Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3333/2024 06.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Məmmədli Pərvanə Azər qızının iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı (3 saylı Mediasiya Təşkilatı üçüncü şəxs qismində cəlb edilməklə) “işə bərpa və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-467/2024 saylı 14 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı 1989-cu il tarixdən hal-hazıradək Cavabdehndə müxtəlif vəzifələrdə fəaliyyət göstərmişdir.
2. Tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 56/12 saylı əmək müqaviləsinə əsasən, o, “Xüsusi şöbənin müdiri” vəzifəsinə təyin olunmuş, Universitetin inzibati və akademik strukturunda aparılmış dəyişikliklər nəticəsində şöbənin adı dəyişdirilərək şöbə “Əməyin mühafizəsi və texniki təhlükəsizlik” şöbəsi adlandırılmış, bununla bağlı iddiaçı orta əmək haqqı saxlanılmaqla şöbə müdiri vəzifəsindən əmək mühafizəsi üzrə aparıcı mühəndis vəzifəsinə keçirilməsini xahiş etmiş, nəticədə xx.xx.2021-ci il tarixli Əmək müqaviləsinə dəyişiklik edilməsi barədə razılaşmaya əsasən müqavilədə “iş yeri” və “müqavilənin müddəti (bir illik)” üzrə dəyişikliklər edilmişdir. xx.xx.2022-ci il tarixli, k-279 nömrəli əmri ilə iddiaçının tərəf olduğu əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilmiş, o, Kimya texnologiya, təkrar emal və ekologiya kafedrasında əvəzçiliklə 0,5 ştat baş müəllim vəzifəsində əsas işçi hesab edilmişdir.
3. İddiaçının xx.xx.2022-ci il tarixli H-3809 saylı müraciətinə əsasən, tərəflər arasında yenidən əmək müqaviləsi bağlanılmış, o, Universitetin xx.xx.2022-ci il tarixli əmri ilə yenidən Kimya texnologiya, təkrar emal və ekologiya kafedrasında əvəzçiliklə 0,5 ştat baş müəllim vəzifəsində saxlanılmaqla, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək Əməyin mühafizəsi və texniki təhlükəsizlik şöbəsinə aparıcı mühəndis vəzifəsinə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli, k-279 nömrəli əmri ilə iddiaçının tərəf olduğu əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilmiş, o, Kimya texnologiya, təkrar emal və ekologiya kafedrasında əvəzçiliklə 0,5 ştat baş müəllim vəzifəsində əsas işçi hesab edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdehnə qarşı (3 saylı Mediasiya Təşkilatı üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6 iyul 2023-cü il tarixli K279 saylı əmrin ləğv edilməsi və onun işə bərpa olunması, qətnamə icra olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi və mediasiya xərclərinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o əmək fəaliyyətini 1989-ci ildən 33 ildir ki, Cavabdehndə davam etdirir. İşlədiyi müddətdə Maddi texniki təchizat şöbəsində “agent ekspeditor”, “mülki müdafiə qərargahı”nın rəisi, “xüsusi şöbə”nin rəisi, "fövqəladə hallar və texniki təhlükəsizlik şöbəsi”nin müdiri kimi vəzifələrdə çalışmış, yəni 26 ildir ki, müxtəlif şöbələrdə texniki rəhbər vəzifələrində çalışmışdır. Son vaxtlar 2 il 6 aydan artıqdır ki, əməyin mühafizəsi və texniki təhlükəsizlik şöbəsində aparıcı mühəndis vəzifəsinə keçirilmişdir. 2020-ci ilin dekabr ayında Universitetə yeni təyin olunmuş rektor, professor Vilayət Vəliyev onu dəvət edib tutduğu vəzifəyə başqa bir adamın təyin edəcəyini söylədi. O, Universitetdə 26 ildən çox müddətdə müdir vəzifəsində işləməsini, şöbənin fəaliyyət istiqamətləri üzrə əlaqəli olaraq Universitetdə dərs deməyini, dərs dediyi sahələr üzrə dissertasiya işinin yekunlaşdığını, təkmilləşmə mərkəzlərində sertifikatlar aldığını və işlədiyi 33 ildə bir dəfə də olsun hər hansı bir qaydada məsuliyyətə layiq görülmədiyi halda onun tutduğu vəzifədən uzaqlaşdırmaq istədiyinin səbəbini Vilayət müəllimdən soruşdu və etirazını bildirdi. Rektor isə etiraz edəcəyi halda şöbənin adını dəyişdirməklə struktur dəyişikliklər aparacağını və şöbəyə yeni “təcrübəli” işçinin daha asan şəkildə təyin edəcəyini bildirdi. 2021-ci ilin əvvəlində artıq rektorun təşəbbüsü ilə elmi şuranın iclasında “fövqəladə hallar və texniki təhlükəsizlik şöbəsi”nin adının dəyişdirilərək “Əmək mühafizəsi və texniki təhlükəsizlik şöbəsi” kimi adlandırılması haqqında qərar qəbul olunmuşdu. Həmin vaxtlar ona bildirildi ki, öz xahişi ilə işdən çıxmaq haqqında ərizə yazmalıdır. O, isə bu tələblə razılaşmayıb ərizə yazmaqdan imtina etdi. O, attestasiya yaxud müsabiqə yolu ilə həmin vəzifənin tutulmasınin daha ədalətli və qanuni olduğunu bildirsə də təklifi rektor tərəfindən nəzərə alınmadı. Sonra o, ona əmək haqqı saxlanılmaqla həmin şöbədə əmək mühafizəsi üzrə aparıcı mühəndis vəzifəsinə keçiriliməyi üçün ərizə yazmağını təklif etdi və gələcəkdə imkan yaranan kimi yəni, əgər yeni müdir öz işini layiqincə yerinə yetirməzsə onu ya həmin şöbəyə müdir kimi qaytarar ya da şərait yaranan kimi digər struktur bölmədə nisbətən yüksək vəzifədə yer tuta biləcəyini bildirdi. Əks təqdirdə struktur dəyişiklikləri edib yeni şöbəyə müdir təyin edib onu isə işdən uzaqlaşdıracağını söylədi. Əlacsız qalıb həmin şöbədə əmək haqqı saxlanılmaqla aparıcı mühəndis vəzifəsinə keçirilməyi üçün ərizə yazdı və o gündən həmin vəzifədə fəaliyyət göstərməyə başladı. Sonradan məlum oldu ki, şöbənin adının dəyişdirilməsinə baxmayaraq ştat cədvəlində heç bir struktur dəyişiklikləri edilməmiş, fəaliyyət istiqamətləri əvvəl olduğu kimi saxlanılmışdır. Məqsəd isə onu tutduğu vəzifədən uzaqlaşdırmaq imiş. Bir neçə gün keçdikdən sonra ona bildirildi ki, o da digərləri kimi müddətli əmək fəaliyyəti haqqında tərtib olunmuş “Razilaşma”nı imzalamalıdır. 1989cu ildən müddətsiz müqavilə ilə fəaliyyət göstərdiyi halda hansı əsasla müddətsiz əmək müqaviləsinə müddətli əlavə “razılaşma”nın imzalamalı olduğunu soruşanda, ona “AR ƏMnin 47ci maddəsinin (f) bəndinə müraciət etmək yetər” dedi və tələb dəyişmədi. İşini itirməkdən ehtiyat edib iradə əleyhinə olan tələbə tabe olub “Razılaşmanı” imzaladı. Çünki onun əmək haqqı ailə gəlirinin əsasını təşkil edirdi. Bu Rektor tərəfindən növbəti Qanun pozuntusu idi. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edildiyi halda onun həmin dövrə 32 illik müddətsiz əmək fəaliyyəti nəzərə alınmamışdır. Sonralar o həmin razılaşmanın iradə ifadəsi olmadan əldə olunduğundan etibarsız hesab edilməsi haqqında rektora məktubla müraciət etdi. Əlbəttə o heç bir əsas olmadan müddətsiz əmək müqaviləsinin müddətli əmək müqaviləsinə keçməyi könüllü şəkildə razılıq verə bilməzdi. Amma tək o deyil, bütün işçilər buna məcbur edilirlərmiş. Onun işlədiyi vəzifəyə təyin olunan yeni müdir isə, bir gün də olsun əmək mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi üzrə təcrübəsi olmayan və təhsili, ixtisası uyğun gəlməyən və ixtisas imtahanı verməyən əvvəllər hərbi sahədə çalışmış bir hərbi təqaüdçü idi. Yeni təyin olunmuş müdir isə öz vəzifəsinin öhdəsindən gələ bilmədiyi üçün 1 ildən sonra vəzifəsindən uzaqlaşdırıldı. Hesab edirdi ki, həmin vəzifədən başqa bir vəzifəyə keçirildiyindən o, əvvəlki vəzifəyə qaytararılmalı idi. Əvvəlki vəzifəyə geri qaytarılmağı haqqında rektora ərizə də yazdı, lakin ərizə cavablandırılmadan həmin vəzifəyə yenə də, həmin vəzifə üzrə bir gün də iş təcrübəsi olmayan təhsili və ixtisası uyğun gəlməyən digər bir təqaüddə olan hərbçi həmin vəzifəyə təyin edildi. Qeyd edir ki işlədiyi şöbədə 4 nəfər işçinin 4-ü də müddətli müqavilə ilə fəaliyyət göstərir. Baxmayaraq ki, bu vəzifələrin hamısı daimi xarakterə malik vəzifələrdir (xidmətlərdir) ki, qanunvericiliklə işəgötürən tərəfindən bu vəzifələrə, yəni, əmək mühafizəsi və texniki təhlükəsizlik şöbəsinin müdiri, əmək mühafizəsi üzrə aparıcı mühəndis, əmək mühafizəsi üzrə mühəndis, yanğın təhlükəsizliyi üzrə mühəndis və mülki müdafiə işləri üzrə mühəndis vəzifələri daimi xarakterə malik vəzifələr olduğu üçün bu vəzifələrə, işçi ilə müddətsiz müqavilə bağlanılması tələb olunur. 1 il müddətin tamamında, həmin əlavə razılaşmaya əsaslanaraq müddətin bitməsi ilə əlaqədar müqaviləyə xitam veriləcəyi ilə işdən azad olmağı tələb olundu. Qeyd edir ki, rektor işə başlayan andan indiyə kimi qəbul etdiyi və yerlərini dəyişdiyi işçilərin demək olar ki, hamısı ilə müddətli müqavilə bağlamışdır. Nəticədə Universitetdə onun kimi müddətli müqavilə ilə işləyən işçilərin sayı 1100 (min yüz) nəfəri keçmişdir, yəni, daimi xarakterə malik vəzifələrdə çalışan işçilərin 95%-dən çoxu əsassız olaraq müddətli müqavilə ilə fəaliyyət göstərməyə məcbur edilmişlər. Onların müddətli müqavilə adı altında davamlı olaraq bu cür psixoloji və mənəvi sarsıntılara məruz qalmağı həm AR Qanunvericiliyinə həm də qoşulmuş olduğu X2 konvensiya və protokolları ilə yolverilməz hesab edilir. Müddətsiz əmək müqaviləsinə əlavə razılaşmanın əsaslara uyğun olmaması və etibarsız hesab edilməsi haqqında xx.xx.2022-ci il tarixli ərizəyə əvvəlki ərizələri kimi indiyə qədər cavab verilməmiş, yazdığı ərizəyə əhəmiyyət verilmədən, AR ƏM 68-ci maddəsinin 2-ci hissəsinə istinad edilərək əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar xx.xx.2022-ci il tarixdə 490-ş/s saylı əmri ilə onun işdən azad olmağı haqqında əmr vermişdir. Əslində həmin tarixə qədər, iradə ifadəsi olmadan əldə olunmuş “müddətli razılaşma”nın qanunsuz olması haqqında çoxsaylı ərizə və şikayətləri hərtərəfli araşdırılmaqla, izahlı şəkildə və vaxtında ona cavab verilməli idi. Bununla da “Vətəndaşların müraciətləri haqqında ” AR Qanununun təblərinə əməl etməməklə növbəti dəfə qanun pozuntusuna yol verilmişdir. Qanunpozuntuları ilə müşayiət olunan əmrin ləğv olunması və iş yerinə bərpa olunmağı haqqında Baş Nazirə, Elm və Təhsil Nazirinə şikayət etdikdən sonra rektor onu dəvət edib, onun işə qaytarılmağının tələb edildiyini bildirdi və əlavə etdi ki, pensiya yaşına qədər işə qəbul olunmağına etiraz etmədiyini, təqaüd yaşından sonra isə hər dəfə 1 il olmaqla əmək müqaviləsinin vaxtının artıracağına söz verib və ona “Qaydalar”ın bu cür tələb etdiyini də izah etdi. Əlavə olaraq Nazirlər kabinetindən “mənim Universitetə qarşı heç bir iddiamın olmaması” haqqında yazılı qəbz verməyimin tələb olunduğunu bildirildi. Şikayətinin əsasını “Qaydalardan” daha yüksək qüvvəyə malik Qanun pozuntusundan ibarət olduğunu söyləsə də, “başqa yolun olmadığım” bildirdi. O da iradə ifadəsi olmadan “ işə yenidən qəbul haqqında” ərizə və "... rektorla əldə olunan razılığa əsasən “hal-hazırda Universitetə qarşı heç bir iddiam yoxdur" kimi yazılı qəbz təqdim etdi və əmr tərtib olunaraq rəsmiləşdirildi. Sonradan ona məlum oldu ki, məqsəd onun əsas müqaviləsinin müddətsiz müqavilə olmasına nail olmaqdan ibarət imiş. Müqavilənin dəyişdirilməsinə ehtiyac yox idi və onun işində fasilə də yaranmamışdı onun qanuni müqaviləsi əvvəlki müddətsiz əmək müqaviləsi hesab olunmalıdır. Beləliklə, o 9 gün fasilədən sonra, 23 noyabr 2022-ci il tarixli 508 ş/s saylı əmrlə öz tutduğu vəzifəyə yenidən qəbul olundu. Təqaüd yaşı yaxınlaşanda Əmək Məcəlləsinin 4-cü maddəsinin 3-cü bəndinə əsaslanaraq öz işlədiyi vəzifədə qalıb işləmək istəyində olduğu haqqında rektora xx.xx.2023-cü il tarixli ərizə yazdı. Ərizə indiyə qədər cavablandırılmamış saxlanılmışdır. Əvəzində xx.xx.2023-cü il tarixli 279 saylı əmrlə onun AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar işdən azad olmağı haqqında Əmr verilmişdir. Yenə də Həmkarlar İttifaqı Komitəsinin razılığı olmadan onun həmin tarixə qədər müddətsiz əmək müqaviləsinə iradə əleyhinə əldə olunmuş “müddətli razılaşma”nın qanunsuz olması haqqında ərizələrini, fikir ayrılığını və bundan sonra da işləmək arzusunda olmağını nəzərə alıb Həmkarlar İttifaqı Komitəsi ilə razılıq əldə olunmalı idi. Lakin qanunsuz əmrin daha dar çərçivədə həll olunması üçün rektor HİK-dən razılığın alınmasını məqsədəuyğun hesab etməmişdir. Əmr verərək onu işdən azad etmiş və işdənçıxma sənədlərini ona 33 gün sonra təqdim etmişdir. Hesab edir ki, ona qarşı edilən çoxsaylı hüquq pozuntularının aradan qaldırılması məqsədi ilə 6 iyul 2023-cü il tarixli K279 saylı əmr ləğv olunmalı və o öz iş yerinə bərpa olunmalıdır. Cavabdeh nümayəndəsi 3 saylı mediasiya təşkilatının, mediasiya prosesinin tətbiqi barədə təklifini və dəvətini qəbul etməmiş və təyin olunan yerə gəlməmişdir. O yenidən 3 saylı mediasiya təşkilatına müraciət etmiş və xx.xx.2023-cü il tarixə təyin olunmuş ilkin Mediasiya sessiyasında Cavabdeh iştirak etməkdən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli mediasiya təşkilatı tərəfindən arayış almış və bununla da mediasiya prosesi tamamlanmışdır.
6. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, İddiaçı 1989-cu ildən hazırki tarixədək Cavabdehndə müxtəlif vəzifələrdə əmək fəaliyyəti ilə məşğuldur. İddiaçı 03.06.215-ci il tarixinədək “Fövqəladə hallar və təhlükəsizlik texnikası” şöbəsinin müdiri vəzifəsində çalışmışdır. AzTU-da uzun illər fövqəladə hallar və əməyin təhlükəsizliyi ilə bağlı məsələlər düzgün formada təşkil edilmədiyindən aparılan struktur dəyişiklikləri ilə bağlı islahatlar nəticəsində AzTU Elmi Şurasının 3 fevral 2021-ci il tarixli onlayn iclasının qərarına əsasən “Fövqəladə hallar və təhlükəsizlik texnikası” şöbəsinin adı dəyişdirilərək “Əməyin mühafizəsi və texniki təhlükəsizlik şöbəsi” adlandırılmış və şöbənin fəaliyyəti yenidən təşkil edilmişdir. Şöbədə struktur dəyişiklikləri aparıldığı üçün iddiaçıya həmin şöbədə eyni vəzifə maaşı ilə başqa vəzifəyə - aparıcı mühəndis vəzifəsinə keçirilməsi təklif olunmuşdur və iddiaçı bu təkliflə razılaşmışdır. Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. İddiaçının aparıcı mühəndis vəzifəsinə keçirilməsi barədə xx.xx.2021-ci il tarixli H-0991 nömrəli ərizəsinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə xx.xx.2021-сil tarixli 083/21 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi barədə razılaşma imzalanmışdır. Müraciət ərizəsindən və razılaşmanı imzalamasından da aydın görünür ki, İddiaçı başqa işə keçirilməkdə razılığı olmuşdur. Həmçinin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müddətli imzalana bilər. Beləliklə Əmək Məcəlləsinin 59-cu maddəsinə və 47-ci maddəsinin f bəndinə istinad edərək iddiaçı ilə yeni vəzifə üzrə müddətli əmək müqavilə imzalanmışdır. Əmək müqaviləsinin müddəti bitdikdən sonra bir neçə dəfə İddiaçı əmək müqaviləsinin müddəti uzadılmış və əmək müqaviləsinə dəyişiklik edilməsi barədə razılaşmalar imzalanmışdır. Həmin razılaşmalar imzalanan zaman İddiaçı əmək müqaviləsinin müddətli imzalanmasına hər hansı etirazını bildirməmiş və əmək fəaliyyətinə bu formada uzun müddət davam etmişdir. Bütün bunlar təsdiq edir ki, İddiaçıla münasibətlər qarşılıqlı razılıq əsasında qurulmuş və bütün hüquqi prosedurlara riayət edilmişdir. Sonuncu dəfə iddiaçı Cavabdeh xx.xx.2023-cü il tarixli 490–Ş(s) nömrəli əmri ilə 14 noyabr 2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq, Kimya texnologiya, təkrar emal və ekologiya kafedrasında 0,5 ştat baş müəllim vəzifəsində saxlanılmaqla, aparıcı mühəndis vəzifəsindən azad edilmişdir. Lakin İddiaçı 22 noyabr 2022-ci il tarixində H- 3809 nömrə ilə daxil olmuş ərizəsinə əsasən o, yenidən Cavabdeh müvafiq əmri ilə Kimya texnologiya, təkrar emal və ekologiya kafedrasında əvəzçiliklə 0,5 ştat baş müəllim vəzifəsində saxlanılmaqla, 23 noyabr 2022-ci ildən 1 iyul 2023-cü ilədək Əməyin mühafizəsi və texniki təhlükəsizlik şöbəsinə aparıcı mühəndis vəzifəsinə qəbul edilmişdir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi əmək müqaviləsinə xitam verilməsi əsaslarından biridir. Müvafiq maddəyə əsasən əmək müqaviləsinin müddəti bitdiyindən xx.xx.2023-cü il tarixində İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin bildirir ki, iddiaçı hazırda Kimya texnologiya, təkrar emal və ekologiya kafedrasında əvəzçiliklə 0,5 ştat baş müəllim vəzifəsində fəaliyyətini davam etdirir. Uzunmüddətli fəaliyyəti zamanı iddiaçıya qarşı hər hansı qərəzli münasibət olmamış, əmək hüquqlarının pozulması ilə bağlı hər hansı orqana şikayəti qeydə alınmamışdır.
7. Cavabdeh həmçinin iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək qeyd etmişdir ki, İddiaçı (bundan sonra - iddiaçı) ilə Azərbacan Texniki Universiteti (AzTU) arasında mövcud olan xx.xx.2022-ci il tarixli 708/22 nömrəli müddətli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən 6 iyul 2023-cü il tarixində xitam verilmişdir. İddiaçı əmək müqaviləsinin xitamı ilə bağlı məhkəmə qaydasında zəruri hüquqi tədbirlərə xx.xx.2023-cü il tarixində mediasiya təklifinin AzTU-ya göndərilməsi ilə başlamışdır. Bu isə öz növbəsində əmr müqaviləsinə xitam verilmə əmrinin verildiyi və işçinin bu barədə məlumatlandırıldığı tarixdən 2 ay keçdikdən sonra baş vermişdir. Bu fakt isə öz növbəsində qanunvericiliklə nəzərdə tutulmuş əmək mübahisələrə dair iddia müddətinin ötürülmüş hesab edilməsi üçün əsasdır. İddiaçı “Kimya texnologiya, təkrar emal və ekologiya” kafedrasında əvəzçiliklə 0,5 ştat baş müəllim vəzifəsində fəaliyyətini davam etdirdiyindən əmək kitabçası hazırki tarixədək AzTU-dadır. İşdən azad edilmə barədə əmrin surəti isə daxili korporativ elektron poçt ünvanları vasitəsilə Universitetin Ümumi şöbəsi tərəfindən 7 iyul 2023-cü il tarixində Əməyin mühafizəsi və texniki təhlükəsizlik şöbəsinin müdirinə təqdim edilmişdir. Şöbə müdiri tərəfindən İddiaçı əmr barədə məlumat verilmiş və əmrin surəti təqdim edilmişdir. Həmçinin 13 iyul 2023-cü il tarixində iddiaçıya mühasibatlıq tərəfindən son haqq-hesab ödənilmişdir və iddia həmin ödənişi öz kart hesabında görmüşdür. İddiaçı eyni predmet üzrə şikayəti ilə bağlı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə xx.xx.2023-cü il tarixli 3-29-46/2Ç-86/2023 nömrəli cavab məktubu ünvanlanarkən məktubun bir nüsxəsi əmək fəaliyyəti ilə bağlı sənədlərlə birlikdə iddiaçıya təqdim olunmuşdur. Həmin cavab məktubu xx.xx.2023-cü il tarixində iddiaçıya rəsmi olaraq təhvil verilmişdir. Həmçinin, İddiaçı eyni iddia predmeti üzrə xx.xx.2023-cü il tarixində Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin iddia ərizəsinə əlavə olunan İddiaçı tərəfindən mediasiya prosesinin tətbiqi barədə AzTU-ya təqdim olunan təklifin göndərilmə tarixi xx.xx.2023-cü il olaraq qeyd edilmişdir və müvafiq mediasiya prosesinin tətbiqi barədə təklif rəsmi olaraq xx.xx.2023-cü il tarixində AzTU-ya daxil olmuşdur (əlavə olunur). Lakin iddia ərizəsinə mediasiya prosesində iştirak tələbinə riayət edilməsinə dair sənəd əlavə edilmədiyi üçün Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddia ərizəsi baxılmamış saxlanılmışdır (əlavə olunur). Hazırki iddia ərizəsinə əlavə olunan ilkin mediasiya prosesində iştirak etməmə barədə 3 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli MŞB/3/2023-01113 nömrəli arayışında mediasiya prosesinin tətbiqi barədə təklifin tarixi xx.xx.2023-cü il kimi qeyd edilmişdir (iddia ərizəsinə əlavə olunub). AzTU-ya iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli mediasiya təklifi və ilkin mediasiya prosesində iştirakla bağlı 3 saylı Mediasiya Təşkilatından hər hansı rəsmi müraciət daxil olmamışdır. Yaranmış qeyri-müəyyənliyin aydınlaşdırılması ilə bağlı tərəflərindən xx.xx.2023-cü il tarixli, TU-x/0-001/024-1174/1 saylı məktubla 3 saylı Mediasiya təşkilatına müraciət edilmişdir (əlavə olunur). 3 saylı Mediasiya Təşkilatı xx.xx.2024- cü il tarixli, 001 saylı ünvanlandığı məktubda da iddiaçı tərəfindən AzTU-ya ilkin mediasiya məktubunun xx.xx.2023-cü il tarixindən təqdim edildiyini təsdiq etmişdir (əlavə olunur). Bundan əlavə, 3 saylı Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyası barədə MŞB/3/2023-01113 saylı bildirişə əlavə olunan İddiaçı imzası ilə təsdiqlənmiş mediasiya prosesinin tətbiqi barədə təklifdə “təklifin göndərildiyi tarix” xanası boş saxlanılmışdır. Halbuki bu informasiya iddia müddətinin hesablanması üçün önəmlidir və qeyd olunan xananın boş saxlanılmasının səbəbləri onlar üçün naməlumdur. Beləliklə, yuxarıda qeyd olunan bütün hallar bir daha sübut edir ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 1 aylıq iddia müddətinin ötməsindən öncə məlumatlı olmuşdur və bu müddəti ötürmüşdür. Həmçinin mediasiya üçün təklifin də iddia müddəti bitdikdən sonra (xx.xx.2023 tarixində) göndərildiyini nəzərə alaraq əmək mübahisələri ilə bağlı 1 aylıq iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-467/2024 saylı, 014 mart 2024cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh ilə bağlanmış əmək müqaviləsi müddətli bağlanmış və müqavilənin müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir. Buna görə də, Cavabdeh xx.xx.2023-cü il tarixli K279 nömrəli əmrinə əsasən müqavilənin müddəti bitdiyindən İddiaçı əmək müqaviləsinə xitam verilmişdir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.1, 11, 45, 287, 292.1, 294.5, 296-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-467/2024 saylı, 14 mart 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun şöbə müdiri vəzifəsindən çıxarılıb aşağı vəzifəyə, aparıcı mühəndis vəzifəsinə keçirilməyini Universitet rəhbərliyi şöbədə struktur dəyişikliklərin aparılması ilə əsaslandırır. Halbuki heç bir struktur dəyişikliyi aparılmamış yalnız şöbənin adı dəyişdirilərək “Əməyin mühafizəsi və texniki təhlükəsizlik” şöbəsi adlandırılmışdır. Şöbədəki vəzifələr olduğu kimi qalmışdır ki, bu da struktur dəyişiklikləri adlandırıla bilməz. Belə olan halda onun aşağı vəzifəyə keçirilməyinin səbəbi müəyyən edilməmiş qalır. Onun yerinə texniki rəhbər vəzifəsinə təyin olunan şəxsin təhsilinin, iş təcrübəsinin olmaması kimi uyğunsuzluqlara qiymət verilməmişdir. Bir ildən sonra yeni təyin olunmuş işçi tutduğu vəzifədən kənarlaşdıdırldıqdan sonra onun əvvəlki vakant qalmış vəzifəyə geri qaytarılmağı haqqında yazmış olduğu ərizə baxılmamış saxlanılmış və həmin vəzifəyə yenidən digər bir şəxsin təhsilinin, iş təcrübəsinin olmaması kimi uyğunsuzluqlarla yeni bir təqaüddə olan hərbçinin təyin olunmasının səbəbləri araşdırılmamışdır. İş yerinin dəyişdirilməsi və onunla müddətli razılaşmanın əldə olunmasının qanunsuz olması haqqında ayrı-ayrı vaxtlarda 5 dəfə rektora etdiyi rəsmi müraciəti baxılmamış qalmış və müzakirə olunmamış təqdim etdiyi sübut və dəlillər araşdırılaraq qiymət verilməmişdir. Razılaşma əldə olunan zaman tərəflərin hüquq bərabərliyinin və iradə ifadəsinin təmin olunmaması məhkəmə iclasında araşdırılmamışdır. İş yerində işin və ya xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan məlum olduğu halda kütləvi olaraq (90% dən yuxarı) işçilərlə və onunla müddətli razılaşma və müddətli əmək müqaviləsi bağlanılması kimi qanunsuzluqların səbəbi məhkəmə iclaslarında tam araşdırılmamış və qiymət verilməmişdir. Onun 2022-ci il noyabr ayında qalıb işləmək niyyətində olmağı haqqında yazmış olduğu ərizə baxılmamış saxlanılmış, əvəzində müqaviləyə əlavə olunmuş razılaşmanın müddətinin bitməsi ilə əlaqədar onu işdən azad edib dərhal da geri işə qəbul etməsinin səbəblərini və məqsədini o söyləsə də bu məhkəmə araşdırılmasında öz əksini tapmamışdır. Axırıncı 2 il yarım ərzində universitetdə işlədiyi müddətdə hüquqlarının pozulması ilə əlaqədar mərkəzi icra hakimiyyətlərinə, Baş Nazirə, Prezident Adminstrasiyasına, Əmək Müfəttişliyi Xidmətinə, Elm və Təhsil Nazirliyinə, Ombudsmana yazmış olduğu şikayət məktublarının əksəriyyətinin araşdırılmadan və qiymətləndirilmədən qanunsuz olaraq araşdırılması və qaymətləndirilməsi üçün şikayət etdiyi təşkilata və vəzifəli şəxslərə göndərilməsinə məhkəmə iclaslarında baxıb qiymətləndirilməmişdir. Universitet rəhbərliyi ilə onun arasında olan fikir ayrılıqlarına baxmayaraq kollektiv müqaviləyə əsasən Həmkarlar İttifaqı Komitəsinin razılığı olmadan onun əmək müqaviləsinə xitam verilməsinə məhkəmə iclasında münasibət bildirilməmişdir. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Belə çoxsaylı qanunsuzluqlarla müşayiət olunan “işdən azad etmə” prosesi araşdırılmalı və məqsədi müəyyən edilməli idi. Məhkəmə zamanı bu edilmədi. Məhkəmə iclaslarında hakimin eyni sualı ona dəfələrlə və müxtəlif üsullarla verməyi onun fikirlərini dolaşdırmaq və çaşdırmaq məqsədini daşıdığını görüb ona belə bir müraciət edib!- “Möhtərəm hakim Siz mənə sual verirsiniz mən də Sizə aydın cavab verirəm. Cavabın qiymətləndirilməsi Sizin səlahiyyətinizdir. Buyurun! Məni çaşdıra bilərsiniz və mən qeyri-dəqiq cavab verə bilərəm”.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, 34-35 ildir ki, o, Cavabdehndə müxtəlif texniki vəzifələrdə fəaliyyət göstərir. İşlədiyi müddət ərzində rəhbərliklə arasında heç bir problem olmamış və heç bir töhmət almamışdır. Yeni rəhbərlikdən sonra bir sıra problemlər yarandı. Yeni rəhbərlik gəldikdən sonra universitetdə bir sıra köklü dəyişikliklər oldu. Bir sıra şöbə və kafedralar birləşdirildi, fakültələrin birləşdirilməsi və ayrılması kimi ciddi dəyişiklər oldu. Universitetin çox sayda əməkdaşı işdən azad edildi, ixtisar edildi. Hətta bir sıra işçilərə təzyiq göstərildi. İndiyə qədər 1500 nəfərdən çox şəxsin işdən çıxarılma əmri mövcuddur. Bir dəfə də ona insan resurslarından bildirdilər ki, rəhbərlik onunla işləmək istəmir. İddia tələbi ilə bağlı prosesual müddəti ötürməmişdir. O, mediasiyaya sentyabrın 6-sı tarixində müraciət etmişdir. Tarixlər dəqiq yadında qalmamışdır. İş yerində onun işdən azad edilməyi ilə bağlı söhbət gəzirdi, lakin ona heç kim rəsmi məlumat verməmişdir. İyulda gələn pulun məzuniyyət üçün ayrılan məvacib olduğunu düşündü. İşdən çıxamağı ilə bağlı əmri deyəsən 8 sentyabr tarixində almışdı. Rəhbərliyin hansı səbəblə onu işdən azad etmək istədiyi ona məlum deyildi. Rəhbərlik onunla apardığı danışıqda onun tutduğu vəzifəyə öz yaxınını gətirmək istədiyini, onun başqa vəzifəyə təyin ediləcəyini, daha sonra yenidən köhnə vəzifəmə qayıdacağını və həmin müddətdə əmək haqqımda heç bir dəyişiklik olmayacağını bildirdi. Daha sonra şöbə 4 istiqamətdə birləşdirildi və adında dəyişiklik edildi. Rəhbərlik yenə onunla danışıq apardı və hal-hazırda işsiz olduğunu bildirdi. Bu səbəblə digər şöbəyə keçməyini təklif etdi. Digər şöbəyə keçdiyi halda onu işdən azad etməyəcəyini, təqaüd yaşına qədər tutduğu vəzifədə qalacağını bildirdi. O da digər şöbəyə keçdi. Daha sonra insan resursları şöbəsindən ona yaxınlaşdılar və müqaviləyə imza atmağını dedilər. Bu müqavilənin nə olduğunu soruşdu. Əmək müqaviləsi və razılaşma ərizəsi olduğunu və 3 ay müddətinə yeni vəzifəsin təyin edildiyini təsdiq etmək üçün razılaşma ərizəsinə imza atmağını dedilər. O, imza atmaqdan imtina etdi. Bir neçə gün sonra yenidən ona yaxınlaşdılar. Bütün əməkdaşlarla eyni məzmunlu müqavilə bağladıqlarını bildirdilər. Həmin razılaşma ərizələrini müddətsiz əmək müqaviləsinə əlavə edirlər və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən aldıqları sənədlə müddətli müqavilə ilə işlədikləri təsdiq edirlər. Bu addımla universitetin çox sayda əməkdaşı işdən azad edildi. O da köhnə vəzifəsinə qayıtmaq üçün ərizə rəhbərliyə ərizə ünvanladı. Ərizəsinə heç bir münasibət bildirilmədi. xx.xx.2022-ci il tarixli məktubunda fəaliyyətinin müddətsiz əmək müqaviləsinə görə davam etməsini xahiş etdi. Maddi cəhətdən təminatsız qalmaq istəməmişdir. Daha sonra onun müqaviləsi 3 aylıq bağlandı. Əslində onun müqaviləsində nəzərdə tutulan müddətə uzadılmalı idi. 3 ay bitdikdən yenə hədə-qorxu ilə müqaviləyə imza atdı. Daha sonra o, bunun qanunsuz olduğunu bildirdi və müddətsiz əmək müqaviləsi ilə əmək fəaliyyətimin davam etdirilməsini xahiş etdi. O, hesab edir ki, rəhbərliyin onu işdən azad etməsinə səbəb iş yerindəki problem və narahatlıqları bildirməyi olmuşdur. Daha sonra onu işdən çıxardılar və bunu ona bildirmədilər. Avqust ayının 6-da, o, qarşı tərəfə mediasiya ilə bağlı ilkin təklif göndərmişəm. İşdən azad edilməyindən məlumatı olmamışdır, ona heç bir əmr və s. digər sənədlər verilməmişdir. İşdən azad olunmağını avqust ayının 3-də rəsmi bilmişdir. Qarşı tərəfin dedikləri əsassızdır. Bundan başqa o, umumiyyətlə hal-hazırda nə qədər işçinin müddətsiz əmək müqaviləsi ilə çalışdığını sorğulamışdır. Onun sorğusuna cavab olaraq 1107 nəfər əməkdaşın çalışdığını, həmin işçilərin 250 nəfərinin müddətsiz əmək müqaviləsi ilə, 851 nəfərin isə müddətli əmək müqaviləsi ilə fəaliyyət göstərdiyini bildirmişdir. Müddətsiz fəaliyyət göstərənlər onun kimi fəaliyyət dövrünü qeyd etdiyi sadə bir qeydi müqaviləyə qoşma edərək müddətsiz olaraq işə götürülmüşdür. Qarşı tərəfin bu hərəkəti etməkdə məqsədi həmin işçiləri rahatlıqla istədikləri vaxt işdən azad edə bilməkdir.
15. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2850908Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, heç bir əməkdaşı ixtisar etməmişlər. Sadəcə olaraq, struktur dəyişikliyi ilə əlaqədar Azərbacan Respublikasının Əmək Məcəlləsinin 59-cu maddəsinə istinad edərək işçilərin razılığı ilə başqa işə keçirmişdir. Bunun səbəbi Universitetin müvafiq şöbəsinin quruluşunun dəyişməsidir. Qeyd edilən şöbə 30 ildir ki, fəaliyyət göstərirdi. Həmin şöbənin fəaliyyətinə yenidən baxılmalı idi. Qeyd etdiyi kimi şöbə 30 ildir ki, fəaliyyət göstərir və bu səbəblə aparılan işlərdə nöqsanlar çox idi. Şöbənin adı Fövqəladə Hal və Təhlükəsizlik Texnikası şöbəsi idi, şöbənin adı qanunvericiliyə müvafiq olaraq dəyişdirilərək Əməyin mühafiəzi şöbəsi adlandırılmışdır. Onlar Şöbənin fəliyyətini yenidən təşkil etdi. Əvvəlki şöbədə iş düzgün getmirdi, ona görə də həm adını dəyişdirib, həm də fəaliyyətinə yenidən baxdılar. Sturuktur dəyişikliyindən sonra qarşı tərəflə müddətli əmək müqaviləsi bağlanıb. Daha sonra bu müqavilənin müddəti bir neçə dəfə uzadılıb və yekunda xitam verilmişdir. xx.xx.2023-cu tarixli 490 nömrəli əmrlə həmin müqaviləyə xitam verilmişdir. Daha sonra iddiaçının yenidən xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən yeni əmək müqaviləsi bağlanmışdır. Xüsusi vurğulayır ki, iddiaçın şikayəti ikinci müqavilə ilə bağlı idi. Əmək müqaviləsinin müddətli bağlanmasına səbəb təqaüd yaşı ilə əlaqəli deyildi. 2022-ci ilin noyabr ayının 14-də müdddətin bitməsi ilə əlaqədar iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra iddiaçı onların rəhbərliyin qəbuluna yazılmışdır. Qarşı tərəf onlara təqaüd yaşının bir il sonra tamamlacağını bildirmiş və bu səbəblə onlardan bir il müddətinə əmək müqaviləsi bağlanmasını xahiş etmişdir. Onlar da razı oldu. Ona görə də iddiaçı ilə yenidən əmək müqaviləsi bağlanmışdır. Qarşı tərəf ikinci əmək müqaviləsini mübahisələndirir. Onlar 2023-cü ilin iyul ayında müqaviləyə xitam vermişdir. Bununla əlaqədar qarşı tərəfi də məlumatlandırmışlar. Daha sonra qarşı tərəf avqust ayında Elm və Təhsil Nazirliiyinə müraciət etmişdir. Onlar da iddiaçının Elm və Təhsil Nazirliiyinə ünvanlandığı müraciət məktubuna müvafiq sənədləri qoşma edərək həm iddiaçıya, həm də Elm və Təhsil Nazirliiyinə geri göndərmişlər. Əmək kitabçasını təqdim etməmələrinin səbəbi ondan ibarətdir ki, iddiaçı eyni zamanda onlarda əlavə iş yeri üzrə baş müəllim kimi çalışır. İddiaçı 2023-cü iyul ayından bəri məlumatlı idi. 2023-cü ilin iyul ayında son hesabatı apardılar və əmrin surətini elektron poçt ünvanı vasitəsilə göndərdilər. Qanunvericiliyə görə onlar artıq iddiaçını məlumatlandırmış sayılırlar. Mediasiya prosesi ilə bağlı onlara sentyabr ayının 9-da ilkin təklif gəlmişdir. İddiaçı iyul ayında əmək müqaviləsinə xitam verildiyi üçün Elm və Təhsil Nazirliyinə müraciət edib. Bu onu sübut edir ki, iddiaçı məlumatlıdır. Avqust ayının 3-də öz əsaslandırma məktubunu əmrin surəti ilə birlikdə poçt vasitəsilə göndərmişlər və məktubun qəbul edildiyi təsdiqlənib. Sentyabr ayının 9-da mediasiya müraciəti barəsində onlara məlumat gəldi. Hazırki işdə iki əmək münasibəti mövcuddur. Birinci əmək müqaviləsi struktur dəyişikliyindən sonra dəyişiklik edilən əmək müqaviləsi və xitam verildiyi dövrə qədər olan dövr həmin dövrdə iddiaçı əmək müqaviləsinə dəyişiklik edilməsi və xitam verilməsi ilə bağlı heç bir müraciət etməmişdir. Onu da qeyd edir ki, struktur dəyişikliyi yalnız qarşı tərəfin işlədiyi şöbəyə qarşı olmamışdır. Struktur dəyişikliyi universitetdəki əksər şöbələri əhatə etmişdir. Bunun səbəbi əvvəlki illərdə həddindən artıq şişirdilmiş struktur, universitetin fəaliyyətininin yarıtmaz vəziyyətdə olması, əməyin təhlükəsizliyi işinin bərbad vəziyyətdə olmasıdır. Həmin sturuktur dəyişikliyini rəhbərlik tərəfindən yox, Elmi Şura tərəfindən edilmişdir. Struktur dəyişikliyi nəticəsində şöbənin adı müasir qanunvericiliyə uyğun olaraq dəyişdirildi və daxildə kadrla bağlı bəzi dəyişikliklər edildi. Rəhbərlik bütün əməkdaşlara humanist şəkildə rəftar göstərir. Heç bir işçinin işdən çıxarılmasında maraqlı olmamışdır. İddiaçı tərəfindən mediasiyaya təxminən sentyabr ayının 6-da müraciət edilib. Həmin tarixli mediasiya təklifi ümumi şöbəyə daxil olduğu tarixdən qeydiyyata alınmışdır. Onlara iddiaçı tərəfindən ünvanlanan mediasiya təklifinin tarixi 6 sentyabra aid idi. Daha sonra mediasiya təşkilatının onlara ünvanladığı təklif məktubunun da tarixi 6 sentyabra aid idi. Onlar bunu birinci instansiya məhkəməsində mübahisələndirdilər. Birinci instansiya məhkəməsindən 3 saylı mediasiya təşkilatının müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsini xahiş etdilər. Mediasiya təşkilatının özü də bunun texniki səhv olduğunu bildirmişdir. Protokola da qeyd edilmişdir.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
20. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
21.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 22.42-ci maddəsinin birinci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 23.45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir 24.47-ci maddəsinin “f” bəndində göstərilmişdir ki, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 25.68-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri əmək müqaviləsinin müddətinin qurtarmasıdır. 26.73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 27.83-ci maddəsinin 1-ci bəndinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 28.296.1-ci maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 29.296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 30.300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73,74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 31.“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 31.01.24-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab edilmişdir. Məhkəmələrə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə bağlı işlərə baxarkən müqavilə tərəflərinin həqiqi iradə ifadələrini bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə uyğun olaraq araşdırıb nəticəyə gəlməli olmasına dair göstəriş verilmişdir. 32.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001ci il tarixli Qərarına görə, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
33.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 34.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 35.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 37.İş materiallarından müəyyən edilir ki, iddiaçı 1989-cu il tarixdən hal-hazıradək Cavabdehndə müxtəlif vəzifələrdə işləmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 56/12 saylı əmək müqaviləsinə əsasən, o, “Xüsusi şöbənin müdiri” vəzifəsinə təyin olunmuş, Universitetin inzibati və akademik strukturunda aparılmış dəyişikliklər nəticəsində şöbənin adı dəyişdirilərək şöbə “Əməyin mühafizəsi və texniki təhlükəsizlik” şöbəsi adlandırılmış, bununla bağlı iddiaçı orta əmək haqqı saxlanılmaqla şöbə müdiri vəzifəsindən əmək mühafizəsi üzrə aparıcı mühəndis vəzifəsinə keçirilməsini xahiş etmiş, nəticədə xx.xx.2021-ci il tarixli Əmək müqaviləsinə dəyişiklik edilməsi barədə razılaşmaya əsasən müqavilədə “iş yeri” və “müqavilənin müddəti (bir illik)” üzrə dəyişikliklər edilmişdir. 38.xx.xx.2022-ci il tarixli, k-279 nömrəli əmri ilə iddiaçının tərəf olduğu əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilmiş, o, Kimya texnologiya, təkrar emal və ekologiya kafedrasında əvəzçiliklə 0,5 ştat baş müəllim vəzifəsində əsas işçi hesab edilmişdir. 39.İddiaçının xx.xx.2022-ci il tarixli H-3809 saylı müraciətinə əsasən, tərəflər arasında yenidən əmək müqaviləsi bağlanılmış, o, Universitetin xx.xx.2022-ci il tarixli əmri ilə yenidən Kimya texnologiya, təkrar emal və ekologiya kafedrasında əvəzçiliklə 0,5 ştat baş müəllim vəzifəsində saxlanılmaqla, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək Əməyin mühafizəsi və texniki təhlükəsizlik şöbəsinə aparıcı mühəndis vəzifəsinə qəbul edilmişdir. Göründüyü kimi, iddiaçı faktiki olaraq əvvəlki müddətli əmək müqaviləsinə əsasən işlədiyi vəzifə üzrə yenidən müəyyən müddətə götürülmüşdür. 40.xx.xx.2023-cü il tarixli, k-279 nömrəli əmri ilə iddiaçının tərəf olduğu əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilmiş, o, Kimya texnologiya, təkrar emal və ekologiya kafedrasında əvəzçiliklə 0,5 ştat baş müəllim vəzifəsində əsas işçi hesab edilmişdir. 41.İddia ərizəsindən müəyyən edilir ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli, k-279 nömrəli əmr deyil, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, k-279 nömrəli əmr mübahisələndirilmiş, o, əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin düzgün tətbiq edilmədiyinə istinad edərək iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə iddiaçının tərəf olduğu əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilərkən tərəfindən əmək qanunvericiliyinin hər hansı pozuntusuna yol verilmədiyinə, habelə iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən iddia müddətinin ötürüldüyünə istinad edərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 42.“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 31.01.24-cü il tarixli qərarında tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmadığı müəyyən edilmişdir. 43.Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə qeyd etmişdir ki, məhkəmələr tərəfindən işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən tərəflərin münasibətlərinin həqiqi xarakteri müəyyən edilməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olubolmamasına diqqət yetirilməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki halları və tərəflərin dəlilləri hərtərəfli araşdırmalıdır. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. 44.İş materiallarından göründüyü kimi mübahisələndirilən əmrdə İddiaçı tərəf olduğu əmək müqaviləsinə xitam verilməsinə onun müddətinin qurtarmasının səbəb olması göstərilmişdir. Məhkəmə araşdırması zamanı da əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, işçi-iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, müddət bitdikdən sonrakı bir həftə keçməmiş müqaviləyə xitam verilmiş, tərəflər arasında Əməyin mühafizəsi və texniki təhlükəsizlik şöbəsində aparıcı mühəndis vəzifəsi üzrə bağlanmış müddətli əmək müqavilələrindən heç biri (xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli) fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməmiş, əmrin çıxarılması barədə iddiaçıya məlumat verilməklə onunla son haqq-hesab aparılmışdır. 45.Həmçinin tərəflər arasında əmək müqaviləsi bağlanılarkən tərəflərin münasibətlərinin həqiqi xarakterinin əmək qanunvericiliyində nəzərdə tutulan təminatlara, əsas prinsiplərə zidd olmadığı, müddətsiz əmək müqaviləsinin bağlanmasının iddiaçı üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədini daşımadığı, digər işçilərlə müqavilələrin eyni şərtlərlə bağlandığı müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə tərəflər arasında (müddətli) əmək müqaviləsi iddiaçının müraciəti əsasında bağlanılmışdır. Ümumiyyətlə Universitetdə işçilərlə əmək müqavilələrinin eyni şərtlərlə, yəni müddətli bağlandığını iddiaçı tərəf məhkəmə baxışı zamanı verdiyi izahatlarda təsdiq etmişdir. Bu baxımdan da işəgötürənin iddiaçıya qarşı qərəzli münasibətdə olması, əmək müqaviləsi bağlanarkən işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə etməsi, tərəflərin hüquq bərabərliyinin təmin edilməməsi və s. halları da istisna edilir. 46.Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq həm də qeyd etməyi zəruri sayır ki, iddiaçı məhkəməyə müraciət edərkən əmək mübahisələri üzrə qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. 47.Qeyd edilməlidir ki, məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. 48.İddia müddətinin tətbiqi məhkəmə müdafiəsi hüququnun qanuni formada məhdudlaşdırılmasına, yəni hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəblərdən biridir. Belə ki, iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. 49.İş materiallarından da görünür ki, tərəflər arasında bağlanmış sonuncu xx.xx.2022ci il tarixli 708/22 nömrəli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2023-cü il tarixində xitam verilmişdir. İşdən azad edilmə barədə əmrin surəti daxili korporativ elektron poçt vasitəsilə Universitetin Ümumi şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixində iddiaçıya təqdim edilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixində iddiaçıya son haqq-hesab ödənilmişdir. İddiaçının “Kimya texnologiya, təkrar emal və ekologiya” kafedrasında əvəzçiliklə 0,5 ştat baş müəllim vəzifəsində fəaliyyətini davam etdirdiyindən əmək kitabçasının hal-hazıradək də Universitetdə qalması nəzərə alınmalıdır. İş materiallarından həmçinin müəyyən edilir ki, İddiaçı xx.xx.2022-ci il tarixli 708/22 nömrəli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verildiyi barədə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərdə müraciət etmişdir. 50.Buna baxmayaraq iddiaçı hüquqlarının pozulduğunu bildiyi yuxarıda qeyd edilən tarixlərdən bir ay artıq keçəndən sonra xx.xx.2023-cü il tarixində Bakı 3 saylı Mediasiya Təşkilatına, xx.xx.2023-cü il tarixində isə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçının məhz xx.xx.2023-cü il tarixində Bakı 3 saylı Mediasiya Təşkilatına müraciət etdiyini məhkəmə iclasında ifadə verən mediator X3 da təsdiqləmişdir (iş səh. 154). 51.Qeyd edilməlidir ki, İddiaçı eyni iddia ilə xx.xx.2023-cü il tarixində Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, həmin ərizə məhkəmənin xx.xx.2023-cü il tarixli 2(004)- 4756/2023 saylı qərardadı ilə baxılmamış saxlanılmışdır (iş səh. 85). 52.Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti ümumilikdə düzgündür və mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 53.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 54.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-467/2024 saylı, 14 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova