Məhkəmə qərarları › İş №2(103)-3314/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3314/2025

20.06.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3314/2025 20.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MTK-yə qarşı mülki işə üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MTK-yə qarşı “mənzilin təhvil verilməsi və s.” tələbinə dair dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)- 3253/2019 saylı qətnaməsindən üçüncü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "xxxx" MTK-yə qarşı “mənzilin təhvil verilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MTK arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Mənzil tikintisi haqqında” müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin kəsişdiyi 987-ci məhəllə ünvanında MTK tərəfindən inşa edilən binanın 7-ci mərtəbəsində, 32 №-li mənzilin ona tam hazır vəziyyətdə, yəni mənzilin qapı və pəncərələrinin quraşdırılaraq açarlarının təhvil verilməsi, həmin mənzil üzərində sahiblik, istifadə və sərəncam hüquqlarının tanınması, mənzilə dair mülkiyyət hüquqlarının qeydiyyatı barədə dövlət reyestrindən çıxarışın alınması üçün “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərman”ına müvafiq olaraq istismara qəbul aktının ona verilməsi, mənzilin onun tərəfindən təmir və istifadə edilməsinə dair maneələrin aradan qaldırılmasının Cavabdeh MTK-ya həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-3253/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin kəsişdiyi 987-ci məhəllə ünvanında inşa edilən "xxxx" MTK-ya məxsus yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 4 otaqlı sahəsi 227.17 kv.metr olan 32 saylı mənzilin cavabdeh "xxxx" MTK tərəfindən İddiaçı tərəflər arasında bağlanmış “Mənzil tikintisi haqqında” xx.xx.2015-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq qapısı və pəncərəsi quraşdırılmış vəziyyətdə təhvil verilməsi, adıçəkilən mənzilə İddiaçı istifadə və sahiblik hüququnun tanınması qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-3253/2019 saylı qətnaməsindən X3 apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-3253/2019 saylı qərardadına əsasən, ərizə təmin edilərək X3 2(006)-3253/2019 saylı mülki iş üzrə üçüncü şəxs qismində tanınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-3253/2019 saylı qərardadına əsasən, ərizə təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-3253/2019 saylı qətnaməsindən üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apelyasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasının səbəbləri üzrlü hesab edilərək buraxılmış müddət bərpa edilib Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-3253/2019 saylı qətnaməsindən X1 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apelyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Mddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-3253/2019 saylı məktubuna əsasən, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “mənzilin təhvil verilməsi və s.” tələbinə dair mülki işin yaranmış zərurətlə əlaqədar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. İddiaçı xx.xx.2025-ci il tarixli şikayətindən müəyyən olunur ki, o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-3253/2019 saylı qərardadından şikayətini birinci instansiya məhkəməsinə təqdim etmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiyanın mümkünlüyü barədə xx.xx.2025-ci il tarixli, 2(103)-3314/2025 nömrəli qərardad ləğv edilərək mülki iş apellyasiya baxışından çıxarılmalı və iş üzrə İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-3253/2019 saylı qərardadından verilmiş şikayəti ilə bağlı müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6, 400 və 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası, qərara aldı Apellyasiyanın mümkünlüyü barədə xx.xx.2025-ci il tarixli, 2(103)-3314/2025 nömrəli qərardad ləğv edilsin, mülki iş apellyasiya baxışından çıxarılsın, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-3253/2019 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətlə bağlı müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar