Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3305/2020 26.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyin qızının katibliyi, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “əmək kitabçasının qaytarılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamədən Cavabdeh MTK adından verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “əmək kitabçasının qaytarılması tələbi barədə” iddiasına dair mülki işə baxmış Bakı Şəhəri Nizami Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın təmin olunmasını qət etmişdir. xx.xx.2019-cu il tarixli qətnamədən cavabdeh MTK-nın adından apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) hesab edir ki, həmin apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkündür. Belə ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” görünür ki, cavabdeh MTK-nın qanuni təmsilçisi X3r. Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh MTK-nın adından verilmiş apellyasiya şikayəti Alim Nərimanov tərəfindən imzalanmışdır (iş v. 87- 91). A.Nərimanov xx.xx.2019-cu il tarixli etibarnaməyə (iş v. 35) əsaslanaraq apellyasiya şikayətini imzalamışdır. Məhkəmə bildirir ki, A.Nərimanovun cavabdeh MTK-nın nümayəndəsi kimi apellyasiya şikayətini imzalamaq səlahiyyəti yoxdur. Çünki, həmin etibarnaməni Cavabdeh MTK-nın sədr müavini X1 imzalayıb. MTK-nın sədri (qanuni təmsilçisi) Arzuman Əliyev tərəfindən Vasif Atakişiyevə etibarnamə vermək səlahiyyətini təsdiq edən sənəd iş materiallarında yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 69.2-ci maddəsinə görə, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.5-ci maddəsinə görə, hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, MTK-nın adından A.Nərimanovun verdiyi apellyasiya şikayəti MTK-nın apellyasiya şikayəti kimi qəbul edilə bilməz. Səlahiyyəti olmayan şəxs tərəfindən verilmiş şikayət isə MPM-nin 363.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmalıdır. Lakin Rayon Məhkəməsi şikayəti geri qaytarmamışdır. Odur ki, yuxarıda qeyd edilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti mülki işlə birlikdə Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 366-cı maddəsini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “əmək kitabçasının qaytarılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamədən Cavabdeh MTK adından verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Elşad Şamayev “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-3305/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3305/2020
26.02.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver