Məhkəmə qərarları › İş №2(103)-3330/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3330/2025

27.05.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3330/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X2rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqlarının və onun tərkib hissəsi olan ödənişlərin tələb edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3194/2025 nömrəli 23 aprel 2025-ci il tarixli qərardadından cavabdehin şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X2rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqlarının və onun tərkib hissəsi olan ödənişlərin tələb edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri E.Səfərlinin 11 fevral 2025-ci il tarixli, 3- 17-6/3-4-24/2025 saylı “İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrinin ləğv edilməsi, onun əvvəlki işinəcavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Əmək bazarı və sosial müdafiə sahəsi üzrə tədqiqat departamentinin Monitorinq şöbəsində aparıcı mütəxəssis vəzifəsinə işə bərpa olunması, İddiaçı qanunsuz olaraq işdən çıxarıldığı tarixdən işə bərpa olunacağı tarixədək məcburi iş buraxma müddəti üzrə əmək haqlarının və onun tərkib hissəsi olan bütün ödənişlərin cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X4 nümayəndəsi məhkəməyə vəsatətlə müraciət edərək, mülki işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X2rşı işə bərpa və digər tələblərinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilən Şəhadətnaməyə əsasən “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X4 hüquqi ünvanı ünvan 1 ünvan da hüquqi ünvanla eynidir. Hesab edirlər ki, məhkəmə mübahisəsinə Observatoriyanın hüquqi və faktiki ünvanın olduğu yer üzrə birinci instansiya məhkəməsində yəni, Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.1-ci məcəlləsinə əsasən ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli 2(001)- 3194/2025 nömrəli qərardadı ilə vəsatət təmin edilməmişdir. Həmin qərardaddan cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsini, işin aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatətin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 02 may 2025-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilən Şəhadətnaməyə əsasən “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X4 hüquqi ünvanı ünvan 1 ünvan da hüquqi ünvanla eynidir. Hesab edirlər ki, məhkəmə mübahisəsinə Observatoriyanın hüquqi və faktiki ünvanının olduğu yer üzrə birinci instansiya məhkəməsində, yəni, Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə kollegiyasi iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-in 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. MPM-in 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. MPM-in 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Göründüyü kimi iddiaçının tələbi əmək mübahisəsi ilə bağlıdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Publik hüquqi şəxslərin Dövlət Reyestrindən Çıxarışından görünür ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X4 əvvəlki hüquqi ünvanı “AZ1108, ünvan 3 “AZ1065, Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı, ev 43”dür. Çıxarış xx.xx.2025-ci il tarixdə verilmişdir. İddia ərizəsi isə məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Kollegiya qeyd edir ki, mülki iş xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş, həmin tarixdə isə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X4 hüquqi ünvanı “AZ1108, ünvan 5 ünvanı mülki iş məhkəməyə daxil olduqdan sonra, yəni xx.xx.2025-ci il tarixdə dəyişmiş, hazırki hüquqi ünvanı “AZ1065, ünvan 6ollegiya hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, mülki iş aidiyyət qaydalarına riayət edilməklə icraata qəbul edildiyindən, mahiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəmədə həll edilməlidir. Cavabdehin şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3194/2025 nömrəli 23 aprel 2025ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar