Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3335/2025 13.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh publik hüquqi şəxsə qarşı “işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının, əmək haqqının az hesablanması nəticəsində ödənilməmiş əmək haqqının və mənəvi zərərin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(009)-516/2025 nömrəli qətnaməsindən Cavabdehn apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı "xxxx" ASC-nin Mil-Qarabağ və X1 İstismarı İdarəsində baş mühəndis vəzifəsində işləyib. 2.Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” xx.xx.2023-cü il tarixli 2356 nömrəli Fərmanına əsasən, "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə Cavabdeh publik hüquqi şəxs yardılıb. 3.”X3 Xidməti” publik hüquqi şəxsin İdarə heyətinin sədri iddiaçıya xx.xx.2024-cü il tarixli 9/05-135 nömrəli yazılı xəbərdarlıq göndərərək bildirmişdir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli 001/F nömrəli əmri ilə Cavabdehn təsdiq edilmiş stukturu və ştat cədvəlinə əsasən, onun tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü ildən ixtisara düşmüşdür, onunla bağlanmış əmək müqaviləsi 9 təqvim həftəsindən sonra Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv ediləcək. 4.İddiaçı ilə bağlanmış əmək müqaviləsi Cavabdehn İdarə heyəti sədrinin xx.xx.2024cü il tarixli 548 nömrəli əmri ilə ləğv edilib. Əmrdə əsas kimi ştat ixtisarı göstərilib, hüquqi əsas kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə istinad olunub. Birinci instansiyası məhkəməsində icraat 5.İddia ərizəsində və iddianın dəyişirilməsi barədə ərizədə tələb olunub: 1) iddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun; 2) məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin; 3) əmək müqaviləsi ləğv edilənə qədər əmək haqqının az hesablanması nəticəsində ödənilməmiş 3.644 manat əmək haqqı ödənilsin; 4) mənəvi zərərin əvəzi kimi 5.000 manat ödənilsin. Bundan başqa, iddia ərizəsində məhkəmə xərclərinin əvəzinin ödənilməsi də xahiş olunub. 6.Səbail rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli 548 nömrəli əmr ləğv edilsin, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun, ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin, xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək əmək haqqında olan fərq kimi 3.644 manat (tutmalar nəzərə alınmaqla), mediasiya xərcinə görə 50 manat, hüquqi yardıma görə 340 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 7.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilən hissəsində ləğv edilsin və iddia rədd olunsun. 8.Məhkəmə iclasında iştirak cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. 9.Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. Apellyasiya intansiyası məhkəməsinin mövqeyi 10.Apellyasiya şikayətində qətnamənin bir hissəsi – iddianın təmin edilməsinə aid hissəsi mübahisələndirildiyinə görə, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmışdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərilənlərlə əsaslandırır. 11.İddiaçının işlədiyi hüquqi şəxsin - ”Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə Cavabdeh publik hüquqi şəxs yaradılıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 56.5-ci maddəsinə görə, bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. 12.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə görə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Lakin hüquqi şəxs çevrilmə formasında yenidən təşkil edilərkən iddiaçının tutduğu ştat ixtisar olunmayıb. Belə ki, iddiaçı "xxxx" ASC-nin Mil-Qarabağ və X2 İstismarı İdarəsində baş mühəndis vəzifəsində işləyib. Çevrilməyə qədər hüquqi şəxsdə 1 baş mühəndis ştatı mövcud olub. Çevrilmə nəticəsində yeni yaranmış hüquqi şəxsin - Cavabdehn Mil-Qarabağ və X2 İstismarı İdarəsinin xx.xx.2024-cü il tarixdə təsdiq edilmiş ştat cədvəlindən görünür ki, həmin İdarədə 1 baş mühəndis ştatı mövcuddur. Odur ki, məhkəmə Əmək Məcəlləsinin 300-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsini və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsini qət etməklə düzgün nəticəyə gəlib. 13.Birinci instansiya məhkəməsi xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək əmək haqqında olan fərq kimi 3.644 manat pulun tutulmasını qət etməklə düzgün nəticəyə gəlib, bu nəticə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12 və 154-cü maddələrinin göstərişlərinə uyğunur. Belə ki, yeni ştat cədvəlinə görə, baş mühəndisin əmək haqqı 1.600 manat olsa da, 4 ay müddətində iddiaçıya əvvəlki vəzifə maaşı – 690 manat ödənilib, yəni hər ay üzrə 910 manat az əmək haqq ödənilib Bu hesabla iddiaçıya ödənilməyən əmək haqqının məbləği 3.644 manat təşkil edir. 14.Cavabadehin iddia müddətinin keçməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iddia müddəti keçməyib. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddədinə görə, işə bərpa barədə tələb üçün iddia müddəti 1 aydır. Əmək müqaviləsinin ləğvi barədə əmr xx.xx.2024-cü ildə verilib, əmrin verildiyi tarixdən 24 gün sonra – xx.xx.2025-ci ildə iddiaçı mediasiya təşkilatına müraciət edib. 15.Mediasiya xərcinə görə 50 manat, hüquqi yardıma çəkilmiş xərcə görə 340 manat pulun cavabdehdən iddiaçının xeyrində tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119 və 121-ci maddələrinin göstərişlərinə uyğundur. 16.İddiaçı qətnamədən apellyasiya şikayəti vermədiyinə görə, qətnamənin iddianın rədd edilməsinə aid hissəsinin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. 17.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(009)-516/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3335/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3335/2025
13.06.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver