Məhkəmə qərarları › İş №2(103)-7587/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7587/2021

06.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilm
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7587/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və nümayəndəsi vəkil X3, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "avtomobilin özgənin qanunsuz sahibliyindən geri tələb edilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1890/2021 saylı işi üzrə 30.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçının ona məxsus "BMW 740” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən alınıb ona qaytarılması barədə iddiası (səh.53) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1890/2021 saylı işi üzrə 30.04.2021-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, İddiaçı məxsus "BMW 740” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh2 qanunsuz sahibliyindən alınması və İddiaçı verilməsi və mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki; Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Xətai Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi tərəfindən verilmiş 15.12.2020-ci il tarixli məktubunun surətinə əsasən, “Sizin 21.11.2020-cil il tarixdə Xətai RPİ-nin 37-ci PŞ-nə ünvanladınız müraciətə tərəfimizdən baxılmışdır. Müraciətdə göstərilən xüsusatlar mülkü məsələ olduğundan aidiyyatı üzrə məhkəmə orqanına müraciət etməyiniz Sizə tövsiyyə olunur. ” Bakı şəhəri 6 saylı notariat ofisinin 7E-43972 reyestr nömrəli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, mülkiyyətçi İddiaçı "BMW 740” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barədə sərəncam vermək və digər hərəkətlər etmək səlahiyyətlərini Cavabdeh1 etibar etmişdir. İddiaçı ünvan 2 ünvanladığı 8İ- 11952 reyestr nömrəsi ilə qeyd edilmiş ərizənin surətindən görünür ki, 23.10.2020 tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh1 reyestrdə 7E-43972 nömrə ilə qeyd olunmuş etibarnamə vermişdir. Xahiş edirəm Azərbaycan Respublikası Mülki Məcəlləsinin 3651.3-cü maddəsinə əsasən yuxarıda göstərilən etibarnamənin qüvvəsinə xitam verilməsi barədə "Elektron notariat” informasiya sistemində qeyd yazılmasını və etibarnamə başqa notariat ofisində təsdiq edilibsə ərizənin dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərilməsini təmin edəsiniz. Etibarnamənin ləğv edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş aşağıda göstərilən vəzifələrim və etibarnamə verdiyim şəxsdən etibarnamənin qaytarılmasını tələb etmək hüququm Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən mənə izah edildi (səh.11, 13, 14) Qətnamə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Prosessual Məcəlləsinin 14.2 , 77.1, 78.1, 80, 157.2, 119.1, 217.4, 220.5; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16, 139.1, 139.2, 152.1, 152.8, 157.2, 181.4, 362.1, 362.2-ci maddələrinə istinadən onunla əsaslandırılmışdır ki, sübutlarla mübahisəsiz qaydada təsdiq olunur ki, "BMW 740” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. Həmin avtomobilə dair verilmiş etibarnamə ləğv edilmişdir. İddia tələbi qismən əsaslıdır, bu səbəbdən də iddia tələbi qismən təmin edilməli, "BMW 740” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 qanunsuz hesab edilən sahibliyindən alınaraq geri qaytarılmalıdır. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, mübahisəli avtomobil hazırda Cavabdeh2 qanunsuz sahibliyindədir. Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 30.04.2021-ci il tarixli, 2(005)-1890/2021 saylı qətnaməsinin ləğv edilməlməsi və iddia tələbinin təmin edilmiş hissəsində tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində bildirmişdir ki, 29 oktyabr 2021-ci il tarixdə, Sumqayıt şəhərində yerləşən 3 saylı notariat ofisində həmin avtomobilə dair bütün səlahiyyətlərin ona verilməsi barədə baş etibarnamə verildi. O, həmin avtomobili satan Cavabdeh1 ilə həmin avtomobilə dair razılaşdıqları 8500 manat pulu Amil Vəliyevin, Bayraməliyev Ruslan, Zeynalov Zaur və Amin Vəliyevin iştirakı ilə Cavabdeh1 verib.Təxminən 2020-ci ilin dekabr ayında ona məlum oldu ki, həmin avtomobilə dair ona verilmiş baş etibarnamə, 2020-ci il 14 noyabr tarixində, həmin avtomobilin mülkiyyətçisi İddiaçı tərəfindən ləğv edilmiş, sonra isə onun tərəfindən Bakı şəhəri, Xətai rayon polis idarəsinin 37-ci bölməsinə şikayət verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, iddiaçını tanımadığını,avtomobili iddiaçıdan deyil Cavabdeh1 aldığını, 8500 manatı da ona verdiyini, avtomobilin Cavabdeh1 alınmasına dair 7-8 şahidin olduğunu, avtomobilin halhazırda onda olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil X3 apellyasiya şikayətini qəbul etməyərək, Cavabdeh1 iddiaçının müdiri olduğunu, avtomobili girov qoyub pul götürüb, sonradan almaq niyəti olduğunu deyərək onu iddiaçıdan etibarnamə vasitəsilə aldığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Cavabdeh1 maşını girov qoyması adı ilə götürdüyünü sonra isə avtomobili satdığını, lakin pulu ona verəcəyini bildirdiyini, pulu verməyi uzatdığını, bu səbəblə də etibarnaməni ləğv etdirdiyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh1 04.10.2021-ci tarixli iclasda şikayət vercəyi əsası ilə işin baxılmasının təxirə salınmasını bildirmiş, sonradan teleqramla müraciət edərək işə onun iştirakı olmadan baxılaraq iddianın rədd edilməsini xahiş etmiş, ona görə onun iştirakı olmadan mülki işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə araşdıran məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29; Mülki Məcəlləninin 152-158, 178, 646-650; Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin və Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması qaydası, Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Mülki qanunvericilik rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlərin müvafiq surətdə tətbiq edildiyini ehtiva edir. Daşınmaz əmlaka mülkiyyət hüququ isə qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. Qeyd edilənlərə əsasən diqqətə çatdırılmalıdır ki, cavavdbehlər arasında münasibətlərin mülki mübahisə predmeti olmayan iddianın təmin edilmiş hissəsinə aidiyyəti olmadığından və şikayət üzrə irəli sürülən (nəqliyyat vasitəsinin alınmasına dair) dəlillərə rəğmən cavabdeh öz əmlak hüquqların rəsmiləşdirilmədiyindən onun nəqliyyat vasitəsi üzərində olan hər-hansı hüquqları müəyyən edilmir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, müraciətlə bağlı ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1890/2021 saylı işi üzrə 30.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar