Məhkəmə qərarları › İş №2(103)-3328/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3328/2025

13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3328/2025 13.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), ızından ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı "pul" tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-3130/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri əsasında daxil olmuş işə baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 110.000 manatın və mediasiya sessiyasında iştirak etmək üçün ödədiyi 400 manatın, cəmi 110.400 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 3130/2024 nömrəli qətnaməsi ilə (H.N.Miriyeva) iddia qismən təmin edilmiş, Cavabdeh 46,887 manat və 170 manat mediasiya xərcinin əvəzinin tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

3. Həmin qətnamədən iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayətləri və buraxılmış müddətin bərpasına dair ərizələr verilmişdir.

4. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)- 3130/2024 nömrəli qərardadı ilə iş üzrə qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasının səbəbi üzürlü hesab edilməklə, buraxılmış prosessual müddət bərpa edilmiş və iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mülki işin materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

5. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Həbibə Miriyeva xx.xx.2025ci il tarixli məktubla Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək bildirmişdir ki, cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş müddətin bərpasına dair ərizəyə münasibət bildirilmədən iş apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Odur ki, ərizəyə münasibət bildirib, müvafiq qərardad qəbul edilməsi məqsədilə mülki işin Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılması xahiş olunmuşdur.

Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

7. Məhkəmə kollegiyası məktubu və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş müddətin bərpasına dair ərizəyə münasibət bildirilməsi birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan iş həmin məhkəməyə qaytarılmalıdır.

8. Yuxarıda göstərilənlərə əsasən və və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qərara aldı:

İddiaçı MMC-nin Cavabdeh qarşı "pul" tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılsın və həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş müddətin bərpasına dair ərizəyə münasibət bildirilməsi məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar