Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3317/2024 10.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna qarşı "pul" tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, iddianın qiyməti) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna qarşı "pul" tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 642/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. 16 iyun 2020-ci il tarixdə İddiaçı və Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu arasında Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi 13, M13, mənzil 4 saylı evin 300 ay müddətinə satmaq öhdəliyi ilə kirayə müqaviləsi KM0189 bağlanmışdır. İddiaçı 12 aylıq ödəniş qabaqcadan ödəniş hesab edilməklə (616,19 x 12=7394,28) hər ay 616,19 manat olmaqla, cəmi xx.xx.2020-ci il tarixdən xx.xx.2044-cü il tarixədək ödənişlər etməsi nəzərdə tutulmuşdur.
2. 17.06.2020-ci il tarixli, 160 nömrəli 17 iyun 2020-ci il tarixli, KM0189 nömrəli Satmaq öhdəliyi ilə kirayə müqaviləsi üzrə Təhvil-təslim Aktının surətindən görünür ki, “kirayəyə verən” - Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu, “kirayəçi” - İddiaçı təhvil-təslim aktını ondan ötrü tərtib etdilər ki, kirayəyə verən, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli KM0189 nömrəli Satmaq öhdəliyi ilə kirayə müqaviləsi ilə müəyyən edilmiş mənzili kirayəçiyə təhvil verdi, kirayəçi isə mənzili təhvil aldı.
3. 28 noyabr 2020-ci il tarixdə iddiaçının qızı müəmmalı şəkildə 13-cü mərtəbədən yerə düşmüş və həyatını itirmiş, xx.xx.2020-ci ildən İddiaçı evi tərk etmişdir.
4. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunur ki, mənzilin təhvil alınmasına dair 09 mart 2021-ci il tarixli təhvil təhvil aktını imzalamaqdan imtina edilməsi halının təsdiq edilməsinə dair akt tərtib olunaraq mənzil Fond tərəfindən təhvil alınmışdır.
5. KM2104 nömrəli xx.xx.2022-ci il tarixli “Satmaq öhdəliyi ilə kirayə müqaviləsi”ndən görünür ki, kirayə verən Azərbaycan Respublikasının İpoteka və Zəmanət Fonduna məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi Fond tərəfindən satmaq öhdəliyi ilə X1 verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan ona dəyən maddi ziyana görə 7394,28 manat, illik faiz borcu 1109 manat, ödənilmiş dövlət rüsumu 106 manat, ümumilikdə 8609 manat alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə dəqiqləşdirmə barədə ərizə ilə xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlə onun arasında bağlanmış müqavilənin 4.5-ci bəndinin etibarsız hesab edilməsini, cavabdeh Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan ona dəyən maddi ziyana görə 7394,28 manat, illik faiz borcu 1109 manat, ödənilmiş dövlət rüsumu 106 və 240 manat, mənəvi ziyana görə 50000 manat, ümumilikdə 58849 manat alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə yenidən dəqiqləşdirmə barədə ərizə ilə xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan ona dəyən maddi ziyana görə 7394,28 manat, illik faiz borcu 1109 manat, ödənilmiş dövlət rüsumu 106 və 240 manat, mənəvi ziyana görə 50000 manat, ümumilikdə 58849 manat alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 16 iyun 2020-ci il tarixdə onunla Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu arasında Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi 13, M13, mənzil 4 saylı evin 300 ay müddətinə satmaq öhdəliyi ilə kirayə müqaviləsi KM0189 bağlanmışdır. Müqailəyə görə ilkin ödəniş 7394.28 manat ödəmişdir. Mənzil ona 17 iyun 2020-ci il tarixdə təhvil verilmişdir. Aylıq qrafik üzrə müəyyən edilmiş aylıq ödənişləri vaxtı-vaxtında ödəməyə başlamışdır. Evində təmir cavabdeh tərəfindən qüsurlu aparıldığından 28 noyabr 2020-ci il tarixdə evdə həyat yoldaşı ilə böyük mübahisələri olmuş, həyat yoldaşı ona və azyaşlı övladına qarşı cinayət etmiş, onları zorakılığa məruz qoymuş, nəticədə evdə faciə baş vermiş, o, möhkəm döyülmüş, özündə olmayan anda qızı isə müəmmalı şəkildə 13-cü mərtəbədən yerə düşmüş və həyatını itirmişdir. Faktla bağlı cinayət işi başlanıldı, hazırda qızının ölümü ilə bağlı cinayət işinin istintaqı hələ də davam edir. Qeyd edir ki, hadisə və hadisədən sonrakı vaxtı o, stres və şokda olmuşdur. xx.xx.2020-ci ildən o, evi tərk etmişdir. Onun üçün artıq o evdə yaşamaq mümkün deyil idi. Bu səbəbdən xx.xx.2020-ci il tarixdə cavabdeh təşkilata müraciət edərək, evdə faciə baş verməsini, buna görə də daha o evdə yaşaya bilməyəcəyini, bu səbəbdən aralarında olan müqaviləyə xitam verilməsini, ilkin ödədiyi ödənişin geri qaytarılmasını xahiş etdi. Xüsusilə qeyd edir ki, ev cavabdehə təhvil verilmiş və artıq ev cavabdeh tərəfindən başqa şəxsə satılmışdır. Bu cür müraciətləri müxtəlif vaxtlarda olmuşdur. Lakin cavabdeh təşkilat onun müraciətlərinə cavab verərək, tələbini rədd etmiş, ilkin ödədiyi məbləği geri qaytarmamış və qaytarmaqdan imtina edir.
10. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-642/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna qarşı "pul" tələbinə dair iddiası rədd edilməsi qət edilmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 488 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanəti Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”na uyğun olaraq xx.xx.2020-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə uyğun olaraq ilkin olaraq iddiaçı tərəfindən müqavilənin bağlanması üçün mühim şərt olan müəyyən məbləğdə ödəniş həyata keçirilmiş və sonrakı dövrlərdə də müəyyənləşdirilmiş məbləğdə aylıq ödənişlər həyata keçirilmişdir. Tərəflər arasında münasibətlər xx.xx.2020-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq tənzilənmişdir. İddiaçı mənzildən faktiki istifadə etdiyi dövr üçün ödəmiş olduğu məbləğləri deyil, məhz ilkin olaraq ödəmiş olduğu 7394,28 manat məbləğində pulu tələb etməkdədir. Cavabdeh tərəf isə həmin məbləğin avans olmadığını, müqavilə şərtlərinə uyğun olaraq kirayəçi tərəfindən ödənilməli məbləğ olmasını və həmin məbləğin aylıq ödənişlər hesabına müəyyənləşdirilməklə Fondun gəlirlərinə daxil edildiyini bildirmişdir. Tərəflər arasında bağlanmış müqavilə şərtlərində aylıq ödəniş və avans ödənişlərinə müvafiq anlayışlar verilmişdir. Müəyyən edilmişdir ki, aylıq ödəniş kirayəçinin hər ay ödəməli olduğu konkret məbləği bildirir ki, bu məbləğin özü də mənzilin ümumi dəyəri, kirayə müddəti və kirayəçinin ilkin olaraq ödəyə biləcəyi məbləğ nəzərə alınmaqla müəyyən edilir. Avans ödənişi məhz kirayəçi tərəfindən edilən aylıq ödənişlərdən daha artıq məbləğdə ödənişin və xüsusilə məqsədli şəkildə edilməsini nəzərdə tutur ki, hətta kirayəçi tərəfindən aylıq ödənişdən daha artıq məbləğdə ödənişlərin edilməsini onun üçün hansı nəticələrə səbəb olması da müqavilə şərtlərində əks olunmuşdur (Müqavilənin 4.7-ci bəndi). Beləliklə məhkəmə iddianın 7394,28 manat məbləğində ödənişin qaytarılması ilə bağlı bildirir ki, həmin ödənişlərin kirayəçinin 25 illik kirayə müddətinin sonuncu ili üçün həyata keçirmiş olduğu ödənişlərə hesablanması inkar olunmur, lakin bu hal özlüyündə həmin məbləğin Fondun gəlirlərinə aid edilməsini də aradan qaldırmır. Belə ki, müvafiq normativ hüquqi aktdan da kirayəçi tərəfindən istər kirayə obyektindən aylıq istifadə üçün ödənilmiş aylıq ödənişlərin, istərsə də müqavilə şərtinə uyğun olaraq aylıq ödənişlərin 12 mislini təşkil edən ödənilmiş məbləğin Fondun gəliri hesab edilməsi aydın olur. Qaydalara uyğun olaraq isə Fondun gəliri hesab edilən aylıq ödənişlər bir qayda olaraq qaytarılmır. Məhkəmə işin araşdırılmış hallarından iddiaçının irəli sürdüyü kimi cavabdehin əsassız olaraq varlanması halını müəyyən etmir. Cavabdehə ödənilmiş 7394,28 manat məbləğində pul müqavilə münasibətindən irəli gəlir və həmin müqavilənin bağlanması üçün mühüm şərtlərdən olmuş həmin ödənişin müqavilənin ləğvi halında qaytarılmaması hazırki mülki mübahisədə əsassız varlanma kimi qiymətləndirilməməlidir. Odur ki, məhkəmə iddia tələbinin bu hissəsinin əsassız olduğuna, həmin məbləğin iddiaçıya qaytarılmasına əsaslar olmadığından rədd edilməsi qənəatinə gəlir. Məhkəmə iddiaçının iddia tələbinin 50.000 manat məbləğində mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı bildirir ki, iddiaçı bu hissədə tələbini onunla əsaslandırmışdır ki, onun tərəfindən kirayəyə götürülmüş mənzildə təmir işlərinin aparılması ailədaxili münaqişəyə səbəb olmuş və məhz həmin səbəbdən əri tərəfindən ona qarşı işgəncə edilmiş, həmin mənzildə onun qızı ölmüşdür. Əlbəttə məhkəmə öz növbəsində iddiaçının düşdüyü ağır vəziyyəti başa düşür, bütün bunların onun həyatında qoyduğu izləri qəbul edir. Lakin baş verənlərin heç birində hazırki iş üzrə cavabdeh olan Fondun heç bir təqsirli davranışı və həmin davranışdan irəli zərər və səbəb-nəticə əlaqəsi mövcud deyildir. Mülki qanunvericiliyin tələblərinə əsasən bu və ya digər şəxsə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə çıxış edilməsi üçün cavabdehlik daşıyan şəxs hüquqazidd əməl törətməli, onun törətmiş olduğu əməl təqsirli olaraq törədilməli törədilmiş əməl nəticəsində digər şəxsə zərər dəyməlidir. Hazırki halda isə iddiaç tərəfindən istinad olunan əməllər Fond tərəfindən törədilməmiş və ümumiyyətlə Fond qarşı 50.000 manat məbləğində mənəvi zərərin ödənilməsi tələbi ilə çıxış edilməsi üçü Fond tərəfindən hər hansı təqsirli və hüquqazidd əməlin törədilməsi öz təsdiqini tapmır.Göründüyü kimi, iddia tələbinin hüquqi əsası yoxdur və təmin edilə bilməz.
12. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 21.2, 390.1, 404.1, 425.1, 491.1, 491.3, 1091.1, 1091.2, 1096.1 maddələri, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 488 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanəti Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”nın 3.2.6, 5.5, 6.3, xx.xx.2020-ci il tarixli, KM0189 saylı Müqavilənin 1.1.8, 1.1.9, 3.1.2, 3.2.2, 3.4.1, 4.2, 4.5, 4.7.1, 10.1, 11.5, «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsinın qərarı, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 218.1, 119.1, 216-220, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 28 fevral 2024-cü il tarixli,e-2(006)-642/2024 saylı qətnaməsini ləğv edib, iddiamın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə istintaqı zamanı müəyyən edilir ki, mənzil dövlətə məxsus olan mənzildir. Ödənilən ilkin ödəniş mənzilin dəyərindən çıxılmış, dövlətin hesabına keçən məbləğ olmuşdur. İddiaçı da həmin məbləği geri istəyir. Göründüyü kimi ilkin ödənilən pul əmlakın dəyəridir, həmin əmlakın dəyərinə aiddir. Cavabdeh təşkilat iddianın həmin hissəsinə belə qiymət verir: O qeyd edir ki, ilkin ödənilən məbləğ Fondun gəliri hesab edilir və geri qaytarılmır. Əgər ödənilmiş məbləğ, mənzilin dəyərindən çıxılırsa, qalan məbləğ aylıqlara bölünürsə, bu pul dövlətin maliyyəsinə gedirsə, Fondun gəliri necə hesab edilə bilər? Fondun gəliri aylıq ödənişlərdir. Faizlərdir. Bununla bağlı Məhkəməyə Fondun özünün saytından çıxardığı sənədi təqdim edir. Fondun özünün Maliyyə Şöbəsində bölmələr mövcuddur. Fond Məhkəməyə ilkin ödənişin Fondun gəliri kimi qiymətləndirirsə də, onda maliyyə Şöbəsindən həmin pulun-7394,28 manat pulun məhz Fondun gəlirləri bölməsinə otuzdurulmasını təsdiq edən sənəd təqdim etsin. Cavabdeh belə bir sənəd təqdim etməmişdir. Heç təqdim edə də bilməz, çünki pul mənzilin dəyərinə aid olub, mənzilin dəyərindən çıxılıb və maliyyə şöbəsində mənzilə görə ödənilən bölməyə daxil olub. Biz faiz və aylıq ödənişləri istəmirlər, bu fondun gəliri ola bilər. Lakin iddiaçı ilkin ödədiyi pulu istəyirsə, cavabdeh bu pulu qaytarmırsa, qanunsuz saxlayırsa, bu artıq əsassız varlanma hesab edilir. Eyni zamanda məhkəmə iclasında müəyyən edilmişdir ki, mənzil artıq digər bir şəxsə satılmış, həmin şəxsdən də ilkin ödəniş alınmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, aylıq ödənişlər vaxtı vaxtında olmuş, noyabr ayında faciə baş verdiyindən iddiaçı xx.xx.2020-ci ildə cavabdehi xəbərdar etməklə, bir tərəfli qaydada müqaviləyə xitam verilməsini xahiş etmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçının 30 gün əvvəl xəbərdar etməklə, müqavilənin xitam edilməsini tələb edə bilər. Lakin qarşı tərəf mənzilin təhvil verilməməsini bəhanə gətirərək, 3 aydan sonra öz təşəbbüsü ilə, guya aylıq ödənişlərdə gecikmə olduğu üçün müqaviləyə xitam vermişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Cavabdeh Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilmiş, müqavilənin rəsmiləşdirilməsi, yaşayış sahəsinin vətəndaşların istifadəsinə və mülkiyyətinə verilməsi şərtləri, müqavilə üzrə ödəmələr, müqaviləyə xitam verilməsi halları və s. Qayda ilə müəyyən olunur. Qaydanın 9.3-cü, müqavilənin 9.4-cü bəndi ilə Fond tərəfindən müqaviləyə vaxtından əvvəl xitam verilməsi halları müəyyən edilmişdir. Belə ki, kirayəçi Qaydaya uyğun olaraq yaşayış sahəsini təhvil almadıqda, yaşayış sahəsinin istifadəsi ilə bağlı Qaydada nəzərdə tutulmuş öhdəlikləri pozduqda, habelə yaşayış sahəsinin saxlanılması üzrə kommunal xərcləri və digər məcburi ödənişləri 60 gün və daha çox müddətə ödəmədikdə, aylıq ödənişi 60 gün müddətində ödəmədikdə, kirayə müddətində kirayəçi vəfat etdikdə və kirayə müqaviləsi üzrə hüquq və vəzifələr kirayəçinin vərəsələrinə keçmədikdə, yaşayış sahəsi məhv olduqda və ya zədələnmə nəticəsində yaşayış sahəsi öz birbaşa təyinatı üzrə istifadə edilə bilməyəcək dərəcədə dəyişdikdə, habelə kirayəçi yaşayış sahəsini üçüncü şəxsin qeyri-hüquqi istifadəsinə verdikdə Fond müqaviləyə vaxtından əvvəl xitam verə bilər. Eyni zamanda, müqavilənin 10.1-ci bəndinə görə, müqaviləyə xitam verildikdə, kirayəçi tərəfindən müqavilənin icrası iiə bağlı ödənilməli aylıq ödənişlər üzrə yaranmış borc, kommunal və yaşayış sahəsinin istifadəsi və saxlanması xidmətləri üzrə ödənişlər, kirayəçinin kirayəyə verənə vurduğu zərər, kirayəyə verənin yazılı razılığı olmadan kirayəçinin yaşayış sahəsində etdiyi yaxşılaşdırmaların sökülmə və qüsurların aradan qaldırılma xərcləri kirayəyə verənə ödənilməlidir. Müqavilənin 3.1.1-ci yarımbəndinə əsasən, Kirayəyə verənin müqavilə üzrə ödəmələrin və Kirayəçinin digər öhdəliklərinin vaxtında icrasını kirayəçidən tələb etmək hüququ, buna müvafiq olaraq kirayəçinin isə, müqavilə üzrə ödəmələri, habelə qanunvericiliklə müəyyən edilən məcburi ödənişləri vaxtında ödəmək vəzifəsi vardır. Müqavilənin 4.5-ci bəndinə uyğun olaraq kirayəçi tərəfindən ödənilən vəsaitlər (avans ödəniş istisna olmaqla) kirayəyə verənin gəliri hesab olunur və geri qaytarılmır. Faktiki hal üzrə Kirayəçi aylıq ödənişləri 60 gündən artıq müddətə gecikdirmiş, yaşayış sahəsini təhvil vermək istədiyini bildirsə də, qaydalara uyğun şəkildə mənzilə baxış keçirilməsindən, eləcədə Təhvil-təslim aktını imzalmaqdan imtina edərək, mənzili təhvil verməmişdir. Bu səbəblə, Fondun Kirayə Mənzil Komitəsinin 11 fevral 2021 -ci il tarixli 134- 2021 nömrəli protokoluna əsasən kirayəçi ilə bağlanmış 16 iyun 2020-ci il tarixli KM0189 nömrəli müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verilməsi qərara alınmışdır. Bu barədə kirayəçiyə 16 fevral 2021-ci il tarixli ix/2190069 nömrəli bildirişlə məlumat verilmişdir. Kirayəçinin hazırda müqavilə ləğv olunan tarixə və yaşayış sahəsi təhvil verilən tarixədək ümumilikdə müqavilə üzrə 2464,76 manat qalıq borcu yaranmışdır və onun tərəfindən ödəniş həyata keçirilməmişdir. Apellyasiya şikayəti ilə iddiaçının birinci instansiyada istinad etdiyi və məhkəmə tərəfindən münasibət bildirilmiş əsaslar təkrarlanmışdır.
Proses iştirakçılarının izahatı
16. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında bildirdi ki, Məhkəmənin qətnaməsində qeyd edilən müvafiq normativ hüquqi aktdan da kirayəçi tərəfindən istər kirayə obyektindən aylıq istifadə üçün ödənilmiş aylıq ödənişlərin, istərsə də müqavilə şərtinə uyğun olaraq aylıq ödənişlərin 12 mislini təşkil edən ödənilmiş məbləğin Fondun gəliri hesab edilməsi müqavilədə yoxdur.Müqavilədə bəzi gəlirlərin geri qaytarılmadığı qeyd edilib,amma konkret olaraq ilkin ödənişin fondun gəliri hesab edilməsi qeyri-mümkündür.16 iyun 2020-ci il tarixdə tərəflər arasında müqavilə bağlanılır.İddiaçı mənzilə köçüb, 2-3 ay sonra ev yaxşı təmir edilmədiyinə görə 2020-ci ilin noyabr ayında evdə su sızmalar və digər problemlər baş verir. Ev pis vəziyyətə düşüb.İddiaçı Fonda müraciət edb, Fond sığorta şirkətinə müraciət edib.Hətta, iddiaçı körpə uşağı ilə yerdə yatıb.Onların ailəsində təmirlə bağlı mübahisə yaranandan sonra evdə böyük mübahisəyə səbəb olub. Ata içkili vəziyyətdə olub, xanımı döyüb.Xanım özündə olmadığına görə evdə nə baş verdiyini anlaya bilməyib.Ev qan içərisində olub, ata 8 yaşlı uşağını aparıb qorxudaraq otaqdan çıxmamağını tapşırıb. Qadın çox döyüldüyünə görə özündə olmayıb, ayıldıqdan sonra atanın çıxdığını görüb və uşağı axtarmağa başlayıb. Sonra otağa baxdıqda pəncərərnin açıq olduğunu görüb.Uşağın 13–cü mərtəbədən necə düşdüyü bilinmir.Tərəflər arasında münasibət soyuq olub,qadın həmişə boşanmaq istəməsinə baxmayaraq yoldaşının hədələməsinə görə boşana bilməyib.Uşağın boyu pəncərəyə çata bilməzdi,ayağının altına da stol qoymayıb.Atanın əli də qan idi,pəncərədə izi var idi.Hətta, şahidin biri istintaq orqanına zəng edərək atanın uşağını pəncərədən atdığını gördüyünü deyib.Təssüflər olsun cinayət işi açılmayıb, guya uşaq özü özünü atıb. Xanımın döyülməsi ilə bağlı istintaq şikayətlərdən 3-4 ay sonra açılıb. Qadına münasibətdə cinayət işi açıldı, hökmdə qeyd edilib. Uşaqla bağlı işə xitam verdilər. Məhkəmə prosesində ana uşağı atanın öldürdüyünü deyəndə ata başını aşağı salaraq susub, heç özünü müdafiə etməyib.Atanın günahkar olduğu birmənalıdır.Qonşuların eşitdiyi səs-küyü xanım evdə ola-ola eşitməyib, o dərəcə pis vəziyyətdə olub. Qadın ailəsini,uşağını itirib. Faciə baş verəndən sonra xanım dərhal Fonda müraciət edərək evi təhvil verdiyini və ödəniş edilməyəcəyini deyib.Xanımın ödənişindən heç bir pul qaytarılmır.Həmin müddət ərzində istintaq hərəkətləri ilə maraqlandığına görə müraciət etməyib. Əgər ilkin ödəniş edilibsə, mənzilin dəyərindən çıxılıb.Həmin məbləğ çıxıldıqdan sonra qalan məbləği aylıq ödənişlərə hesablanıb.Əgər müqavilə pozulursa məbləğ geri qaytarılmalıdır.Xanımın evi yoxdur,kirayədə qalır. Əlavə olaraq duşu sındırdığını bildirirlər, onu da əri sındırıb.Cinayət işində barmaq izinin daktiloskopik ekspertizası edilmədi. Mən çıxarışlar təqdim etmişəm, orada Fondun gəlirləri kimi faizləri və aylıq ödənişləri hesab edirlər.Müəyyən miqdar götürülür və satılır,digər aylıq ödənişlər kirayə sayılır.O da onların gəliridir, həmin məbləği tələb etmir, sadəcə ilkin ödədiyi məbləği istəyirik.Cavabdeh bildirib ki, iddiaçının aylıq ödədiyi ödənişlər Fondun gəliri hesab edilə bilər. Cavabdeh sənəd təqdim etsin ki 7000 manat nəyə ödənilib. Qəbzi təqdim edilsin ki, gəlir hissəsinə oturub. Üstəlik də həmin mənzil yenidən satılıb, bu əsassız varlanmadır. Ortada sübut yoxdur. Qarşı tərəfin mövqeyi odur ki, ödənilən pul Fondun gəliridir. Mənzilə daxil olana qədər iddiaçı mənzilin bir hissəsinin qiymətini ödəyib, mənzilə daxil olduqdan sonra qalan pulu hissə-hissə ödəyib. Aylıq ödənişə dair iddia qaldırmırlar. Heç bir borcu yoxdur. Aylıq ödənişlər işin mübahisəsiz haldır, çünki qarşı tərəf də bunu təsdiq edir. Aylıq ödənişlər iş materialları təqdim etdiyi sənədlər əsasında sübut olunur, sadəcə olaraq noyabr ayından sonra ödəniş yoxdur. Faciə baş verənə qədər onlar 5 ay pulu vaxtında ödəyiblər. Faciə baş verəndən bir neçə gün sonra xanım müraciət edərək dekabr ayının ödənişini edə bilməyəcəyinə görə mənzilin təhvil alınmasını istəyib, onlar heç bir münasibət bildirməyiblər. 3 ay xanım istintaqla maraqlanır. Cavabdehin tələb etdiyi məbləğ dekabr, yanvar, fevral ayının məbləğidir. Aylıq 616 manat pul ödəyirdilər. İddiaçı müddəti ötürməyib.Sadəcə olaraq bayram günləri olduğuna görə qanunvericiliyə əsasən bayram günlərindən bir gün sonra apellyasiya şikayəti verib. Hadisə 27 noyabrda baş verib, xanım mənzilin təhvil verilməsi üçün 7 dekabda müraciət ərizəsi verilib. Xanımın bu məktubu 9 dekabrda artıq cavabdehdə idi. Açarları komendanta təhvil verdiyini bildirilir. Xanım mənzili təhvil verə bilməzdi, çünki orada müstəntiq cinayət işni araşdırırdı. Mənzil blomlanmışdı, mənzildə araşdırmalar aparılırdı. Qarşı tərəf 12 ayın pulun qabaqcadan ödənildiyini deyir, iddiaçı isə orada 5 ay yaşayıb. Lizinq müqaviləsi ilə bağlanılan müqavilə eyni deyil. Ödənilən 7794 manat gəlir bölməsinə yerləşdirilibsə, onun qəbzini təqdim etsinlər gətirsinlər. Maliyyə şöbəsində müxtəlif bölmələr var. 7394 manatı ödəyiblər və qəbzləri də var. Onlar da vergiyə məlumat verdiklərinə görə çekləri olmalıdır. Dövlətin mənzilidir və mənzilin dəyərindən pul çıxılıb, qalan dəyər bölünüb. Müqaviləni aydın yazmayıblar, cavabdehin dediyi avans aylıq kirayədə yaşadığı müddət sayılır. Onlar aylıq ödənişi istəmirlər, ilkin ödənişi istəyirlər. Mənzilin dəyəri dövlət tərəfindən müəyyən olunub. Qarşı tərəf 12 aylıq ödənişi əvvəlcədən ödədiyini bildirir. İddiaçı qaldığı müddətdə hər ay pulu ödəyib. Bu tam olaraq əsassız varlanmadır. İddiaçı orada 5 ay yaşayıb. Cavabdeh evi qəbul etmədiyi halda onun pulunu qaytarmalıdır. Hazırkı mübahisədə ev təkrar satılıb, eyni pul alınıb və bu əsassız varlanmadır. Arayışda məbləğin Mərkəzi Bankın hesabına keçdiyi bildirilir. Əgər gəlir hesab edilsəydi, Fondun hesabına keçərdi. Belə bir sənəd, qəbz yoxdur. Pul notariusun hesabına keçib, oradan da Mərkəzi Bankın hesabına keçib. Konkret sənəd təqdim edə bilmirlər. Dolayı yolla sənəd təqdim edilir, o da sübut hesab edilmir. Bədbəxt hadisə 20 noyabrda baş verir, xanım 7 dekabrda artıq ödənişi ödəyə bilməməsi ilə bağlı ərizə yazıb. Gərək müqaviləyə xitam verilə ki, təhvil-təslim aktı tərtib edilsin. Birinci müqavilə bağlanılıb və 10 gün müddətdə mənzili təhvil verməsi qeyd edilib. Xitam qərardadı qəbul edilməmiş təhvil təslim aktı hansı məntiqə sığır. Xitam edilmədən təhvil təslim aktı olmaz. Qarşı tərəf Nazirlər Kabinetinin müvafiq qərarına istinad edir, amma xanımın vəziyyəti fərqlidir. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Onlar ödənişi ödəməkdən yayınmayıblar, bu barədə xəbərdarlıq edilib. İstifadə etdikləri həddə pulu ödəyiblər. Xanım, ümumiyyətlə 20 noyabrdan sonra evdən çıxıb. Onlar ilkin iddia tələbinin predmeti bundan ibarətdir ki, qabaqcadan ödənilmiş 12 aylıq vəsaiti tələb edirlər. Avans olduğu bildirilsə də avansı geri istəyirlər. Hər bir məktub onlar tərəflərindən rəsmi cavablandırılıb və cavabda açıq şəkildə yazılıb ki, mənzilin təhvil götürülməsi üçün mənzil rəsmi qaydada təhvil verilməlidir. Xitam ya birtərəfli qaydada olur, ya da ikitərəfli qarşılıqlı razılıq əsasında olur. Cavabdeh xitam verilməsini istədikləri halda rəsmi qaydada xitam verilməsinə şərait yaratmalıydılar. İddiaçı rəsmi qaydada müraciət etdi, yazılı ərizə var. İddiaçının xitam vermək səlahiyyəti yoxdur, onlar xitam verməli idilər. Qarşı tərəfdə 3 ay uzatdı. Birinci xitam qərarı göndərərdilər, ondan sonra cavabdehin mənzilin təhvil verilməsini tələb etmək hüququ var idi.
17. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında bildirdi ki, sadəcə olaraq sübut istəyir ki, nəyin əsasında ödənilən məbləği fondun gəliri kimi özünə istəyir. Heç bir sübut yoxdur və birinci instansiya məhkəməsində hakim heç bir münasibət vermədi. Vəkilin sənədləri təqdim etməsinə baxmayaraq iş materiallarına əlavə edilmədi, qətnamədə əsaslandırılmadı. O, müqaviləni imzalayanda tələblər başqa idi, indi başqadır. Cavabdeh ona böhtan atıb. O, 7 dekabr müraciət etdiyi ərizədə qeyd etmişdir ki, mənzili ondan təhvil alınmasını xahiş edir və aşağıda da səbəbini qeyd edib. O başına gələn bədbəxt hadisə ilə əlaqədar mənzili ondan təhvil almalarını və bu aydan sonrakı növbəti ayda ödəyəcəyi məbləği nəzərə almamalarını xahiş etdiyini yazmış, amma cavabdeh onun aylarla onlara müraciət etmədiyini bildirir. O, müraciətində yazmışdır ki, xx.xx.2020-ci il tarixdə qızı Fərəhin ölümü ilə əlaqədar yaşadığı binanın 13-cü mərtəbəsində baş vermiş hadisə ilə bağlı o mənzildə yaşamağının mümkün olmadığını nəzərə alınmasını və KM0189 saylı müqaviləyə təcili xitam verilməsini xahiş edib. O, bu vəziyyətdə belə mənzilin Fonda təhvil alınması üçün müraciət etmişdir. O, həmin mənzili fondun nümayəndələrinə təhvil vermişdir. Mənzili Fondun nümayəndələrinə təhvil vermədiyi halda onu Fonda çağırardılar və ondan açarı tələb edərdilər. O, ərizədə onlara qabaqcadan 12 aylıq ödədiyi 7394 manat məbləği də geri qaytarmaq məsələsinə baxmalarını xahiş etdiyini yazmışdı. Çünki o vaxt onun uşağı qəbrinin üzərini düzəltmək üçün pul lazım idi. Onun ərizəsindən sonra 60 gün müddətində onlar xitam qərarını verməli idi, amma xitam qərarını vermədilər. 8000 manata yaxın olan borcun ona qaytarılmasın xahiş edir. O evdə yaşamamışdır. Ondan sonra o evə başqa şəxs köçüb və öz ödənişini ödəyib. Onların nümayəndələri gəlib protokol tərtib edərək evi ondan alıblar. Cavabdeh tərəf onun ərizəsi olmasına baxmayaraq ona hər dəfə bu mənzili sahiblənməyi və xitam verə bilməyəcəyi barədə ərizə yazıb. Qarşı tərəf onu Fonda dəvət etməli və rəsmiləşdirməli idi.
18. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya dəlillərini müdafiə edərək, izahatında bildirdi ki, hesab edir ki, müddət ötürülüb. Dövlətin aztəminatlı şəxslərin mənzil təminatını yaxşılaşdırmaq üçün mexanizmi var. Bunlardan biri də vətəndaşlara güzəştli ipoteka kreditinin verilməsidir. Kirayə evlər artıq 2020-ci ildən vətəndaşlara verilməyə başlandı və ipoteka kreditindən daha yüngül qiymətləndirmə aparılırdı. Burada ilkin ödəniş edilmədən, ipoteka müqaviləsində olduğu kimi gəlirlərin və xərclərin hesablanmasından daha yüngül şərtlər tətbiq edilir. Daha yüngül şərtlər olduğu üçün yaşayış sahəsinin mülkiyyəti fondun balansında saxlanılır. “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli 488 nömrəli Fərmanı ilə vətəndaşla bağlanılmış kirayə müqaviləsinə əsasən kirayəçi yaşayış sahəsini aldığı müddətdən etibarən aylıq ödənişlərini həyata keçirir, aylıq ödənişin 12 mislini qabaqcadan ödəyir və mənzilin istifadə hüququnu əldə edir. Kirayə müqaviləsində qeyd edildiyi kimi vətəndaş aylıq kirayə pulunun müddətini 60 gündən çox gecikdirdiyi halda Fond tərəfindən müqaviləyə xitam verilir və kirayəçi yaşayış sahəsindən çıxarılır, eləcə də aylıq ödənişlər vətəndaşdan tələb edilir. İddiaçı ilə 16 iyun 2020-ci ildə müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən Nizami rayonu, Mehdi Abbasov küçəsində yerləşən 4 saylı mənzil onun istifadəsinə təhvil verilmişdir. Lakin, kirayəçi tərəfindən baş vermiş bədbəxt hadisə nəticəsində kirayə münasibətlərinə biganə yanaşılmışdır. Dəfələrlə məlumat verilməsinə baxmayaraq münasibət bildirmədiyi üçün Fond tərəfindən müqaviləyə birtərəfli xitam verilmişdir, daha sonra özü tərəfindən mənzil Fonda təhvil verilmişdir, mənzili istəmədiyini bildirmişdir. Rəsmi qaydada mənzili təhvil verilməmişdir. Rəsmi qaydada təhvil verdikdə Fondun nümayəndələri rəsmi qaydada evə baxış keçirməli idi, dəymiş zərəri, digər yaranmış borcu hesablayaraq mənzili təhvil almalı idi. Tərəf yayınaraq mənzilin açarını üçüncü şəxsə-komendanta verib mənzili tərk etmişdir. Fond da iddiaçıya baş vermiş hadisəni nəzərə alaraq mənzili onun iştirakı olmadan balansına qəbul etmişdir. Daha sonra mənzil təkrar kirayə mexanizmi ilə vətəndaşlara verilmək üçün çıxarılmışdır, başqa bir şəxsin həmin mənzil kirayə mexanizmi ilə istifadəsinə verilmişdir. Üzərindən müddət keçdikdən sonra vətəndaş belə bir iddia qaldırmışdır. Birinci instansiya məhkəməsində iş ətraflı araşdırıldı. Tərəflərindən 2664 manat borcla bağlı qarşı tərəf hər hansı bir iddia qaldırmadı. İddiaçı birinci instansiya məhkəməsində, apellyasiya şikayətində qabaqcadan ödədiyi 12 aylıq ödənişin avans olduğunu bildirib. Tərəflər arasında müqavilədə açıq şəkildə avansla bağlı anlayış verilmişdir ki, avans kirayəçilər tərəfindən qabaqcadan ödənilən vəsaitdir, hansı ki, kirayəçi bundan sonrakı məbləği həmin ödənişdən çıxılması məqsədi ilə ödəyir. Tərəflər arasında bağlanılmış müqavilədə də şəkildə avansın istisna olduğu və qaytarılmadığı qeyd edilir. Yaşayış sahəsini təhvil almadıqda və eyni şəkildə avans ödəmədikdə aylıq ödənişlər geri qaytarılır. Bunu nəzərə alaraq onlar tərəfindən imtina edilmişdir. Qeyd olunanları nəzərə alaraq onlar da apellyasiya şikayətinin əsassız olduğunu hesab edir. 2020-ci ildə onların 500-600 sayda kirayəçisi olub. Vətəndaş öz yaxın qohumunu itirdikdə, digər bədbəxt hadisələr olduqda onlar restrukturizasiya tədbirini həyata keçirlər. Xanıma dəfələrlə restrukturizasiya tədbirinin keçirilməsi üçün müraciət ediblər. 1 illik ödənişi dayandırmağını və ya üçüncü şəxsə mülkiyyət hüququnu keçirib ondan ödənişlərini almasını təklif ediblər. Xanım tərəfindən həmin vaxt bildirilib ki, mənzili ona düşərli olmadığına görə istəmir, mənzili təhvil alsınlar. 5-6 yazışma var, hətta sonuncunu da özü imzalayıb. Məhkəməyə təqdim ediblər, orada da açıq şəkildə özü etiraf edib. Mübahisə olsaydı, xanım özü o vaxt onlara müraciət edərdi. Onlara müraciət edilib ki, mənzili üçüncü şəxsə ötürdüyünə görə xanımın ödədiyi pulu geri qaytarsınlar. Onlar da aralarında olan münasibətlərin kirayə müqaviləsi ilə nizamlandığını bildiriblər. Müqavilədə açıq şəkildə nə qaytara biləcəyi göstərilib. Müqavilə lizinq müqaviləsinə oxşayır, eyni zamanda kirayə münasibətləri də tənzimlənir. Sadəcə olaraq vətəndaş bunu tam anlamadığı üçün hüquqlarının pozulduğunu hesab edib. Vətəndaşın qabaqcadan ödədiyi aylıq ödəniş onun gələcəkdə aylıq ödənişləri ödədiyi müddətdə evə vurduğu zərər, ödəməyəcəyi aylıq ödənişlər və yaşayış sahəsinin təkrar kirayəyə veriləcəyi hala gətirilməsi üçün ödəniləcək xərclərin üçün ayrılır. Onlar yaşayış sahəsini vətəndaşdan almaq üçün marağı yoxdur. Tərəf müqaviləyə xitam verilməsini istədikdə öz iradəsini tamamilə ortaya qoymalıdır. İddiaçı 7 dekabrda müraciət edib və onlar cavab veriblər. Həmin məktubda qeyd ediblər ki, qızının vaxtsız vəfatı ilə bağlı dərin hüznlə başsağlığı vermiş və müraciəti ilə bağlı bildiriblər ki, mexanizm çərçivəsində qabaqcadan ödəniş, aylıq ödənişlər və digər ödənişlərin ödənilməsi şərtləri müqaviləyə xitam verilməsi halları və nəticələri 488 nömrəli Fərmanla təsdiq edilmiş Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu yaşayış sahələrini satmaq və kirayə verilməsi qaydasına əsasən tənzimlənir. Qanunun 63-cü bəndinə əsasən ödənilmiş aylıq ödənişlər fondun gəliri hesab edilir və geri qaytarılmır. Qanunvericiliyin icazə verdiyi çərçivədə onlara kömək etməyə hazırdırlar. Bu kirayə mexanizmi belə qurulub. Mülki Məcəlləyə də bununla bağlı dəyişikliklər edilməsi üçün təkliflərimizi irəli sürüblər.Münasibətlər “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 488 nömrəli Fərmanı ilə tənzimlənir. Həmin fərmanda və müqaviləmizdə göstərilir ki, avans istisna olmaqla, kirayəçi tərfindən ödənmiş vəsaitlər kirayə verənin gəliri hesab edilir və geri qaytarılmır. Fondun cari hesabları var, kirayəçilər üçün ayrılmış hesabı var. Kirayəçilər tərəfindən ödənilmiş aylıq ödənişlər, eləcə də aylıq ödənişlərin 12 misli həmin hesablar vasitəsi ilə ödənilir və Fondun cari hesabında saxlanılır. Xitam verildiyi halda baxılır. Kirayəçinin orada borcu yarandığı halda onlar tərəfindən iddia qaldırılır və həmin mənzilin boşaldılması tələb edilir. Kirayəçi könüllü şəkildə təhvil verdiyi halda xitam verilir və münasibətlər bitir. Noyabr ayında hadisə baş verdiyi vaxt xanım aylıq ödənişi ödəyib. Xanım mənzili təhvil almadığı halda qabaqcadan ödənilmiş aylıq ödənişin 12 misli qaytarılmalıydı. Onlarda ilkin ödəniş anlayışı yoxdur. Onlar müqaviləyə satmaq öhdəliyi ilə kirayə mexanizmi demək olar. Aylıq ödənişlərdən xanımın onlara qalan borcu 2464 manat idi. Xanımın onlara verəcəyi borcu tələb etmədilər. Xanım aylıq ödənişi etməyəcəyi barədə məlumat vermədi. Prezidentin Fərmanına əsasən xərclər aylıq ödənişlərdən çıxılır və yerdə qalan məbləğ Fondun gəliri hesab edilir. Təşkilat olaraq dövlət təşkilatıdır və dövlətin verdiyi normativ hüquqi aktlarla hərəkət edirlər. Müqavilədə ödəniş növlərindən birinin adını avasdır. Xanım aylıq ödənişin 12 misli olaraq qabaqcadan 7000 manatı ödəyib. Avansa müqavilədə açıq şəkildə anlayış verilib. Avans kirayəçinin qabaqcadan ödədiyi aylıq ödənişlər zamanı açıq şəkildə ödənilən bir mexanizmdir. Əlavə ödəniş avansdan fərqlidir. Müqavilənin 4.2-ci bəndində qeyd edilir ki, kirayəçi 7394.28) manat məbləğində pul vəsaitini (burada 7394.28 manat aylıq ödənişin 12 misli və aylıq ödənişin 0 misli və ya 0.0 manat əlavə odənış qismində) notariusun bankda açdığı depozit hesabı vasitəsilə bu Müqavilə notariat qaydasında təsdiq edilərkən qabaqcadan Kirayəyə verənin hesabına ödəyir. Müqavilənin 4.2-ci bəndində əlavə ödəniş yerinə sıfır yazılıb. Bu müqavilə Ədliyyə Nazirliyinin Notariat Qeydiyyat Baş İdarəsində razılaşdırılmış nümunəvi müqavilədir. Burada əlavə ödəniş yoxdur, kimdə əlavə ödəniş olduğu halda sıfırın yerinə əlavə ödəniş yazılır. Müqavilə bağlandıqdan sonra tərəf yaşayış sahəsini 10 gün ərzində təhvil almalıdır. O yaşayış sahəsini təhvil almadığı halda müqaviləyə birtərəfli və ya ikitərəfli xitam verildiyi halda ödənilmiş pulu qaytaracaqdılar. 488 saylı fərmanda qeyd edilib. Müqavilənin 4.5-ci bəndinə əsasən Kirayəçi tərəfindən ödənilən vəsaitlər (avans,ödəniş istisna olmaqla) kirayə verənin gəliri hesab olunur və geri qaytarılmır. Prezidentinin 488 saylı fərmanın 6.3-cü bəndinə əsasən Kirayəçinin bu Qaydanın 8.1-ci bəndində nəzərdə tutulmuş qaydada yaşayış sahəsini təhvil almadığı hal istisna olmaqla, Fonda ödənilmiş aylıq ödənişləri geri qaytarılmır və Fondun gəliri hesab olunur. Həmin fərmanın 8.1-ci bəndində qeyd edilib ki, yaşayış sahəsi kirayə müqaviləsində müəyyən edilən gündən müvafiq təhvil-təslim aktı ilə kirayəçinin istifadəsinə verilir. Tərəf mənzili təhvil almadıqda vəsait kirayəçinin özünə qaytarılır, çünki mənzili təhvil almayıb. Məbləğin qaytarılması sui-istifadə hallarının çoxalmasına səbəb ola bilər. 2020-ci ildə bu mexanizm fəaliyyətə başlayıb və bu gün 5000 insan bundan faydalanır. Bu mexanizmdə pulu qaytardığı halda hər kəs evi alıb, 3 ay istifadə etdikdən sonra pulunun qaytarılmasını istəyə bilər. Onlar renta şirkəti deyil, dövlət təşkilatıdır. Onların məqsədi dövlətin köməyi ilə vətəndaşın mənzilə çıxışına maliyyə dəstəyi etməkdir. Onlar nə mülkiyyətçidir, nə də gəlir əldə edən kommersiya təşkilatıdır. Bu günə qədər gecikmiş ödənişlər var ki, məhkəmədə tərəflərlə barışıq sazişi bağlanılıb və onlarla kirayə münasibətləri davam etdirilib. Çünki vətəndaş özü səhv edərək ödənişi gecikdirdiyini və bütün borcunu bağlamağa hazır olduğunu bildirilib. Hazırda iddiaçı öz evindən imtina etdiyi halda və yaranmış borcu ödəmədiyi halda onlar ödənişi qaytara bilməzlər. Fond mənzili istifadəyə verməmişdən 1 il əvvəl istiqrazlar buraxır, bazarda yaşayış sahələrini almaqla bağlı araşdırmalar aparılır. İddiaçı mənzili götürməyib, onlar onun faizini ödəyirlər. Mənzillər onlara təhvil verilir, onları kütləvi şəkildə satışa çıxarırlar. Bütün bu müddətlərdə onlar bu xərcləri yenə çəkirlər. Bu dövlətin riskləridir, onlar mexanizmi qorumaq üçün qabaqcadan tərəflərə izah edirlər ki, 2 aydan sonra fikirlərini dəyişdiyi halda 12 aylıq qabaqcadan ödənişini itirəcəklər. Vətəndaş aylıq ödənişini etməyə bilər, evə zərər vura bilər. Belə olan halda onlar iddia da qaldırırlar. Xanım təcrübəsizliyindən, ya da başına gələn hadisələrdən dolayı biganə yanaşmışdır. Burada tərəflər arasında müqavilə münasibətləri olduğu üçün tərəf öz iradəsi ilə müqaviləyə imza ataraq öhdəlikləri qəbul edib. Üzərindən 1-2 il keçdikdən sonra razılaşmırsa,onda bu iddiada müqavilənin etibarsızlığı qoymalıydı, yaxud başqa bir şəkildə iddia qaldırmalıydı. Apellyasiya şikayəti də əsassız olduğundan məhkəmədən onu da təmin etməməyini xahiş edir. Hər kəsə avtomatik olaraq bildiriş gedir ki, "siz artıq gecikməyə düşürsünüz, ödənişni ödənilməsini xahiş edirik". Müqaviləyə nə zaman xitam verilməsinin fərqi yoxdur, çünki qarşı tərəfin tələbi qabaqcadan ödənilmiş aylıq ödənişdir. Vətəndaş qanunvericiliyə uyğun şəkildə mənzili onlara təhvil verməlidir. Yəni mənzilə baxış keçirilməsinə şərait yaratmalıdır və zərərin hesablanmasına icazə verməlidir. Müqaviləyə xitam verilməsinin mahiyyəti tərəflərin aldığını geri qaytarmasıdır.
Tətbiq edilən hüquq normaları:
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
23. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.
25. İşin mübahisəsiz halı odur ki, tərəflər arasında 16 iyun 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi 13, M13, mənzil 4 saylı evin 300 ay müddətinə satmaq öhdəliyi ilə kirayə müqaviləsi KM0189 bağlanmışdır. İddiaçı 12 aylıq ödəniş qabaqcadan ödəniş hesab edilməklə (616,19 x 12=7394,28) hər ay 616,19 manat olmaqla, xx.xx.2020-ci il tarixdən xx.xx.2044-cü il tarixədək ödənişlər etməsi nəzərdə tutulmuşdur. İddiaçı 7394,28 manat ödədikdən sonra mənzil ona təhvil verilmişdir. Daha sonra iddiaçı mənzildə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək yaşamışdır. Yaşadığı müddətdə aylıq ödənişləri etmişdir. Sonra mənzili tərk etmiş və mənzilin ondan təhvil alınması barədə cavabdehə müraciətlər etmişdir. Mənzildə qalmadığı dövr üçün ödəniş etməmişdir. 09 mart 2021-ci il tarixdə cavabdeh tərəfindən akt tərtib edilərək mənzil təhvil alınmışdır. Hazırda mənzil başqa bir şəxsə satılmışdır.
26. İddiaçı 12 aylıq qabaqcadan ödədiyi 7394,28 manat məbləğdə pulun geri qaytarılmasını tələb edir.
27. İşə baxan məhkəmənin qənaəti belə olmuşdur ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərində aylıq ödəniş və avans ödənişlərinə müvafiq anlayışlar verilmişdir. Müəyyən edilmişdir ki, aylıq ödəniş kirayəçinin hər ay ödəməli olduğu konkret məbləği bildirir ki, bu məbləğin özü də mənzilin ümumi dəyəri, kirayə müddəti və kirayəçinin ilkin olaraq ödəyə biləcəyi məbləğ nəzərə alınmaqla müəyyən edilir. Avans ödənişi məhz kirayəçi tərəfindən edilən aylıq ödənişlərdən daha artıq məbləğdə ödənişin və xüsusilə məqsədli şəkildə edilməsini nəzərdə tutur ki, hətta kirayəçi tərəfindən aylıq ödənişdən daha artıq məbləğdə ödənişlərin edilməsini onun üçün hansı nəticələrə səbəb olması da müqavilə şərtlərində əks olunmuşdur (Müqavilənin 4.7-ci bəndi). Beləliklə məhkəmə iddianın 7394,28 manat məbləğində ödənişin qaytarılması ilə bağlı bildirir ki, həmin ödənişlərin kirayəçinin 25 illik kirayə müddətinin sonuncu ili üçün həyata keçirmiş olduğu ödənişlərə hesablanması inkar olunmur, lakin bu hal özlüyündə həmin məbləğin Fondun gəlirlərinə aid edilməsini də aradan qaldırmır. Belə ki, müvafiq normativ hüquqi aktdan da kirayəçi tərəfindən istər kirayə obyektindən aylıq istifadə üçün ödənilmiş aylıq ödənişlərin, istərsə də müqavilə şərtinə uyğun olaraq aylıq ödənişlərin 12 mislini təşkil edən ödənilmiş məbləğin Fondun gəliri hesab edilməsi aydın olur. Qaydalara uyğun olaraq isə Fondun gəliri hesab edilən aylıq ödənişlər bir qayda olaraq qaytarılmır.
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən, kirayəçi 7394.28 manat məbləğində pul vəsaitini (burada 7394.28 manat aylıq ödənişin 12 misli notariusun bankda açdığı depozit hesabı vasitəsilə 3 iş günü müddətində qabaqcadan kirayəyə verənin hesabına ödəyir. 4.5-ci bəndinə əsasən, kirayəçi tərəfindən ödənilən vəsaitlər (avans ödənişi istisna olmaqla) kirayəyə verənin gəliri hesab olunur və geri qaytarılmır. 4.7.1-ci bəndinə əsasən, kirayəçi aylıq ödənişdən artıq ödənişi avans ödəniş hesab etdikdə, kirayəyə verən müvafiq vəsaiti ödəniş cədvəlinə uyğun olaraq vaxtı çatdıqda aylıq ödəniş kimi nəzərə almalıdır.
29. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
30. Cavabdehin məhkəmə iclasında təqdim etdiyi arayışda qeyd olunur ki, 7394,28 manat pul vəsaiti iddiaçının müqavilə öhdəliklərinin azalmasına yönəldilmişdir. Belə ki, vəsait 22 iyun 2020-ci il tarixdə iddiaçının Fonddakı aylıq ödənişlərin yığım subhesabından silinməklə iddiaçının kirayə müqaviləsinin ödəniş cədvəli üzrə ödəyəcəyi aylıq ödənişlərin sayını azaltmışdır.
31. Məhkəmə kollegiyası qeyd edir ki, qabaqcadan ödənilən 7394,28 manat pul vəsaiti iddiaçının müqavilə öhdəliklərinin azalmasına xidmət edən vəsait olduğundan tərəflər arasında müqaviləyə vaxtından qabaq xitam verildiyindən və mənzil geri alındığından həmin məbləğ də geri qaytarılmalıdır.
32. Məhkəmə kollegiyası, o cümlədən nəzərə alır ki, mənzil rəsmi olaraq 9 mart 2021ci il tarixdə təvil alınmışdır. İddiaçı tərəfindən müraciət edildiyi, lakin cavabdehin bildirdiyi kimi rəsmi təhvil verilmədiyi müddət 4 ay təşkil etmişdir. Həmin dövr üçün iddiaçı tərəfindən 2464,76 manat ödənilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, 7394,28 manat vəsaitdən 2464,76 manat cavabdehin xeyrinə çıxılmaqla yerdə qalan vəsait 4929,52 manat məbləğində pul iddiaçıya qaytarılmalıdır. Çünki, artıq tərəflər arasında müqavilə münasibətlərinə vaxtından qabaq xitam verilmişdir, həmin məbləğ cavabdehdə qalmaqla cavabdeh əsassız varlanmışdır.
33. Məhkəmə kollegiyası qeyd edir ki, iddiçının digər tələbi olan 1109 manat məbləğində illik faiz borcu və mənəvi ziyana görə 50000 manat pulun tutulması tələbi əsassız olduğundan təmin edilməməlidir.
34. Belə ki, illik faiz borcunun tutulması tələbini iddiaçı əsaslandırmayaraq hansı əsasla cavabdehdən bu məbləği tələb etdiyini qeyd etməmişdir.
35. Mənəvi zərər tələbinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələb etdiyi məbləğin cavabdeh tərəfindən ona qaytarılmaması nəticəsində nə kimi mənəvi sarsıntı və iztirab keçirməsi müəyyən olunmur. O cümlədən, qeyd edilməlidir ki, iddiaçının mənzilində baş verən faciyə ilə cavabdehin əməlləri arasında səbəbli əlaqə müəyyən olunmur.
36. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarına əsasən“…Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.”
37. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
38. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
39. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 642/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan İddiaçı xeyrinə 4929,52 (dörd min doqquz yüz iyirmi doqquz manat əlli iki qəpik) manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 (yetmiş) manat, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35 (otuz beş) manat məbləğində pul tutulmalıdır.
40. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən kassasiya şikayəti verilməsinə yol verilmir.
41. Belə ki, baxılan işdə tələb iki hissədən ibarətdir: maddi və mənəvi ziyan. Qeyri əmlak xarakterli tələb əmlak xarakterli tələbdən doğur və təminatı ilk növbədə birinci tələbin əsaslı olub-olmamasından asılıdır, ona görə də həmin tələbi müstəqil tələb kimi dəyərləndirmək olmaz. Bu baxımdan da hazırkı iş üzrə iddianın qiyməti əmlak xarakterli tələbə əsasən müəyyən edilməlidir ki, həmin məbləğ də mübahisələndirilə bilən hissədə 5.000 manatdan azdır.
42. Belə ki, iddiaçının əmlak xarakterli tələbi 7394,28 manat, illik faiz borcu 1109 manat, cəmi 8503.28 manat idi. Yekunda tələbi qismən 4929,52 manat hissəsində təmin olunmuşdur. Deməli, 3573.76 manat məbləğ hazırda iddiaçı tərəfindən mübahisələndirilə bilən hissəni təşkil edir. Yəni həmin hissə 5000 manatdan azdır.
43. Bundan əlavə, cavabdehdən iddiaçının xeyrinə tutulan məbləğ 5000 manatdan az təşkil edir.
44. Belə ki, cavabdehdən 4929,52 (dörd min doqquz yüz iyirmi doqquz manat əlli iki qəpik) manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 (yetmiş) manat, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35 (otuz beş) manat məbləğində pul tutulması qərara alınmışdır.
45. Qeyd olunmalıdır ki, məhkəmə xərcləri iddianın qiymətinə daxil deyil.
46. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə müvafiq olaraq pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 112.4. İddianın qiyməti iddiaçı tərəfindən göstərilir.
47. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
48. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
49. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-642/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan İddiaçı xeyrinə 4929,52 (dörd min doqquz yüz iyirmi doqquz manat əlli iki qəpik) manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 (yetmiş) manat, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35 (otuz beş) manat məbləğində pul tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev