Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3301/2022 15.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında ödənilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli 2(005)-303/2021 nömrəli qərardadından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında MÜƏYYƏN E T D İ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 məxsus İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində sığortalanmış “VAZ 21154” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomaşına vurulan ziyanın əvəzində 2.400 (iki min dörd yüz) manat məbləğində sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 (otuz manat qırx qəpik) manat olmaqla, cəmi 2.430,40 (iki min dörd yüz otuz manat qırx qəpik) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1ndən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(005)- 303/2021 nömrəli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada 2.300 (iki min üç yüz) manat məbləğində ödənilmiş sığorta ödənişi və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, qalan hissədə və Cavabdeh3 münasibətdə təmin olunması, aparılmış ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada dövlət büdcəsinin xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Nərimanov rayon icra şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək, borclu qismində tanınmış Cavabdeh1 MMC-nin adının "xxxx" MMC kimi oxunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-303/2021-013 nömrəli, 16.02.2021-ci il tarixli icra sənədi geri qaytarılır. Belə ki, icra sənədi ilə verilmiş ünvan 1 ünvanında borclu qismində tanınmış "4Drive” MMC deyil, 4 Drive Motors MMC fəaliyyət göstərir. Həmin ünvana məxsus tel: ***-***-**-** əlaqə nömrəsi ilə əlaqə saxlanılan zaman daxil olan bildirişdə 4 Drive MMC yazıldığından sözügedən bildirişin 4 Drive Motors MMC-yə aiddiyyatı olmadığı bildirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(005)- 303/2021 nömrəli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16.02.2021ci il tarixli, 2(005)-303/2021 nömrəli qətnaməsində yol verilmiş yanlışlıq aradan qaldırılması və qətnamənin mətnində Cavabdeh1” adı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti” kimi oxunması qərara alınmışdır. Həmin qərardaddan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən şikayət verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadda qeyd edilən Cavabdeh1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iki fərqli hüquqi şəxsdir. Bunu vergi xidmətinin elektron portalından yoxlamaq mümkündür. Cavabdeh1 VÖEN-i **********, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin VÖEN-i ********** qeydə alınmışdır. Göründüyü kimi hazırkı vəziyyətdə heç bir səhvdən söhbət getmir. Belə ki, adı dəyişdirilən hüquqi şəxs başqa bir hüquqi şəxsdir. Bu səbəbdən də düzəliş edilməsi əsassızdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2(005)- 303/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, hazırki iş üzrə iddia ərizəsində cavabdehlər qismində Cavabdeh1 qeyd edilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(005)- 303/2021 nömrəli qətnaməsi ilə də iddia ərizəsi qismən təmin edilməklə, cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada 2.300 (iki min üç yüz) manat məbləğində ödənilmiş sığorta ödənişi və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, qalan hissədə və Cavabdeh3 münasibətdə təmin olunması, aparılmış ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada dövlət büdcəsinin xeyrinə tutulması qət edilmişdir. Daha sonra qətnamənin icrası qaydasında icra şöbəsi hazırki ərizə ilə məhkəməyə müraciət edərək, borclu qismində tanınmış Cavabdeh1 MMC-nin adının "xxxx" MMC kimi oxunmasına dair məhkəmə aktı qəbul edilməsini və icra sənədinin yenidən icraya yönəldilməsi xahiş edilmişdir. Ərizənin dəlillərindən göründüyü kimi icra zamanı 4 Drive Motors MMC-nin rəhbərinə məxsus ***-***-**-** saylı əlaqə nömrəsi ilə əlaqə saxlanılmış və 4 Drive MMCnin bağlanması, əmlaklarının satılması və tamamilə yeni şirkətin yaradılması barədə məlumat verilmişdir. Lakin bu barədə iş materiallarına hər hansı mötəbər sübut əlavə edilməmişdir. Halbuki İcra haqqında Azərbaycan Respublikasının qanunun 60-cı maddəsinə əsasən borclu hüquqi şəxs yenidən təşkil edildikdə, icra sənədləri üzrə tələb Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq borclu hüquqi şəxsin öhdəlikləri üzrə məsuliyyət daşıyan hüquqi şəxsin pul vəsaitlərinə və digər əmlakına yönəldilir. Borclu hüquqi şəxs ləğv edildikdə, icra məmurunda olan icra sənədləri icra olunması üçün ləğvetmə komissiyasına (təsviyəçiyə, ləğvediciyə) təqdim olunur və bu barədə icra məmuru tərəfindən tələbkara məlumat verilir. Göründüyü kimi istinad edilən normada borclu hüquqi şəxs yenidən təşkil edildikdə və ləğv edildikdə edilməli olan icra hərəkətləri sadalanmışdır. Hazırki iş üzrə isə icra şöbəsi istinad edilən normanın tələblərini yerinə yetirməyərək, borclu hüquqi şəxsin yenidən təşkil edilməsi və ya ləğv edilməsini müəyyən etməyərək, qətnaməyə düzəliş edilərək borclu qismində 4 Drive Motors MMC-nin qeyd olunmasını xahiş edilmişdir. Ərizənin dəlillərindən eyni zamanda görünür ki, 4 Drive MMC və 4 Drive Motors MMC-nin ayrı-ayrı vöenləri, bank hesabları, ünvanları, şirkət sahibləri fərqlidir. Birinci instansiya məhkəməsi də icra şöbəsinin İcra haqqında Azərbaycan Respublikasının qanunun tələblərinə riayət edib-etməməsini müəyyən etmədən ərizəni təmin etmişdir. Birinci instansiya məhkəməsi həmçinin 4 Drive MMC və 4 Drive Motors MMC-nin həqiqətən ayrı-ayrı VÖEN-lərə məxsus olub-olmamasını, eləcə də eyni hüquq şəxs olub-olmamasını da müəyyən etməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228.1-ci maddəsinə əsasən çıxarılmış qətnaməni elan etmiş hakim, bu Məcəllənin 249 və 250-ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilmiş qiyabi qətnamə istisna edilməklə, onu ləğv etməyə və ya dəyişdirməyə haqlı deyildir. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə "xxxx" MMC iş üzrə tərəf olmamışdır, eyni zamanda birinci instansiya məhkəməsi Cavabdeh1 MMC-nin qətnamə qəbul edildikdən əvvəl və ya sonra ləğv edilməsi (yenidən təşkil edilməsi) məsələsinə aydınlıq gətirməyərək, istinad edilən prosessual normaların tələblərinə zidd olaraq ərizəni təmin etmişdir, halbuki iddia ərizəsində, eləcə də işə baxılarkən cavabdeh qismində məhz Cavabdeh1 MMC-nin adı çəkilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməklə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(005)-303/2021 nömrəli qərardadı ləğv edilməli, hazırki qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla, ərizəyə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli 2(005)- 303/2021 nömrəli qərardadı ləğv edilsin. Bakı şəhəri Nərimanov rayon icra şöbəsi tərəfindən verilmiş “Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(005)-303/2021 nömrəli qətnaməsində borclu qismində tanınmış Cavabdeh1 MMC-nin adının “4 Drive Motors MMC kimi oxunmasına dair məhkəmə aktı qəbul edilməsi və icra sənədinin yenidən icraya yönəldilməsi” barədə ərizəyə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-3301/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3301/2022
15.04.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver