtsa da artıq cavabdeh mənzilin açarını dəyişdiyindən içəri girə bilməmişdir. Özünün və uşaqlarının şəxsi əşyaları, cehiz əşyaları yaşadığı evdə qalıb. Hesab edir ki, gəlin köçüb ailə üzvü kimi yaşadığı mənzilə azyaşlı uşaqları ilə birlikdə köçürülməli, bu onların haqqıdır. O, həmin evdən öz iradəsi ilə çıxmamışdır. Ona görə də o özünün və uşaqlarının hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
3. Yasamal Rayon Məhkəməsinin 2(004)-239/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Ayaz Məmmədov) ilə iddia tələbi təmin edilmişdir.
4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
5. Cavabdeh apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, rayon məhkəməsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Belə ki, hazırda köçürülməsinin istədiyi mənzildən iddiaçı özü çıxıb getmişdir, cavabdeh cehiz əşyalarını ona təhvil vermək istəsə də, iddiaçı belə bir iddia verəcəyini bildiyi üçün qəsdən həmin əşyaları qəbul etməkdən yayınmışdır. Həmçinin mənzil birgə nikahdan əvvəl, 2003-cü ildə alınmışdır, hazırda o, nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, nikah pozulduqdan sonra iddiaçı onun ailə üzvü olmadığından onun mənzildən çıxarılması üçün iddia verməlidir, əgər məhkəmə əlaqəli həmin işə baxılıb qurtararana kimi hazırkı iş üzrə icraatı dayandırsa idi, onun hazırkı iddiaçının mənzildən çıxarılmasına dair başqa bir iddia ilə məhəməyə müraciət etməsinə lüzum qalmazdı, bu da prosessual qənaət prinsipinə uyğun olardı. Odur ki, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
6. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ərizə ünvanlayaraq Şəki Rayon Məhkəməsində və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 Gəncə Şəhər Məhkəməsində məhkəmə iclasları ilə əlaqədar hazırkı məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, bu səbəbdən məhkəmə iclaslarının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 16(004)- 138/2022 saylı qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş ərizə təmin edilərək mülki iş üzrə mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək Balı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsindəki 586-cı məhəllə, 68 saylı evin 28 saylı mənzilin özgəninkiləşdirilməsinin qadağan edilməsi, 1.Qonaq otağı mebel dəstinə (TİLSİM model) daxildir: 1 ədəd masa (açılıb-bağlanan), 8 ədəd stul (satılıb əvəzində 6 stul və 1 transformer jurnal masası alınıb), 1 ədəd güzgülü ağ kamod – üçqapılı, 1 ədəd alçaq qəhvəyi şkaf- birqapılı, 1 ədəd hündür ağ şkaf- ikiqapılı, 1 ədəd hündür qəhvəyi şkafbirqapılı, 1 ədəd televizor altlığı mini-stend 2. Divan- Sabrina firmasindan 3 hissəli künc modeli, qəhvəyi, 3.Çılçıraq (İspaniya), 4. 1 xalça- ağ-qəhvəyi ipək saplarla, saçaqlı (3m x 4m), 5. 1 xalça –qəhvəyi ipək saplarla, saçaqlı (2m x 3m),
6. Pərdə- “Röya” pərdə-tül mağazası, 2 hissəli dekor, 1 bütöv hissə tül, 2 hissəli günlük,
7. Televizor- Samsung firması 8. DVD- LG firması 9. 18 nəfərlik çox parçalı dördkünc formalı keramika yemək, çay və qəhvə dəstinə (Germany) daxildir: 18 ədəd böyük qab, 18 ədəd kiçik qab, 18 ədəd dərin şorba qabı, 18 ədəd kasa, 3 ədəd bulud, 1 ədəd şorba qazanı, 1 ədəd iri dərin qab, 8 ədəd duz qabı, 8 ədəd istiot qabı, 1 ədəd yağ qabı, 2 ədəd zeytun qabı, 1 ədəd salat qabı, Çay dəstinə daxildir:, 12 ədəd fincan, 12 ədəd nəlbəki, 6 ədəd qəhvə fincanı, 6 ədəd qəhvə, nəlbəkisi, 1 ədəd çaydan, 1 ədəd qəhvədan, 1 ədəd süd qabı, 1 ədəd şəkər qabı, 1 ədəd qənd qabı, 10. 6 ədəd hündür qara ayaqlı bakal, 6 ədəd viski bakalı, 6 ədəd rumka, 4 ədəd qapaqlı qəndqabı, Dördbucaq şirniyyat dəsti-1 bulud və 6 qab Villeroy Boch firmasından olan qablar: 11. 18 ədəd hündürayaqlı bakal, 12. 12 ədəd hündürayaqlı bakal ( SCHOTT model ), 13. 12 ədəd dondurma qabı, 14. 2 ədəd göy güldan (biri hündür, biri alçaq), 15. 2 güldan ( biri ağ, biri boz), 16. 1 güldan-( Nachtmann model), 17. Guldan və meyvəqabı dəsti ( İGİZİA model), 18. Sushi seti (1 ədəd uzun qab, 2 ədəd balaca qab, 2 ədəd sous qabı),
19. Metal qazan dəsti - 5 qazan, 4 qapaq ( VMF firma), 20. Balıqqulağı formasında meyvəqabı dəsti – 1 ədəd dərin meyvəqabı, 2 ədəd dayaz meyvəqabı, 4 ədəd çərəz qabı, 21. 2 ədəd hündürayaqlı göy desert qabı, 22. 2 ədəd hündürayaqlı ağ desert qabı,
23. 4 ədəd dördkünc konfetqabı, 24. 2 nəfərlik çay dəsti (bordo rəngi)- 2ədəd fincan+ 2 ədəd nəlbəki+ 2 ədəd qızılı çayqaşığı, 25. 2 nəfərlik qəhvə dəsti (krem rəngi)- 2ədəd fincan+ 2 ədəd nəlbəki 26.BOGEMA 2 ədəd konfet qabı, 2 ədəd limon qabı, 2 hissəli güldan+meyvəqabı, 1 ədəd güldan, 1 ədəd qapaqlı konfetqabı (göy rəngdə), 1 ədəd Xonça-bulud, 1 ədəd çərəzqabı- 5 hissəli, 1 ədəd çərəzqabı- 5 hissəli, 1 ədəd meyvəqabı (qızılı ayaqlı), 1 ədəd çərəzqabı 5 hissəli (qızılı ayaqlı), 1 ədəd göy güldan 27.KARACA 2 ədəd Ayaqlı tortqabı (kəpənəkli), 2 ədəd yaşıl rəngdə nahar dəsti 6 nəfərlik ( hər bir dəstdə 1 bulud , 6 dayaz böyük qab, 6 dayaz kiçik qab, 6 dərin qab), Oval formada şirniyyat qabıağ rəngdə, Lokumqabı- qızılı 28. 1ədəd 12 nəfərlik çemodan qaşıq-çəngəl-bıçaq dəsti (qaşıq,çəngəl,bıçaq,çay qaşığı,qəhvə qaşığı, köməkçi süfrə qaşıqları ) 2 ədəd 12 nəfərlik qaşıq-çəngəl-bıçaq dəsti, 1 gümüş çay dəstinə daxildir- 1 çaydan,6 fincan,1 qəndqabı, 1 gümüş qəndqabı, 2 ədəd firlanan şirniyyat qabı, 2 ədəd metal konus ayaqlı şamdan, 2 ədəd uzunsov dekor qabağ və boz rəngdə dəlikli, 2 ədəd ağ rəngdə dəlikli meyvəqabı, 12 ədəd xrustal çay stəkanı, 6 ədəd xrustal armudu stəkan, 12 ədəd nəlbəki, 6 ədəd nəlbəki ( armudu stəkan üçün), 1 qutu suvenir çayqaşığı dəsti (Özbəkistan), 2 dəst suvenir çayqaşığı dəsti ( hər birində 6 ədəd) 29. Yataq otağı mebel dəstinə (Merinos firması) daxildir: 1 ədəd ikinəfərlik çarpayı ( 2 ədəd tumbo ilə birlikdə), 1 ədəd ikiqapılı, 1 qapısı güzgülü qarderob şkafı, 1 ədəd güzgülü kamod şkaf, 4 siyirməli, 1 ədəd ortopedik ikinəfərlik çarpayı matrası (Merinos) 30. 1 ədəd çılçıraq ( Philips firması, Satral Elektrik mağazasından), 31. 1 ədəd hündürayaqlı gecə lampası ( Philips firması, Satral Elektrik mağazasından), 32. Pərdə-“Röya” pərdə-tül mağazası, 2 hissəli dekor, 1 bütöv hissə tül, 2 hissəli günlük, 33. Çarpayı örtüyü və 2 yastıq üzü--“Röya” pərdə-tül mağazasından, 34. Misir naxışlı çarpayı örtüyü və 2 yastıq üzü- Jado firması, 35.İran xalçası- ipək, işıqda rəngi dəyişən (2m x 3m), 36.Kiçik xalça- boz (1,5m x 1m), 37. 6 ədəd balış (qu tükündən 50X70), 38. 2 ədəd balış (qu tükündən 70X70), 39. 2 ədəd ikinəfərlik sintefon yorğan, 40. 2 ədəd birnəfərlik sintefon yorğan, 41. 2 ədəd yun yorğan, 42. 1 ədəd qu tükündən kompakt yığılabilən ikinəfərlik döşək (öz sandığında), 43. 4 ədəd nazik sırıqlı pambıq yay yorğanı, 44. 3 cüt ədyal (2ədəd ağ, 2 ədəd yaşıl, 2 ədəd ikiüzlü), 45. 1 ədəd çəhrayı vafliqabaritli ədyal, 46. Çəhrayı çarpayı örtüyü və 2 yastıq üzü, 47. 6 ədəd böyük hamam dəsmalı, 48. 10 ədəd üz dəsmalı 49. Mətbəx: 1 ədəd soyuducu-buz dolabı X7, 1 ədəd qaz peçi – Siemens, 1ədəd mikrodalğalı soba- KenWood, 1 ədəd elektrikli bişirmə sobası, 1 ədəd şirəçəkən maşın- Bosch, 1 ədəd mikser+blender Bosch, 1 ədəd qırmızı tozsoran – Bosch, 1 ədəd elektrikli süpürgə- Bosch, Qabyuyan- Bosch, 1 ədəd kofeüyüdən-Tefal, Teflon qazan dəsti yaşıl (2 ədəd qapaqlı qazan, 1 ədəd qapaqlı tava,) - Aura firması, 1 ədəd şüşə qapaqlı qara qranit-teflon tava (ikidəstəli), 1 ədəd şüşə qapaqlı qara qranit-teflon tava (birdəstəli), 2 ədəd qapaqlı şüşə qazan, 2 ədəd şüşədən soba üçün bişirmə qabı, 1 ədəd 6 nəfərlik çəngəl-qaşıq-bıçaq dəsti, 1 ədəd şamdanlı şüşə çaydan, 1 ədəd dördmərtəbəli metal çərəz qabı, Səhər yeməyi dəsti: 2 ədəd qapaqlı metal yağ/pendir qabı, 2 ədəd metal qapaqlı şüşə qənd/şəkər qabı, 2 ədəd duz/istiot qabı, 1 ədəd salfet qabı, 1 dəst güzgülü padnos dəsti ( 3 müxtəlif ölçülü padnos), 1 dəst teflon tava qaşıqları, 1 dəst teflon dəstəli mətbəx alətləri, 1 ədəd bıçaq dəsti (7 müxtəlif ölçülü bıçaq), 2 ədəd qapaqlı saxsı sıyıq qazanı ( biri dairəvi, biri oval formalı), 1 ədəd metal çörəkqabı, 10 ədəd çay dəsmalı, 10 ədəd mətbəx dəsmalı, Masa örtüyü 2 hissəli (ağ və qəhvəyi) TAÇ firması, 2 ədəd masa örtüyü- krem-bej rəngli, 1 ədəd masa örtüyü –işləməli, ortası tül, 1 qutu masa östüyü və masa salfeti GELİN firması 50. Hamam otağı:PaltaryuyanSamsung firması Diamond modeli 51.Uşaq otağı: 1 ədəd xalça – Liliya firması (qəhvəyi-ağ kürəcikli naxışlar 2m x 3m), 1 ədəd xalçabordo rəng ( 1m x 2m) əşyaların siyahıya alınması və özgəninkiləşdirilməsinin qadağan edilməsi qərara alınmışdır.
8. 09 iyun 2003-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı "xxxx" MTK, sədri X1 ümumi sahəsi 96 kv.m olan Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsindəki 586- cı məhəllə ünvanında inşa edilən 4 bloklu, 12 mərtəbəli 99 mənzilli yaşayış evinin 2-ci blok, 4-cü mərtəbədə yerləşən 2 otaqlı 28 saylı mənzili Cavabdeh satmışdır.
9. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə nikah bağlanmış və akt qeydləri kitabında 537 nömrə ilə qeydə alınmışdır.
10. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahdan 2 uşağı vardır: xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3.
11. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 3 ünvanı-Z.Xəlilov küçəsi, 208, M4,m2) mənzil ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdən Cavabdeh adına qeydə alınmışdır. Tətbiq edilən maddi hüquq normaları:
12. Azərbaycan Respublikasinin Konstitusiyası
13. Maddə 43.İ Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
14. 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi
15. 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər;
16. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
18. 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır;
19. 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir.
20. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Tətbiq edilən prosessual hüquq normaları:
21. Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
25. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
26. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
27. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
28. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
31. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
32. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
34. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
35. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Belə ki, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, iddiaçı cavabdehin arvadıdır, tərəflər arasında rəsmi nikah hal-hazırda da mövcuddur, qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının azyaşlı uşaqları ilə birlikdə ailə üzvü olaraq cavabdehin mülkiyyətində olan mənzildən istifadə etmək hüququ olduğundan, rayon məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.
37. Məkhəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin nikah pozulduqdan sonra iddiaçının mənzildən istifadə hüququna xitam verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyi barədə dəlili ilə bağlı bir daha qeyd edir ki, hal-hazırda tərəflər arasında nikah mövcuddur bu, nikahın pozulmasından sonra tərəflər arasında yanacaq yeni münasibətlərlə bağlı olan məsələdir, tərəflər arasında olan nikahın pozulmasından sonra mülkiyyətçi olan cavabdeh yeni münasibətlərə əsaslanan belə bir tələblə məhkəməyə müraciət edə bilər, lakin həmin ehtimal hazırkı halda iddiaçının mənzilə olan istifadə hüqunun təmin olunmasına maneə ola bilməz, həm də nəzərə alınsa ki, iddiaçı iki azyaşlı uşağı ilə birlikdə tam əsassız olaraq həmin mənzildən istifadə etməsindən məhrum edilmiş və onların başqa yaşayış yeri yoxdur.
38. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Demək ki, rayon məhkəməsi bu hissədə düzgün nəticəyə gəlmişdir.
39. Cehiz əşyaların iddiaçıya həmin mənzildə təhvil verilməsi barədə şikayətin dəlilinə münasibətdə isə qeyd olunmalıdır ki, cavabdeh buna dair hər hansı mübahisə olmadığını, həmin əşyaları iddiaçıya təhvil vermək üçün müraciət etdiyini bildirsə də, rayon məhkəməsində cavabdeh tərəfindən həmin əşyaların bir hissəsinin evdən çıxarılaraq başqa yerdə saxlanıldığı müəyyən etdiyindən, iddia tələbini həmin hissədə də təmin etməkdə rayon məhkəməsi haqlı olmuşdur(i/v 61). Demək ki, apellyasiya şikayətinin həmin dəlili də əsassızdır və təmin oluna bilməz. Nəticə:
40. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.
42. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-239/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov