Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3324/2024 20.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh QSC-yə qarşı “zaminlik müqaviləsinin ləğv edilməsi və öhdəliklərə xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2(004) 1851/2024 nömrəli qərardadından İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı “zaminlik müqaviləsinin ləğv edilməsi və öhdəliklərə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC və İddiaçı arasında bağlanmış 26S000004526 saylı, 27 dekabr 2013-cü il tarixli zaminlik müqaviləsini ləğv edilməsi, zaminlik öhdəliklərinə xitam verilməsi və hüquqi yardım göstərilməsi ilə bağlı vəkilə ödənilmiş 1200 (min iki yüz) manatın cavabdeh tərəfindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2(004) 1851/2024 nömrəli qərardadı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “zaminlik müqaviləsinin ləğv edilməsi və öhdəliklərə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 şikayət verərək, qərardadın ləğv edilməsini, işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh və iddiaçı arasında həqiqətən məhkəmə prosessi olmuşdur, lakin cavabdeh tərəfindən 2016-cı il tarixində verildiyi iddia tələbinin predmeti və əsası fərqli idi. Belə ki, cavabdeh 2016-cı il tarixində Ağdam Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər X8, İddiaçı, X5 və X4 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin xeyrinə xx.xx.2014-cü tarixli 026R********** saylı kredit razılaşması üzrə 24.054.44 ABŞ dolları məbləğində kredit borcu, 7231.18 ABŞ do ları məbləğində faiz borcu və 22996.16 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 54281,78 ABŞ dolları borcun tutulmasını, ipoteka predmeti olan evin açıq hərracdan satılaraq əldə olunan vəsaitin borca yönəldilməsini və ipoteka predmeti ilə bağlı digər tələblərlə məhkəməyə müraciət etmişdilər. Hazırda İddiaçı isə məhkəməyə müraciət edərək Cavabdeh QSC və İddiaçı arasında bağlanmış 26S000004526 saylı, 27 dekabr 2013-cü il tarixli zaminlik müqaviləsini ləğv edilməsi, zaminlik öhdəliklərinə xitam verilməsi və hüquqi yardım göstərilməsi ilə bağlı vəkilə ödənilmiş 1200 (min iki yüz) manatı cavabdeh tərəfindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yuxarıda qeyd olunandan görünür ki, iddiaçının hazırda iddia tələbinin əsasları və predmeti əvvəl Ağdam Rayon Məhkəməsi tərəfindən baxılan iddia tələbindən fərqlidir. Hazırda iddiaçı Cavabdeh QSC və İddiaçı arasında bağlanmış 26S000004526 saylı, 27 dekabr 2013-cü il tarixli zaminlik müqaviləsini mübahisələndirir, əvvəl Ağdam Rayon Məhkəməsində iddia predmeti olan xx.xx.2014-cü tarixli 026R********** saylı kredit razılaşmasını mübahisələndirmir və iddiaçı iddianın tələblərinin əsasları olaraq zaminlik öhdəliklərinə xitam verilməsi üçün mühüm maddi və prosessual normaların pozulmasını qeyd edir. Qeyd olunanlardan görünür ki, iddiaçı tərəfindən verilmiş iddia tələbinin əsasları və predmeti fərqlidir və tərəflər arasında əvvəl olan məhkəmə mübahisəsində qeyd olunan iddia tələbi və predmeti yox idi. Digər tərəfdən cavabdeh tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli ərizədə qeyd olunur ki, “Qeyd olunan qətnamələrlə hazırki mübahisə preyudisial xarakter daşıdığından hazırkı mübahisəsi üzrə icraata xitam verilməsini xahiş edirəm”. Göründüyü kimi cavabdeh preyudisiallığı qeyd edərək işə xitam verilməsini xahiş edir, halbuki, əvvəl tərəflər arasında olan məhkəmə prosessində müəyyən edilmiş halar preyudisial xarakteri daşısa belə, iş üzrə xitam verilməsi üçün əsas ola bilməz. Bundan başqa Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli Plenumunun Qərarında görünür ki, yalnız eyni iddia tələbi, eyni əsas və eyni predmeti olan tələblər üzrə preyudisialığın mövcud olmasını qeyd edir. Yuxarıda qeyd olunanlardan görünür ki, əvvəl tərəflər arasında olan mülki iş üzrə tələb və hal-hazrıda olan tələb fərqlidir və bu baxımdan Ağdam Rayon Məhkəməsinin qətnamsəi hal-hazırda verildiyi iddia tələbi üçün prediyusial xarakteri daşımır. Eyni zamanda qeyd edilməlidir ki, əvvəl tərəflər arasında mülki iş cavabdehin müraciəti əsasında Ağdam Rayon Məhkəməsində baxılmışdır. Həmin iş üzrə hazırda iddiaçı qismində çıxış edən İddiaçın hüquqları kobud surətdə pozularaq məhkəmədə iştirakı təmin edilməmşdir. Həmçinin məhkəmə eyni tərəflər, eyni predmet və eyni əsaslarla bağlı iş üzrə işə xitam verirsə və qeyd olunan işin prediyusiallığın tanıyırsa, məhkəmə xx.xx.2016-cı il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən qanuni qüvvədə olan işin materialları ilə tanış olmalıdır və hal-hazırda baxılan iş üzrə hansı hissədə prediyusial olduğunu araşdırılmalıdır. Lakin məhkəmə tərəfindən yuxarıda qeyd olunan məsələləri araşdırılmamışdır. Hazırda İddiaçın kredit xətti üzrə 60.000 ABŞ dollarına qədər verilən yeni kredit üzrə razılığın alınmaması İddiaçı tərəfindən mübahisələndirilmir, çunki kredit xətti üzrə məbləğ aşmamışdır və razılığı tələb olunmurdu, burda əsas məsələ ondan ibarətdir ki, kredit müqaviləsi üzrə müddət 106 aydan, 190 aya uzadılmışdır və kredit xəttində qeyd olunmayan kredit razılaşmasında faiz qeyd edilmişdir və bu faktkarla bağlı zaminin razılığı alınmamışdır. Qeyd olunan faktlar isə əvvəlki mülki işdə araşdırılmamışdır çünki İddiaçı qarşılıqlı iddia və ya etiraz verilməsi üçün məhkəmə tərəfindən şərait yaradılmamışdır, Ağdam Rayon məhkəməsinə dəvət olunmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli, e-2(004)-1851/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Ağdam Rayon Məhkəməsinin 26 dekabr 2016-cı il tarixli, 2(13)-6343/2016 saylı qətnaməsi ilə, iddia qismən təmin edilərək, cavabdehlər X8, X5, X6, İddiaçı və X4 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, 30 dekabr 2014-cü il tarixli 026R********** saylı kredit razılaşması üzrə 24054.44 ABŞ dolları məbləğində kredit borcu, 7231.18 ABŞ dolları məbləğində faiz borcu və 20 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 31305.62 (otuz bir min üç yüz beş ABŞ dolları altmış iki sent) ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin ünvan 1 ünvanında yerləşən X2 mülkiyyətindəki 2 otaqlı, 36,7 kv.m yaşayış, 17,3 kv.m yardımçı, 54 kv.m ümumi sahədən ibarət 47 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və 54281,78 (əlli dörd min iki yüz səksən bir ABŞ dolları yetmiş səkkiz sent) ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, hərracdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədikdə qalan məbləğin cavabdehlər X8, X5, X6, İddiaçı və X4 müştərək qaydada tutulması, ünvan 1 ünvanında yerləşən X2 mülkiyyətindəki 2 otaqlı, 36,7 kv.m yaşayış, 17,3 kv.m yardımçı, 54 kv.m ümumi sahədən ibarət 47 nömrəli mənzilə tutma yönəldikdən və o, satıldıqdan 1 (bir) ay sonra X5 və X3 həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onların mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi qət edilmişdir. Ağdam Rayon Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli, 2(13)-6343/2017 saylı qərardadı ilə cavabdeh X3 adı cavabdehlərdən kredit pulu tutulması hissəsindən çıxarılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2017-ci il tarixli, 2(104)-1454/2017 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayətinin təmin edilməmiş, Ağdam Rayon Məhkəməsinin 26 dekabr 2016-cı il tarixli qətnaməsi cavabdeh Nəsirov Vaqif oğluna münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 oktyabr 2017-ci il tarixli, 2(102)-6748/2017 saylı qərarından görünür ki, cavabdehlər X8 və İddiaçı birlikdə verdikləri kassasiya şikatəti təmin olunmayaraq, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2017-ci il tarixli, 2(104)-1454/2017 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. İddiaçı şikayətində qeyd edir ki, hazırda iddiaçı məhkəməyə müraciət edərək Cavabdeh QSC ilə onun arasında bağlanmış 26S000004526 saylı, 27 dekabr 2013-cü il tarixli zaminlik müqaviləsini ləğv edilməsi, zaminlik öhdəliklərinə xitam verilməsi və hüquqi yardım göstərilməsi ilə bağlı vəkilə ödənilmiş 1200 (min iki yüz) manatı cavabdeh tərəfindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir və iddiaçının hazırda iddia tələbinin əsasları və predmeti əvvəl Ağdam Rayon Məhkəməsi tərəfindən baxılan iddia tələbindən fərqlidir. Hazırda iddiaçı Cavabdeh QSC və İddiaçı arasında bağlanmış 26S000004526 saylı, 27 dekabr 2013-cü il tarixli zaminlik müqaviləsini mübahisələndirir, əvvəl Ağdam Rayon Məhkəməsində iddia predmeti olan xx.xx.2014-cü tarixli 026R********** saylı kredit razılaşmasını mübahisələndirmir və iddiaçı iddianın tələblərinin əsasları olaraq zaminlik öhdəliklərinə xitam verilməsi üçün mühüm maddi və prosessual normaların pozulmasını qeyd edir. Məhkəmə kollegiyası iddiaçının şikayəti ilə razılaşmır və qeyd edir ki, iş materiallarından göründüyü kimi hazırki iş üzrə cavabdeh Ağdam rayon Məhkəməsinə müraciət edərək, kredit müqaviləsi üzrə borcun kredit müqaviləsi üzrə olan tərəflə yanaşı zamindən də tutulması xahiş edilmiş və həmin iş üzrə qətnamə qəbul edilməklə qanuni qüvvəsini almışdır. Həmin işə baxılarkən iddiaçının hazırda mübahisələndirdiyi zaminlik müqaviləsinin etibarlılığı yuxarıda göstərilən qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə yoxlanılmış, həmin müqavilə etibarlı hesab edilmiş və məhz elə buna görə kredit borcunun zamin - İddiaçı da müştərək qaydada tutulması qət edilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsinin istinad etdiyi iş üzrə iddia tələbi - “kredit müqaviləsi üzrə borcun ödənilməsi” olsa da həmin iş üzrə hazırki iddianın əsasını təşkil edən hallara, yəni tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin etibarlığı məsələsinə qanuni qüvvəyə minmiş qətnaməsi ilə hüquqi qiymət verilmişdir. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 oktyabr 2017-ci il tarixli, 2(102)-6748/2017 saylı qərarından görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə hazırki iddia ərizəsinin dəlilləri eynilik təşkil edir və məhkəmə qeyd edilən məsələyə hüquqi qiymət vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən hakim iş üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli qərardadında qeyd edilmişdir ki, əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan MPM-in 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, MPM-in 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 22 aprel 2021-ci il tarixli Qərarında qeyd edilir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə hüquqi qiymət verilmiş Cavabdeh QSC və İddiaçı arasında bağlanmış 26S000004526 saylı, 27 dekabr 2013-cü il tarixli zaminlik müqaviləsi mübahisələndirildiyindən İddiaçı Cavabdeh QSC-yə qarşı “zaminlik müqaviləsinin ləğv edilməsi və öhdəliklərə xitam verilməsi” tələbinə dair iş üzrə icraata xitam verilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 365, 397-398 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X7 tərəfindən verilmiş şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2(004) 1851/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-3324/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3324/2024
20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver