Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-330/2022 28.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X15 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X16, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X30, Cavabdeh11, Cavabdeh12, X31, Cavabdeh14, Cavabdeh15 qızma və Cavabdeh16 qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2805/2020 saylı işi üzrə 30 sentyabr 2020ci il tarixli qətnaməsindən Cavabdeh14 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X16, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X30, Cavabdeh11, Cavabdeh12, X31, Cavabdeh14, Cavabdeh15 və Cavabdeh16 qarşı "istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanına cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X8, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X23, Cavabdeh11, Cavabdeh12, X24, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16 və himayələrində olan 27.08.2017-ci il təvəllüdlü X5, 09.05.2004-cü il təvəllüdlü X25, 06.04.2005-ci il təvəllüdlü X9, 02.06.2010-cu il təvəllüdlü X32, 19.10.2011 -ci il təvəllüdlü X17, 10.06.2005-ci il təvəllüdlü X10, 05.10.2006-cı il təvəllüdlü X11, 06.03.2004-cü il təvəllüdlü X18, 23.08.2006-cı il təvəllüdlü X19, 02.09.2013-cü il təvəllüdlü X6, 24.06.2011-ci il təvəllüdlü X2, 22.02.2012-ci il təvəllüdlü X3, 28.08.2014-cü il təvəllüdlü X7, 12.04.2013-cü il təvəllüdlü X33, 02.01.2011-ci il təvəllüdlü X4, 04.08.2014-cü il təvəllüdlü X20, 10.01.2013-cü il təvəllüdlü X12, 16.09.2017-ci il təvəllüdlü X34 istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zaur Mehdiyev küçəsi, ev 38, yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi 88 İddiaçı adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 05.03.2020-ci il tarixdə qeydiyyata alınmışdır; - Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 88 saylı evdə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X35, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X47, X26, Cavabdeh11, X48, X27, Cavabdeh12, X49, X54, Cavabdeh14, X40, X36, X37, X41, X42, X28, X13, X21, X29, X55, X22, X43, X38, X56, Cavabdeh15, Cavabdeh16 daimi qeydiyyatdadırlar; - Əmlak Xidmətləri Məkanında yerləşən 12 saylı notariat kontorunda 16.03.2020-ci il tarixdə bağlanmış 4Ə-250 saylı reyestrlə təsdiq olunmuş daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Zaur Mehdiyev küçəsi, ev 38 (yeni qaydalarla AZ 1114, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi 88) saylı mənzilini X1;- Binəqədi rayon İcra Hakimiyyəti Başçısının M.Ə.X53 Ərazi Dairəsi üzrə nümayəndəliyinin 30 sentyabr 2020-ci il tarixli məktubundan görünür ki, Z.Mehdiyev küçəsi, ev 38 və Koroğlu küçəsi, ev 88 iki fərqli evdir. Aralarında təxmini 250-300 metr məsafə var (səh.iş. 6, 7,37, 47,78). Binəqədi Rayon Məhkəməsinin 2(001)-2805/2020 saylı işi üzrə 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13; Azərbaycan Respublikası Mülki Məcəllənin152; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdehlərin mübahisəli mənzildə yaşamadıqları halda qeydiyyatdan çıxmamaları iddiaçının mülkiyyət hüququna maneədir. Buna görə də, cavabdehlərin İddiaçı şəxsi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 88 saylı evindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Cavabdeh14 apellyasiya şikayəti verərək Bakı Şəhəri Binəqədi rayon məhkəməsinin 2 (001 )-2805\2020 saylı 30.09.2020-ci il tarixli ona və qeyrilərinə qarşı "istifadə hüququnun itirilməsi" tələbinə dair qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığı üçün ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5, 360-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə iclasında iştirakının təmin edilməməsi məhkəmədə müdafiə hüququnun təmin edilməsini imkansız edərək, onun Beynəlxalq və Azərbaycan qanunvericiliyi ilə tanının hüquq və azadlıqlarının onun tərəfindən müdafiə edilməsini imkansız etmişdir. Binəqədi rayon məhkəmə məhkəməsində iddia tələbinin tam , hərtəfli, obyektiv araşdırılması təmin edilməmişdir. Məhkəmə qətnaməsində adı keçən şəxsin X39 yaşadığı və istifadəsində olan evə heç bir aidiyyəti olmamışdır. Həmin cavabdehlər arasında da həmin qeyd edilən X39 ünvana heç bir aidiyyəti olmamışdır.Məhkəmə qətnaməsində qeyd edir ki, Binəqədi rayonu Rəsulzadə küçəsi Zaur Mehdiyev küçəsi, ev 38 ( eyni qaydalar Bənəqədi rayonu , Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi 88 ) saylı mənzil X57 tərəfindən İddiaçı satılmışdır. Məhkəmə satılmanın yaşadığı və qeydiyyatda olduğu evə heç bir aidiyyatı olmamasını nəinki araşdırmamış, belə araşdırmanın aparılmasına maraqlı olmamışdır. Qanunvericiliyin tələblərinə əsasən onun və digər cavabdehlərin yaşadığı və qeydiyyatda olduğu mənzillər satılsa belə , onlar bu alqı satqı müqaviləsinin aparılmasına cəlb edilməlidilər. Mənzilin alqı satqısı zamanı isə həmim ünvanda qeydiyyatda olan şəxslərin hüquqları və maraqları qorunmaqla , həmin şəxslər bu alqı satqı müqaviləsinə münasibəti öyrənməli idi. Əgər həmin alqı satqı mülkiyyətlərində olan evə hər hansı bir aidiyyatı olmuşdursa . Məhkəmə tərəfindən alqı satqı müqaviləsi tələb olunmalı, evin hansı hüquqi əsaslarla iddiaçının adına rəsmiləşdirilməsi və bu rəsmiləşdirmədən sonra həmin ünvanın ünvana hansı əsalarla aid edilməsinə aydınlıq gətirilməli idi. Lakin məhkəmə bu araşdırmanın aparılmasında maraqlı olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin icraatı zamanı Cavabdeh3 izahatını məhkəməyə təqdim edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Azərbaycan Respublikası Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə yeni ünvan verilməsi Qaydalarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10.02.2012-ci il tarixli, 590 nömrəli Fərmanı ilə bağlı respublika üzrə daşınmaz əmlak obyektlərinin fasadlarının girişlərinə ünvanların yeni qaydalar əsasında verilməsi işlərinin icra olunması ilə əsaslandırılaraq Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zaur Mehdiyev küçəsi 38 Ne-li evə bu mülkdən 250- 300 metr kənarda-başqa küçədə olan Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 88 nömrəli (Binəqədi rayon İcra Hakimiyyəti başçısının M.Ə.X53 Ərazi Dairəsi üzrə nümayəndəliyinin 30 sentyabr 2020-ci il 14-18/140 nömrəli arayışı) fərdi evin ünvanı 05.03. 2020-ci il tarixli **********78-10301 reyestr və ********** qeydiyyat N°-ləri ilə İddiaçı adına tam mülkiyyət hüququ ilə rəsmiləşdirilmişdir. Lakin 16.07.2021-ci il tarixli araşdırmada Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalında (eemlak.gov.az) Elektron çıxarışın yoxlanılması zamanı “**********78-10301 reyestr və ********** qeydiyyat nömrələri ilə çıxarış barədə məlumat tapılmalıdır” cavabı alınmışdır.N.B. İsmayılov köhnə Koroğlu küçəsi ev 88-dəki ünvan altında olan mülkə hüquqi iddia zəminini möhkəmləndirmək üçün 2020-ci il 16 martda hələ satın almadığı mülkə həmin kağız çıxarışla Asan 1-dən 14 mart 2020-ci tarixli ******* nömrəli “şəxsin mülkiyyətinin ünvanı" arayışını əldə edir və bu arayışa həmin vaxtda və daha sonra bu ünvanda daimi qeydiyyatda olanların adlarını yəqin ki əllə daxil edərək məhkəməyə təqdim edir. Cavabdeh3 Asan 1-dən 20 avqust 2020-ci il tarixdə həmin Bakı şəhəri, Binəqədi rayonu, M. Ə. Rəsulzadə qəsəbəsi. Koroğlu küçəsi, ev 88- də daimi qeydiyyatda olanların adları olan İddiaçı təbii ki, adı olmayan ******* nömrəli arayışı məhkəməyə təqdim edib və iddiaçının Asan xidmətdən aldığı arayışının qanunauyğunluğunu və doğruluğunun araşdırılmasını tələb edir, lakin bu nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasivalar üzrə Dövlət Agentliyinin e-gov (108 çağrı mərkəzi) elektron hökumət portalından 16.07.2021-ci tarixdə bu kağız çıxarışa aid “**********78-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi düzgün deyil” məlumatını almışlar.Belə isə nömrələri düzgün olmayan kağız çıxarış əsasında Asan 1-dən ******* nömrəli yaşayış necə meydana çıxıb?1950-ci illərdə tikilən, 13 ailə qeydiyyatda olan, faktiki 9-u yaşayan ailələrin mülklərindən istifadələrinə xitam verən məhkəmə qətnaməsində qeyd olunan digər fakta nəzər yetirərək :”Mülki iş materiallarında olan Əmlak Xidmətləri Məkanında yerləşən 12 saylı notariat kontorunda 16.03.2020-ci il tarixdə bağlanmış 4Ə-250 saylı reyestrlə təsdiq olunmuş daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Məmmədov YəhyaEyvaz oğlu Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Zaur Mehdiyev küçəsi, ev 38 (yeni qaydalarla AZ 1114, Bakı şəhəri. Binəqədi rayonu. Rəsulzadə qəsəbəsi, Koroğlu 88) saylı mənzilini İddiaçı satmışdır”. Sual olunur İsmayılov 1T X45 rayonu, Rəsulzadə qəsəbəsi, Zaur Mehdiyev küçəsi, ev Q 38-i 16.03.2020-ci ildə satın aldığı və bu tarixdə sahibi olduğu halda -mart ayının 5-də öz adına sahib kimi çıxarışa necə nail olmuşdur və burada 70 il yaşamış, dünyayagəlmiş, ailə sahibi olmuş sakinlər nə üçün xəbərsiz saxlanmışlar? Bundan başqa, e- gov elektron hökumət və e-emlak.gov.az portallarında məlumat olmayan bu kağız e çıxarışla alqı-satqı necə baş tutmuşdur, özü də “Daşınmaz əmlakın icbari sığortası Şəhadətnaməsi”nin qüvvədə olduğu müddətdə?!İddiaçının DƏK və ÜRX-dən ünvan 4 ünvanının çıxarışını əldə etdikdən sonra bu mülkdə olan bütün ailələrin mənzillərindən istifadəyə xitam vermək məqsədi olduğunu iddia ərizəsində əsaslandığı Mülki Məcəllənin 228.2-ci maddəsi də aydın göstərir.’Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın”Cavabdehlərdən Cavabdeh3 məhkəməyə Bakı şəhəri. Binəqədi rayonu,M. Ə. Rəsulzadə qəsəbəsi. Koroğlu küçəsi, ev 88 nömrəsinin 1972-ci il 27 oktyabr tarixindən atası X14 məxsus olduğu və “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasıyası və qiymətləndirilməsinə aid Pasport”unun və Ev kitabının surətlərini, bu illərdən də kommunal xidmətlərini,daşınmaz əmlaka dair icbari sığortanı və vergiləri ödədiklərinin məlumatını verir.Cavabdehlər məhkəməyə bu mülklərə yerində baxış keçirilmədiyini, dəqiqləşdirmə aparılmadığını bildirirlər. Çünki bu evdə- Zaur Mehdiyev 38-də əvvəlcə erməni sakinlər yaşayırdı. N.B. İsmayılov 1988-ci ildə İrəvanın Krasnoselsk rayonundan qaçqın olaraq məskunlaşıb. Lakin o, bu ünvanın yeni qaydalarla Koroğlu 88-ə dəyişəndən sonra həmin Zaur Mehdiyev 38-i satır və yeni ünvan adıyla az qala 70 yaşlı əmlaka sahib çıxmaq üçün iddia qaldırır və məhkəməyə hətta alqı-satqı sənədi də təqdim edir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “əraziyə baxış keçirilməsi” ilə əlaqədar 02 aprel 2020-ci il tarixli **********15 N°-li məktubuna müsbət cavab verməmiş, riayət etməmişdir. ƏMDK Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin dəyişdirilmiş ünvana baxış keçirilməsinin təmin olunması barədə məhkəməyə 09 iyul 2020-ci il tarixli **********88 nömrəli məktubu da icrasız olmuşdur, cavabdehlər bu zəminlərdə şübhəli əsaslarla çıxarışın verilməsi və bu çıxarışla köhnə Koroğlu 88-də yaşayanlara qarşı bu evdən istifadəyə iddiaçının şəxsi mülkü kimi xitam verilməsinin əsassız olduğunu deyirlər.Məhkəmə prosesində İddiaçı iddia ərizəsindəki mətndən xəbəri olmadığını, iddiasının nömrəyə olduğunu deyir. Burda da cavab alınası bir sual yaranır: əgər iddia nömrəyədirsə Zaur Mehdiyev küçəsi nə məqsədlə Koroğlu küçəsinə dəyişdirilib?Hakim də məsələnin nömrə ilə bağlı olduğunu deyir. Qeyd edir ki, keçmiş sovet dönəmində iddia edilən Koroğlu ev 88-in ünvanı “ Koroğlu 5”A” idi, 1972-ci ildə “88”-ə dəyişdirilmişdir, lakin mülkiyyətdən istifadəyə xitam məsələsi olmamışdır.Cavabdehlər Azərbaycan Respublikası Prezidentinin nəqliyyat infrastrukturunda mühüm məsələ olan ünvan dəqiqliyində qarışıqlığı aradan qaldırmaq və bu sahədə nizam yaratmaq üçün olan bu Fərmanının icrasının əleyhinə olmadıqlarını, lakin Binəqədi rayon Məhkəməsindən iclasların keçirildiyi müddətdə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin köhnə ünvan olan ünvan 5rəsinin dəyişdirilərək yeni qaydalarla ünvan təyin etməsini məhkəməyə rəsmi qaydada bildirməsini və yeni ünvana maneəsiz daimi qeydiyyata düşə bilmələri üçün məhkəmədən qərar qəbul etməsini xahiş edirlər.Qərar 30 sentyabr 2020-ci ildə iddiaçının “istifadə hüququnun itirilməsi” tələbi ilə qəbul edilir, hakim Fərid Hətəmzadə cavabdehlərin yeni ünvanın rəsmən bildirilməsi xahişilə bağlı 06 oktyabr 2020-ci il tarixdə 2(001 )-2805/2020 nömrəli məktubla ƏMDX-yə müraciət edərək cavabdehlərin uzun müddət bu ünvanda pasport qeydiyyatında olduqlarını, kommunal xərclərini ödədiklərini, bu ünvanların fərqli yaşayış sahəsi olduğunu, qərarın cavabdehlərin yaşayış sahəsindən istifadə hüququnun itirilməsinə səbəb olacağını bildirir və ünvan məsələsini həll etməyi xahiş edir. Hakimə çox gec -qətnamə hüquqi qüvvəyə mindikdən sonra 10 noyabr 2020-ci il tarixli 2(001 )- 2805/2020-ci il nömrə ilə gələn cavabda yenə də köhnə Koroğlu ev 88-ə yeni qaydalarla yeni ünvan təyin edildiyi bildirilmir və hüquqmüəyyənedici sənədlərinin təqdim edilməsilə ünvanla bağlı dəyişiklərin mümkünlüyü deyilir. Halbuki Cavabdeh3 8 oktyabr tarixli müraciətinə DƏK və ÜRX 23 oktyabr 2020-ci il tarixli **********54 nömrəli məktubla cavabdehə köhnə Koroğlu küçəsi, ev 88-ə yeni qaydalarla “190” təyin edildiyi bildirilmiş və Daşınmaz Əmlakın Dövlər Reyestri Xidmətinə hüquqmüəyyənedici sənədlərinin təqdim edilməsilə müraciət etmələri məsləhət görmüşdü.Məhkəmənin 06 oktyabr 2020-ci il tarixdəki 2(001)-2805/2020 nömrəli məktubuna məhkəmədən cavabı ala bilmədiyinə görə o-Cavabdeh3 03 noyabr 2020-ci il tarixli ********** saylı məktubla Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edib və 2020-ci il 21 noyabr tarixli **********2255 nömrəli məktubla təbii ki, 1972-ci ildə verilmiş texniki pasport və ev kitabına əsaslanaraq köhnə Koroğlu ev 88-ə “yeni qaydalarla ev 190" təyin edildiyi cavabı verilmişdir. Bəs onda yenidən hansı hüquqmüəyyənedici sənəd tələb olunur? Məntiqə görə onlar boş ünvan yaratmaq istəyirlər, çünki artıq onlar buna məhkəməyə yeni ünvanı və onun çıxarışla sahibini bildirməklə buna nail olublar. İsnad edilən Fərmandakı “Nəqliyyat infrastrukturu obyektinə çıxışı olan torpaq sahələrinə və onlar üzərindəki qurğulara ünvan verilir” maddəsindən sui-istifadə edilərək əsl sakinlərdən xəbərsiz bu ünvana çıxarış çıxarılaraq başqa küçədəki mülkə təyin edilir, alqı-satqı edilir, sonda köhnə sakinlər bu çıxarışa əsasən məhkəmə yolu ilə daimi qeydiyyatdan çıxarılır və mülkdən istifadəyə xitam verilir. Sonra isə bünövrəsi demək olar ki, 70 il əvvəl qoyulmuş evə yeni təyin olunmış ünvan kimi əmlak komitəsinə nömrənin təyini üçün hüququ müəyyəndici sənəd tələb olunur. Diqqətə çatdıraq ki, köhnə Koroğlu 5a/88-in sakinlərindən kupça almaq üçün əmlak komitəsinə texpasport və vərəsəlik sənədi təqdim edilib, lakin müsbət nəticə yoxdur. Binəqədi Rayon Məhkəməsinə göndərilən məktubların heç birində Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə yeni ünvan verilməsi Qaydalarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10.02.2012-ci il tarixli, 590 nömrəli Fərmanında təsbit olunmuş"daşmmaz əmlak obyektlərinin fasadlarının girişlərinə ünvanların yeni qaydalar əsasında” verilməsi ifadəsinin işlənməməsi, köhnə Koroğlu ev 88-ə yeni ünvan təyin edilməsinin rəsmən bildirilməməsi, bu ünvana yerində baxışın keçirilməsi xəbərdarlığına riayət edilmədiyi məlumatının verilməməsi, cavabdehlərin israrla məhkəmə prosesindən uzaqlaşdırılaraq Əmlak komitəsinə yönəldilməsi Prezidentin müvafiq Fərmanının təyinatı üzrə icra edilmədiyini, pozulduğunu aşkar göstərir. Çünki Fərmanda daşınmaz əmlakın fasadlarının girişinin ünvanından bəhs edilir. Mülkün ünvanını dəyişdirməklə uzun müddət burada qanuni yaşayan sakinlərin yaşayış sahəsindən istifadəsinə xitam verilməsnə heç bir işarət də yoxdur. Əksinə istinad edilən Fərmandakı “1.1. 1,4-cü bənddə “kadastrının tərkib hissəsi olmaqla" sözləri "kadastrı ilə əlaqələndirilməklə" sözləri ilə əvəz edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:"Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır” dəyişikliyi yerinə yetirilməli, köhnə Koroğlu 88 sakinləri yeni qaydalarla ünvan təyin ilə xəbərdar edilməli idilər, yəni yeni ünvan vətəndaşa daha səmərəli istifadə imkanı verməli idi . Bu barədə Fərmanda aydın bir bənd var:" 1.11.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:“Daşınmaz əmlak obyektinin iinvanı dəyişdirildikdə, Komitə obyektin mülkiyyətçisinə bıı barədə məlumat verir”. Digər maddəyə diqqət yetirək:“3.9. Çoxmənzilli binaların, fərdi yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin və onların tərkib hissələrinin girişlərinə ünvan verilir. Hər bir girişə nəqliyyat infrastrukturu obyektinin başlanğıcından sağdakılara cüt, soldakılara tək olmaqla ünvan nömrəsi verilir. Nəqliyyat infrastrukturu obyektinə çıxışı olan torpaq sahələrinə və onlar üzərindəki qurğulara ünvan verilir.3.10. Dalanlarda yerləşən çoxmənzilli binaların, fərdi yaşayış evlərinin, qeyri- yaşayış sahələrinin girişlərinə ünvan nömrələrinin verilməsi dalanın nəqliyyat infrastrukturu obyektinə çıxışı nəzərə alınmaqla, həmin çıxışdan başlayaraq həyata keçirilir.”İstər Koroğlu, istərsə də Zaur Mehdiyev küçəsi qəsəbə arası küçədir və bu ərazidə yeni qaydalarla kütləvi ünvan təyinatı bu günədək aparılmayıb.Aydın olur ki. bu Fərman bir küçə, prospektə və ya yaşayış sahəsindəki nəqliyyat ıınfrastrukturu ilə əlaqəli daşınmaz əmlak obyektlərinin yeni qaydalarla Ünvan reyestri ünvan istifadəçilərinin malik olduqları ünvandan daha səmərəli istifadə etmələri üçün aparılır, nömrə dəyişməklə yaşayışsahəsindən istifadəyə xitam verməyə hüquqi zəmin yaratmaq isə istinad olunan Fərmana da ziddir, yaşayış sahəsindən istifadə hüququnun pozulmasıdır.Beləliklə, istinad edilən Fərmanın təyinatına diqqət yetirilməməsi, Fərmanda olan daşınmaz əmlak obyektlərinin fasadlarının girişlərinin ünvanı” ifadəsinə əsaslanma ilə Koroğlu küçəsindəki köhnə evin 88 ünvanının Zaur Mehdiyev 38-ə çıxarışla verilməsi, bu çıxarışın e-gov elektron hökumət və e-emlak.gov.az portallarında reyestrinin və qeydiyyyatımn yoxlanmamsı, məhkəməyə qədər və iclasları müddətində mülklərin yerləşdiyi yaşayış sahələrinə baxışın keçirilməməsi və köhnə Koroğlu ev 88-ə yeni ünvan təyin edilməsinin rəsmi qaydada məhkəməyə bildirilməməsi və sakinlərin iclas prosesində xəbər tutmaları ilkin məhkəmə araşdırmasına əngəl yaratmış, nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8. maddəsinə əsasən “Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur” maddəsinin yerinə yetirilməməsinə və uzun illər Binəqədi rayonu, M.Ə. Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 88 saylı evdə yaşayan ailələrin yaşayış sahəsindən istifadə hüququnun pozulmasına şərait yaranmış, məhkəmənin onların yaşayış sahələrindən istifadə hüququna xitam verməsi ilə nəticələnmişdir. Beləliklə, məhkəmə əsaslı araşdırma aparılmasında maraqlı olmamışdır. Bu səbəbdən məhkəmə qətnaməsindən narazıdır və apellyasiya şikayətini haqlı sayır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə verilmiş sorğu əsasında əldə edilmiş 07.10.2021ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zaur Mehdiyev küçəsi (keçmiş Koroğlu küçəsi 2-ci keçid küçəsi), 38 saylı fərdi yaşayış evi (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, ev 88) Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 800 nömrəli, 24.12.2001 –ci il tarixli sərəncamı ilə təsdiq edilmiş, Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil məsələləri üzrə ictimai komissiyasının 8 nömrəli, 24.12.2001-ci il tarixli protokolundan çıxarışa, 413 nömrəli, 11.01.2002-ci il tarixli Forma 2 arayışına əsasən 23.02.2002-ci il tarixində ilkin olaraq İddiaçı adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zaur Mehdiyev küçəsi (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, ev 88) fərdi yaşayış evi Əmlak Xidmətləri Məkanında yerləşən 12 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, 16.03.2020-ci il tarixli, 4Ə-250 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 26.03.2020-ci il tarixində X39 adına qeydiyyatdan keçmişdir. Fərdi yaşayış evi sökülmüş, yeni fərdi yaşayış evi inşa edilmiş 26.03.2020-cü il tarixində yenidən X39 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyanın 2(103)-7151/2021 saylı 06.09.2021-ci il tarixli qərardadı ilə, iddiaçı Cavabdeh14 cavabdehlər X44 və İddiaçı qarşı müqavilənin ləğv edilməsi və sair tələbinə dair Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6929/2021 saylı işi üzrə qətnamə qüvvəyə minənədək, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X16, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X30, Cavabdeh11, Cavabdeh12, X31, Cavabdeh14, Cavabdeh15 və Cavabdeh16 qarşı “istifadə hüququnun itirilməsi” iddiasına dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının icraatında olan 2(103)-7151/2021 saylı mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28.01.2022-ci il tarixli məktubu ilə, 2(001)-6929/2021 saylı qətnaməsinin 28.01.2022-ci il tarixində qanuni qüvvəsini alması qeyd edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6929/2021 saylı işi üzrə 29.11.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh14 X44 və İddiaçı qarşı 16.03.2020-ci il tarixli 4 Ə-250 saylı reyestrlə təsdiq olunmuş daşınmaz əmlakın alqısatqı müqaviləsinin və ünvan 7 ünvana İddiaçı adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 05.03.2020-ci il tarixli qeydiyyatın ləğv edilməsinə dair iddia ərizəsi təmin edilməmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikası Mülki Məcəllənin 152-158, 228; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80- 82, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, hazırki iddiaçıya (keçmiş mülkiyyətçiyə) münasibətdə cavabdehin mübahisələndirdiyi dəlillər sübuta yetirilmir. Diqqətə çatdırılmışdır ki, hazırki mülk üzrə yeni mülkiyyətçinin əldə etdiyi hüquqlar və fərdi yaşayış evinin sökülərək, yeni fərdi yaşayış evinin inşa edilməsi, 26.03.2020-cü il tarixində yenidən X39 adına qeydiyyatdan keçməsi və apellyator tərəfindən bu halın mübahisələndirilməsinin nəticəsiz qalması bir daha apellyasiya şikayətində qeyd edilənləri istisna edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: Cavabdeh14 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2805/2020 saylı işi üzrə 30 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-330/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-330/2022
28.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver