Məhkəmə qərarları › İş №2(103)-3335/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3335/2021

12.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3335/2021 12.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, 2(005)-1359/2021 №-li mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli qərardaddan İddiaçı verdiyi şikayət üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və başqalarına qarşı irəli sürdüyü iddia ərizəsinin mümkünlüyü və icraata qəbul edilməsi məsələsinə baxmış Nərimanov Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardad ilə iddianın yolverilməzdiyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina etmişdir (iş v. 113-114). İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və iddianın icraata qəbul edilməsini xahiş etmişdir (iş v. 116-122). Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardad ilə iddianın yolverilməzdiyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina etmişdir (iş v. 354-356). Bundan sonra mülki iş xx.xx.2021-ci il tarixli qərardada əsasən Rayon Məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) hesab edir ki, hazırki iş üzrə apellyasiya icraatının başlanması üçün əsas yoxdur, apellyasiya icraatı qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 269-cu maddəsinə görə, qərardaddan verilmiş şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır (maddə 269.1.). Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (maddə 269.2.). Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir (maddə 269.3.). Yuxarıda qeyd edilən qərardadlardan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli qərardaddan şikayət versə də, Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardad ilə şikayətin dəlillərinin əsaslı olub-olmamasına baxmamış, şikayətə və barəsində şikayət verilmiş qərardadın əsaslılığına münasibət bildirməmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, qərardaddan verilmiş şikayətə Rayon Məhkəməsi tərəfindən qiymət verilmədiyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. MPM-nin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Odur ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 366, 402-cı maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Hazırki iş üzrə apellyasiya icraatı qeyri-mümkün hesab edilsin və 2(005)-1359/2021 №-li mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli qərardaddan İddiaçı verdiyi şikayətə baxılması üçün mülki iş Bakı Şəhəri Nərimanova Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar