Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3307/2020 11.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Cavabadeh Cavabdeh və tərcüməçi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququ olmayan şəxs hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3558/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçıtərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 35, 107 saylı mənzilə (bundan sonra – mübahisəli mənzil) istifadə hüququ olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil 1 otaqdan ibarətdir və o bu ünvanda rəsmi pasport qeydiyyatında olmaqla tək yaşayır. Cavabdeh anasıdır, onunla münasibətləri 2014-cü ildən daha da pisləşdiyi üçün cavabdeh öz razılığı ilə onun mülkiyyətində olan digər mənzilə-Bakı şəhəri, R.Rüstəmov küçəsi, ev 35, mənzil 119-a köçmüş və o vaxtdan orada yaşayır. Hər iki mənzil onun xüsusi mülkiyyətindədir. Nizami rayon məhkəməsinin müvafiq qətnaməsi ilə cavabdehin mübahisəli mənzilə köçürülməsi qət edilmişdir.Qeyd edilən mənzildə cavabdehlə birgə yaşamaq qeyrimümkündür.Cavabdeh artıq 5 ilə yaxındır ki, onun mülkiyyətində olan digər mənzildə yaşayır.Onunla 1 otaqlı mənzildə birgə yaşamaq gələcəkdə ciddi mənfi fəsadlara və hüquq pozuntusu hallarına gətirib çıxara bilər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3558/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən iddiaçıapellyasiya şikayəti verərək onun ləğv edilməsini və yeni qətnamə qəbul ediməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh onun razılığı ilə iddiaçıya məxsus başqa mənzildə rahat və sərbəst yaşayır. Apellyasiya baxışı zamanı cavabdeh şikayətə etiraz edərək təmin edilməməsini və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3558/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirak etməmiş, həmçinin məhkəməyə ərizə göndərərək nümayəndə və vəkil ilə təmsil ediləcəyi, həmçinin səhhətində olan narahatlıqla bağlı müalicə olunması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iclasın başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə vaxtında xəbər verildiyini, vəkillə müqavilə bağlamağa kifayət qədər vaxtının olduğunu, habelə məhkəmə iclasında iştirak etməməsinin üzürlü səbəbləri barədə ərizəyə hər hansı sübutlar əlavə edilmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirməmiş, iddiaçı şikayət verməklə qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin halları ondan ibarətdir ki, cavabdeh iddiaçıın doğma anasıdır. Mübahisəli mənzil əvvəllər cavabdehə məxsus olmuş, sonuncu 2009-cu mübahisəli mənzili iddiaçıya bağışlamışdır. Sonradan iddiaçı cavabdehi mənzildən çıxarmışdır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-3078/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı iddiası qismən təmin olunaraq hazırkı iş üzrə cavabdehin mübahisəli mənzilə köçürülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icra olunmuşdur. Mübahisəli mənzil hazırda iddiaçının xüsusi mülkiyyətindədir. Tərəflər həmin mənzildə qeydiyyatdadırlar. x xxxxxxx 2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideyinləri aid edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanılmasını təmin etməyə borcludurlar. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında istifadə hüququ tanınmaqla mübahisəli mənzilə köçürüldüyündən və digər tərəfdən hazırkı iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar mövcud olmadığından birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ümumilikdə apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil edir, Kollegiya bununla bağlı birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşır. Apelyator birinci instansiya məhkəməsinə, həmçinin apellyasiya instansiyasına yuxarıda qeyd olunan arqumentlərinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3558/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-3307/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3307/2020
11.03.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver