Məhkəmə qərarları › İş №2(103)-3313/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3313/2023

24.05.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3313/2023 24.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı “yaşayış sahəsinin təhvil verilərək yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (mənzilin təhvil verilməsi və.s ) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə, İddiaçı, Cavabdeh MTK-nın nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 2(006)-315/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Tərəflər arasında xx.xx.2021-ci il tarixdə mənzil sahələrinin söküntü üçün təqdim edilməsi və təqdim ediləcək sahənin əvəzində alınacaq mənzil sahələri haqqında müqavilə bağlanılmışdır. 2.Hazırda İddiaçı cavabdeh MTK-nın müqavilə üzrə öz öhdəliklərini icra etmədiyini bildiriərək hazırkı tələblə məhkəməyə müqaciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh MTK-ya qarşı “yaşayış sahəsinin təhvil verilərək yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 76 №-li “mənzil sahələrinin söküntüsü üçün təqdim edilməsi və təqdim ediləcək sahənin əvəzində alınacaq mənzil sahələri haqqında” müqaviləyə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı qərarının icrası çərçivəsində Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin “Yaşayış və Qeyri Yaşayış binalarının Layihələndirilməsi Haqqında” 248 saylı, xx.xx.2017-ci il tarixli Sərəncama, Nəsimi rayonu, S.Vurğun, S.Rəhman, Mərdanov qardaşları və Y.V.Çəmənzəminli küçələrinin əhatə etdiyi ərazi planlaşdırma sənədlərinin təsdiq edilməsi haqqında 250 saylı, xx.xx.2017-ci il tarixli Sərəncama, Nəsimi rayonu, S.Vurğun, S.Rəhman, Mərdanov qardaşları və Y.V.Çəmənzəminli küçələrinin əhatə etdiyi ərazidə şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, istismar müddəti başa çatmış evlərin sökülərək, yerində hündürmərtəbəlı yaşayış və qeyri- yaşayış binalarının tikintisinə icazə verilməsi haqqında sərəncama əsasən, Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti ilə bağlanmış xx.xx.2017ci il tarixli müqaviləyə əsasən Cavabdeh adından onun direktoru X5, Mərdanov qardaşları küçəsi, ev 162 ünvanında yerləşən, ümumi sahəsi 147,2 kv.m. olan mənzilin mülkiyyətçisi kimi iddiaçı ilə müqavilə bağlanmışdır. Müqavilə bağlandıqdan bir müddət sonra cavabdeh tikinti işləri aparsa da müqavilə üzrə öhdəliklərini icraetməkdən yayınmağa başlamış və iddiaçıya verməli olduğu kirayə pulunu ödəməmişdir. Ona görə də bu barədə bir neçə dəfə cavabdehə yazılı müraciətlər edərək müqavilə üzrə öhdəliklərini icra etməsini tələb etsə də, heç bir nəticəsi olmamışdır. Ərazidə aparılan tikinti işləri nəticəsində mülkiyyətində olan mənzildə yaşamağın mümkün olmaması və münaqişəli vəziyyət səbəbindən xx.xx.2021-ci il tarixdə mənzili boşaldaraq cavabdehə təhvil vermişdir. Baş verə biləcək münaqişədən yayınmaq və hər hansı cinayət hadisəsinin baş verməməsi üçün başqa ünvana köçmüşdür. İddiaçının oğlu X7 Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xx.xx.2020-ci il tarixdə qismən səfərbərlik çağırışına qoşulmuş, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək 44 günlük Vətən müharibəsində iştirak etmişdir, İİ Qarabağ müharibəsi qazisidir X10 Ali Baş Komandan X12 cənabları tərəfindən Cəbrayılın və Zəngilanın azad olunmasına görə medalları ilə təltif edilmişdir. Yazılı müraciətinə cavab olaraq Cavabdeh MTK tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2022- ci il tarixli məktubda qeyd olunmuşdur ki, “sizinlə bağlanmış xx.xx.2021-ci il tarixli, 76 saylı müqaviləyə tərəfimizdən xitam verilir. Gələcəkdə sizə məxsus yaşayış sahəsi MTKya təhvil verilərsə sizinlə yeni müqavilə bağlanması tərəfimizdən təklif ediləcəkdir. Belə ki, humanistlik göstərərək tərəfimizdən əvvəlcədən sizə məxsus yaşayış sahəsinə toxunulmadan, təhvil alınmadan razılaşma edildiyi halda əsassız olaraq kirayə haqqı tələb edirsiniz. Əsassız olaraq müxtəlif dövlət orqanlarına şikayət unvanlayırsınız. Qeyd ədılənlən nəzərə almağınızı xahiş edirik”. Cavabdeh tərəfindən iddiaçıdan göndərilən məktubdan görünür ki, cavabdeh bağlanmış müqavilə üzrə öhdəliklərinin fərqində deyildir. Sanki aralarında müqavilə bağlanmayıbdır. Cavabdeh istədiyi vaxt, istədiyi özbaşınalıqları davam etdirə bilər. Bundan başqa, xx.xx.2022-ci il tarixdə cavabdehə teleqram vuraraq aralarında bağlanmış xx.xx.2021-ci il tarixli, 76 saylı müqaviləyə əsasən tələb etdiyi sənədləri onlara göndərmiş və dövlət notariat ofisində təsdiqlənməsini xahiş etməsinə baxmayaraq, cavabdeh yenə də hərəkətsiz qalmışdır. Göstərilənlərə əsasən Cavabdeh Mənzil Tikinti Kooperativi ilə İddiaçı Mıkayl oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli mənzil sahələrinin söküntüsü üçün təqdim edilməsi və təqdim ediləcək sahənin əvəzində alınacaq mənzil sahələri haqqında müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 147,2 kv.m. olan mənzil sahəsinin təhvil alınması və əvəzində inşa ediləcək binada ümumi sahəsi 211,45 olan, 2-ci girişdə, 9-cu mərtəbədə 160 saylı, 93,5 kv.m. ümumi sahəsi olan, 2 otaqlı təmirli mənzili, 3-cü girişdə, 4-cü mərtəbədə, 197 saylı, 68,55 kv.m.ümumi sahəsi olan 1S otaqlı təmirsiz mənzilin, 3-cü girişdə, 6-cı mərtəbə, 211 saylı, 49,4 kv.m. olan 1 otaqlı təmirsiz mənzilin iddiaçıya təhvil verılməsi və müvəqqəti yaşayış xərclərini qarşılamaq üçün aylıq 950 manat məbləğındə pulun 15 sentyabr 2021-ci il tarixdən indiyədək ödənilməmiş 12350 manatın və ödənilmiş 126 manat dövlət rüsumunun, cəmi 12476 manat pulun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. 5.Sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh Mənzil Tikinti Kooperativi ilə iddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli mənzil sahələrinin söküntüsü üçün təqdim edilməsi və təqdim ediləcək sahənin əvəzində alınacaq mənzil sahələri haqqında müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 147,2 kv.m. olan mənzil sahəsinin təhvil alınması və əvəzində inşa ediləcək binada ümumi sahəsi 184 kv.m. olan, 2ci girişdə, 9-cu mərtəbədə 160 saylı, 93,5 kv.m. ümumi sahəsi olan, 2 otaqlı təmirli mənzili, 3-cü girişdə, 4-cü mərtəbədə, 197 saylı, 68,55 kv.m. ümumi sahəsi olan 1S otaqlı təmirsiz mənzilin, 3-cü girişdə, 6-cı mərtəbə, 211 saylı, 49,4 kv.m. olan 1 otaqlı təmirsiz mənzilin iddiaçıya təhvil verilməsi və müvəqqəti yaşayış xərclərini qarşılamaq üçün aylıq 950 manat məbləğində pulun - 15 sentyabr 2021-ci il tarixdən qətnamə icra olunan günə kimi və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 126 manat pulun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. 6.İddianın həcminin artırılması barədə ərizə onunla əsaslandırılır ki, iddiaçı ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 76 №- li “mənzil sahələrinin söküntüsü üçün təqdim edilməsi və təqdim ediləcək sahənin əvəzində alınacaq mənzil sahələri haqqında” müqaviləyə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı qərarının icrası çərçivəsində Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin “Yaşayış və Qeyri Yaşayış binalarının layihələndirilməsi Haqqında” 248 saylı, xx.xx.2017-ci il tarixli Sərəncama, Nəsimi rayonu, S.Vurğun, S.Rəhman, Mərdanov qardaşları və Y.V.Çəmənzəminli küçələrinin əhatə etdiyi ərazi planlaşdırma sənədlərinin təsdiq edilməsi haqqında 250 saylı, xx.xx.2017-ci il tarixliSərəncama, Nəsimi rayonu, S.Vurğun, S.Rəhman, Mərdanov qardaşları və Y.V.Çəmənzəminli küçələrinin əhatə etdiyi ərazidə şəhərin ümumi görünüşünə xələl gətirən, qərəzli vəziyyətdə olan, istismar müddəti başa çatmış evlərin sökülərək, yerində hündürmərtəbəli yaşayış və qeyrı-yaşayış binalarının tikintisinə icazə verilməsi haqqında sərəncama əsasən, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti ilə bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh Mənzil Tikinti Kooperativi adından onun direktoru X5, Mərdanov qardaşları küçəsi, ev 162 ünvanında yerləşən, ümumi sahəsi 147,2 kv.m. olan mənzilin mülkiyyətçisi kimi iddiaçı ilə müqavilə bağlanmışdır. Cavabdeh məhkəməyə yazılı etiraz təqdim edərək göstərmişdir ki, guya müqavilə bağlanarkən MTK tərəfindən İddiaçı bildirilmişdir ki, hündürmərtəbəli yaşayış binasının inşasının gedişatından aslı olaraq, ona məxsus yaşayış sahəsinin sökülməsinə zərurət yaranıb-yaranmması məlum olacaq və belə bir zərurət yaranacağı halda MTK müqavilə üzrə üzərinə götürəcəyi öhdəliyi icra edəcəkdir. Etirazda qeyd olunanlar əsasən yalandır. Yuxarda qeyd etdiyi hal baş verməyib, nə də ki, iddiaçı müqavilə bağlandıqdan 2-3 ay sonra MTK-ya dəvət edilməmişdir. MTK rəhbərliyi dəfələrlə mənə yalan vədlər verərək vaxtı uzatmaları səbəbindən iddiaçı onlara dəfələrlə xəbərdarlıq etmişdir və dövlət orqanlarına şikayət ərizəsi ilə müraciət etmişdir. 7.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, cavabdeh şirkətlə aralarında bağlanan müqaviləyə əsasən şirkət tərəfindən ona yeni ev verilməklə, aylıq kirayə haqqı verilməli olsa da, onlar bunu müxtəlif bəhanələrlə gecikdirirdilər. Sonradan cavabdehin nümayəndəsi onu çağıraraq bildirmişdir ki, həmin evi onların işçisinə kirayəyə versin. O, bununla razılaşmışdır. Ancaq kirayəçi həmin evdə qalsa da, aylıq ona kirayəçi tərəfindən 400 manat verilmiş, cavabdeh isə heç bir əlavə verməmişdir. Sonradan aralarında bağlanılan müqavilə onlar tərəfindən ləğv olunmuş və nəticə o, da kirayəçini evindən çıxartmışdır. O, hımçinin izahatında bildirmişdir ki, qeyd olunan mənzil məhv olmamış və hazırda onun istifadəsində və mülkiyyətindədir. 8.Cavabdeh MTK-nın sədri X5 tərəfindən məhkəməyə ünvanlanmış iddiaya qarşı etirazdan görünür ki, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı yaşayış sahəsinin təhvil verilməsi və kirayə haqqının ödənilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli mənzil sahələrinin sökülməsi üçün təqdim edilməsi və təqdim ediləcək sahənin əvəzində alınacaq mənzil sahələri haqqında müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 147,2 kv.m. olan mənzil sahəsinin təhvil alınması və əvəzində inşa ediləcək binada ümum sahəsi 211,45 kv.m. olan 2-ci girişdə, 9-cu mərtəbədə, 160 saylı, 93,5 kv.m. ümumi sahəsi olan, 2 otaqlı təmrli mənzili, 3-cü girişdə, 4-cü mərtəbədə 197 saylı, 68,55 kv.m ümumi sahəsi dan 1 otaqlı təmirsiz mənzilin, 3-cü girişdə, 6-cı mərtəbədə 211 saylı, 49,4 kv.m. olan 1 otaqlı təmirsiz mənzilin iddiaçıya təhvil verilməsi və müvəqqəti yaşayış xərclərini qarşılamaq üçün aylıq 950 manat məbləğində pulun xx.xx.2021-ci il tarixdən indiyədək ödənilməmiş 12350 manatın və ödənilmiş 126 manat dövlət rüsumunun, cəmi 12476 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, aşağıda qeyd olunanlara əsasən, tamamilə əsassız və qanunsuz olmaqla, heç bir mötəbər və təkzib olunmaz sübuta əsaslanmadığından iddia ərizəsi rədd dunmalıdır. Belə ki, iddiaçının istinad etdiyi tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin 1.1.1 bəndində iddiaçı ilə belə razılığa gəlinmişdir ki, iddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 147,2 kv.m. olan mənzil sahəsini sökmək üçün Cavabdeh MTK-ya təhvil verməli və həmin müqavilənin 1.1.2-ci bəndində qeyd olunduğu kimi əvəzində inşa ediləcək binada ümumi sahəsi 184 kv.m. olmaqla 2-ci girişdə, 9-cu mərtəbədə 160 saylı, 93,5 kv.m. ümumi sahəsi olan, 2 otaqlı tamirli mənzili, 3-cü girişdə, 4-cü mərtəbədə 197 saylı, 68,55 kv.m. ümumi sahəsi olan 1 otaqlı təmirsiz mənzilin, 3-cü girişdə, 6-cı mərtəbədə 211 saylı, 49,4 kv.m olan 1 otaqlı təmirsiz mənzil almalıdır. Normadan artıq verilən sahə 197 və 211 saylı mənzillərin təmir pulu ilə əvəzləşdirilir. Tərəflər həmçinin həmin müqavilənin 1.2-ci bəndi ilə razılaşdırmışlar ki hündümərtəbəli yaşayış binasının tikintisi başa çatanadək müvəqqəti yaşayış xərclərini qarşılamaq üçün cavabdeh iddiaçıya hər ay 950 manat məbləğində vəsait ödəyir və bu vəsait mənzil mülkiyyətçi tərəfindən MTK-ya təhvil verildiyi gündən ödəniləcək. Eyni zamanda tərəflər sözügedən müqavilənin 2.1.1-ci ilə belə razılığa gəlmişlər ki, MTK-nın öhdəliyi təhvil-təslim aktına əsasən mənzil şirkətə təhvil verildiyi andan aktiv hesab ediləcəkdir. Nəzərinə çatdırır ki, iddiaçı bu günədək də sözügedən yaşayış sahəsini MTK-ya təhvil verməməklə, sahibliyini özü həyata keçirir və icarəyə verib aylıq qazanc əldə edir. Bundan başqa sözügedən müqavilə bağlanarkən MTK tərəfindən İddiaçı bildirilmişdir ki, hündürmərtəbəli yaşayış binasının inşasının gedişatından asılı olaraq, ona məxsus yaşayış sahəsinin sökülməsinə zərurət yaranıb-yaranmaması məlum olacaq və belə bir zərurət yaranacağı halda MTK müqavilə üzrə üzərinə götürəcəyi öhdəliyi icra edəcəkdir. Əks təqdirdə MTK-nın İddiaçı qarşısınaa heç bır öhdəliyi yaranmır. Odur ku, bu razılaşma müqavilənin 1.2 və 2.1.1-ci bəndlərində də özünü təsbit etmişdir. Tərəflər arasında yuxarıda qeyd olunan müqavilənin bağlanmasından təxminən 2-3 ay sonra İddiaçı Cavabdeh MTK-ya dəvət olunmuş və ona bildirilmişdir ki, hündürmərtəbəli yaşaşyış binasının inşası üçün onun mülkiyyətində olan evin sökülməsinə hazırda zərurəti yoxdur, gələcəkdə belə bir zərurət meydana çıxarsa tərəflər müqavilə üzrə öhdəliklərini icra edərlər. Daha sonra İddiaçı 2022-ci ilin sentyabr ayında Cavabdeh MTK-na müraciət edərək, xx.xx.2021-ci il tarixli 76 saylı müqaviləyə əsasən tələb olunmuş sənədlərin notariat qaydada təsdiqlənməsini xahiş etmiş və MTK tərəfindən sonuncunun diqqətinə bir daha çatdırılmışdır ki, hündürmərtəbəli yaşaşyış binasının inşası ona məxsus yaşayış evinə toxunulmadan həyata keçirildiyindən buna zərurət yoxdur. Bir daha bəyan edirlək ki, İddiaçı məxsus sözügedən yaşayışsahəsi özünün sahibliyində və istifadəsindədir, orada kirayəşinlər yaşayır və hər ay kirayə haqqı almaqla qazanc eldə edir. Hündürmərtəbəli yaşayış binasının inşası üçün qeyd olunan yaşayış sahəsinin sökülməsinə heç bir zərurət yoxdur. Odur ki, bu kimi amilləri də nəzərə aınlaraq əvvəlcədən İddiaçıla MTK belə razılığa gəlmişdir ki, zərurət yaranacağı təqdirdə, mənzil təhvil-təslim aktı ilə verilməli və ancaq bundan sonra bağlanmış müqavilə üzrə götürülmüş öhdəlikləri icra edilməlidir. Əks halda tərəflərin bir-biri qarşısında heç bir öhdəliyi yaranmır. Onu da nəzərinə çatdırır ki, iddiaçının ona məxsus yaşayış sahəsini guya xx.xx.2021-ci il tarixdən MTK-ya təhvil verməsi barədəiddia ərizəsində qeyd etdikləri tamamilə yalnış olmaqla, cəfəngiyyatdır. Necə ola bilər ki, sözügedən yaşaşyış sahəsi MTK-ya təhvil verilsin, lakin təhviltəslim aktı tərtib olunmasın? Bundan başqa, necə ola bilər ki, MTK-ya təhvil verilən yaşayış sahəsini İddiaçı kirayəyə verib, aylıq icarə haqqı alsın və hazırda da almaqda davam etsin? Göstərilənləri nəzərə alaraq İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı yaşayış sahəsinin təhvil verilməsi və kirayə haqqının ödənılrrası tələbi barədə iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 9.Bakı şəhəri NəsimiRayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 08 fevral 2023-cü il tarixli, 2(006)-315/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Ramin Xəlilov)iddia təmin edilməmiş, məhkəmə xərcləri iddiaçıya aid edilmişdir. 10.İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində yerləşən ümumi sahəsi 38,4 kv.m. olan 162 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. 11.İş materiallarında olan “Tikinti şirkəti” qismində Cavabdeh MTK-nın adından onun direktoru X5 ilə “Əmlak mülkiyyətçisi” qismində İddiaçı arasında bağlanılmış mənzil sahələrinin söküntü üçün təqdim edilməsi və təqdim ediləcək sahənin əvəzində alınacaq mənzil sahələri haqqında 76 nömrəli, xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, tərəflər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı qərarının icrası çərçivəsində Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin “Yaşayış və Qeyri Yaşayış binalarının Layihələndirilməsi Haqqında 248 saylı, xx.xx.2017-ci il tarixli Sərəncama, Nəsimi rayonu S.Vurğun, S.Rəhman, Mərdanov qardaşları və Y.V. Çəmənzəminli küçələrinin əhatə etdiyi ərazi planlaşdırma sənədlərinin təsdiq edilməsi haqqında 250 saylı, xx.xx.2017-ci il tarixli Sərəncama, Nəsimi rayonu S.Vurğun, S.Rəhman, Mərdanov qardaşları və Y.V. Çəmənzəminli küçələrinin əhatə etdiyi ərazidə şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, istismar müddəti başa çatmış evlərin sökülərək, yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə icazə verilməsi haqqında 158 saylı, xx.xx.2018-ci il tarixli Obyektin Tikintisinə İcazə və Sərəncama, xx.xx.2018-ci il tarixli, 007 saylı Tikintiyə icazə barədə Xüsusi Nişana, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti ilə bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən müqavilə bağlamışlar. Müqavilənin 1.1.1-ci bəndinə əsasən “Əmlak mülkiyyətçisi” İddiaçı bu müqaviləyə əsasən mülkiyyətçinin mülkiyyətində olan Mərdanov qardaşları küçəsi, ev 162 ünvanda yerləşən, ümumi sahəsi 147,2 kv.m. olan mənzilini, yaşayış sahəsini sökülmək üçün Cavabdeh MTK-ya təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindənhəmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, hündürmərtəbəli, yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. 12.Müqavilənin 1.1.2-ci bəndinə əsasən “Tikinti şirəkti” Cavabdeh MTK ünvan 2 ünvanda yerləşən 147,2 kv.m. sahəsi olan mənzilin sahəsinə 25% əlavə edilməklə 184,0 kv.m. mənzil verilməlidir. Cavabdeh MTK-nın mülkiyyətində olan yaşayış sahəsinin əvəzinə, inşa ediləcək binanın 2-ci girişində, 9-cu mərtəbə,160 saylı, 93,5 kv.m. ümumi sahəsi olan 2 otaqlı, təmirli, 3-cü girişində, 4cü mərtəbə, 197 saylı, 68,55 kv.m. ümumi sahəsi olan 1S otaqlı, təmirsiz mənzili və 3-cü girişində, 6-cı mərtəbə, 211 saylı, 49,4 kv.m. ümumi sahəsi olan 1 otaqlı təmirsiz mənzili İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Normadan artıq verilən sahə 197 və 211 saylı mənzillərin təmir pulu ilə əvəzləşdirilir. 13.Müqavilənin 1.2-ci bəndinə əsasən “Tikinti şirkəti” Cavabdeh MTK yeni inşa ediləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisi başa çatdırılanadək və “Əmlak Mülkiyyətçisi” İddiaçı 1.1.2-ci bənddə nəzərdə tutulmuş mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayış xərcləri qarşılığında vəsait (kompensasiya) ilə təmin etmək məqsədilə İddiaçı bank kartına kompensasiya şəklində aylıq 950 manat məbləğində vəsait ödəyir. Sökülmə üçün təqdim ediləcək mənzilin kommunal borcları olarsa bu borclar kirayə haqqından tutulmaqla ödəniləcək. Kirayə haqqı mənzil mülkiyyətçisi tərəfindən MTK-ya təhvil verildiyi gündən ödəniləcək. 14.Müqavilənin 2.1.1-ci bəndinə əsasən sökülməsi nəzərdə tutulan yaşayış sahəsinin boşaldılması tarixinədək olan kommunal borcları tam ödəmək şərti ilə heç bir kommunal borcunun olmamasına dair arayışı, həmin yaşayış sahəsində qeydiyyatda olan şəxslər barədə arayışı, (forma 2) təqdim etməklə həmin yaşayış sahəsində qeydiyyatda olan və 18 yaşı tamam olmuş şəxslərin həmin mənzilin sökülməsinə etiraz etmədiklərinə və həmin mənzilə dair mənzil söküldükdən sonra heç bir iddia qaldırmayacaqlarına dair notarial qaydada təsdiq edilmiş razılıq ərizələrini Cavabdeh MTK-ya təhvil verilməsini təmin etmək. Qeyd edilən sənədlər tam hazır olduqda notarial qaydada müqavilə bağlanılacaq. Ödəniş öhdəliyi təhvil-təslim aktına əsasən mənzil şirkətə təhvil verildiyi andan aktiv hesab ediləcəkdir. Əgər söküntü üçün təqdim edilən yaşayış sahələrində MTK-ya məlum olmayan, həddi-buluğ yaşına çatmış vətəndaşlar aşkar edilərsə və pay haqqı tələb edərlərsə, belə hal ilə bağlı MTK məsuliyyət daşımır. Bütün məsuliyyət Mülkiyyətçi daşıyır və hər hansı tələbi Mülkiyyətçi qarşılamalıdır. 15.Müqavilənin 6.8-ci bəndinə əsasən müqavilə “Mülkiyyətçi»nin söküntüsü nəzərdə tutulan evinin söküntüsü üçün tam hazır vəziyyətdə təhvil verərək, təhvil-təslim aktı tərtib edilir və notarial qaydada müqavilə təsdiq edildikdən sonra qüvvəyə minir. 16.İş materiallarında olan Nəsimi rayon MTKB-nin 59 saylı MKİS tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, X8 və oğlu X11 Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində yerşləşən 162 evdə qeydiyyatdadırlar. 17.İş materiallarında olan X8 tərəfindən notarial qaydada yazılmış xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsinə etirazı yoxdur, razıdır. 18.İş materiallarında olan Cavabdeh MTK tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçıla bağlanmış xx.xx.2021-ci il tarixli 76 saylı müqaviləyə MTK tərəfindən xitam verilir. Gələcəkdə İddiaçı məxsus yaşayış sahəsi MTK-ya təhvil verilsə onunla yenimüqavilə bağlanması MTK tərəfindən təklif ediləcəkdir. Belə ki, humanistlik göstərərək MTK tərəfindən əvvəlcədən İddiaçı məxsus yaşayış sahəsinə toxunulmadan, təhvil alınmadan razılaşma edildiyi halda əsassız olaraq kirayə haqqı tələb edir. Əsassız olaraq müxtəlif dövlət orqanlarına şikayət ünvanlayır. Qeyd edilənləri nəzərə almasını xahiş etmişlər. 19.İş materiallarında olan Cavabdeh MTK tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 147,2 kv.m. olan evə dair Cavabdeh MTK ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixli 76 №-li müqaviləyə istinadən əsassız olaraq aylıq kirayə pulunun ödənilməsi tələbi ilə əlaqədar bildirirlər ki, sözügedən müqavilənin 2.1.1-ci bəndində tərəflər arasında razılaşdırılmışdır ki, ödəniş öhdəliyi təhvil-təslim aktına əsasən mənzil şirkətə təhvil verildiyi andan aktiv hesab ediləcəkdir. Hal-hazıradək qeyd olunan yaşayış sahəsi Cavabdeh MTK-na təhvil verilməmiş və İddiaçı qanuni sahibliyində olmaqla icarədədir və icarə haqqı da İddiaçı tərəfindən alınır. Nə qədər ki, qeyd olunan yaşayış sahəsi Cavabdeh MTK-na təhvil verilməmiş və bu barədə tərəflər arasında təhvil-təslim aktı imzalanmamışdır, belə olan halda MTK tərəfindən müvəqqəti yaşayış xərcləri kimi nəzərdə tutulan aylıq ödənişin ödənilməsi öhdəliyi yaranmamışdır. 20.İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MTK-ya ünanlanmış xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, MTK ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli 76 saylı müqaviləyə əsasən tələb etdiyi sənədləri MTK-ya göndərir və dövlət notariat ofisində təsdiqlənməsini xahiş etmişdir. 21.İş materiallarında olan İddiaçı, Cavabdeh MTK-nın nümayəndəsi S.A.Qurbanov və mənzilə köçən kirayəçi Xalid Əbilov tərəfindən imzalanmış aktın surətindən görünür ki, siyahıda qeyd olunan 14 adda əşyalar İddiaçı evində olan əşyalar sayılır və mənzilə köçən kirayəçi Xalid Əbilov tərəfindən təhvil almışdır. 22.Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə mənzil sahələrinin söküntü üçün təqdim edilməsi və təqdim ediləcək sahənin əvəzində alınacaq mənzil sahələri haqqında müqavilə bağlanılmış və həmin müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan Mərdanov qardaşları küçəsi, ev 162 ünvanda yerləşən, ümumi sahəsi 147,2 kv.m. olan mənzilini, yaşayış sahəsini sökülmək üçün “Teymuroğlu» MTK-ya təhvil verməsi, müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada Cavabdeh MTK tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməsi öhdəsinə götürmüşdür. Cavabdeh MTK ünvan 2 ünvanda yerləşən 147,2 kv.m. sahəsi olan mənzilin sahəsinə 25% əlavə edilməklə 184,0 kv.m. mənzil verilməli, Cavabdeh MTKnın mülkiyyətində olan yaşayış sahəsinin əvəzinə, inşa ediləcək binanın 2-ci girişində, 9- cu mərtəbə,160 saylı, 93,5 kv.m. ümumi sahəsi olan 2 otaqlı, təmirli, 3-cü girişində, 4-cü mərtəbə, 197 saylı, 68,55 kv.m. ümumi sahəsi olan 1S otaqlı, təmirsiz mənzili və 3-cü girişində, 6-cı mərtəbə, 211 saylı, 49,4 kv.m. ümumi sahəsi olan 1 otaqlı təmirsiz mənzili İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən Cavabdeh MTK yeni inşa ediləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisi başa çatdırılanadək və İddiaçı 1.1.2-ci bənddə nəzərdə tutulmuş mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayış xərcləri qarşılığında vəsait (kompensasiya) ilə təmin etmək məqsədilə İddiaçı bank kartına kompensasiya şəklində aylıq 950 manat məbləğində vəsait ödəyir. Sökülmə üçün təqdim ediləcək mənzilin kommunal borcları olarsa bu borclar kirayə haqqından tutulmaqla ödəniləcək. Kirayə haqqı mənzil mülkiyyətçisi tərəfindən MTK-ya təhvil verildiyi gündən ödəniləcək. Müqavilənin 2.1.1-ci bəndinə nəzərdə tutulmuş sənədlər tam hazır olduqda notarial qaydada müqavilə bağlanılacaq. Ödəniş öhdəliyi təhvil-təslim aktına əsasən mənzil şirkətə təhvil verildiyi andan aktiv hesab ediləcəkdir. Müqavilənin 6.8-ci bəndinə əsasən müqavilə İddiaçı söküntüsü nəzərdə tutulan evinin söküntüsü üçün tam hazır vəziyyətdə təhvil verərək, təhvil-təslim aktı tərtib edilir və notarial qaydada müqavilə təsdiq edildikdən sonra qüvvəyə minir. Hazırda iddiaçı tərəflər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 147,2 kv.m. olan mənzil sahəsinin təhvil alınması və əvəzində inşa ediləcək binada ümumi sahəsi 184 kv.m. olan, 2-ci girişdə, 9-cu mərtəbədə 160 saylı, 93,5 kv.m. ümumi sahəsi olan, 2 otaqlı təmirli mənzili, 3-cü girişdə, 4-cü mərtəbədə, 197 saylı, 68,55 kv.m. ümumi sahəsi olan 1S otaqlı təmirsiz mənzilin, 3-cü girişdə, 6-cı mərtəbə, 211 saylı, 49,4 kv.m. olan 1 otaqlı təmirsiz mənzilin iddiaçıya təhvil verilməsi və müvəqqəti yaşayış xərclərini qarşılamaq üçün aylıq 950 manat məbləğində pulun-15 sentyabr 2021-ci il tarixdən qətnamə icra olunan günə kimi və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 126 manat pulun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. 23.Məhkəmə ilk olaraq qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 24.Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli müqavilənin şərtlərinə əsasən ödəniş öhdəliyi təhvil-təslim aktına əsasən mənzil Cavabdeh şirkətinə təhvil verildiyi andan aktiv hesab ediləcəkdir. 25.Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıya məxsus ev cavabdeh şirkətə təhvil verilməmiş, tərəflər arasında təhvil-təslim aktı imzalanmamış və hazırda iddiaçının sahibliyində və mülkiyyətindədir. 26.Məhkəmə qeyd etmişdir ki, bu kimi münasibətlərdə ilk öncə müqavilə münasibətlərinin olubolmamasına, olduğu təqdirdə qüvvədə olub-olmamasına ilk öncə fikir verilməlidir. 27.Belə ki, iddiaçı ilə bağlanmış müqavilədən görünür ki, bu müqavilə müəyyən şərtlə bağlanmış, bu şərt isə mənzilin cavabdehə təhvil verilməsi ilə bağlı olmuşdur ki, bu halda məhkəmə tərəfindən müəyyən edilmir. İddiaçının iş materiallarına əlavə etmiş olduğu akt isə təhvil təslim aktı olmamaqla yalnız kirayə münasibətləri ilə bağlı akt olmuşdur. (kirayəçi Xalid Əbilov olmaqla). Həmin kirayə münasibətlərindən isə iddiaçı müəyyən ödənişlər almasını da məhkəmə iclasında bildirmişdir. 28.Məhkəmə qeyd etmişdir ki, bu hal onu deməyə əsas verir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə heç bir andan qüvvəsini almamışdır. Qeyd olunan bu məqamda isə cavabdehin üzərinə hər-hansı bir öhdəliyinin qoyulması da absurt hala gəlmiş olacaqdır. (müqavilə qanuni qüvvəsini almadığında görə) 29.Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış bu mübahisə zamanı iddiaçıya hər-hansı bir ziyan dəymişsə əgər, bu halda iddiaçının vurulmuş ziyanın ödənilməsi ilə bağlı ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. 30.Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı cavabdehin müqavilə üzrə öhdəliklərini icra etməməsini iddia etsə də, bu halları təsdiq edən sübutları (yuxarıda göstərilən hüquqi mövqeyi nəzərə alaraq) məhkəməyə təqdim edə bilməmişdir. 31.Məhkəmə iddiaçının tələbinin sonuncu hissəsi olan kirayə haqqının verilməsi ilə bağlı qeyd etmişdir ki, iddianın ilkin hissəsi təmin edilmədiyindən və sonuncu tələb isə tələbin birinci hissəsi (müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi) ilə bağlı olduğundan prosessual qənaət prinsipini nəzərə alaraq əlavə araşdırılma aparılmadan iddia tələbi bu hissədə də əsaslı hesab edilə bilməz. 32.Məhkəmə hesab etmişdir ki, məhkəmə iclasında iddia tələbi (həm mənzilin təhvil alınaraq iddiaçıya yeni mənzilin verilməsi, həmdə müqavilə üzrə kirayə haqqının ödənilməsi barədə) təmin edilməsinin hüquqi əsasları müəyyən edilmədiyindən, qaldırılan iddia tələbi ümumilikdə əsaslı hesab edilə bilməz. 33.Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri - 126 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. 34.Məhkəmə öz mövqeyiniAzərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2.1, 289.1, 5.3,16.1, 425.1, 390.1, 6, 417.1, 385.1, 386.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri. a) Apellyasiya şikayətinin dəlilləri 35.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 36.Apellyasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə bilsə və görsə diqqətə almaq istəməmişdir ki, müqavilə ona görə bağlanır və bağlanmışdır ki, tərəflər öz üzərinə götürdükləri öhdəlikləri icra etsinlər. Müqavilənin 6.8-ci bəndinə əsasən, mülkiyyətçi söküntüsü nəzərdə tutulan evinin söküntüsü üçün tam hazır vəziyyətdə təhvil verərək, təhvil-təslim aktı tərtib edilir və notarial qaydada müqavilə təsdiq edildikdən sonra qüvvəyə minir. İddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən də görünür ki, iddiaçı mənzili cavabdehə təhvil versə də, cavabdeh müxtəlif yalan vədlər verməklə təhvil-təslim aktı tərtib etməkdən və notarial qaydada müqavilə bağlamaqdan yayınmışdır. Bu barədə sübutlar iş materiallarında olmasına baxmayaraq məhkəmə bunları görməzdən gəlmişdir. Belə ki, cavabdehin ona ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda aydın görünür: “sizinlə bağlanmış xx.xx.2021-ci il tarixli, 76 saylı müqaviləyə tərəfimizdən xitam verilir. Gələcəkdə, sizə məxsus yaşayış sahəsi MTK-ya təhvil verilərsəsizinlə yeni müqavilə bağlanması tərəfimizdən təklif ediləcəkdir. Beləki hümanistlik göstərərək tərəfimizdən əvvəlcədən sizə məxsus yaşayış sahəsinə toxunulmadan, təhvil alınmadan razılaşma edildiyi halda əsasız olaraq kirayə haqqı tələb edirsiniz. Əsassız olaraq müxtəlif Dövlət orqanlarına şikayətünvanlayırsınız. Qeyd edilənləri nəzərə almağınızı xahiş edirik”. İddiaçı mənzili təhvil verir, lakin cavabdeh təhvil almır. Birinci instansiya məhkəməsi bir sıra maddi hüquq normasına öz qətnaməsində yer versə də, onları düzgün tətbiq etməmişdir. Məsələn MM-nin 390-cı maddəsi baxımından cavabdehin bu müqaviləni icra etməyəcəydisə nə üçün bağlanmasına aydınlıq gətirməli, yəni hüquqi qiymət verməliydi.Məhkəmə mənzilin təhvil alınmasından imtinasına əhəmiyyət verməmişdir. Qeyd edir ki, bu müqavilə cavabdeh tərəfindən icra edilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Müqavilə icra edilmirsə, icra etməyən də mülki məsuliyyət daşımayacaqsa bağlanmasına ehtiyac vardımı. Əlbətdə yox. Qətnaməndən görünür ki, hakim cavabdehin imtinasına heç bir münasibət bildirməyib. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 37.Cavabdeh MTK-nın sədri X5 apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirimişdir ki, aşağıda qeyd olunanlara əsasən, tamamilə əsassız və qanunsuz olmaqla, heç bir mötəbər və təkzib olunmaz sübuta əsaslanmadığından apellyasiya şikayəti rədd olunmalı və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-315/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının istinad etdiyi tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin 1.1.1 bəndində iddiaçı ilə belə razılığa gəlinmişdir ki, iddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 147,2 kv.m. olan mənzil sahəsini sökmək üçün "xxxx" MTK-ya təhvil verməli və həmin müqavilənin 1.1.2-ci bəndində qeyd olunduğu kimi əvəzində inşa ediləcək binada ümumi sahəsi 184 kv.m. olmaqla 2-ci girişdə, 9-cu mərtəbədə 160 saylı, 93,5 kv.m. ümumi sahəsi olan, 2 otaqlı təmirli mənzili, 3-cü girişdə, 4-cü mərtəbədə 197 saylı, 68,55 kv.m. ümumi sahəsi olan 1 otaqlı təmirsiz mənzilin, 3-cü girişdə, 6-cı mərtəbədə 211 saylı, 49,4 kv.m. olan 1 otaqlı təmirsiz mənzil almalıdır. Normadan artıq verilən sahə 197 və 211 saylı mənzillərin təmir pulu ilə əvəzləşdirilir. Tərəflər həmçinin həmin müqavilənin 1.2-ci bəndi ilə razılaşdırmışlar ki, hündürnərtəbəli yaşayış binasının tikintisi başa çatanadək müvəqqəti yaşayış xərclərini qarşılamaq üçün cavabdeh iddiaçıya hər ay 950 manat məbləğində vəsait ödəyir bə bu vəsait mənzil mülkiyyətçi tərəfindən MTK-ya təhvil verildiyi gündən ödəniləcək. Eyni zamanda tərəflər sözügedən müqavilənin 2.1.1-ci bəndi ilə belə razılığa gəlmiş və şərtləşmişlər ki, MTK-nın öhdəliyi təhvil-təslim aktına əsasən mənzil şirkətə təhvil verildiyi andan aktiv hesab ediləcəkdir. Nəzərinizə çatdırıram ki, iddiaçı bu günədək də sözügedən yaşayış sahəsini MTK-ya təhvil verməməklə, sahibliyini özü həyata keçirir və icarəyə verib aylıq qazanc əldə edir. Sözügedən müqavilə bağlanarkən MTK ilə İddiaçı belə şərtləşmişlər ki, hündürmərtəbəli yaşaşyış binasının inşasının gedişatından asılı olaraq, ona məxsus yaşayış sahəsinin sökülməsinə zərurət yaranıb-yaranmaması məlum olacaq və belə bir zərurət yaranacağı halda MTK müqavilə üzrə üzərinə götürəcəyi öhdəliyi icra edəcəkdir. Əks təqdirdə MTK-nın İddiaçı qarşısında heç bir öhdəliyi yaranmır. Odur ku, bu razılaşma müqavilənin 1.2 və 2.1.1-ci bəndlərində də özünü təsbit etmişdir. Tərəflər arasında yuxarıda qeyd olunan müqavilənin bağlanmasından təxminən 2-3 ay sonra İddiaçı "xxxx" MTK-ya dəvət olunmuş və ona bildirilmişdir ki, hündürmərtəbəli yaşaşyış binasının inşası üçün onun mülkiyyətində olan evin sökülməsinə hazırda zərurəti yoxdur, gələcəkdə belə bir zərurət meydana çıxarsa tərəflər müqavilə üzrə öhdəliklərini icra edərlər. Bubdan sonra İddiaçı 2022-ci ilin sentyabr ayında "xxxx" MTK-na müraciət edərək, xx.xx.2021-ci il tarixli 76 saylı müqaviləyə əsasən tələb olunmuş sənədlərin notariat qaydada təsdiqlənməsini xahiş etmiş və MTK tərəfindən sonuncunun diqqətinə bir daha çatdırılmışdır ki, hündürmərtəbəli yaşaşyış binasının inşası ona məxsus yaşayış evinə toxunulmadan həyata keçirildiyindən buna zərurət yoxdur. Bir daha bəyan edirik ki, İddiaçı məxsus sözügedən yaşayış sahəsi özününsahibliyində və istifafəsindədir, orada kirayəşinlər yaşayır və hər ay kirayə haqqı almaqla qazanc əldə edir. Hündürmərtəbəli yaşayış binasının inşası üçün qeyd olunan yaşaşyış sahəsinin sökülməsinə heç bir zərurət yoxdur. Odur ki, bu kimi amilləri də nəzərə alınaraq əvvəlcədən İddiaçıla MTK belə razılığa gəlmişdir ki, zərurət yaranacağı təqdirdə, mənzil təhvil-təslim aktı ilə verilməli və ancaq bundan sonra bağlanmış müqavilə üzrə götürülmüş öhdəlikləri icra edilməlidir. Əks halda tərəflərin bir-biri qarşısında heç bir öhdəliyi yaranmır. Onu da nəzərinizə çatdırıram ki, iddiaçının ona məxsus yaşayış sahəsini guya xx.xx.2021-ci il tarixdən MTK-ya təhvil verməsi barədə appellyasiya şikayətində qeyd etdikləri tamamilə yalnış olmaqla, cəfəngiyyatdır. Necə ola bilər ki, sözügedən yaşaşyış sahəsi MTK-ya təhvil verilsin, lakin təhvil-təslim aktı tərtib olunmasın? Bundan başqa, necə ola bilər ki, MTK-ya təhvil verilən yaşayış sahəsini İddiaçı kirayəyə verib, aylıq icarə haqqı alsın və hazırda da almaqda davam etsin? Hansı ki, bu halı İddiaçı İ instansiya məhkıməsində işin araşdırılması zamanı məhkəmə iclasında özü də etiraf etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimu istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bu Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Avropa Məhkəməsinin "Qavazov Bolqarıstana qarşı" xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddiaçı öz tələbini əsaslandırmaq üçün məhkəməyə mötəbər və təkzib olunmaz sübut təqdim etmədiyindən belə qənaətə gəlmək olar ki, öz iddiasının əsası kimi istinad etdiyi halları nə sübuta yetirə, nə də ki, öz tələbini əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Kinstitusiyasının 26cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqularının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Məhkəmə Kollegiyasından İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-315/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 38.Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia ərizəsi və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, qətnamənin ləğv olunaraq, iddianın təmin edilməsini xahiş etdi. 39.Məhkəmə kollegiyasının iclasında Cavabdeh MTK-nın nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 40.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 41.Maddə 324.1.Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə,dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradəifadəsidir. 42.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 43.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 44.Maddə 389.1.Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 45.Maddə 390.1.Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 46.Maddə 425.1.Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 47.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və yalazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdəqüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icraedilməsi) başa düşülür. 48.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 49.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 50.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 51.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 52.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 53.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 54.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 55.Belə ki, məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə mənzil sahələrinin söküntü üçün təqdim edilməsi və təqdim ediləcək sahənin əvəzində alınacaq mənzil sahələri haqqında müqavilə bağlanılmış və həmin müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan Mərdanov qardaşları küçəsi, ev 162 ünvanda yerləşən, ümumi sahəsi 147,2 kv.m. olan mənzilini, yaşayış sahəsini sökülmək üçün Cavabdeh MTK-ya təhvil verməsi, müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada Cavabdeh MTK tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməsi öhdəsinə götürmüşdür. Cavabdeh MTK ünvan 2 ünvanda yerləşən 147,2 kv.m. sahəsi olan mənzilin sahəsinə 25% əlavə edilməklə 184,0 kv.m. mənzil verilməli, Cavabdeh MTKİddiaçımülkiyyətində olan yaşayış sahəsinin əvəzinə, inşa ediləcək binanın 2-ci girişində, 9- cu mərtəbə,160 saylı, 93,5 kv.m. ümumi sahəsi olan 2 otaqlı, təmirli, 3-cü girişində, 4-cü mərtəbə, 197 saylı, 68,55 kv.m. ümumi sahəsi olan 1S otaqlı, təmirsiz mənzili və 3cü girişində, 6-cı mərtəbə, 211 saylı, 49,4 kv.m. ümumi sahəsi olan 1 otaqlı təmirsiz mənzili İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən Cavabdeh MTK yeni inşa ediləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisi başa çatdırılanadək və İddiaçı 1.1.2-ci bənddə nəzərdə tutulmuş mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayış xərcləri qarşılığında vəsait (kompensasiya) ilə təmin etmək məqsədilə İddiaçı bank kartına kompensasiya şəklində aylıq 950 manat məbləğində vəsait ödəyir. Sökülmə üçün təqdim ediləcək mənzilin kommunal borcları olarsa bu borclar kirayə haqqından tutulmaqla ödəniləcək. Kirayə haqqı mənzil mülkiyyətçisi tərəfindən MTK-ya təhvil verildiyi gündən ödəniləcək. Müqavilənin 2.1.1-ci bəndinə nəzərdə tutulmuş sənədlər tam hazır olduqda notarial qaydada müqavilə bağlanılacaq. Ödəniş öhdəliyi təhvil-təslim aktına əsasən mənzil şirkətə təhvil verildiyi andan aktiv hesab ediləcəkdir. Müqavilənin 6.8-ci bəndinə əsasən müqavilə İddiaçı söküntüsü nəzərdə tutulan evinin söküntüsü üçün tam hazır vəziyyətdə təhvil verərək, təhvil-təslim aktı tərtib edilir və notarial qaydada müqavilə təsdiq edildikdən sonra qüvvəyə minir. Hazırda iddiaçı tərəflər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 147,2 kv.m. olan mənzil sahəsinin təhvil alınması və əvəzində inşa ediləcək binada ümumi sahəsi 184 kv.m. olan, 2-ci girişdə, 9-cu mərtəbədə 160 saylı, 93,5 kv.m. ümumi sahəsi olan, 2 otaqlı təmirli mənzili, 3-cü girişdə, 4-cü mərtəbədə, 197 saylı, 68,55 kv.m. ümumi sahəsi olan 1S otaqlı təmirsiz mənzilin, 3-cü girişdə, 6-cı mərtəbə, 211 saylı, 49,4 kv.m. olan 1 otaqlı təmirsiz mənzilin iddiaçıya təhvil verilməsi və müvəqqəti yaşayış xərclərini qarşılamaq üçün aylıq 950 manat məbləğində pulun - 15 sentyabr 2021-ci il tarixdən qətnamə icra olunan günə kimi və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 126 manat pulun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. 56.Kollegiya ilk olaraq qeyd edir ki, müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir. Əqd-mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir. Müqavilə əqdin əsas forması kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Göründüyü kimi, mülki hüquqların və vəzifələrin yaranmasında aparıcı rol oynayan müqavilələr və əqdlər mülki hüququn subyektlərinin iradəsinə əsaslanır. Yəni müqavilə mülki hüquq subyektlərinin iradəsinə əsaslanan hərəkətlərdən əmələ gəlir ki, bu hərəkətlər hüquqa uyğun olmalı və hüquqa zidd olmamalıdır. 57.İş materiallarından, həmçinin məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, müqavilə tərəflərin sərbəst iradələrinə uyğun olaraq, qanunvericiliyin tələbləri yerinə yetirilməklə bağlanılmış, müqavilənin və müqavilə şərtlərinin etibarsızlığı mübahisələndirilmir. 58.Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavildən müəyyən edilir ki, müqavilənin şərtlərinə əsasən ödəniş öhdəliyi təhvil-təslim aktına əsasən mənzil Cavabdeh şirkətinə təhvil verildiyi andan aktiv hesab ediləcəkdir. 59.Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçıya məxsus ev hazırda onun sahibliyində və mülkiyyətində olmaqla cavabdeh şirkətə təhvil verilməmiş və tərəflər arasında təhvil-təslim aktı imzalanmamışdır. Bu hissədə iddiaçının dəlilləri qeyd olunanlara əsasən əsassız hesab olunmalıdır. 60.Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış müqavilədən görünür ki, bu müqavilə müəyyən şərtlə bağlanmış, bu şərt isə mənzilin cavabdehə təhvil verilməsi ilə bağlı olmuşdur ki, bu halda məhkəmə tərəfindən müəyyən edilmir. İddiaçının iş materiallarına əlavə etmiş olduğu akt isə təhvil təslim aktı olmamaqla yalnız kirayə münasibətləri ilə bağlı akt olmuşdur. (kirayəçi Xalid Əbilov olmaqla). Həmin kirayə münasibətlərindən isə iddiaçı müəyyən ödənişlər almasını da məhkəmə iclasında bildirmişdir. 61.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin qüvvəyə minməsi- mənzilin cavabdehə təhvil verilməsi, təhvil-təslim aktının tərtib edilməsi və müqavilənin notariat qaydada təsdiq edilməsi ilə şərtləndirildiyindən və bu şərtlər yerinə yetirilmədiyindən, müqavilə qanuni qüvvəyə minməmişdir. Buna görə də, qüvvədə olmayan müqavilə üzrə cavabdehin üzərinə öhdəilik qoyula bilməz. 62.Kollegiya qeyd edir ki, iddiaçı cavabdehin müqavilə üzrə öhdəliklərini icra etməməsini iddia etsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. 63.Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış bu mübahisə zamanı iddiaçıya hər-hansı bir ziyan dəymişsə əgər, bu halda iddiaçının vurulmuş ziyanın ödənilməsi ilə bağlı ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. 64.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbinin sonuncu hissəsi olan kirayə haqqının verilməsi iddia tələbinin təmin edilməyən birinci hissəsi (müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi) ilə bağlı olduğundan prosessual qənaət prinsipini nəzərə alınaraq əlavə araşdırılma aparılmadan iddia tələbi həmin hissədə də düzgün olraq təmin edilməmişdir. 65.Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslər arasında düzgün bölüşdürülmüşdür. 66.Qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə kollegiyası hesab eidir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 2(006)-315/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 67.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsininləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 68.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 69.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 70.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənindəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 71.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 2(006)-315/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar