Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3333/2022 06.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, Fuad Fikrət oğlu Babayevdən və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə və cavabdehin mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 548/2021 saylı, 01.03.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “evə köçürülməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m² olan fərdi yaşayış evinə köçürülməsinə və Cavabdeh ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m² olan fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-548/2021 saylı, 01.03.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh ünvan 2 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m² olan fərdi yaşayış sahəsindən çıxarılması, həmin fərdi yaşayış sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir (sədrlik edən: Vüqar Quliyev). Qətnamədən iş üzrə Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-548/2021 saylı, 01.03.2021-ci il tarixli qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı İddiaçı məhkəməyə ərizə göndərərk və ərizəsini müdafiə edərək iş üzrə iddiasından imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh iş üzrə icraata xitam verilməsi barədə iddiaçının ərizəsinin təmin edilməsinə etiraz etməmişdir. Məhkəmə kollegiyası iddiadan imtina edilmə barədə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddiadan imtina edilmə qəbul edilməli, iş üzrə icraata xitam verilməli və tərəflərə Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1 və 52.5-ci maddələrinin tələblərinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddiadan imtina etməsi barədə iradə ifadəsini bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada tərtib edərək, məhkəməyə təqdim etmiş, onun iddiadan imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, onun iddia tələblərindən imtina etməsi məhkəmə tərəfindən qəbul edilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin: 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. 384.0., 384.0.5 maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh qarşı “iddiaçının ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m² olan fərdi yaşayış evinə köçürülməsinə və Cavabdeh ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m² olan fərdi yaşayış evindən çıxarılması”na dair tələblərindən imtina etməsi məhkəmə tərəfindən qəbul edildiyinə görə mülki iş üzrə icraata xitam verilməli və eyni zamanda Mülki Prosessual Məcəllənin 384cü maddəsinin tələblərinə görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 191, 384, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldi: İddiadan imtina qəbul edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 548/2021 saylı, 01.03.2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. İzah edilsin ki, MPM-in 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədirlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-3333/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3333/2022
06.06.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver