Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3301/2023 20.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı İddiaçı Cavabdeh qarşı “öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: apellyasiya şikayəti geri qaytarılmışdır) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiаçı İddiaçı Cavabdeh qarşı “öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-197/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiаçı İddiaçı Cavabdeh qarşı “öhdəliklərin yerinə yetirilməsi” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh ilə imzaladıqları ikitərəfli xx.xx.2019-cu il tarixli podrat müqaviləsinə əsasən Podratçı tərəfindən Abşeron quşçuluq sovxozu ərazisində 0.03 ha torpaq sahəsində inşası başlanılmış və başa çatdırılmış fərdi yaşayış evinin qanunvericiliyin tələblərin uyğun olaraq hazırlanmış layihə smeta sənədlərinin və tikintinin yerləşdiyi 0.03 ha torpaq sahəsinin plan və ölçüsünün ona təhvil verilməsini, eyni zamanda fərdi yaşayış evinin və 0.03 ha torpaq sahəsinin 2 ay ərzində faktiki təhvil-təsliminin aparılmasının bir vəzifə kimi Cavabdeh üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-197/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə iddiаçı İddiaçı Cavabdeh qarşı “öhdəliklərin yerinə yetirilməsi” tələbinə dаir iddiasının təmin edilməməsi qət edilmişdir.
3. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-197/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq normaları:
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
5. Həmin Məcəllənin 363.1.5-ci maddəsində qeyd edilir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
6. Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
7. Həmin Məcələnin 366.2-ci maddəsində qeyd edilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
8. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.5-ci maddəsində müəyyənləşdirilmiş qaydaya uyğun verilmədiyindən, işə apellyasiya qaydasında baxılması qeyri-mümkündür.
9. Belə ki, AZEMİS-Məhkəmə işlərinin elektron idarəetmə sisteminə baxış zamanı müəyyən edilmişdir ki, İddiaçı tərəfindən apellyasiya şikayəti elektron qaydada imzalanmamış, şikayət skan edilərək elektron məhkəmə sistemi vasitəsilə iş materiallarına əlavə edilmişdir.
10. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti elektron qaydada imzalanmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Odur ki, verilmiş apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılmalıdır.
11. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-197/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiаçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Rafael Eyvazov Fuad Babayev