Məhkəmə qərarları › İş №2(103)-3317/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3317/2021

20.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3317/2021 20.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı2, onun nümayəndəsi Vəkil1, Cavabdeh nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzilə köçürmə və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair ilk, iddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli 2(011)-5438/2020 saylı qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Bakı şəhəri Xətai rayonu General Şıxlinski küçəsi 2942 D məhəllə 1 saylı evin 62 saylı mənzilinə köçürülmələri, həmin mənzildə istifadə qaydalarının müəyyən edilərək mənzilin sahəsi 12 kv.m olan otağının İddiaçı2, sahəsi 15 kv.m olan otağının İddiaçı1 istifadəsinə verilməsi, köməkçi sahələrin ümumi istifadədə saxlanılması, mənzildə iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus olan 1 ədəd şifoner, 1ədəd televizor, 1 ədəd kinoteatr, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan, 1 ədəd qaz peçi, 1 ədəd divan və kreslo, 1 ədəd stol və stulların, 1 ədəd mətbəx mebeli və yataq dəstindən istifadə edilməsinin Cavabdeh və digər şəxslərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 28.10.2020-ci il tarixli məhkəmə iclasında Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı1 və İddiaçı2 Bakı şəhəri Xətai rayonu General Şıxlinski küçəsi 2942 D məhəllə 1 saylı evin 62 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli 2(011)- 5438/2020 saylı qətnaməsi ilə İddiaçı1 ilkin iddia tələbinin qismən təmin edilməsi, İddiaçı1 Bakı şəhəri Xətai rayonu General Şıxlınski küçəsi 2942 “D” məhəllə 1 saylı evin 62 saylı mənzilinə köçürülməsi, İddiaçı2 iddia tələbinin rədd edilməsi, Cavabdeh qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi və İddiaçı2 həmin mənzildən istifadə hüququna xitam verilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı2 apellyasiya şikayəti verərək qətnamənin ilkin iddianın təmin olunmayan hissəsində və qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilməsini və ilkin iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(103)-3317/2021 saylı qərardadı ilə apellyasiya mümkün hesab edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə məktub göndərilərək həmin məhkəmənin 25 noyabr 2020-ci il tarixli 2(011)-5438/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən də apellyasiya şikayəti verilməsi bildirilmiş və apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli 2(011)-5438/2020 saylı qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmalı, mülki iş Cavabdeh apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 400-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli 2(011)- 5438/2020 saylı qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli 2(011)- 5438/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar